Məhkəmə qərarları › İş №1(018)-179/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-179/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-179/2023 05.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi X4 iclas katibliyi və dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştiraklar ilə, xx xxxx 1959-cu ildə Astara rayonu, Əsxənəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücülük fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, 23 oktyabr 2023-cü il tarixdə tərəfimdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə, saat 10:41-də etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, İstiqlaliyyət küçəsin ilə C.Qurbanzadə küçəsinin kəsişməsində olan yolayrıcında hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozmuş, yəni idarə etdiyi avtomobillə yolayrıcında geriyə hərəkət etməməli olduğu halda buna əməl etməyərək idarə etdiyi avtomobili geriyə hərəkət etdirməklə C.Qurbanzadə küçəsindən İstiqlaliyyət küçəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin sol arxa tərəfi ilə vurub, Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcədə əzilməsi, alın-sağ gicgah nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, alın-sağ gicgah-sağ almacıq nahiyəsində qançır, sağ dirsək, sağ mil-bilək oynağı, hər iki diz qapağı nahiyələrində sıyrıqlar ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin xəsarətlərdən 08 avqust 2023-cü il tarixdə, saat 04 radələrində yaşadığı evdə ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 1959-cu ildə Astara rayonu, Əsxənəkəran kəndində anadan olmuş, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, “**- XD-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 05 avqust 2023-cü il tarixdə, saat 10:40-da “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, C.Qurbanzadə küçəsi ilə hərəkət edərək İstiqlaliyyət küçəsinə gəlmişdir. Sağa dönərək İstiqlaliyyət küçəsinə daxil olmuş, avtomobilini dayandırıb, marketə daxil olmaq istəmiş, lakin yolun sağ tərəfində avtomobilini dayandırmaq üçün yer olmamışdır. Arxa tərəfdə, yolun sağ tərəfində iki avtomobilin arasında yer olduğunu görmüş, buna görə də avtomobilini həmin 2 avtomobilin arasında dayandırmaq üçün arxaya tərəf sürməyə başlamışdır. Avtomobilini arxa tərəfə hərəkət etdirəndə ilk öncə sola baxmış, sonra isə sağa baxmışdır. Yenidən sola baxdıqda kiminsə qışqırıb “dəydi yerə” deyə bir ifadə işlətdiyini eşitmişdir. Həmin vaxt bilmişdir ki, avtomobili ilə kimisə vurmuş və dərhal avtomobildən yerə düşmüşdür. Astara şəhər sakini Zərərçəkmiş şəxs üzü üstə yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və bilmişdir ki, avtomobilinin arxa tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Dərhal vətəndaşların köməyi ilə Əlisəfanı avtomobilimin arxa oturacağının üzərində qoymuş və dərhal avtomobilini Astara rayon Mərkəzi Xəstəxanasına sürmüş, Əlisəfanı kompüter tomoqrafiyasından keçirmək üçün Masallı rayonunda yerləşən “Bioloji Təbabət” klinikasına aparmışdır. Klinikada Əlisafənı müayinədən keçirmişlər və məlum olmuşdur ki, Əlisəfanın beynində 3 ədəd damar partlamışdır. Bundan sonra Əlisəfanı Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmışdır. 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək Əlisəfa orada qalmışdır. 07 avqust 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Əlisəfanı Lənkəran RMX-dən Astara şəhərində yerləşən yaşadığı evə gətirmişlər. 08 avqust 2023-cü il tarixdə, təxminən saat 07 radələrində ona zəng gəlmiş ki, Zərərçəkmiş şəxs yaşadığı evdə ölmüşdür. O, Zərərçəkmiş şəxs avtomobilinin arxasında olduğunu görmədiyindən avtomobilinin arxa tərəfi ilə onu vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmaqla, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışmışdır. Mərhumun ailə üzvlərinin ondan hər hansı şikayət və tələbləri yoxdur. Özünün 64 yaşı olmaqla, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Göstərilənləri nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, hazırda ailə üzvləri ilə birlikdə Astara şəhərində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası ilə bir evdə yaşamışlar. Atası Zərərçəkmiş şəxs 1942-ci il təvəllüdlü olmuşdur. 05 avqust 2023-cü il tarixdə səhər saatlarında evdə olduğu zaman ona zəng vurub bildirmişlər ki, atası Astara rayon xəstəxanasındadır. Dərhal xəstəxanaya getmiş, orada bilmişdir ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs həmin gün saat 09:40-da idarə etdiyi “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobili Astara şəhəri, İstiqlaliyyət küçəsində arxaya hərəkət etdirən zaman onun atasını vurmuş və özü də atası Zərərçəkmiş şəxs xəstəxanaya gətirmişdir. Astara rayon mərkəzi xəstəxanasında olduğu zaman atası onunla danışırmış, orada həkimlər atasına tibbi yardım göstərib, məsləhət görmüşlər ki, onu Masallı xəstəxanasına aparmaq lazımdır. Odur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə atasını Masallı rayon xəstəxanasına aparmışlar. Yol boyu atası onunla danışmış, Masallı rayon xəstəxanasında atasını müayinə edib, tibbi yardım göstərmişlər, sonra bildirmişlər ki, atasını Lənkəran rayon xəstəxanasında yatızdırmaq lazımdır. Odur ki, Təqsirləndirilən şəxs ilə atasını Lənkəran xəstəxanasına gətirmişlər. Lənkəran xəstəxanasında atasını sistemə qoşmuşlar və iki gün atası orada qalmışdır. Atasının müalicəsini ev şəraitində davam etdirmək üçün 07 avqust 2023-cü il tarixdə saat 11 radələrində atasını təcili tibbi yardım avtomobili ilə yaşadığı evə gətirmişlər. Həmin gün atası evdə yatmış, 08 avqust 2023-cü il tarixdə saat təxminən 05 radələrində atası Zərərçəkmiş şəxs yaşadığı aldığı xəsarətlərdən evdə ölmüşdür. Hadisə ehtiyyatsızlıq nəticəsində baş verdiyindən və ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona mümkün qədər yüngül cəza təyin etməyi məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Astara şəhərində yaşayır. Özünə məxsus olan VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, o da, “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 05 avqust 2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində idarə etdiyi avtomobillə Astara şəhəri İstiqlaliyyət küçəsində, Mərkəzi Aptekin qarşısında dayanıb müştəri gözləmiş, həmin vaxt bekar olduğundan avtomobilin arxa işıqlarının cihazını düzəltmişdir. Başını qaldırdıqda görmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel- Astra” markalı avtomobilini İstiqlaliyyət küçəsində arxaya verir. Yenə başını aşağı salıb həmin cihazı düzəltməyə davam etmişdir. Həmin vaxt eşitmişdir ki, kimsə “yavaş, yavaş, dəydi” sözlərini demişdir. Dərhal avtomobildən çıxıb görmüşdür ki, Təqsirləndirilən şəxs avtomobilin arxasında Astara şəhər sakini Zərərçəkmiş şəxs üz üstə yerə yıxılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qabağa verib saxlamış və avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına gəlmişdir. Daha sonra orada olanların köməyi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin arxa oturacağına uzadıb xəstəxanaya aparmışlar. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verməklə, onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. 05 avqust 2023-cü il tarixdə, saat 15:30-da Astara RPŞ-nin Növbətçi hissəsinə Astara şəhər sakini Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, alması barədə həmin xəstəxanadan məlumat verilmişdir. Məlumat yoxlanılarkən müəyyən edilmişdir ki, 05 avqust 2023-cü il tarixdə saat 09:40-da Astara şəhəri İstiqlaliyyət küçəsində Astara şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərkən avtomobil Zərərçəkmiş şəxs çırpıldıqdan sonra Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət almışdır. Hadisə ilə əlaqədar həmin tarixdə saat 19:20-də hadisə yerinə baxış keçirilmişdir. Hadisə Astara şəhəri İstiqlaliyyət küçəsində, Astara rayon Mərkəzi Poçtu ilə Mərkəzi Aptek arasında olan İstiqlaliyyət və X13 küçələrinin kəsişməsində baş vermişdir. Hadisə yerini müayinə edərkən müəyyən olunmuşdur ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İstiqlaliyyət küçəsində Lənkəran şəhər istiqamətində hərəkətdə olarkən, avtomobili Poçtun qarşısında dayandırmış və geriyə Aptekə tərəf hərəkət etdirməyə başlamış, bu vaxt Astara şəhər sakini Zərərçəkmiş şəxs X13 küçəsindən çıxıb İstiqlaliyyət küçəsindən keçib Aptekin qarşısına getmək üçün hərəkət edərkən, Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı avtomobilin kuzasının arxa sol tərəfi Zərərçəkmiş şəxs çırpılmış və Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Hadisə yerinin müayinəsi zamanı Təqsirləndirilən şəxs özü bildirmişdir ki, görmədiyinə görə idarə etdiyi avtomobili ilə Zərərçəkmiş şəxs vurmuş, daha sonra Zərərçəkmiş şəxs öz avtomobilinə otuzdurub Mərkəzi xəstəxanaya aparmışdır. Bir neçə gün sonra eşitmişdir ki, Astara şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evində ölmüşdür. Bundan sonra onlar üzərlərinə düşən vəzifələrə uyğun olaraq hadisə yerinin mühafizəsini təmin etmiş, bir qədər sonra da istintaq-əməliyyat qrupunun üzvləri gəlib hadisə yerini müayinə edərək baxış keçirdikdə buna dair müvafiq protokol tərtib olunmuş, o da bu protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış Astara şəhəri İstiqlaliyyət küçəsində keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Astara şəhəri, İstiqlaliyyət küçəsində baş vermiş, Təqsirləndirilən şəxs “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobili park etməkdən ötrü yolun sağ kənarında dayandırmaq məqsədi ilə yolun sol zolağı ilə arxaya hərəkət etdirən zaman C.Qurbanzadə küçəsindən İstiqlaliyyət küçəsinə daxil olan piyada Əlisəfa Məmmədovu avtomobilin arxa hissəsi ilə vurmuşdur. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklüdür. Asfalt yolun hərəkət hissəsinin eni 7,8 metr, sol zolağın eni 4 metr, sağ zolağın zolağın eni 3,8 metr, yolun sağında olan xəndəyin eni 0,8 metr, sağda yerləşən səkinin eni 6 metr, yolu solunda olan xəndəyin eni 0,9 metr, ağaclıq sahənin eni 1,4 metr, səkinin eni 2,8 metrdir. İstiqlaliyyət küçəsi ilə kəsişən C.Qurbanzadə küçəsinin sağ tərəfdən eni 5,7 metr, sol tərəfdə olan eni isə 8,5 metrdir. Piyadanın vurulma yeri yolun sol kənarından sağa doğru 2 metr məsafədə yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Diskə baxış keçirilməsi haqqında 08 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elsevər Rəhimov hadisənin baş verdiyi yerin yaxınlığında olan aptekə quraşdırılmış kameradan götürdüyü videogörüntüləri 01 ədəd diskə yazıb istintaqa təqdim etmiş, həmin diskə baxış keçirilmiş, diskin içərisində olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 avqust 2023cü il tarixdə, saat 10:41-də “Opel Astra” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobili Astara şəhəri, İstiqlaliyyət küçəsində yolun sol zolağında arxa istiqamətində hərəkət etdirən zaman həmin küçəyə sol tərəfdən birləşən C.Qurbanzadə küçəsindən İstiqlaliyyət küçəsinə piyada daxil olan Zərərçəkmiş şəxs avtomobilin sol arxa tərəfi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Kamera görüntülərindən görünür ki, Təqsirləndirilən şəxs avtomobillə Zərərçəkmiş şəxs vurduqdan sonra təxminən 1 metr də geriyə hərəkət etmiş, hadisə baş verərkən yol səthi quru olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X14 Şəxsinin Lənkəran rayonlararası şöbəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli, 15 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “1-2.Mərhum: Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyinin ağır dərəcədə əzilməsi, alın-sağ gicgah nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, alın-sağ gicgah-sağ almacıq nahiyəsində qançır, sağ dirsək, sağ mil-bilək oynağı, hər iki diz qapağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. 3.Mərhum: Zərərçəkmiş şəxs ölümünə - başın küt travması ilə əlaqədar baş beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur.” Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 8/2999 nömrəli yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən məlum olur ki, “İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Opel Astra markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən məlum olur ki, məhkəmə yol-nəqliyyat hadisələri barədə aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “AE 443712” seriya nömrəli, “BCD” kateqoriyalı sürücülük vəsiqəsinin və etibarnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün 16 may 2019-cu il tarixdən hesablanmaqla 10 il müddətinə sürücülük hüququ vardır. O, “Opel Astra minik” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə 1 il müddətinə verilmiş etibarnamə əsasında idarə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 19 avqust 2023-cü il tarixli arayışdan məlum olur ki, “Opel Astra minik” markalı, “**-XD-***” dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçmiş və saz vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 02 oktyabr 2023-cü il tarixli tələbnaməsindən məlum olur ki, əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Astara rayon İH başçısının Astara şəhər inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Astara rayon İH başçısının Astara şəhər inzibati ərazi üzrə nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. Cinayət işinin materiallarında olan vəsiqələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs və onun arvadı X8 2-ci qrup əlildirlər. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə səciyələnməsini, əməlini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, özünün 64 yaşının olmasını, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunun sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi tarixdən hesablansın. X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. X1 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə həmin müddət başa çatdıqdan sonrakı gün hökm qanuni qüvvəsini alır. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar