Məhkəmə qərarları › İş №1(018)-171/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-171/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-171/2023 01.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə 12 aprel 1981-ci ildə Astara rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Astara şəhəri, S.Vurğun küçəsi, ev 5, mənzil 25-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində, Astara şəhəri, S.Vurğun küçəsində ara yolda şəxsi münasibətlər zəmində aralarında baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla bir dəfə qəsdən vuraraq sonuncuya sağ göz almasının yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyyəsində qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, spirtli içki qəbul edib Astara şəhəri, S.Vurğun küçəsində ara yolla hərəkət edirdi. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanından keçən zaman ona zarafat edib nəsə söz demiş, o, da spirtli içkinin təsiri altında olduğundan Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söydüyünü, Təqsirləndirilən şəxs ona “niyə məni söyürsən” demiş, o, da ona bildirmiş ki, “əcəb edirəm”. ondan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs onun üz nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, da Astara RPŞ-nə gəlib döyülməsi barədə müraciət etmişdir. Dava-dalaş Astara şəhəri, S.Vurğun küçəsində “Sim-Sim” deyilən yerin yan hisssində ara yolda baş vermiş, dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmamış, davadalaşın təxminən 1 dəqiqə davam etmişdir. X1 ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Astara şəhəri, S.Vurğun küçəsində yaşadığı evə gedirmiş. Həmin vaxt Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ara yolda qalıb nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb iradını bildirmiş, lakin Nurangiz Şəfiyevə ona nalayiq söyüşlər söyməyə başlamışdır. O, Nurangizə bir neçə dəfə iradını bildirməyə baxmayaraq onu yenədə nalayiq söyüşlərlə söyməyə davam edirdi. Ondan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Nurangiz Şəfiyevə onun üzərinə gəldiyi üçün onun üz nahiyəsinə bir yumruq zərbəsi vuraraq, hadisə yerindən çıxıb getmişdir. Davadalaş Astara şəhəri, S.Vurğun küçəsində “Sim-Sim” deyilən yerin yan hisssində ara yolda baş vermiş, dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmamış, dava-dalaş təxminən bir dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmanlıq çəkir və zərərçəkmiş şəxslə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur.O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 311 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində- sağ göz almasının yayılmış qansızma, sağ göz qapaqları-gözaltınahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, müxtəlif şəraitdə, bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş arayışda Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnamə-arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar