Məhkəmə qərarları › İş №1(018)-178/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-178/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-178/2023 28.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxx 1983-cü il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, ailəli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvələr məhkum olunmamış, işləməyən, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 28 noyabr 2023-cü il tarixdə, Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Astara rayonu Təngərüd kəndində yaşadığı fərdi yaşayış evinin həyətində arvadı X4 arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun baş nahiyəsinə bir neçə zərbə vuraraq sonuncunun bədən üzərində -başın təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əridir münasibətləri həmişə yaxşı olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadıqları evdə olan zaman əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı əri Təqsirləndirilən şəxs yumuruqla başından bir-neçə zərbə endirərək onu döymüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yaşayır. X4 onun arvadıdır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində yaşadıqları evdə olan zaman, həyat yoldaşı Nuranə Sultanlı arasında mübahisə baş vermiş, mübahisə nəticəsində Nuranə Sultanlı onun ünvanına xoşagəlməz ifadələr işlətdiyini, o, isə Nuranənin sözlərini götürmədiyi üçün, onun başından bir-neçə yumuruq zərbəsi vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs X1 üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs X2 hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı zərərçəkmiş şəxs X4 onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquq şəxsi Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 321 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, boyun nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs arvadı zərərçəkmiş şəxs X4 ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs X4 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar