Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-172/2023 05.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək tərəflərin birgə nikahından doğulmuş 08 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Astara Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(018)- 1072/2020 nömrəli qərardadını və 08 may 2009-cu il təvəllüdlü Məhəmmədəli Məmmədovun yetkinlik yaşına çatanadək saxlanması üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Astara Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(018)- 108/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 02 mart 2022-ci il tarixdə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 26 mart 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 27 aprel 2023-cü il tarixədək Zərərçəkmiş şəxs 3300,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə faktiki, 09 fevral 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 08 may 2009-cu il təvəllüdlü X3 adlı bir uşaqları var. Evləndikdən sonra Gülbahar ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh kimi məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək birgə nikahlarından doğulmuş 08 may 2009-cu il təvəllüdlü Məhəmmədəli Məmmədovun yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən 08 may 2009-cu il təvəllüdlü Məhəmmədəli Məmmədovun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 05 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədləri Astara Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Astara Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Astara Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 450,00 manat olur. Qazancını özünə xərcləyir. Məhkəmə aktları üzrə aliment borcundan Zərərçəkmiş şəxs ödəniş etməmişdir. Lakin, hazırda aliment borcundan 500 manat ödəmək isətəsə də, zərərçəkmiş şəxs həmin pulu qəbul etmir. Əməlindən səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş və şahid ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə faktiki, 09 fevral 2009-cu ildə isə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların 08 may 2009-cu il təvəllüdlü Məhəmmədəli adlı uşaqları var. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan Bayram ailəsi və uşağı ilə maraqlanmamış, buna görə də bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Ona görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli qərardadına əsasən məhkəməninin aliment tutulması barədə qətnaməsi çıxarılanadək birgə nigahdan doğuilmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 110,00 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Həmçinin, Astara Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatandək saxlanması üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 110,00 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə aktlarına məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs ev ustası işləyir. Hər ay min manatdan artıq qazanc əldə edir. Lakin, qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, Bayram icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə iki dəfə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam həcmdə tələb edir. Hazırkı dövrə Təqsirləndirilən şəxs ona heç bir aliment ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsində xidmət edir. Astara Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(018)-1072/2020 saylı qərardadı və məhkəmənin 08 fevral 2021-ci il tarixli, 2(018)-108/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqələri icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin, Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixliı, 3(018)-176/2022 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə aktlarını icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Astara Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(018)-93/2021 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs cəmi 3300,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən 27 aprel 2023-cü il tarixədək məhkəmə aktlarını icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Hazırki dövrə kimi Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut kimi qəbul edir:
1. Astara Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(018)-1072/2020 saylı qərardadından görünür ki, 08 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır.
2. Astara Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(018)-108/2021 saylı qətnaməsindən görünür ki, 08 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir.
3. Astara rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 tərəfindən qəbul edilmiş 07 mart 2021-ci il tarixli «icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə» Qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(018)-1072/2020 saylı və Astara Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(018)- 108/2021 saylı icra sənədləri bir icraatda birləşdirilərək icra məmuru Şahid2 icraatına verilmişdir.
4. Astara Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 3(018)-260/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir.
5. Astara Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 3(018)-176/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada həbs edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli «ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında» Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Astara rayon polis şöbəsinin rəisinin 29 avqust 2023-cü il tarixli, 3-13-65/2-16229/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli qətimkan təbdiri seçilməsi haqqında və müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-ci il tarixdə müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət (29 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu müddət (29 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək olan müddət), yəni 02 gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov