Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-18/2023 22.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X39 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, tərcüməçi X9 və təqsirləndirilən şəxs X14 iştirakı ilə, 9 iyun 1975-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən, məhkum olunmamış, İran İslam Respublikası, Tehran şəhəri, Yusifabad xiyabanı, Cahanara küçəsi, 41-ci məhəllə, ev 25, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş - X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29,234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X21 cinayətlərin törədilməsindən xəbərdar olmayan şəxslər tərəfindən İran İslam Respublikasının ərazisində əldə edilərək belə şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilib İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirildikdən sonra satış məqsədi olmadan qanunsuz olaraq əldə etmək istədiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 0,94 qram təşkil edən 47 həb metadon narkotik vasitəsinin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə edilməsi və həmin narkotik vasitəni Bakı şəhərində ona təhvil verməli olan, cinayətlərin törədilməsindən xəbərdar olmayan Azərbaycan Respublikasının vətəndaşı Şahid1 Astara rayonunda təqdim edilməsi barədə cinayətlərin törədilməsindən xəbərdar olmayan, 26 sentyabr 2022-ci il tarixdə, idarə etdiyi “İveco” markalı, 39AA981/982 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı X46 Hosseına göstəriş vermiş və bu göstərişə əsasən sonuncu tərəfindən İran İslam Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək üzərində “Merazole” sözü yazılmış 01 (bir) ədəd karton qutunun içərisində olan 01 (bir) ədəd plastik qablaşdırmaya yerləşdirilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 0,94 qram təşkil edən 47 (qırx yeddi) həb metadon narkotik vasitəsinin əldə edilməsinə və göstərilən nəqliyyat vasitəsində 26 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, lakin eyni tarixdə göstərilən gömrük postunda keçirilmiş gömrük baxışı zamanı qeyd edilən şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 0,94 qram təşkil edən 47 həb metadon narkotik vasitəsi götürüldüyündən o, bilavasitə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metadon narkotik vasitəsini əldə etməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29, 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29,234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşıdır. On beş ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsi almışdır. Hazırda Bakı şəhəri Xətai rayonu 1212-ci məhəllə, Nobel prospekti, ev 15, 104 saylı mənzildə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuşdur və həmin nikahdan iki azyaşlı uşağı vardır. Ali təhsillidir, Azərbaycan Respublikasında təsis etdiyi "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyir. "xxxx" MMC-nin fəaliyyət istiqaməti işlənmiş akkumulyatorların utilizasiyasını həyata keçirmək və beləlilklə də ekoloji tarazılığı qorumaqdan ibarətdir. Eyni zamanda fəaliyyət göstərdiyi dövrdə çoxsaylı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2000-ci ildə İran İslam Respublikasının Yəzd şəhərində avtoqəza keçirmiş, bunun nəticəsində sol əli və sol ayağında, eləcə də bədəninin digər nahiyələrində çoxsaylı sınıqlarla nəticələnən xəsarətlər almışdır. Əl və ayağındakı sınıqlara görə bədən üzvlərinə mil qoyulmuş və digər formada ağır cərrahi əməliyyatlar keçirmişdir. Bu xəsarətlərdən sonra bədənində mütəmadi və ağır xarakterli ağrılar başlamış, nəticədə İran İslam Respublikasının Yəzd şəhərində yerləşən Mərkəzi Xəstəxanaya müraciət etmiş, orada Xudayari adlı həkim xəsarətləri ilə əlaqədar ona cərrahi əməliyyat tətbiq etmişdir. Bu xəsarətlərdən sonra onun bədənində mütəmadi və şiddətli ağrılar olmuşdur. Təxminən beş il əvvəl Azərbaycanda olarkən yenidən həmin ağrıları başlamış və bununla əlaqədar 2018-ci ildə Bakı şəhərində yerləşən “City Hospital”da, bundan bir il sonra “Bona Dea” xəstəxanasında cərrahi əməliyyatlar keçirmiş və ağrıları yenidən qismən azalmışdır. Bundan sonra təxminən 2020-ci ilin sonlarında onun yenidən ağırları başlamış və bununla əlaqədar “Türk-Amerika Klinikası”na müraciət etmiş, orada həkim resepti əsasında ona tramadol qəbul etməyini tövsiyə etmişdir. Bundan sonra resept əsasında ayrı-ayrı apteklərdən tramadol əldə edərək qəbul etmiş, həmin dərman onun ağrılarını qismən azaltsa da, bunu tam aradan qaldırmamışdır. Ağrıları tam azalmadığı üçün 2021-ci ildə İran İslam Respublikasının Ənzəli şəhərində adını xatırlamadığı klinikada həkim işləyən Səyyada zəng edərək ağrılarının olduğunu söyləmiş, həmin həkim də şifahi olaraq ona ağrıları olduğu təqdirdə metadon həbinin dörddə bir hissəsini qəbul etməyini tövsiyə etmişdir. Ağrılarına görə metadon qəbul etməyi qərarlaşdırdıqdan sonra bu barədə Azərbaycanda ayrı-ayrı tanıdığı həkimlərə müraciət edərək, ona metadon qəbul etməyinə dair resept yaza bilibbilməyəcəkələrini soruşduqda, onlar bu dərmanı qəbul etməyinə dair ona resept yaza bilməyəcəklərini, həmin dərmanın əsasən onkoloji xəstələr üçün tövsiyə olunduğunu bildirmişlər. Bundan əlavə özü ayrı-ayrı apteklərdən bu dərmanı almaq istəsə də, apteklərdə ona metadon sata bilməyəcəklərini söyləmişlər. Bu zaman ona aydın olmuşdur ki, metadonu Azərbaycanda əldə etmək mümkün deyildir. Bundan sonra qərarlaşdırmışdır ki, qardaşı X29 zəng edərək İrandan ona metadon alaraq Azərbaycan Respublikasına göndərməsini xahiş etsin. Bundan sonra 2022-ci ilin sentyabr ayının ortalarında İranda olan qardaşı Rezanın hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək Rezaya onun üçün metadon həbi alaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərməsini xahiş etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında qardaşı ilə aralarında olan telefon danışığı zamanı Reza ona həmin dərmanı Ənzəli şəhərində yerləşən apteklərdən birindən aldığını bildirmişdir. Bundan sonra Rezaya həmin həbləri, anasının ona göndərmək istədiyi 20 kiloqram çəkidə düyü ilə birlikdə İranda gömrük işləri ilə məşğul olan, soyadını xatırlamadığı Həmidə verməsini, Həmidin həmin malları, yəni metadon həblərini və düyünü ona göndərəcəyini demişdir. Qardaşı Reza da onun dediklərinə uyğun olaraq həmin malları 2022-ci ilin sentyabr ayının ortalarında tanımadığı taksi vasitəsi ilə Ənzəli şəhərindən İranın Astara şəhərində olan Həmidə çatdırmışdır. Reza həmin malları Həmidə çatdırmamışdan əvvəl Həmidin xatırlamadığı telefon nömrəsinə zəng edərək qardaşının onun xahişimə əsasən bir qutu dərman və düyü çatdıracağını, həmin malları təhvil alaraq onları ona çatdırması üçün işlədiyi şirkətin müəssisəsinə yük gətirəcək sürücü Bağeri Behcətə verməsini xahiş etmiş, Həmid də onunla razılaşmışdır. Həmin vaxtlarda Behcətin xatırlamadığı telefon nömrəsinə zəng edərək, Həmiddən qeyd edilən malları götürərək İrandan Azərbaycana gətirib ona çatdırması üçün deyəcəyi adama verməsini xahiş etmiş, Behcət də onunla razılaşmışdır. Bundan bir neçə gün sonra Behcət ona həmin malları götürdüyünü, İrandan Azərbaycana daxil olduqdan sonra ona məlumat verəcəyini söyləmişdir. Behcət həmin mallardan başqa ona nümunə kimi laborotoriyada yoxlanılması məqsədi ilə sosiska üçün sellofan üzlük çatdırmalı olmuş, Behcət həmin üzlüyü Tehran şəhərindən götürmüşdür. Behcət həmin malları, yəni metadon həbləri, düyü və sosiska üzlüyünü götürdükdən sonra Azərbaycanın Astara gömrük postundan işləyən gömrük əməkdaşı Şahid1la da xatırlamadığı mobil nömrəsi ilə danışaraq, ona İrandan Behcət adlı sürücünün dərman, düyü və sosiska üzlüyü gətirəcəyini söyləyib, həmin malları sürücüdən götürərək Bakı şəhərində yaşadığı üçün Bakı şəhərinə gəldikdə ona çatdırmasını xahiş etmişdir. İlqar düyü və sosiska üzlüyünün problem olmadığını bildirib, ondan dərmanın tərkibində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuş, o isə dərmanın mədə dərmanı olduğunu söyləyib, tərkibində belə qadağan olunmuş maddələrin olmadığını söyləmiş, ardınca həkimin ona “Merazole” adlı dərmanı qəbul etməyini tövsiyə etməsinə dair yazdığı reseptin fotoşəklini İlqara göndərmişdir. Bundan sonra İlqar həmin predmetləri sürücüdən aldıqdan sonra ona çatdıracağını bildirmişdir. Bundan sonra Behcətə zəng edərək İlqarın nömrəsini verib, İlqarın gömrükdə işlədiyini, gətirdiyi predmetləri İlqara verməsini, İlqarın onları Bakı şəhərində ona çatdıracağını demişdir. Bundan sonra bir neçə gün Behcətin İrandan Azərbaycana gəlməsini gözləmiş, lakin Behcətin gəlmədiyini görüb telefonla əlaqə saxlamışdır. Bu zaman Behcət İran gömrüyündə yoxlama zamanı sənədlərində problem yarandığını, ona görə İrandan Azərbaycana gəlməkdə gecikdiyini bildirmişdir. Bu zaman təcili olaraq lazım olduğundan Behcətə sosiska üzlüyünü Azərbaycana gətirməsini üçün başqa sürücüyə verməsini xahiş etmiş, bir qədər sonra Behcət onunla əlaqə saxlayaraq, heç bir sürücünün sosiska üzlüyünü götürmədiyini, lakin düyü və dərman qutusunu adını ona söyləmədiyi sürücüyə verdiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Behcət həmin dərmanı və düyünü İlqara çatdırması üçün əvvəllər tanımadığı Hidayət adlı sürücüyə vermişdir. Hidayət Azərbaycanın Astara gömrük postundan keçərkən həmin dərmanlar aşkar edilərək onların 47 ədəd metadon həbi olduğu müəyyən edilmişdir. İranda metadon satışı sərbəst olduğundan Reza onu hər hansı resept və ya digər sənəd olmadan əldə etmişdir. Qardaşı Reza həmin predmetləri Həmidə çatdırdıqdan sonra, Həmid qardaşının düyü və bir qutu “Merazole” adlı dərmanın qutusu göndərdiyini demişdir. İlqarı buna inandırmaq üçün həkimin ona “Merazole” adlı dərmanı qəbul etməyini tövsiyə etməsinə dair yazdığı reseptin fotoşəklini İlqara göndərmişdir. İlqarın qutunun içərisində olan həblərin metadon olmasından xəbəri olmamışdır. Həmid, Behcət adlı şəxslərin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qeyd edilən həblər aşkar edilmiş X46 Hosseının “Merazole” adlı başqa dərmanın qutusunun içərisində metadon həblərinin olmasından məlumatları olmamışdır. Ailədə yeganə qazanc gətirən şəxs olmasının, həyatında ilk dəfə cinayət törətməsinin, himayəsində iki azyaşlı uşağının olmasının məhkəmə tərəfindən nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29,234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. X14 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X46 Hosseın verdiyi ifadəsində göstərdi ki, təqribən 16 ildir sürücü işləyir. X47 Respublikasından Azərbaycan Respublikasına yük daşımalarını həyata keçirir. İdarə etdiyi “İveco” markalı, “39AA981/982” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi özünə məxsusdur. 25 sentyabr 2022-ci il tarixdə təyinatı Azərbaycan Respublikası Xaçmaz rayonu olan “polietilen” yükünü idarə etdiyi nəqliyyat vasitəsinə yüklətdirərək, Azərbaycan Respublikasına yola düşmüşdür. Sərhəd keçid məntəqəsində sıxlıq olduğu üçün 26 sentyabr 2022-ci il tarixdə İran sərhədində sonuncu möhür vurulan yerə çatanda ondan bir neçə maşın öndə olan həmyerlisi Behzat Bagherinin idarə etdiyi maşının sənədində səhvlik olması səbəbindən sıradan çıxarılaraq saxlandığını görmüşdür. Bu zaman Behzat Bagheri ona yaxınlaşaraq Bakıya çatdırılmalı olan, üzərində “Merazole” yazısı olan bir ədəd karton qutunun içərisində olan plastmas qablaşmada mədə və bağırsaq ağrıları üçün dərmanı və 2 ədəd hər biri 10 kiloqram kisələrdə düyünü aparmağını xahiş etmişdir. Behzata Bakıya getmədiyinə görə onu apara bilməcəyini söyləmişdir. Bundan sonra Behzat ondan arxada dayanan nəqliyyat vasitələrinin sürücülərinə yaxınlaşaraq həmin dərman və düyünü aparmağı xahiş etmiş, lakin heç bir sürücü onunla razılaşmamışdır. Daha sonra Behzat yenidən ona yaxınlaşaraq həmin dərman və düyünün Azərbaycanının Astara gömrüyündə işləyən İlqar adlı gömrük işçisinə çatdırmalı olduğunu bildirmişdir. Behzatdan onu İlqarla telefon vasitəsilə danışdırmasını xahiş etmişdir. Behzatın Azərbaycan nömrəsi olmadığı üçün onun istifadəsində mobil nömrədən İlqarın istifadəsində olan mobil nömrəyə zəng etsələr də, telefon məşğul olmuşdur. Bir neçə dəqiqə sonra həmin şəxs özü ona zəng edərək adının İlqar olduğunu, Astara gömrük postunda işlədiyini, özünün səhər növbədən çıxdığını, lakin növbə rəisinə ona dərman gətiriləcəyini barədə məlumat verəcəyini söyləmişdir. İlqara Bakıya getməyəcəyini söyləyib, dərmanı və düyünü ona harada verə biləcəyini soruşmuş, İlqar cavab olaraq Astara gömrük postunun çıxışında ondan həmin dərman və düyünü götürəcəyini söyləmiş, daha sonra İlqara onun üçün dərman və düyü gətirməsini posta tapşırmasını demişdir. İlqar bir neçə dəqiqə sonra ona yenidən zəng edərək növbə rəisinə bu barədə tapşırdığını bildirmişdir. Bundan sonra Behzatdan üzərində “Merazole” yazısı olan bir ədəd karton qutunu və iki ədəd hər biri 10 kiloqramlıq kisələrdə olan düyünü götürüb maşının salonuna qoymuşdur. Bir qədər sonra Azərbaycan ərazisinə keçərək, Astara gömrük postunun idxal yoxlama xəttinə daxil olmuşdur. Bu zaman Şahmar adlı gömrük işçisi idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşaq, şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o da cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsində olan “Merazole” yazısı olan bir ədəd karton qutudakı dərman preparatını gömrük əməkdaşına təqdim edərək onu postun əməkdaşı olan İlqar adlı şəxsə gətirdiyini, İlqarın növbə rəisinə ona dərman gətirilməsi barədə məlumat verdiyini demişdir. Bundan sonra gömrük inspektoru həmin qutuya baxış keçirərək, qutunun içərisindəki plastmas qablaşmanın içərisində üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər olduğunu müəyyən etmişdir. Yoxlama tam başa çatdıqdan sonra bir ədəd karton qutudakı plastmas qablaşmada olan üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüş, yekunda bu barədə müvafiq sənəd tərtib edilimiş və o da sənədi imzalamışdır. Dərmanın nə olduğunu bilməmişdir, dərmanı ona X43 gömrüyün çıxışında mədə və bağırsaq ağrılarının müalicəsində istifadə olunan dərman kimi ona vermişdir, həmin dərmanlar Azərbaycanda İlqar adlı gömrük işçisinə çatdırılmalı olmuşdur. Behzatdan üzərində “Merazole” yazısı olan bir ədəd karton qutunun içərisində olan plastmas qablaşmadakı dərmanları götürərkən onun içərisinə baxmamışdır. Dərmanı qəbul edəndə qutunun içərisindəki plastmas qabı qutudan çıxardıb baxmış, lakin plastmas qabın qapağını açmamış, qapaq bağlı olduğundan onun təzə olduğunu düşünərək, onu açmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2000-ci ildə gömrük orqanlarında xidmətə qəbul olunmuşdur, xidmətini Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun inspektoru vəzifəsində işləmişdir. Təxminən 4-5 il əvvəl İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara gömrük postudan keçməklə gələrkən X21 adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və şəxsi münasibətləri yaranmışdır. 21 sentyabr 2022-ci il tarixdə X5 zəng edərək İran İslam Respublikasından iki kisə düyü və şəxsi istifadəsi üçün dərman gətirtmək istədiyini söyləyib, ondan həmin predmetləri Azərbaycan gömrüyündən anbara vurulmaması üçün tapşırmasını xahiş etmiş, həmin dərmanları xəstəliyi ilə əlaqədar qəbul etdiyini, resepti olduğunu demişdir. Bu zaman həmin dərmanın dövriyyəsinin qadağan olunub-olunmamasını müəyyən etmək üçün X18 reseptinin şəklini ona göndərməsini söyləmişdir. X21 reseptin şəklini ona göndərdikdən sonra reseptdə dərmanın adının “Merazole” kimi yazıldığını görüb onun dövriyyəsi qadağan olunmuş dərman preparatı olmadığını müəyyən etmiş, ardınca Kourouşa problem olmadığını, onun nömrəsini həmin malları gətirəcək sürücüyə verməsini, gömrükdə problem olduqda ona zəng etməsini bildirmişdir. 26 sentyabr 2022-ci il tarixdə bir nəfər iranlı ona zəng edərək adının Hidayət olduğunu bildirmiş və ondan gömrük işçisi olub-olmadığını soruşmuş, o da cavab olaraq gömrük işçisi olduğunu bildirmiş, ardınca həmin şəxs ona çatdırması üçün 2 kisə düyü və 1 qutu dərman preparatı verildiyini söyləmiş, o da problem olmadığını, onları gətirməsini, Astara şəhərində təhvil alacağını demiş, qarşı tərəf də onunla razılaşmışdır. Bundan sonra “Astara” gömrük postunun çıxış qapısına yaxınlaşmış və həmin vaxt gömrük işçiləri ona müraciət edərək, İran İslam Respublikası vətəndaşı X1 gömrük nəzarətinə təqdim etdiyi dərman qablaşmasına keçirilmiş baxış zamanı üzərində “Merazole” yazısı olan karton qutunun içərisində olan plastmas qablaşmada üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər aşkar edildiyini deyib, onu araşdırma üçün təhqiqat şöbəsinə dəvət etmişlər. X14 öz sürücüsü Azərbaycan Respublikasına gələ bilmədəyindən məcbur olub İran gömrüyündə həmin predmetləri başqa sürücüyə, yəni X2 verib onları Azərbaycana apramasını xahiş etmişdir. Hətta telefonda X12 ilə sonuncu Bakı şəhərinə getməyəcəyini demiş, o isə cavab olaraq problem olmadığını, onları gətirib Azərbaycan Respublikasının Astara şəhərində ona verməsini söyləmiş, predmetləri Koruşa özü göndərməyi düşünmüşdür. X48 Hossein ilə telefonda danışarkən dərman preparatının gətirilməsi barədə növbə rəisinə məlumat verdiyini desə də, rəhbərlik ona bu barədə icazə verməmiş, belə əmələ yol verməməsini söyləmiş, o isə yenə də rəhbərliyin sözünü dinləməmişdir. Ona təqdim edilməsi nəzərdə tutulmuş “Merazole” sözü yazılmış 1 ədəd karton qutunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təsiredici maddəsinin miqdarı 0,94 qram təşkil edən 47 həb metadon narkotik vasitəsinin yerləşdirilməsindən məlumatı olmamışdır. X21 həmin dərmanın adını ona “Merazole” kimi bildirmişdir, o da həmin dərmanın qadağan edilmiş dərman olmadığını bilmişdir. Kuruş həmin dərman və düyünü keçirməyə köməklik göstəməyinə israr etdiyindən və onun tərkibində qanunla qadağan edilmiş maddələr olmadığını, onun “Merazole“ adlı dərman olduğunu söylədiyindən, X18 inanmışdır. Həmin dərmanın keçirilməsi üçün Astara gömrük postunun rəis müavininə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X42 ifadəsində göstərdi ki, 04 sentyabr 2022-ci il tarixdə idarə etdiyi “MAZ 544018” markalı, 98AA317 dövlət qeydiyyat nişanlı dartıcı və 98AA318 dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə polietilen yükü gətirib təyinat yerinə təqdim edərək əks istiqamətə daşımaq üçün yük təklifi gözləmişdir. Bu zaman sürücülərin “Votsap” qrupunda Azərbaycan Respublikasından İran İslam Respublikasının Tehran şəhərinə sıxılmış və maye halında olan qazların saxlanılması üçün nəzərdə tutulan, boş halda dəmir balonların daşınmasına dair təklifi görüb həmin təklifi edən şəxslə əlaqə saxlamış və onu İran İslam Respublikasının vətəndaşı Mehrdad Həmid adlı şəxslə əlaqələndirmişlər. İstifadəsində olan mobil nömrə ilə Mehrdad Həmid adlı şəxsin istifadəsində olan mobil nömrə ilə əlaqə saxladıqda həmin şəxs yükün Azərbaycandan Tehran şəhərinə daşınmalı olduğunu, ixracatçının “X4” şirkəti, idxalatçının isə “Madalyon Sanayi İthalat İhracat ve Dis Ticaret” şirkəti olduğunu, yükü İrandan təhvil verdikdən sonra həmin balonlara asetilin qazının doldurulacağını və qeyd edilən yükü əks istiqamətdə yəni İrandan eyni şirkətdən götürüb Azərbaycanda eyni şirkətə çatdırmalı olduğunu söyləmişdir. Bu təkliflə razılaşdıqdan sonra həmin yükü götürüb 11 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmişdir. 25 sentyabr 2022-ci il tarixdə İranın Tehran şəhərindən qeyd edilən yükü götürüb Azərbaycan Respublikasına çatdırmaq üçün yola düşmüşdür. Yolda olarkən Həmid ona zəng edərək Astara şəhərində dərman və düyü çatdıracağını, həmin dərman və düyünü Azərbaycanın Astara rayonunda gömrük əməkdaşı olan İlqar adlı şəxsə çatdırmağını, İlqarın həmin düyü və dərmanı Azərbaycanda yaşayan İran İslam Respublikasının vətəndaşı Kuruş adlı şəxsə verəcəyini, nəqliyyat vasitəsində daşıdığı yükün sifarişçisinin də Kuruş olduğunu söyləmişdir. Düyünü aparmağa razı olsa da, gömrük sərhədindən resept olmadan dərman keçirmək problem yaratdığına görə dərmanı aparmağa razı olmamışdır. Bu zaman Həmid həmin dərmanın mədə dərmanı olduğunu, problem olmadığını söyləmiş, bununla belə o yenə də dərmanı aparmağa razılaşmamışdır. Bundan bir qədər sonra Kuruş adlı şəxs xatırlamadığı mobil nömrədən ona zəng edərək daşıdığı yükün sifarişçisinin özü olduğunu, yük daşımaya görə pulu ona özünün verəcəyini söyləmiş, ardınca Həmid də ona çatdırılmalı olan düyü və dərman olduğunu, qeyd edilənləri Həmiddən götürüb Azərbaycanın Astara rayonunda İlqar adlı gömrük əməkdaşına verməyini, İlqarın həmin dərmanı Bakı şəhərində ona çatdıracağını demişdir. Dərmanı aparmaq istəmədiyini söylədikdə, Kuruş problem olmadığını, mədə dərmanı olduğunu, İlqarın gömrük əməkdaşı olduğunu, gömrükdən keçərkən problem yaranmayacağını bildirmiş, bundan sonra Kuruşla razılaşaraq dərmanı da düyü ilə birgə İrandan Azərbaycan Respublikasına gətirəcəyini söyləmişdir. Bundan sonra İranın Astara şəhərində İran-Azərbaycan gömrük sərhədinə çatmış və Həmidə zəng edərək Astarada olduğunu və Kuruşa çatdırılmalı olan düyü və dərmanı ona gətirib verməsini söyləmişdir. Bundan bir qədər sonra Həmid gömrük sərhədinə gələrək üzərinə “Merazole” yazılmış karton qutunun içərisində plastmas qabda olan dərmanı və hər biri 10 kq olan 2 kisə düyünü ona verərək getmişdir. Bunun ardınca İrandan Azərbaycana keçmək üçün İranın gömrük postuna daxil olmuş, lakin sənədlərində problem olduğuna görə gömrük postunu keçə bilməmişdir. Bundan sonra X18 zəng edərək sənədlərində problem olduğuna görə İrandan Azərbaycana daxil ola bilmədiyini bildirmiş, bu zaman X21 İranın Tehran şəhərində ona çatdırılması üçün verilən sosiska üzlüyünü, eləcə də düyü və dərmanı ona çatdırılması üçün başqa sürücüyə verməyini bildirmişdir. Bundan sonra postda növbə gözləyən sürücü kimi tanıdığı X46 Hosseın daxil olmaqla, ayrı-ayrı sürücülərdən həmin sosiska üzlüyü, düyü və dərmanı İrandan Azərbaycana keçirməsini xahiş etmiş, lakin X46 Hosseın daxil olmaqla, sürücülərin heç biri həmin predmetləri İrandan Azərbaycana aparmağa razı olmamışdır. Yenidən X46 Hosseından bu malları aparmasını xahiş etdikdə, Hedayat düyünü apara biləcəyini, digər predmetləri İrandan Azərbaycana aparmaq istəmədiyini, sosiska üzlüyünün və dərmanın tərkibinin konkret nədən ibarət olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra Hedayata həmin predmetlərin problemli olmadığını, dərmanın mədə ağrısı üçün olduğunu, onu Azərbaycanın Astara rayonunda İlqar adlı gömrük əməkdaşına çatdıracağını, İlqarın həmin dərmanı X18 verəcəyini demiş və Hedayatı İlqar adlı gömrük əməkdaşı ilə telefon vasitəsi ilə danışdırmışdır. Onun Azərbaycan telefon nömrəsi olmadığına görə X46 Hosseının istifadəsində olan mobil nömrədən İlqarın istifadəsində olan mobil nömrəyə zəng etmiş, ardınca telefonu X46 Hosseına vermiş, özü də İlqarla danışmış və İlqar da X46 Hosseına dərmanın mədə ağrısı dərmanı olduğunu, problem olmadığını, özünün gömrük əməkdaşını olduğunu, narahat olmamasını bildirmişdir. Bundan sonra X46 Hosseın dərmanı da düyü ilə birgə İrandan Azərbaycana aparmağa razılaşmış, lakin Hedayat sosiska üzlüyünü aparmağa yenə də razılaşmamışdır. Bundan sonra X46 Hosseın düyü və dərmanı ondan götürərək İran gömrüyünə daxil olub, ardınca Azərbaycan Respublikasının Astara gömrük postuna keçmişdir. Bundan bir neçə saat sonra ona məlum olmuşdur ki, X46 Hosseına verdiyi dərman metadon tərkibli həblər olmuş və X46 Hosseın buna görə saxlanılmışdır. Bu hadisədən sonra Həmid və Kuruşla bu barədə danışdıqda hər ikisi hansı səbəbdən belə halın baş verdiyini bilmədiklərini söyləmişlər. Əlavə olaraq Həmid dərman və düyünün ona Kuruşun qardaşı Reza tərəfindən çatdırıldığını demiş və dərmanla düyünün Reza tərəfindən ona çatdırılmasına dair yük daşıma sənədini ona təqdim etmişdir. Onun həmin dərmanın metadon tərkibli olmasından xəbəri olmamışdır, eləcə də X46 Hosseının da bu barədə məlumatlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük postunda, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəmi yerinə yetirmişdir. Həmin tarixdə, saat 21 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “İveco” markalı, 39AA981/982 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “polietilen” yükü gətirən İran İslam Respublikası vətəndaşı X3 gömrük nəzarətini həyata keçirmək üçün saxlayaraq, onunla gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparmışdır. Sorğu-sual zamanı Hedayatdan üzərində, əşyalarında və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşmuş, Hedayat isə öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsinin salonun üzərində “Merazole” yazısı olan bir ədəd karton qutunun içərisindəki plastmas qablaşdırmada dərman preparatı və hər biri 10 kq çəkidə olan 2 ədəd düyü olduğunu bildirmiş, ardınca həmin predmetləri özü nəqliyyat vasitəsinin salonundan götürərək ona təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə sürücünün ona təqdim etdiyi dərman qablaşdırmasına baxış zamanı üzərində “Merazole” yazısı olan karton qutunun içərisində olan plastmas qablaşdırmada üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər aşkar etdim və onları qablaşdırılıb götürmüşdür. Bu zaman X46 Hosseın həmin predmeti ona İran İslam Respublikasının Astara şəhərində sürücü yoldaşı Behzat tərəfindən verildiyini, onları Azərbaycan Respublikasında İlqar adlı gömrük əməkdaşına çatdırmalı olduğunu söyləmişdir. Yekun olaraq bu barədə protokol tərtib etmiş və bütün iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə «Astara» Gömrük postunun qarşısında olarkən Elmar adlı gömrük əməkdaşı ona və onunla birlikdə orada olan Şahmar Hüseynova müraciət edərək, posta daxil olmuş sürücülərdən birindən götürülmüş predmetə baxış keçiriləcəyini söyləyib, onlardan həmin baxışda hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar da Elmarla razılaşaraq posta daxil olmuşlar. Baxışdan əvvəl gömrük əməkdaşı onlara hüquq və vəzifələrini izah etmiş, ardınca əvvəllər tanımadığı, İran İslam Respublikasının vətəndaşı X6ra təqdim edərək həmin şəxsin özünün idarə etdiyi nəqliyyat vasitəsinin salonundan götürərək ona verdiyi dərman qutusuna baxış keçirəcəyini bildirmiş və həmin predmetə baxış keçirməyə başlamışdır. Baxış zamanı üzərinə “Merazole” yazısı olan karton qutunun içərisində olan plastmas qablaşdırmadan üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Bu zaman X46 Hosseın həmin predmeti ona İran İslam Respublikasının Astara şəhərində sürücü yoldaşı Behzat tərəfindən verildiyini, onu Azərbaycan Respublikasında İlqar adlı gömrük əməkdaşına çatdırmalı olduğunu söyləmişdir. Yekun olaraq bu barədə protokol tərtib edilmiş və o, digər iştirakçılarla birgə protokolla tanış olaraq onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X27 şahid X10 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda tərtib edilmiş “baxış və götürmə haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 21 radələrində idarə etdiyi “İveco” markalı, 39AA981/982 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına “polietilen” yükü gətirən İran İslam Respublikası vətəndaşı X13 “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük əməkdaşına idarə etdiyi nəqliyyat vasitəsində 01 (bir) ədəd karton qutudakı plastmas qablaşmada dərman preparatı olduğunu bildirmiş və həmin qablaşmanı gömrük nəzarətinə təqdim etmişdir. Həmin qablaşmaya keçirilmiş baxış zamanı üzərində “Merazole” yazısı olan 1 ədəd karton qutunun içərisində olan plastmas qablaşmada üzərində “M20” yazılı 47 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı həblər olduğunu müəyyən edilmişdir. İlkin sorğu-sual zamanı X46 Hosseın təqdim etdiyi həmin dərman preparatını İran İslam Respublikasının Astara şəhərində sürücü tanışı Behzatın verdiyini və Azərbaycan Respublikasında İlqar adlı gömrük işçisinə çatdırmalı olduğunu bildirmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli, 19/1033 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd polietilen paketdəki 01 (bir) ədəd üzərində “Merazole Omeprazole 20” yazısı olan qapaqlı plastik dərman qabının içərisində ümumi sayı 47 ədəd olan üzərində “ddp/M20” sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı həblər - metadondur. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,94 qramdır (bir həbdə 0,02 qram). Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına daxildir. (İİ siyahı, İ bənd, sıra nömrə 6) daxildir. Qeyd: Metadon həblərinin sayı – 47 ədəd həb, tədqiqata sərf edildi – 5 həb, qalıq – 42 ədəd metadon həbi qəldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X44 tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 5769 saylı rəydən görünür ki, X15 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan tramadoldan periodik istifadə etmə halları olmuşdur. Lakin, hazırda müayinə zamanı X15 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metadon» olan narkotik vasitənin 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29, 234.1-ci maddələri ilə ittiham verilmişdir. X14 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X14 təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29,234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X14 məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
2. “Bona Dea” Beynəlxalq Hospitalı tərəfindən verilmiş 07 iyul 2019-cu il tarixli epikrizdən görünür ki, X18 “sol diz qapağının sınıqdan sonrakı vəziyyəti, sol diz qapağının oynaq səthinin grade 3 osteoxondral lezionu, sol tərəfli suprapatellar boşluğun oynaq faresi” diaqnozu təyin edilmiş və 20 dekabr 2018-ci il tarixdə anesteziya altında sol diz oynağının artroskopik debritmanı, oynaq faresinin eksizyonu cərrahi əməliyyatı icra edilmişdir.
3. “Baku City” Hospitalı tərəfindən verilmiş tibbi müayinə sənədlərindən görünür ki, X14 sol dizinin 18 may 2018-ci il tarixdə keçirilmiş MR müayinəsi zamanı “oynaq daxilində və suprapatellar bursaya uzanan maye yığıntısı, patellada köhnə bitişmiş sınıqlar, prepatellar nahiyədə, patellar tendonda və hoffa yağ yastığında postop dəyişikliklər, medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya, lateral meniskusun arxa buyunuzda İ dərəcə degenerasiya”. 15 fevral 2019cu il tarixdə keçirilmiş MR müayinəsi zamanı “oynaq daxilində və suprapatellar bursuya uzanan maye yığıntısı, suprapatellar bursada 13 mm ölçüsündə qopmuş osteofit, patellada köhnə bitişmiş sınıqlar, patellada subxondral sümükdə 4 mm ölçüsündə osteoxondral zədələnmə, prepatellar nahiyədə, patella tendonda və hoffa yağ yastığında postop dəyişikliklər, medial meniskusun arxa buynuzunda İİİ dərəcə yırtıq, lateral meniskusun arxa buyunuzda İ dərəcə degenerasiya, femur lateral kondildə minimal sümük iliyi ödemi”, aşağı ətrafının venoz sisteminin 11 iyun 2018-ci iıl tarixdə keçirilmiş RDUS müayinəsi zamanı “sol aşağı ətrafda dərin və səthi sistemininin damarlarında tromboz lehinə görüntü işlənmədi, diqqət çəkən genişlənmiş varikoz venlənlər və ona bağlı venoz yetməzlik qeyd olunmamışdır, sol inquinal nahiyyədə reaktiv lenf nodları izlənilir” müəyyən edilmişdir.
4. X29 yazılmış 17 iyun 2022-ci il tarixli resept blankından görünür ki, həkim tərəfindən qeyd edilən resept əsasında X18 “tramadol” dərman preparatı qəbul etməsi tövsiyə edilmişdir.
5. “X17” xəstəxanasından daxil olmuş 19 oktyabr 2022-ci il tarixli, 21 saylı məktubdan görünür ki, X21 21 fevral 2022-ci il tarixdə, 04 iyul 2022-ci il tarixdə və 27 avqust 2022-ci il tarixdə həkim-terapevt Rüstəm Şəmayili tərəfindən ambulator qaydada müayinə olunmuş, “xroniki hepatoxolesistitin kəskinləşməsi, hipertoniya, hiperterioza, anemiya” diaqnozuna uyğun olaraq ona narkotik vasitə, güclü ağrıkəsicilər və psixotrop dərmanlar istisna olmaqla, həmin diaqnoz üçün tələb olunan dərman preparatları təyin edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X22” X44ndən daxil olmuş 31 oktyabr 2022-ci il tarixli, MİHO/1.3.1-2-2022-21376 saylı məktubdan görünür ki, “Merazole” dərman vasitəsi dövlət qeydiyyatına alınmamışdır. “Metadon” tərkibli dərman vasitəsinin apteklərdə satışına icazə verilmir, yalnız ixtisaslaşdırılmış tibbi müəssisələrdə opiat asılılığın müalicəsi zamanı detoksikasiya məqsədi ilə (heroin asılılığı və digər morfinəbənzər narkotiklərdən asılılıq), eləcə də opiat narkomaniyası xəstəliyi olan pasiyentlərin dəstəkləyici müalicəsi üçün istifadə edilir, “tramadol hidroxlorid” güclü təsiredici maddəsi-qarışıq təsir mexanizminə malik alagetik (ağrıkəsici) vasitədir, müxtəlif etiologiyalı orta və yüksək intensivliyə malik ağrı sindromu (məsələn, onkoloji xəstələrdə, travma zamanı və əməliyyatdan sonrakı dövrdə ağrı) zamanı istifadə edilir.
7. Xasiyyətnamədən, o cümlədən nikah haqqında arayışdan görünür ki, X21 ailəlidir, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur.
8. Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 003882 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 21 aprel 2012-ci il təvəllüdlü X36 adlı uşağı var. Uşaq Azərbaycan Respublikasında, Bakı şəhərində anadan olmuşdur.
9. Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 507942 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 13 mart 2020-ci il təvəllüdlü X37 adlı uşağı var. Uşaq Azərbaycan Respublikasında, Bakı şəhərində anadan olmuşdur.
10. «DYİ» seriyalı, ******* saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X18 Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir.
11. "xxxx" MMC-i tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, AZ/0311-2023 saylı arayışdan görünür ki, cəmiyyətin direktoru X14 tərəfindən sağlamlıq imkanları məhdud olan X16 11498,28 (on bir min dörd yüz doxsan səkkiz manat iyirm səkkiz qəpik) manat pul vəsaiti köçürməsi olunmuşdur. Köçürmədə məqsəd onun xəstəliyinin müalicə olunasıdır. Həmin arayışdan görünür ki, 02 (iki) şəhid ailəsinin üzvü – X28 və X32 "xxxx" MMCi tərəfindən işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən X14 himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X14 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün ağır qəza keçirməsi nəticəsində xəstəliyinin olmasını, yardıma ehtiyacı olan şəxslərə köməkliklər etməsini, şəhid ailəsi üzvlərini işlə təmin etməsini, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə güclü ağrıkəsici dərmanlardan qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X21 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. X21 bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X14 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəli olmaqla iki azyaşlı uşağının onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, özünün xəstə olmaqla daim müalicədə olmasını, yardıma ehtiyacı olan şəxslərə köməkliklər etməsini, şəhid ailəsi üzvlərini işlə təmin etməsini, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə güclü ağrıkəsici dərmanlardan qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. X14 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, iki azyaşlı uşağının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yardıma ehtiyacı olan şəxslərə köməkliklər etməsini, şəhid ailəsi üzvlərini işlə təmin etməsini, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdə güclü ağrıkəsici dərmanlardan qəbul edə bilməsi ilə bağlı qeydlərin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən X21 barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs X14 törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 42 ədəd metadon həbi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli qərar və protokoldan, eyni zamanda “qətimkan tədbiri seçilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X21 27 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 sentyabr 2022-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(018)-18/2023 saylı qərarından görünür ki, X21 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, X14 tutulduğu və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə X14 tutulduğu və ev dustaqlığında olduğu müddətdə artıq islah olunması qənaətinə gəlir və ona cinayətlərin məcmusu üzrə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Ona görə də X14 tutulduğu və ev dustaqlığında olduğu müddəti, yəni 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi 02 (iki) gün müddəti, eyni zamanda 21 fevral 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixə kimi olan müddəti azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanmaqla X18 təyin olunmuş 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab olunmalıdır. Məhkəmə eyni zamanda X14 narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.1 və 52.2.6-cı maddələrinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daim yaşayan şəxslərə və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə iclasında müəyyən edildi ki, X11 beş ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi vardır. Eyni zamanda himayəsində Azərbaycan Respublikasında doğulmuş iki azyaşlı uşağı vardır. Qeyd olunanları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma kimi əlavə cəza növü tətbiq oluna bilməz. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X7 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X8, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 29, 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X18 qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X14 tutulduğu və ev dustaqlığında olduğu müddət, yəni 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixə kimi 02 (iki) gün müddət, eyni zamanda 21 fevral 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixə kimi olan müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla X18 təyin olunmuş 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş (icra edilmiş) hesab olunsun. X21 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 42 (qırx iki) ədəd metadon həbi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X7 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X8, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. X21 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu (məhkum X19 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov