Məhkəmə qərarları › İş №1(018)-176/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-176/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-176/2023 21.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (xx xxxx 1997-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla bir dəfə qəsdən vuraraq, ona sol göz almasında yaramış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayır. Ailəlidir, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında hər-hansı bir mübahisə olmamışdır. 22 oktyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində yaşadığı evdə olan zaman qonşusu X1 onların həyətə tərəf olan pəncərəsindən bir nəfər şəxsin onların həyətinə atlanaraq keçdiyini görmüşdür. Buna görə də dərhal evdən həyətə çıxıb həmin şəxsi saxladıqdan sonra həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs “niyə mənim həyətimə atdanırsan?” sualını vermiş, Əlizadə də ona “məni Elçinin evində gördükləri üçün mən sizin həyətə atdandım” cavabını vermişdir. Əlizadəyə “ayıbdı axı, sən mənim həyətimə niyə girirsən, mənim evimdə qadın var axı” demiş, bundan sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı hirslənərək Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Əlizadə də çıxıb onun həyətindən getmişdir. Hadisə zamanı həyətində kənar şəxslər olmamış, mübahisə 1-2 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 22 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində tanışı Rüqəyya Məmmədovaya zəng edib, onların evinə gələcəyi ilə bağlı məlumat vermiş və sonra Rüqəyya Məmmədovanın evinə getmişdir. Həmin gün, saat 17:30 radələrində onların evində olan zaman Rüqəyyanın sevgilisi Afiyəddin adlı şəxs onların evinə gəldiyini görmüş, bu zaman qorxaraq Rüqəyyanın evinin arxa pəncərəsindən Təqsirləndirilən şəxs həyətinə tullanıb həyətdən küçəyə çıxmaq istəmişdir. Həmin vaxt Əbəlfəz onu saxlayıb on “niyə mənim həyətimə tullanırsan?” deyərək iradını bildirmiş, Əbəlfəzə “qorxduğum üçün Rüqayyənin evinin pəncərəsindən sənin həyətinə tullandım” deyə cavab vermişdir. Bundan sonra aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşib onun üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Buna görə də döyülməsi ilə bağlı Astara rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 2/315 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində - sol göz yuvası sümüyünün sınığı, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, sol almacıq, sol yanaq nahiyələrində qançırlar, alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol göz almasında yaramış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qançır bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən 31 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar