Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-173/2023 28.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, 08 avqust 1990-cı ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Astara rayonu Kakalos kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında yaşadığı Astara rayonu Kakalos kəndində yerləşən evinin həyətindəki feyxoa və naringi ağaclarının arasında qanunsuz olaraq çətənə (kannabis) növünə aid 07 ədəd bitki toxumunu torpağa əkib, yetişdirmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zaman həmin evin həyətində feyxoa və naringi ağaclarının arasında əkilib-becərilməsi qadağan olunan xeyli miqdarda, yəni 07 ədəd torpağa əkilmiş yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu Kakalos kəndində ailəmlə birlikdə yaşayırmış. Psixi və nevroloji xəstədir və psixi xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunmuşdur. Astara və Lənkəran rayonlarının kəndlərində fərdi qaydada müxtəlif işlərdə fəhlə kimi çalışıb ailəsinin dolanışığını təmin edir. Xəstəliyi ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 2023-cü ilin fevral ayında Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata marixuana almışdır. Aldığı marixuananı içərisində toxumları olduğunu görmüşdür. Həmin marixuananı çəkib istifadə etmiş, içərisindən çıxan 7 ədəd toxumu isə 2023-cü ilin iyun ayında yaşadığı evin həyətində feyxoa və naringi ağaclarının arasında əkmişdir. Onlara qulluq edib böyütmüşdür ki, yetişdikdən sonra yarpaqlarını yığıb qurudaraq özü istifadə edər. Həmin narkotik vasitələrdən kiməsə satmaq məqsədi olmamışdır. Həmin çətənə bitkisinə özü qulluq etmiş və evdə onunla birlikdə yaşayanların həmin çətənə bitkisindən məlumatları olmamışdır. 25 avqust 2023-cü il tarixdə saat 18 radələrində Astara rayonu Qamışoba kəndində işdə olarkən tanımadığı bir nəfər ona zəng edərək Astara rayon polis şöbəsinin əməkdaşı olduğunu bildirib onu yaşadığı evə çağırmışdır. O da polis əməkdaşlarının yaşadığı həyətdə əkdiyi çətənə bitkilərini aşkar etdiyini bildiyi üçün evə getməmişdir. Həmin gün qorxduğu üçün Lənkəran rayonuna gedib küçədə gecələmişdir. Ertəsi gün polisdən qaça bilməyəcəyini düşünüb könüllü surətdə gələrək özünü təqdim etmişdir. Astara rayon polis şöbəsinə gəldikdən sonra məlumatı olmuşdur ki, polis əməkdaşları yaşadığı həyətdə feyxoa və naringi ağaclarının arasında əkdiyi 7 ədəd çətənə bitkisini aşkar edərək götürmüşlər. Baxışda aqronom da iştirak etmiş, baxış zamanı həmin bitkilər kökləri ilə birlikdə torpaqdan çıxarılmış, qablaşdırılaraq möhürlənmiş, protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən peşiman olmuşdur. Himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Astara rayonunda kənd təsərrüfatı laboratoriyasında işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində işlədiyi laboratioriyada olarkən polis əməkdaşı ona zəng edərək Astara rayonu Kakalos kəndində yaşayan bir nəfər şəxsin həyətinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etməyini xahiş etmişdir. O da bundan imtina etməmişdir. Bundan sonra o polis əməkdaşlar ilə birlikdə getmişlər. Ora getdikdən sonra saat 18 radələrində polis əməkdaşları tərəfindən onun və ev sahibi Şahid2 iştirakı ilə sonuncunun yaşadığı Kakalos kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış video görüntü vasitəsi ilə keçirilmişdir. Həyətə baxış keçirilən zaman həyətdə feyxoa və naringi ağaclarının arasında 60-70 sm ölçülərdə 7 ədəd torpağa basdırılmış vəziyyətdə, yaş halda olan aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Aşkar olunmuş həmin bitkilərə aqrotexniki qaydalara uyğun qulluq olunub becərilmişdir. Bundan sonra torpağa əkilmiş həmin narkotik tərkibli çətənə bitkiləri iştirakçılar tərəfindən kökündən çıxarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq bağlamalara qoyulmuş və möhürlənmişdir. Həmin vaxt Şahid2 aşkar olunmuş həmin bitkilərin oğlu Təqsirləndirilən şəxs tərəfinədn əkilib qulluq olunduğunu bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X2 da Şahid3 ilə eyni məzmunlu ifadə verməklə onin göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan Astara rayon polis şöbəsinin CAB-nin rəisi Elçin Teymurovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 25 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 25 avqust 2023-cü il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin gün, saat 18:20-dən saat 18:42-dək olan müddət ərzində Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətində feyxoa və naringi ağaclarının arasında təxminən 60-70 sm ölçülərdə, 7 ədəd, yaş halda, torpağa basdırılmış vəziyyətdə çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 25 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Astara rayonun Kakalos kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən həyətdə olan bağda təxminən 60-70 sm ölçülərdə, 7 ədəd kultivasiya edilmiş halda narkotik təbiətli xaşxaş bitkisi aşkar edilmişdir. Həmin xaşxaş kollarına aqorotexniki qaydada qulluq edilmiş, suvarlanmış, torpaq alaq otlardan təmizlənmiş, yumşaldılmışdır. Aşkar edilmiş həmin bitki iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmış və həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 26 avqust 2023-cü il tarixli 19/821 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində: “Astara rayon Kakalos kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində əkmiş 07 ədəd çətənə bitkisinə oxşar kütlə...” sözlər və imzalar olan paketin içərisində, hündürlükləri 60-80 sm aralığında, ümumi sayı 7 (yeddi) ədəd, yaş vəziyyətdə ümümui təmiz çəkisi: -22,430 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Narkotik təbiətli çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi 22,430 qram olmuş, cəmi təhqiqata sərf edildi 0,7 qram (hər ob. 0,1 qram) edilmiş, qalıq 21,730 qram təşkil edir. Adı çəkilən Mərkəzin 26 avqust 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2023-cü il tarixli, 848 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizasının 26 sentyabr 2023-cü il tarixli, 4059 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərininin faktiki xarakterini və ictimami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxshərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 22,430 qram olmuş, tədqiqatdan sonra qalan 21,730 qram olan 07 ədəd Narkotik təbiətli çətənə (kannabis) bitkiləri axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 21,730 qram olan 7 ədəd Narkotik təbiətli çətənə (kannabis) bitkiləri saxlanılmasından üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 14 oktyabr 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə barəsində əsaslı şübhələr olduğundan Astara RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Samir Rəsullu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə qeyd olunan maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Astara RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RPŞ-nin təhqiqatçısının 26 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da “şübhəli şəxs kimi tutulmuşdur.” Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” olan 28 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 28 avqust 2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Astara RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla yaşayır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan tibbi sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin orta dərəcəli emosianal-davranış pozuntusu , özünükəsmələr və həyata keçirilmiş özünəqəsd çəhdi” xəstəlyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il qərarının 9-cu bəndində qeyd ediliir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, yaşayış yerindən müsbət xasiyyətlənməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, “Şəxsiyyətin orta dərəcəli emosianal-davranış pozuntusu, özünükəsmələr və həyata keçirilmiş özünəqəsd çəhdi” xəstəlyindən əziyyət çəkməsini və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, müalicəsi üçün teztez Lənkəran şəhərinə gedir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Kakalos kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarında olan Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdən, 28 avqust 2023-cü tarixə kimi şübhəli şəxs kimi tutulmaqla saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa ekspertizadan qaytarılmış təmiz çəkisi 21,730 qram olan 07 ədəd Narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Kakalos kəndində yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertizadan qaytarılmış təmiz çəkisi 21,730 qram olan 07 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Astara rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-173/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-173/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver