Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-18/2024 14.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X34 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəlmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 iştirakları ilə, xx xxx 1988-ci ildə Astara rayonu Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 13 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx xxxxxxxx 2001-ci ildə Astara rayonu, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 13 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx xxxxxx 1999-cu ildə Astara rayonu, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Noyabud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə xx xxxx 1993-cü ildə Astara rayonu, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 23 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1996-cı ildə ünvan 4ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Noyabud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 23 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023cü ilin mart ayının sonlarında, saat 22 radələrində Astara rayonu, Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 650(altı yüz əlli) manat dəyərində 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni oğurladıqdan sonra, saat 23 radələrində digər qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə həmin düyəni yaşadığı evin həyətində olan tövləyə apararaq özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 650 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin aprel ayının sonlarında, saat 01 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2000(iki min) manat dəyərinə 3 yaşlı, boz rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi və 600(altı yüz) manat dəyərində 10 aylıq, boz rəngli, diri çəkisi təxminən 70 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2600(iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 1500(min beş yüz) manat dəyərində 2 yaşında, ağ rəngli, diri çəkisi təxminən 120 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Burzubənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1200(min iki yüz) manat dəyərində 5 yaşlı, narıncı-qara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 1200 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının əvvəllərində, saat 23 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs9 məxsus 800(səkkiz yüz) manat dəyərində 2 yaşlı, qara rəngli, diri çəkisi təxminən 140 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 800 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə yaşadığı Astara rayonu, Burzubənd kəndində yerləşən meşəlik əraziyə aparmış, eyni niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 00 radələrində meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1100(min yüz) manat dəyərində 2 yaşlı, açıq qırmızı rəngli, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş düyəni və 700(yeddi yüz) manat dəyərində 1 yaşlı, ağ-qara rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, evinin həyətinə gətirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1800(min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 21 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində 5 yaşlı, ağ-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs4 22 may 2023-cü il tarixdə, saat 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus 750(yeddi yüz əlli) manat dəyərində 1 yaşlı, açıq qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş düyənin Astara rayonu, Burzubənd kəndində yerləşən yaşadığı evin yaxınlığında otladığını görüb, bu barədə digər qrup üzvlərinə məlumat verdikdən sonra aralarında əldə olunmuş ümumi cinayətkar razılığa uyğun davranış sərgiləyib həmin düyəni oğurlayaraq evinə aparmış, ümumi cinayətkar razılaşmanın davamı olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 23 radələrində düyəni Təqsirləndirilən şəxs4 həyətindən götürüb onun həyətinə gətirməklə özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 750 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının sonlarında, saat 22 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində 1 yaşlı, qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq qrup üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023cü ilin mart ayının sonlarında, saat 22 radələrində Astara rayonu, Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 650(altı yüz əlli) manat dəyərində 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni oğurlayıb, həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1lə birlikdə həmin düyəni sonuncunun yaşadığı evin həyətində olan tövləyə aparmaqla özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 650 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin aprel ayının sonlarında, saat 01 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2000(iki kin) manat dəyərində 3 yaşlı, boz rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi və 600(altı yüz) manat dəyərində 10 aylıq, boz rəngli, diri çəkisi təxminən 70 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2600(iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 1500(min beş yüz) manat dəyərində 2 yaşlı, ağ rəngli, diri çəkisi təxminən 120 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Burzubənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1200(min iki yüz) manat dəyərində 5 yaşlı, narıncı-qara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 1200 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının əvvəllərində, saat 23 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs9 məxsus 800(səkkiz yüz) manat dəyərində 2 yaşlı, qara rəngli, diri çəkisi təxminən 140 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 800 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 onunla Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə yaşadığı Astara rayonu, Burzubənd kəndində yerləşən meşəlik əraziyə aparmış, Təqsirləndirilən şəxs4lə birlikdə istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 00 radələrində meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1100(min yüz) manat dəyərində 2 yaşlı, açıq qırmızı rəngli, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş düyəni və 700(yeddi yüz) manat dəyərində 1 yaşlı, ağqara rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə aparmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1800(min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 21 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində 5 yaşlı, ağ-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs4 22 may 2023-cü il tarixdə, saat 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus 750(yeddi yüz əlli) manat dəyərində 1 yaşlı, açıq qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş düyənin Astara rayonu, Burzubənd kəndində yerləşən yaşadığı evin yaxınlığında otladığını görüb, bu barədə digər qrup üzvlərinə məlumat verdikdən sonra aralarında əldə olunmuş ümumi cinayətkar razılığa uyğun davranış sərgiləyib həmin düyəni oğurlayaraq evinə aparmış, ümumi cinayətkar razılaşmanın davamı olaraq həmin tarixdə, saat 23 radələrində düyəni Təqsirləndirilən şəxs4 həyətindən götürüb Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə aparmaqla özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 750 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının sonlarında, saat 22 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində, 1 yaşlı, qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs5 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin mart ayının sonlarında, saat 20 radələrində Astara rayonu Səlivə kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus 700(yeddi yüz) manat dəyərində, 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 700 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs4lə birlikdə istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin aprel ayının sonlarında, saat 22 radələrində Astara rayonu, Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 650(altı yüz əlli) manat dəyərində 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni oğurlayıb, həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin düyəni digər qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə yaşadığı evin həyətində olan tövləyə aparmaqla özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 650 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin mart ayının sonlarında, saat 20 radələrində Astara rayonu Səlivə kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus 700(yeddi yüz) manat dəyərində, 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 700 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs3lə birlikdə istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin aprel ayının sonlarında, saat 22 radələrində Astara rayonu, Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 650(altı yüz əlli) manat dəyərində 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni oğurlayıb, həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin düyəni digər qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə yaşadığı evin həyətində olan tövləyə aparmaqla özgə əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 650 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin aprel ayının sonlarında, saat 01 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 2000(iki kin) manat dəyərində 3 yaşlı, boz rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi və 600(altı yüz) manat dəyərində 10 aylıq, boz rəngli, diri çəkisi təxminən 70 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2600(iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Deqədi kənd sakini Zərərçəkmiş şəxs4 məxsus 1500(min beş yüz) manat dəyərində 2 yaşlı, ağ rəngli, diri çəkisi təxminən 120 kiloqram olan 1 baş düyəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ilk günlərində, saat 02 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən Astara rayonu Burzubənd kənd sakini Zərərçəkmiş şəxs3 məxsus 1200(min iki yüz) manat dəyərində 5 yaşlı, narıncı-qara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 1200 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və X18 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının əvvəllərində, saat 23 radələrində ünvan 4ində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs9 məxsus 800(səkkiz yüz) manat dəyərində 2 yaşlı, qara rəngli, diri çəkisi təxminən 140 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 800 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra əvvəlcədən aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs1 onunla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yaşadığı Astara rayonu, Burzubənd kəndində yerləşən meşəlik əraziyə aparmış, Təqsirləndirilən şəxs2lə birlikdə istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 00 radələrində meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs5 məxsus 1100(min yüz) manat dəyərində 2 yaşlı, açıq qırmızı rəngli idi, diri çəkisi təxminən 110 kiloqram olan və 700(yeddi yüz) manat dəyərində 1 yaşlı, ağ-qara rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 2 baş düyəni gizli olaraq talayıb, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə aparmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 1800(min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının ortalarında, saat 21 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində 5 yaşlı, ağ-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş inəyi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşdikdən sonra qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq 22 may 2023-cü il tarixdə, saat 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus 750(yeddi yüz əlli) manat dəyərində 1 yaşlı, açıq qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş düyənin Astara rayonu, Burzubənd kəndində yerləşən yaşadığı evin yaxınlığında otladığını görüb, bu barədə digər qrup üzvlərinə məlumat verdikdən sonra həmin düyəni oğurlayaraq evinə aparmış, həmin tarixdə, saat 23 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 düyəni digər qrup üzvü Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə aparmaqla Zərərçəkmiş şəxs6 750 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin may ayının sonlarında, saat 22 radələrində Astara rayonu Şüvi kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1500(min beş yüz) manat dəyərində, 1 yaşlı, qırmızı rəngli, diri çəkisi təxminən 75 kiloqram olan 1 baş cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 1500 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 31 may 2023-cü il tarixdə, saat 02 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs10 məxsus evin həyətinə qapını açmaqla qanunsuz daxil olub, həyətdə olan mal-qara saxlamaq üçün nəzərdə tutulmuş, metal tor çəpərlə əhatələnmiş başqa saxlanc yerinin qapısını açaraq daxil olduqdan sonra oradan hər birinin dəyəri 165 manat olmaqla ümumi dəyəri 495(dörd yüz doxsan beş) manat olan 3 baş qoyunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 495 manat məbləğində maddi ziyan vuraraq başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, 2023-cü ilin mart ayının sonlarında, saat 20 radələrində Astara rayonu Səlivə kəndində yerləşən meşəlik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus 700(yeddi yüz) manat dəyərində, 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 cöngəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 700 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi yoxdur. Ailəsini təsərrüfatında mal-qara saxlamaqla, eləcədə Astara və Lənkəran rayonları ərazisində işləməklə dolandırır. 2023-cü ilin mart ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs4 avtomobillə işlədiyi qəssabxanaya gəlmiş, İxtiyar ona dağlarda yerləşən meşəlik ərazilərdə nəzarətsiz qalan heyvanların olduğunu, həmin heyvanlardan oğurlaya biləcəklərini deyib, oğurlayacaqları heyvanları qəssabxanada yerbəyer etməyi təklif etmişdir. İxtiyara oğurluq etdikdən sonra ifşa olunacaqlarını dedikdə İxtiyar meşələrdə insanların çoxlu sayda heyvanının olduğunu, heyvan sahiblərinin heyvanlarının saylarını bilmədiklərini, heç kimin heyvanlarının oğurlanacağını bilməyəcəyini demişdir. İxtiyarın dediklərinin ağlabatan olduğunu görüb, razılaşmışdır. Həmin hadisədən təxminən 15 gün keçdikdən sonra, 2023-cü ilin aprel ayının ortalarında, günorta saatlarında İxtiyar ona zəng edib, Noyabud kənd sakini Təqsirləndirilən şəxs3lə birlikdə oğurluq edəcəyini deyib, oğurlayacağı heyvanı satmasını istəmiş və ixtiyarla razılaşmışdır. Həmin gün, təxminən saat 23 radələrində İxtiyar zəng edib, evinin yaxınlığındakı stadiona çatdığını, 1 baş düyə gətirdiyini deyərək, stadiona gəlməsini istəmiş, yaşadığı evi tərk edib stadiona getmiş, həmin vaxt İxtiyar stadionda tək olmuş, 1 baş sarı rəngli 1 yaşlı düyəni İxtiyardan alıb, evinin həyətinə yola düşmüşdür. Düyəni İxtiyardan alanda Sərraf İxtiyarın yanında olmamış, çünki, İxtiyardan Sərrafın yanında düyəni verməməsini istəmişdir. Təxminən 50 metr irəlilədikdən sonra düyənin yerimədiyini görüb, əmisi oğlu Təqsirləndirilən şəxs2 zəng edib köməklik etməsini xahiş etmiş, Adil yanına gəlib düyəni haradan gətirdiyini soruşmuş, Adilə düyənin oğurluq heyvan olduğunu, İxtiyarla Sərrafın oğurlayıb, ona verdiklərini deyib, düyəni satandan sonra ona da pul verəcəyini Adilə bildirmişdir. Adil razılaşaraq 1 baş düyəni evinə aparmasında köməklik etmiş, növbəti gün, təxminən saat 12 radələrində həmin düyəni 550 manata satmış, puldan 300 manat İxtiyara vermiş, qalan pulu özünə götürmüş və Adilə 100 manat pul vermişdir. Sonradan bilmişdir ki, oğurladıqları düyə Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. 2023-cü ilin aprel ayının sonlarında, günorta saatlarında qəssabxanasının yanında olan, əmisinə məxsus çayxanada olarkən İxtiyar ona yaxınlaşıb oğurluq etməyi təklif etmiş, o da razılaşmış, həmin gün əmisi oğlu Adilə də oğurluq etmək barədə fikrini demiş və Adil onunla razılaşmışdır. Əvvəlcədən razılaşmışlar ki, saat 23 radələrində meydançada görüşsünlər və oğurluq etməyə getsinlər. Razılaşdıqları qaydada çayxanada görüşmüşlər və İxtiyarın dediyi Noyabud kəndində yerləşən meşəlik əraziyə yola düşmüşlər. Meşəyə yola düşməzdən əvvəl özü ilə kəndir də götürmüş, birlikdə meşəlik ərazidə olarkən, saat təxminən 01 radələrində təxminən 20 baş heyvan olduğunu görmüş, meşədə iki setka çəpər olmuş və onlar birlikdə 1 baş boz rəngli inəyi çəpərin arasına salmışlar. Həmin yer eniş-yoxuşlu ərazi olmuş, inək boz rəngli, təxminən 3 yaşlı bir inək olmuşdur. İnəyi çəpərlərin arasına saldıqda inəyin balası da dalınca gəlmiş, Adil enişdə, o isə yoxuşda qalmış və İxtiyar inəyin buynuzuna kəndir keçirmişdir. İnəyin balası, yəni ki, düyə inəyin dalınca gəldiyindən düyəni kəndirlə tutmamış, sonra İxtiyar və Adillə birlikdə oğurladıqları inək və düyəni çay kənarı ilə yaşadıqları kənddə yerləşən stadiona gətirmişlər. Stadionda İxtiyar onlardan ayrılmış, Adillə birlikdə 1 baş inək və 1 baş düyəni evinin həyətinə aparmışdır. Növbəti gün Lənkəran rayon sakini, malqara alveri ilə məşğul olan Sadiq Tağıyev axşam saatlarında, təxminən saat 20 radələrində idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə evinə gəlmiş, inəklə düyəni Sadiqə 900 manat satmış, İxtiyar və Adilin hərəsinə 150 manat pul vermiş, qalan pulu isə özünə götürmüşdür. Sonradan bilmişdir ki, oğurladıqları 1 baş inək və balası Noyabud kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuşdur, bu barədə İxtiyar ona məlumat vermişdir. Həmin hadisədən təxminən 3-4 gün keçdikdən sonra 2023-cü ilin may ayının ilk günlərində İxtiyarın, onun əmisi Bəxtiyarın çayxanasında olduğunu görmüş, Adil və İxtiyarla söhbət edərkən yenə də oğurluq etmək, saat 23 radələrində yaşadıqları kənddə görüşmək qərarına gəlmişlər. Həmin gün, təxminən saat 23 radələrində Adillə birlikdə stadionun kənarına getmiş və İxtiyarın da orada olmuşdur. İxtiyar və Adillə birlikdə piyada Noyabud kəndində yerləşən meşəlik əraziyə yola düşmüş, yola düşməzdən əvvəl özü ilə kəndir və duz götürmüşdür. Noyabud kəndində yerləşən meşəlik ərazidə təxminən 30 baş heyvan olduğunu görmüş, saat 02 radələrində Adil meşədə olan palıd ağacının dibinə duz tökmüş, sürüdə olan heyvanlardan 1 baş ağ rəngli, 2 yaşlı, yerli cinsli, diri çəkisi təxminən 130 kq olan düyə duza yaxınlaşmış, bu zaman İxtiyar həmin düyəyə yaxınlaşıb, buynuzuna kəndir keçirmiş, o da duza yaxınlaşan yaşlı, narıncı-qara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyin buynuzuna kəndir keçirmişdir. Sonra isə birlikdə köməkləşib, oğurladıqları 1 baş inək və 1 baş düyəni yaşadıqları kəndə aparmışlar. Stadionda İxtiyar onlardan ayrılmış, Adillə birlikdə 1 baş inək və 1 baş düyəni evinə aparmış, növbəti gün, saat təxminən 14 radələrində oğurladıqları inəyi Sadiqə 520 manata satmış. düyəni isə oğurluqdan təxminən 10 gün sonra Sadiqə 820 manata satmışdır. İnəyin pulundan Adillə İxtiyarın hər birinə 140 manat pul vermiş, düyənin pulundan isə Adillə İxtiyarın hər birinə 120 manat pul vermişdir. Sonra İxtiyar oğurladıqları düyənin Zərərçəkmiş şəxs4, inəyin isə Zərərçəkmiş şəxs3 məxsus olduğunu demişdir. Törətdikləri oğurluq hadisəsindən bir neçə gün keçdikdən sonra, yenə də İxtiyar və Adillə oğurluq etmək qərarına gəlmiş, 2023-cü ilin may ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə İxtiyar və Adillə meydançada görüşmüş, özü ilə kəndir və duz götürmüş, sonra isə İxtiyarın avtomobili ilə meşəyə yola düşmüşlər. İxtiyar Noyabud kəndi ərazisində, “qoz çuxuru” adlanan yerin yaxınlığında avtomobilini dayandırmış, onlar avtomobildən yerə düşmüş, təxminən saat 23 radələrində, yoldan təxminən 20 metr aralıda heyvan sürüsünün olduğunu görmüş, telefonunun işığını yandırıb inəklərə baxmış və inəklərin içərisindən birini seçmişdir. Bundan sonra Adil yerə duz səpmiş, heyvan sürüsü duza yaxınlaşmış, həmin vaxt İxtiyar kəndiri Mehmanın seçdiyi 2 yaşlı, qara rəngli, yerli cins, diri çəkisi təxminən 150 kiloqram olan 1 baş düyənin buynuzuna tərəf atmış və düyəni tutmuşdur. Adillə köməkləşib 1 baş düyəni avtomobilin içərisinə salmış, avtomobillə yaşadıqları kəndə, stadiona gəlmişlər. Adillə birlikdə oğurladıqları düyəni evinə aparmış, növbəti gün düyəni satıb, İxtiyara 200 manat pul vermiş, qalan pulu isə özü ilə Adilin arasında bölmüşdür. Sonradan bilmişdir ki, oğurladıqları 1 baş düyə Noyabud kənd sakini Zərərçəkmiş şəxs9 məxsus olmuşdur. 2023-cü ilin may ayının ortalarında İxtiyar və Adillə çayxanada görüşmüş, yenə də oğurluq etmək qərarına gəlmiş, həmin gün, təxminən saat 22 radələrində İxtiyar və Adillə yaşadığı kənddə, stadionun kənarında görüşmüş, idarə etdiyi avtomobillə Adil və İxtiyarı meşəlik ərazinin kənarına aparmışdır. Həmin vaxt ayaqları ağradığından İxtiyarla Adilə ayaqlarında ağrı olduğunu, yeriyə bilməyəcəyini, onları evində gözləyəcəyini demişdir. İxtiyarla Adil ona etiraz etməmiş, İxtiyarla Adilə kəndir verib, yol kənarında avtomobildən düşürdükdən sonra evinə gedib, gözləməyə başlamışdır. Təxminən saat 01 radələrində İxtiyarla Adil təxminən 1 il 6 aylıq, açıq qırmızı rəngli, diri çəkisi təxminən 120 kiloqram olan 1 baş düyəni və ağ-qara rəngli, 1 yaşlı, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş düyəni evinə gətirmişdir. Sonradan bilmişdir ki, oğurladıqları 2 baş düyə Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Oğurluq hadisəsindən təxminən 2 gün keçdikdən sonra, təxminən saat 09 radələrində hər iki düyəni Sadiqə satmış, ümumilikdə Sadiqdən 1100 manat məbləğində pul almış, pulu aldıqdan sonra İxtiyara 250 manat, Adilə isə 200 manat pul vermiş, qalan pulu isə özünə götürmüşdür. Sonuncu oğurluq hadisəsindən bir neçə gün keçdikdən sonra Adil və İxtiyarla danışmış, yenə də oğurluq etmək qərarına gəlmişdir. Dəqiq xatırlamadığı tarixdə, 2023-cü ilin may ayının ortalarında təxminən saat 20 radələrində meydançada Adil və ixtiyarla görüşmüş, Adillə birlikdə İxtiyarın avtomobilinə oturub yola düşmüş, İxtiyar “hırün” adlanan yerdə avtomobili dayandırmış və onlar piyada Şüvi meşəsinə yola düşmüşlər. Təxminən 3 kilometr meşədən aralıda 2 baş inəyin olduğunu görmüş, həmin vaxt özü ilə duz götürməsə də kəndir götürmüş, İxtiyar duzun olmadığını görüb, ağaca çıxmış və ağacdan təzə yarpaqlar dərib, inəklərə yaxınlaşmışdır. İxtiyar yarpaqları inəklərə uzatdıqda, cəld tərpənib 1 baş inəyin buynuzundan əli ilə tutmuş və Adil kəndiri inəyin buynuzuna keçirmişdir. Birlikdə 1 baş inəyi sürüb, avtomobilə tərəf gətirmiş, köməkləşib, 1 baş inəyi avtomobilin arxa hissəsinə yerləşdirmiş, sonra avtomobilə oturub, yaşadıqları kəndə yola düşmüşlər. İxtiyar stadionun kənarında avtomobili dayandırmış, 1 baş inəyi avtomobildən yerə salmış, Adillə birlikdə 1 baş inəyi həyətində olan tövləyə aparmışdır. Həmin inək ağ-qırmızı rəngli, təxminən 5 yaşında, boğaz inək olmuş, diri çəkisi təxminən 100 kiloqramdan artıq olmuşdur. Sonradan bilmişlər ki, həmin inək Zərərçəkmiş şəxs1 məxsus olmuş, oğurluq hadisəsindən 15-20 gün keçdikdən sonra inəyi Ojəkəran kənd sakini Vəzir Sövdümova 570 manata satmış, həmin puldan 130 manat İxtiyara, 100 manat isə Adilə vermiş, qalan pulu isə özünə götürmüşdür. 22 may 2023-cü il tarixdə, saat təxminən 15 radələrində İxtiyar zəng edib, həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus 1 baş düyənin evinin yaxınlığında olduğunu, həmin düyəni oğurlamaq istədiyini demiş, İxtiyardan düyəni oğurlayıb, həyətində saxlamasını istəmiş və axşam Adillə birlikdə həyətinə gəlib, düyəni evinə aparacağını demişdir. Adilə zəng edib, bu barədə məlumat vermiş, həmin gün, doğum günü olduğundan evində qonaqlar olmuş, İxtiyar və Adil də evində olmuş, Adillə İxtiyara qonaqlara görə evi tərk edə bilmədiyini deyib, düyəni evinə gətirmələrini xahiş etmiş, həmin gün, təxminən saat 23 radələrində İxtiyar Adillə birlikdə evinə getmiş, bir müddət keçdikdən sonra Adil düyəni həyətinə gətirmişdir. Təxminən 2 gün keçdikdən sonra İxtiyara zəng edib, düyəni satmağa aparacağını deyib evinə gəlməsini istəmiş, saat təxminən 21 radələrində İxtiyar evinə gəlmiş, Adil və İxtiyarla köməkləşib Fikrətə məxsus 1 baş düyəni İxtiyarın avtomobilinin yük yerinə yerləşdirmiş, sonra isə Şahağacı kəndinə yola düşmüşlər. Şahağacı kəndində Fikrətdən oğurladıqları 1 baş qırmızı-ağ rəngli, diri çəkisi təxminən 70 kiloqram olan düyəni Nadirə 450 manata nisyə satmışdır. 2023-cü ilin may ayının son günlərində İxtiyarla telefonda danışan zaman oğurluq etmək qərarına gəlmiş, bu barədə Adilə də demiş, Adil də onunla razılaşmışdır. Həmin gün, təxminən saat 21 radələrində Adillə birlikdə çayxananı tərk edib, meydançaya tərəf yola düşmüş, İxtiyarla çay kənarında görüşüb, Şüvi meşəsinə yola düşmüşlər. Meşədə olan zaman təxminən 10 baş inəyin otladığını görmüş, meşəyə getməzdən əvvəl özü ilə duz və kəndir götürmüş, İxtiyar heyvan sürüsünü görüb yerin üzərində olan daşın üstünə duz tökmüş, bundan sonra isə duza yaxınlaşan 1 baş qırmızı rəngli, diri çəkisi təxminən 70-80 kiloqram olan 1 yaşlı cöngəni seçib həmin cöngənin boğazına tərəf kəndiri atmış və cöngəni tutmuşdur. İxtiyar cöngəni tutduqdan sonra köməkləşib, cöngəni meşə yolu ilə evinə gətirmişlər. Növbəti gün qəssab Raminə zəng edib, kəsməyə heyvanının olduğunu demiş, Ramini evinə dəvət etmiş, Ramin həmin gün, təxminən saat 17 radələrində evinin həyətində 1 baş cöngəni kəsmiş, buna görə Raminə 38 manat pul vermişdir. Həmin gün də cöngənin ətini satmış, qazandığı puldan Adillə İxtiyarın hər birinə 100 manat pul və 2 kiloqram ət vermişdir. Fikrətə məxsus 1 baş düyəni Şahağacı kəndində qohumu Nadirə satmış, Zərərçəkmiş şəxs1 məxsus 1 baş cöngəni evində kəsib ətini satmış, Qəzənfərə məxsus inəyi isə Vəzirə satmış, qalan inəkləri Lənkəran rayon sakini Sadiqə satmışdır. Heyvanları satdığı şəxslərə heyvanları oğurladığını deməmiş, həmin şəxslərə heyvan alveri ilə məşğul olduğunu, heyvanların özünə məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxslərə dəymiş zərərləri ödəyərək, barışıq əldə etmişlər. Zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, himayəsində üç azyaşlı övladlarının olmasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi yoxdur. Ailəsini təsərrüfatında mal-qara saxlamaqla, eləcədə Astara və Lənkəran rayonları ərazisində işləməklə dolandırır. 2023-cü ilin aprel ayının ortalarında, təxminən saat 23 radələrində mal-qara alveri ilə məşğul olan əmisi oğlu Təqsirləndirilən şəxs1 ona zəng edib, 1 baş düyə aldığını, həmin düyəni evinə aparmaqda köməklik etməsini xahiş etmiş, Mehman yolda olduğunu dediyindən atasına məxsus çayxananı tərk edib, Mehmanın yanına yola düşmüş, bir neçə dəqiqə keçdikdən sonra Mehmanın dediyi yerə çatmış, Mehmanın 1 baş düyəni kəndirlə dartdığını, lakin düyənin yerimədiyini görmüş, Mehmandan düyəni kimdən aldığını soruşduqda Mehman düyəni həmkəndliləri Təqsirləndirilən şəxs4 ona verdiyini, İxtiyarın həmin düyəni Noyabud kənd sakini Təqsirləndirilən şəxs3lə birlikdə oğurladığını, bu işdə yaxşı pul olduğunu, düyəni satıb, ona da pul verəcəyini, bundan sonra İxtiyarla birlikdə oğurluq edib, pul qazanacaqlarını demişdir. Köməkləşib, düyəni Mehmanın həyətində olan tövləyə aparmışlar. Növbəti günlərdə Mehman ona 100 manat pul verib, düyəni satdığını demişdir. Sonradan bilmişdir ki, həmin düyə Zərərçəkmiş şəxs8 məxsus olmuş, 2023-cü ilin aprel ayının sonlarında atasına məxsus çayxanada olarkən Mehman da çayxanada olmuş, Mehman İxtiyarla danışdığını, bu gün meşədən mal-qara oğurlayacaqlarını demiş, Mehmanla razılaşmışdır. Həmin gün, Mehmanla birlikdə yaşadığı kənddə görüşüb, saat 23 radələrində kənddə olan meydançaya çatmış, İxtiyar da meydançada olmuş, meydançada birləşib, Noyabud kəndində yerləşən meşəlik əraziyə yola düşmüş, meşəyə yola düşməzdən əvvəl Mehman özü ilə kəndir götürmüş, birlikdə meşəlik ərazidə olarkən, saat təxminən 01 radələrində meşədə təxminən 20 baş heyvan olduğunu görmüş, meşədə iki setka çəpər olmuş, birlikdə 1 baş boz rəngli inəyi çəpərin arasına salmışlar. Həmin yer enişyoxuşlu ərazi olmuş, inək boz rəngli, təxminən 3 yaşlı inək olmuş, inəyi çəpərlərin arasına saldıqda inəyin balası da dalınca gəlmiş, enişdə, Mehmansa yoxuşda qalmış və İxtiyar inəyin buynuzuna kəndir keçirmişdir. İnəyin balası, yəni ki, düyə inəyin dalınca gəldiyindən düyəni kəndirlə tutmamış, sonra İxtiyar və Mehmanla birlikdə oğurladıqları inək və düyəni çay kənarı ilə yaşadıqları kənddə yerləşən stadiona gətirmişlər. Stadionda İxtiyar onlardan ayrılmış, Mehmanla birlikdə 1 baş inək və balasını Mehmanın həyətinə aparmışlar. Növbəti günlərdə Mehman inəklə düyəni satdığını deyib, ona 150 manat pul vermiş, sonradan bilmişdir ki, oğurladıqları 1 baş inək və balası Noyabud kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Həmin hadisədən bir neçə gün keçdikdən sonra 2023cü ilin may ayının ilk günlərində, dəqiq xatırlamadığı tarixdə Mehmanla birlikdə atasına məxsus çayxanada olmuş, həmin vaxt İxtiyar da çayxanaya gəlmiş, onlar yenə də oğurluq etmək qərarına gəlmiş, həmin gün, təxminən saat 23 radələrində Mehmanla birlikdə stadionun kənarına getmiş, İxtiyar da orada olmuş, İxtiyar və Mehmanla piyada Noyabud kəndində yerləşən meşəlik əraziyə yola düşmüş, yola düşməzdən əvvəl Mehman özü ilə kəndir və duz götürmüş, Noyabud kəndində yerləşən meşəlik ərazidə təxminən 30 baş heyvan olduğunu görmüşlər. Təxminən saat 02 radələrində meşədə olan palıd ağacının dibinə duz tökmüş, sürüdə olan heyvanlardan 1 baş ağ rəngli, 2 yaşlı, yerli cinsli, diri çəkisi təxminən 130 kq olan düyə duza yaxınlaşmış, bu zaman İxtiyar həmin düyəyə yaxınlaşıb, buynuzuna kəndir keçirmiş, Mehman isə duza yaxınlaşan yaşlı, narıncıqara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyin buynuzuna kəndir keçirmişdir. Sonra birlikdə köməkləşib, oğurladıqları 1 baş inək və 1 baş düyəni yaşadıqları kəndə aparmış, stadionda İxtiyar onlardan ayrılmış, Mehmanla birlikdə 1 baş inək və 1 baş düyəni Mehmanın həyətinə aparmışlar. Növbəti günlərdə Mehman inəyi satdığını deyib, 140 manat pul vermiş, sonra isə düyəni satdığını deyib, 120 manat pul vermiş, sonradan bilmişlər ki, oğurladıqları düyə Zərərçəkmiş şəxs4, inək isə Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Dəqiq xatırlamadığı tarixdə, 2023-cü ilin may ayının əvvəllərində, Mehman və İxtiyarla yenə də oğurluq etmək qərarına gəlmiş, axşam saatlarında meydançada Mehman və İxtiyarla görüşərək İxtiyarın avtomobili ilə meşəyə yola düşmüşlər. İxtiyar Noyabud kəndi ərazisində, “qoz çuxuru” adlanan yerin yaxınlığında avtomobilini dayandırmış, Mehman yenə də özü ilə kəndir və duz götürmüş, İxtiyar heyvanı avtomobilə yerləşdirmək məqsədi ilə avtomobilin arxa oturacağını da sökmüşdür. İxtiyar avtomobili dayandırdıqdan sonra avtomobildən yerə düşərək, meşəyə getmiş, yoldan təxminən 20 metr aralıda heyvan sürüsünün olduğunu görmüş, Mehman telefonunun işığını yandırıb inəklərə baxmış və inəklərin içərisindən birini seçmişdir. Bundan sonra yerə duz səpmiş və heyvan sürüsü duza yaxınlaşmışdır. Həmin vaxt İxtiyar kəndiri Mehmanın seçdiyi 2 yaşlı, qara rəngli, yerli cins, diri çəkisi təxminən 150 kiloqram olan 1 baş düyənin buynuzuna tərəf atmış və düyəni tutmuşdur. Mehmanla köməkləşib 1 baş düyəni avtomobilin içərisinə salmış, bundan sonra İxtiyarın idarə etdiyi avtomobillə yaşadığı kəndə, stadiona gəlmiş, stadionda Mehmanla birlikdə düyəni avtomobildən yerə düşürüb, Mehmanın həyətinə aparmışdır. Növbəti günlərdə Mehman düyəni satdığını deyib, ona 100 manatdan artıq pul vermişdir. Sonradan bilmişdir ki, oğurladıqları 1 baş düyə Noyabud kənd sakini Zərərçəkmiş şəxs9 məxsus olmuşdur. 2023-cü ilin may ayının ortalarında İxtiyar və Adillə çayxanada görüşmüş, yenə də oğurluq etmək qərarına gəlmiş, həmin gün, təxminən saat 22 radələrində Mehman və İxtiyarla birlikdə yaşadığı kənddə, stadionun kənarında görüşmüş, Mehmanın avtomobili ilə meşəlik əraziyə yola düşmüş, Mehman meşəliyin kənarına çatdıqda ayaqlarında ağrı olduğunu, yeriyə bilməyəcəyini deyib, meşəyə gələ bilməyəcəyini bildirmiş, Mehmana etiraz etməmiş, Mehman onları evində gözləyəcəyini demişdir. Bundan sonra İxtiyarla birlikdə Mehmanın avtomobilindən düşüb, yaşadığı kənddə meşəyə yola düşmüş, təxminən saat 00 radələrində torpaq yolla hərəkətdə olan zaman 4 baş inəyin yerdə oturduğunu görmüş, heyvanlara yaxınlaşıb, heyvanları hürkütmüş və heyvanlar ayağa qalxmışdır. İxtiyarla 4 baş inəkdən təxminən 1 il 6 aylıq, açıq qırmızı rəngli, diri çəkisi təxminən 120 kiloqram olan 1 baş düyəni və ağ-qara rəngli, 1 yaşlı, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş düyəni seçmiş, oğurluqdan qabaq Mehman onlara kəndir vermiş, onlar hər düyənin boğazına kəndir keçirib, Mehmanın evinə tərəf piyada yola düşmüşlər. Meşəlik yolla 2 baş düyəni Mehmanın həyətinə aparmış, sonradan bilmişdir ki, oğurladıqları 2 baş düyə Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Bir neçə gün sonra Mehman düyələri satdığını deyib, ona 200 manat pul vermişdir. Sonuncu oğurluq hadisəsindən bir neçə gün keçdikdən sonra Mehman və İxtiyarla danışmış, yenə də qərara gəlmiş, dəqiq xatırlamadığı tarixdə, 2023-cü ilin may ayının ortalarında təxminən 20 radələrində meydançada Mehman və İxtiyarla görüşmüş, Mehmanla birlikdə İxtiyarın avtomobilinə oturmuş və meşəyə yola düşmüşlər. İxtiyar “hırün” adlanan yerdə avtomobili dayandırmış, onlar Şüvi meşəsinə yola düşmüş, təxminən 3 kilometr meşədən aralanmışlar ki, meşədə 2 baş inəyin olduğunu görmüşlər. Həmin vaxt Mehman özü ilə duz götürməmiş, İxtiyar duzun olmadığını görüb, ağaca çıxmış və ağacdan təzə yarpaqlar dərib, inəklərə yaxınlaşmışdır. İxtiyar yarpaqları inəklərə uzatdıqda Mehman cəld tərpənib 1 baş inəyin buynuzundan tutmuş və o, kəndiri inəyin buynuzuna keçirmişdir. Birlikdə 1 baş inəyi sürüb, avtomobilə tərəf gətirmiş, köməkləşib, 1 baş inəyi avtomobilin arxa hissəsinə yerləşdirmiş və avtomobilə oturub yaşadıqları kəndə yola düşmüşlər. İxtiyar stadionun kənarında avtomobili dayandırmış, onlar 1 baş inəyi avtomobildən yerə salmış, bundan sonra Mehmanla birlikdə 1 baş inəyi Mehmanın həyətinə aparmışdır. Həmin inək ağ-qırmızı rəngli, təxminən 5 yaşında, boğaz inək olmuş, diri çəkisi təxminən 100 kiloqramdan artıq olmuşdur. Sonradan bilmişlər ki, həmin inək Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Bir müddət keçdikdən sonra Mehman inəyi satdığını deyib, ona 100 manat pul vermişdir. 22 may 2023-cü il tarixdə, günorta saatlarında Mehman ona zəng edib, İxtiyarın bir baş düyə oğurladığını deyib, həmin düyəni axşam yerbəyer edəcəklərini demiş, həmin gün Mehmanın doğum günü olmuş, buna görə İxtiyarla birlikdə Mehmanın evində olmuş, plana əsasən Mehmanla birlikdə İxtiyarın evinə gedib, 1 baş düyəni Mehmanın həyətinə gətirəcəkmiş. Mehmanın evində qonaq olduğundan Mehman İxtiyarın evinə gedə bilməyəcəyini deyib, ondan İxtiyarın həyətinə gedərək 1 baş düyəni həyətinə gətirməsini istəmiş, həmin gün, təxminən saat 23 radələrində İxtiyarla birlikdə Mehmanın evini tərk edib, İxtiyarın evinə getmiş, İxtiyar ona həmin düyənin həmkəndliləri Zərərçəkmiş şəxs6 məxsus olduğunu, düyənin evinin yaxınlığında otladığını, odur ki, düyəni oğurlayaraq evinin həyətinə saldığını demiş, bundan sonra İxtiyarın həyətindən 1 baş düyəni Mehmanın həyətinə aparmışdır. Oğurluq hadisəsindən təxminən 10-15 gün keçdikdən sonra Mehman ona zəng edib, evinə gəlməsini istəmiş, buna görə Mehmangilə getmiş, Mehmanın evində Fikrətə məxsus 1 baş düyəni İxtiyarın avtomobilinin yük yerinə yerləşdirmiş, Mehman həmin düyəni Şahağacı kənd sakini Nadir Həsənova nisyə satmışdır. 2023-cü ilin may ayının son günlərində çayxanada olan zaman Mehman ona İxtiyarla danışdığını, axşam oğurluq edəcəklərini demiş, həmin gün, təxminən saat 21 radələrində Mehmanla birlikdə çayxananı tərk edib, meydançaya tərəf yola düşmüş, İxtiyarla çay kənarında görüşüb, Şüvi meşəsinə yola düşmüşlər. Meşədə olan zaman təxminən 10 baş inəyin meşədə otladığını görmüş, Mehman özü ilə duz və kəndir götürmüş, İxtiyar heyvan sürüsünü görüb yerin üzərində olan daşın üstünə duz tökmüş, bundan sonra duza yaxınlaşan 1 baş qırmızı rəngli, diri çəkisi təxminən 80 kiloqram olan 1 yaşlı cöngəni seçib həmin cöngənin boğazına tərəf kəndiri atmış və cöngəni tutmuşdur. İxtiyar cöngəni tutduqdan sonra Mehmana və İxtiyara köməklik edərək cöngəni meydançaya tərəf aparmış, sonradan Mehman cöngəni həyətində kəsərək ona 100 manat pul və 2 kiloqram ət vermişdir. Mehman Zərərçəkmiş şəxs1 məxsus 1 baş inəyi Vəzirə satmış, Qəzənfərə məxsus 1 baş cöngəni isə Mehman Raminə kəsdirmişdir. Zərərçəkmiş şəxs6 məxsus 1 baş düyəni Mehman onun və İxtiyarın iştirakı ilə Nadir Həsənova satmış, bildiyi qədər Mehman qalan heyvanları Lənkəran rayon sakini Sadiqə satmışdır. Sadiq, Vəzir, Nadir və Ramin heyvanların oğurluq olduğunu bilməmişlər. Mehman mal-qara alveri ilə məşğul olduğundan heç kim onlardan şübhələnməmişdir. İlk oğurluq hadisəsində nə Sərrafla, nə də İxtiyarla danışmamış, sadəcə olaraq Mehmanla danışmışdır. Zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi yoxdur. Ailəsini təsərrüfatında mal-qara saxlamaqla, eləcədə Astara və Lənkəran rayonları ərazisində işləməklə dolandırır. 2023-cü ilin mart ayının sonlarında Astara rayonu Burzubənd kənd sakini, uzaq qohumu Təqsirləndirilən şəxs4 ona zəng edib görüşmək istədiyini demiş, buna görə İxtiyarla Təqsirləndirilən şəxs2 məxsus çayxanada görüşmüşdür. Çayxanada olan zaman İxtiyar, Şüvi kəndində yerləşən meşəlik ərazidə çoxlu sayda heyvanların olduğunu, heyvanları oğurladıqları təqdirdə sahibinin bilməyəcəyini deyib, birlikdə meşədən oğurluq etməyi təklif etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından İxtiyarla razılaşmış, İxtiyar həmçinin bu barədə onun qardaşı Fəridə də deyəcəyini bildirmiş və Fəridin də onlarla birlikdə oğurluq etməyə gəlməsini istəmişdir. Razılaşmışlar ki, həmin gün Səlivə kəndində yerləşən meşəlik əraziyə gedib oradan oğurluq etsinlər. Bundan sonra İxtiyar qardaşı Fəridə zəng edib çölə çıxmasını istəyərək meşəyə gedəcəklərini demiş, İxtiyarla qardaşı Fəridin danışığından başa düşmüşdür ki, İxtiyar və Fərid qabaqcadan öz aralarında oğurluq etməklə bağlı razılaşmışlar. İxtiyarla birlikdə çayxananı tərk edib yaşadığı evə tərəf yola düşmüş, evinə çatdıqda qardaşı Fərid artıq küçədə olmuş və onları gözləmiş, Fərid özü ilə duz və kəndir də götürmüş, onlar birləşib piyada Səlivə meşəsinə yola düşmüşlər. Meşədə olan zaman təxminən 10 baş inəyin birlikdə oldğunu görmüş, Fəridlə İxtiyar təxminən 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş cöngəni seçdikdən sonra Fərid kəndirlə həmin cöngəni tutmuş, oğurluq hadisəsini törətdikdən sonra İxtiyar həmkəndlisi X11 zəng edib Fəriddə 1 baş cöngə olduğunu və satmaq istədiyini demiş, Asif də cöngə almaq istədiyini demiş və İxtiyar razılaşmışdır ki, bir müddət keçdikdən sonra Fərid cöngəni Burzubənd kəndində platina adlanan yerə gətirəcək. 1 baş cöngəni oğurladıqdan sonra “platina” adlanan əraziyə gətirmiş, Asif cöngəni almaq üçün onların yanına gələcəyindən Asifin gəlməsinə az qalmış İxtiyar kənarda gizlənmişdir ki, Asif onu görməsin. Bir müddət keçdikdən sonra Asif piyada onların yanına gəlmiş, Fərid Asiflə cöngəni 450 manata satmasıyla bağlı razılıq əldə etmiş və cöngəni Asifə 450 manata satmışdır. Asif cöngəni aldıqdan sonra yaşadığı evə yola düşmüş, İxtiyar gizləndiyi yerdən çıxıb onların yanına gəlmiş və Fərid pulu aralarında bərabər şəkildə bölmüşdür. Bir neçə gün sonra, evdə olan zaman qardaşı Fərid ona Zərərçəkmiş şəxs7 özünə məxsus 1 baş cöngəni onlar tərəfindən oğurladıqlarını bildiyini demiş, Fərid, atası Rəşid Fərziyevdən 1 baş düyə almış və həmin düyəni Asifə vermişdir ki, Ceyhunun pulunu versin, həmin hadisədən sonra qardaşı Fərid işləmək üçün hansısa rayona getmişdir. 2023cü ilin aprel ayının ortalarında, təxminən saat 22 radələrində İxtiyar ona zəng edib, həmkəndlisi Təqsirləndirilən şəxs1 heyvan lazım olduğunu deyib meşəyə gedib oğurluq etmələrini istəmiş, İxtiyarla razılaşıb evini tərk edib küçəyə çıxmış, bir müddət keçdikdən sonra İxtiyar yanına gəlmiş və birlikdə İxtiyarın “hırün” adlanan yerdəki evinə getmişlər. İxtiyar evindən otları presləmək üçün istifadə olunan ip və duz götürmüş, bundan sonra Şüvi meşəsinə yola düşmüşlər. Təxminən saat 23 radələrində İxtiyarla birlikdə meşədə olan zaman 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyənin meşədə, istifadə edilməyən bir tikilinin yanında oturduğunu görmüş, İxtiyar düyəyə yaxınlaşıb, düyəni hürküdərək ayağa qaldırmış, birlikdə düyəni tikilinin içərisinə salmışlar. İxtiyar tikilinin içərisinə duz səpmiş və həmin düyə duza yaxınlaşmışdır. Tikilinin qapısında qalmışdır ki, düyə çölə çıxmasın, çünki, tikilinin qapısı olmamışdır. Bundan sonra İxtiyar kəndiri düyənin boğazına tərəf atıb düyəni tutmuş, İxtiyarla birlikdə oranı tərk edib, 1 baş düyəni Burzubənd kəndində yerləşən meydançaya gətirmişdir. Yolda olan zaman İxtiyar Mehmana zəng edib, 1 saata çatacaqlarını demiş, İxtiyar ondan kənarda gözləməsini, Mehmanın onu görməməsini istəmişdir. Mehmanın gəldiyini görüb kənarda qalıb gizlənmiş, Mehman oğurladıqları düyəni İxtiyardan alıb evinə aparmış, sonra gizləndiyi yerdən çıxıb İxtiyara yaxınlaşmış və İxtiyar Mehmanın pulu növbəti gün verəcəyini demişdir. Növbəti gün İxtiyar onunla görüşmüş və 100 manat pul vermişdir. Sonradan bilmişdir ki, oğurladıqları düyə Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. Sonuncu oğurluq hadisəsindən sonra İxtiyar daha ona oğurluq etmələri ilə bağlı təklif etməmiş, o da daha oğurluq hadisəsi törətməmişdir. Oğurluq hadisələrini törədərkən onları kənardan görən olmamış, onlar inəkləri apararkən ancaq çay kənarı ilə hərəkət edirmişlər. Zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi yoxdur. Ailəsini təsərrüfatında mal-qara saxlamaqla, eləcədə Astara və Lənkəran rayonları ərazisində işləməklə dolandırır. Təqsirləndirilən şəxs5 tanışıdır, Təqsirləndirilən şəxs5 aliment borcu olmuş, borcunu ödəyə bilməmiş, 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs5 aliment borcunu ödəyə bilmədiyindən inzibati qaydada həbs edilmiş, həbsdən çıxdıqdan sonra Fəridlə görüşmüş, Fərid ona mal-qara oğurlayıb satmağı təklif etmiş, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından Fəridlə razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında, qohumu X24 onunla yolda rastlaşıb mal-qara almaq istədiyini demiş, mal-qara alanın olduğunu bilib, Fəridin etdiyi təklifi xatırlamış, Burzubənd kəndində, Təqsirləndirilən şəxs2 işlədiyi çayxana Fəridlə görüşmüş, Fəridə Asifin heyvan almaq istədiyini deyib, oğurluq etməyi təklif etmiş, Fəridlə razılaşmışdır ki, Fərid, onun Astara rayonu Səlivə kəndində, meşəlik ərazidə yerləşən evinə gedəcək və özü də bir müddət sonra gecə həmin yerə gedəcəkdir. Həmin gün, təxminən 19 radələrində, havanın alaqaranlıq vaxtı Fəridlə Səlivə kəndində, meşəlik ərazidə görüşmüş, Fəridin qardaşı Təqsirləndirilən şəxs3 də Fəridin yanında olmuşdur. Fərid meşəyə gələrkən özü ilə kəndir və duz gətirmiş, meşədə olan zaman təxminən 10 baş inəyin birlikdə otladığını görmüş, Fərid duzu yerə səpmiş, inəklərin içərisindən 1 baş təxminən 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 110 kiloqram olan erkək dana, yəni ki, cöngə duza yaxınlaşmıb, duzu yalamağa başlamış, həmin vaxt cöngəyə yaxınlaşıb, halqa formasında olan kəndiri cöngənin boynuna atmış və kəndiri dartaraq cöngəni tutmuşdur. 1 baş inəyi oğurladıqdan sonra yaşadıqları kənddə “platina” adlanan əraziyə gətirmiş, sonra isə Fəridlə Sərraf 1 baş inəyi aparıb, Asifə 450 manata satmış, Fəridlə Sərraf inəyi satdıqdan sonra yanına gəlmiş və Fərid ona 150 manat pul vermişdir. Sonradan Asif inəyin oğurluq olduğunu bilmiş və bundan sonra bilmişdir ki, oğurladıqları inək Astara rayonu Səlivə kənd sakini Zərərçəkmiş şəxs7 məxsus olmuşdur. Fərid atasına məxsus 1 baş inəyi Asifə vermiş və Asif Ceyhunun pulunu vermişdir. Törətdikləri ilk oğurluq hadisəsindən bir neçə gün keçdikdən sonra Adilin işlədiyi çayxanada olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb, xeyli miqdarda borcunun olduğunu bildirmiş, inək oğurlayıb, satmağı təklif etmiş, Mehmanla razılaşmış və Sərrafla birlikdə meşədən heyvan oğurlayacağını deyib, heyvanları satmasını istəmişdir. Sonra bu barədə Sərrafa demiş və Sərraf onunla da razılaşmışdır. Təxminən 1 həftə keçdikdən sonra Sərrafla görüşüb, Mehmandan xəbər gözlədiyini, çox güman həmin gün oğurluq etməyə gedəcəklərini demiş, daha sonra Mehmana zəng edib, Sərrafla birlikdə inək oğurlamaq istədiyini demiş və inəyi sata bilib-bilməyəcəyini Mehmandan soruşmuş, Mehman da inək gətirəcəyi təqdirdə satacağını demişdir. 2023-cü ilin aprel ayının ortalarında Sərrafa zəng edib, Sərrafla Astara rayonu, Şüvi kəndində, dağlıq ərazidə görüşmüş, meşəyə getməzdən əvvəl özü ilə otları presləmək üçün istifadə olunan ip də götürmüş, həmin ərazilərdə tikilinin olduğunu bilmiş, həmçinin Sərraf da bilmişdir ki, orada istifadə edilməyən tikili vardır. Təxminən saat 22 radələrində Sərrafla birlikdə 1 yaşlı, sarı rəngli, diri çəkisi təxminən 100 kiloqram olan 1 baş düyəni tikiliyə salıb, boynuna ip keçirib düyəni tutmuş, Sərrafla birlikdə oranı tərk edib, 1 baş düyəni yaşadığı kənddə meydançaya gətirmiş, Sərraf kənarda qalmış və düyəni Mehmana vermişdir. Növbəti gün, havanın qaralmasına az qalmış Mehman ona 300 manat pul vermiş, o da həmin puldan Sərrafa 100 manat pul vermişdir. Sonradan bilmişdir ki, həmin düyə Zərərçəkmiş şəxs8 məxsus olmuşdur. Sonuncu hadisədən sonra Mehman ona əmisi oğlu Təqsirləndirilən şəxs2 olanlardan xəbərdar olduğunu bildirib, Sərrafı kənara qoyub, Adillə birlikdə oğurluq etmələrini istəmiş, Mehmanla razılaşmış, sonuncu oğurluq hadisəsindən təxminən 10-15 gün keçdikdən sonra, yəni 2023-cü ilin aprel ayının sonunda Mehmanla çayxanada görüşmüş, axşam oğurluq etməklə bağlı qərara gəlmiş, həmin gün, gecə saatlarında Mehmanla yaşadıqları kənddə, stadionda görüşmüş, Mehman Adili də özü ilə gətirmişdir. Birlikdə Noyabud kəndində, meşəlik əraziyə getmiş, saat 01 radələrində meşədə təxminən 20 baş heyvan olduğunu görmüş, meşəyə getməmiş Mehman özü ilə kəndir götürmüş, meşəlik ərazidə 2 setka çəpər olmuş, həmin yer enişli yoxuşlu ərazi olmuşdur. Onlar 1 baş inəyi iki setka çəpərin arasına salmış, həmin inək boz rəngli, təxminən 3 yaşlı bir inək olmuş, inəyi çəpərlərin arasına saldıqda inəyin balası da dalınca gəlmiş, Adil enişdə, Mehmansa yoxuşda qalmış və inəyin buynuzuna kəndir keçirmişdir. İnəyin balası, yəni ki, düyə inəyin dalınca gəldiyindən kəndirlə tutmamış, sonra Mehman və Adillə birlikdə oğurladıqları inək və düyəni çay kənarı ilə yaşadıqları kənddə yerləşən stadiona gətirmişlər. X10 ayrılmış, Mehmanla Adil inək və düyəni evlərinə aparmış, törətdikləri oğurluq hadisəsindən təxminən 1-2 gün keçdikdən sonra Mehman ona 150 manat pul vermiş və inəyi ucuz qiymətə satdığını demişdir. Oğurladıqları inək və balası boz rəngli olmuş, inəyin 3 yaşı, düyənin isə 1 yaşı olmuşdur. Sonradan bilmişdir ki, oğurladıqları inək və düyə Noyabud kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Törətdikləri oğurluq hadisəsindən təxminən 3-4 gün keçdikdən sonra, yəni 2023-cü ilin may ayının ilk günlərində Mehmanla birlikdə Adilin işlədiyi çayxanada olduğu zaman söhbət etmiş, söhbət əsnasında oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcədən razılaşdırdıqları qaydada, təxminən 23 radələrində Mehman və Adillə yaşadıqları kənddə görüşmüş, Mehman və Adillə birlikdə piyada Noyabud kəndində yerləşən meşəlik əraziyə yola düşmüşdür. Noyabud kəndində yerləşən meşəlik ərazidə təxminən 30 baş heyvan olduğunu görmüş, meşəyə getməzdən əvvəl Mehmanla Adil özü ilə duz və kəndir götürmüş, daha doğrusu kəndiri Mehman, duzu isə Adil götürmüşdür. Təxminən saat 02 radələrində Adil meşədə olan palıd ağacının dibinə duz tökmüş, sürüdə olan heyvanlardan 1 baş ağ rəngli, 2 yaşlı, yerli cinsli, diri çəkisi təxminən 130 kq olan düyə duza yaxınlaşmış, bu zaman həmin düyəyə yaxınlaşıb, buynuzuna kəndir keçirmiş, həmçinin Mehman duza yaxınlaşan yaşlı, narıncı-qara rəngli, diri çəkisi təxminən 200 kiloqram olan 1 baş inəyin buynuzuna kəndir keçirmişdir. Sonra isə Adil və Mehmanla birlikdə köməkləşib, oğurladıqları 1 baş inəyi və 1 baş düyəni yaşadıqları kəndə aparmış, kənddə yerləşən X10 ayrılmış, Mehman və Adil 1 baş inək və 1 baş düyəni Mehmanın evinə aparmışlar. Sonradan bilmişdir ki, oğurladıqları 1 baş inək Zərərçəkmiş şəxs3, 1 baş düyə isə Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Növbəti gün Mehman Elmana məxsus 1 baş inəyi satmış, ona 140 manat pul vermiş, Zərərçəkmiş şəxs4 məxsus 1 baş düyə isə 1 aya yaxın müddət ərzində Mehmanın tövləsində qalmış, satdıqdan sonra ona 120 manat pul vermişdir. Təxminən 2023-cü ilin may ayının əvvəlində Mehman və Adillə yenə də oğurluq etməklə bağlı razılaşmış, qabaqcadan razılaşdırdıqları vaxtda meydançada görüşmüş, idarə etdiyi avtomobillə meşəyə yola düşmüşlər. Noyabud kəndi ərazisində, “qoz çuxuru” adlanan yerin yaxınlığında avtomobilini dayandırmış, Mehman özü ilə kəndir və duz götürmüş, heyvanı avtomobilə yerləşdirmək üçün avtomobilin arxa oturacağını sökmüşdür. Avtomobili dayandırdıqdan sonra yerə düşmüş, təxminən saat 23 radələrində meşədə heyvan sürüsünün olduğunu görmüş, Mehman telefonunun işığını yandırıb inəklərə baxmış və inəklərin içərisindən birini seçmişdir. Bundan sonra Adil yerə duz səpmiş, heyvan sürüsü duza yaxınlaşmış, həmin vaxt kəndiri Mehmanın seçdiyi 2 yaşlı, qara rəngli, yerli cins, diri çəkisi təxminən 150 kiloqram olan 1 baş düyənin buynuzuna tərəf atmış və düyəni tutmuşdur. Mehman və Adil onunla köməkləşib 1 baş düyəni avtomobilinə salmış, bundan sonra idarə etdiyi avtomobillə yaşadığı kəndə, stadiona gəlmiş, Mehmanla Adil oğurladıqları düyəni evlərinə aparmışlar. Növbəti gün Mehman düyəni satıb ona 200 manat pul vermiş, sonradan bilmişdir ki, oğurladıqları 1 baş düyə Noyabud kənd sakini Zərərçəkmiş şəxs9 məxsus olmuşdur. Təxminən 2023-cü ilin may ayının ortalarında Mehman və Adil birlikdə çayxanada olarkən yenə də oğurluq etmək qərarına gəlmiş, həmin gün, təxminən saat 22 radələrində Mehman və Adillə yaşadığı kənddə görüşmüş, Mehman onları idarə etdiyi avtomobillə kəndlərinin Ojəkəran kəndi ilə kəsişdiyi əraziyə tərəf aparmış və ona evinə qayıdıb onları evində gözləyəcəyini bildirmişdir. Odur ki, Adillə birlikdə torpaq yolla Burzubənd kəndi ərazisində hərəkət etmiş, təxminən saat 00 radələrində 4 baş inəyin yerdə oturduğunu görmüş, Adil inəkləri yerindən qaldırıb, irəliyə tərəf sürmüş və həmin inəklərdən 2 baş düyəni oğurlayıb, düyələri Mehmanın tövləsinə aparmışlar. Düyələrdən biri təxminən 1 il 6 aylıq, açıq qırmızı rəngli olmuş, diri çəkisi təxminən 110 kiloqram olmuş, digər düyə isə ağ-qara rəngli, 1 yaşlı olmuş və diri çəkisi təxminən 100 kiloqram olmuşdur. Təxminən 2 gün keçdikdən sonra Mehman ona 250 manat pul vermiş, sonradan bilmişdir ki, oğurladıqları 2 baş düyə həmkəndlisi Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Zərərçəkmiş şəxs5 düyəsini oğurladıqdan 5 gün keçdikdən sonra, təxminən 2023-cü ilin may ayının ortalarında Təqsirləndirilən şəxs1 ona zəng edib, oğurluq etmək istədiyini bildirmiş, Mehmana havanın yağışlı olduğunu deyib, meşədə heyvan olmayacağını, yorğun olduğunu bildirmiş, lakin Mehman ona əmisi oğlu Təqsirləndirilən şəxs2lə danışdığını, Adilin artıq hazır olduğunu deyib, meşəyə getmələrini xahiş etmişdir. Mehmanın israr etdiyini görüb razılaşmış, razılaşmışlar ki, Burzubənd kəndində meydançanın yanında görüşsünlər. Həmin gün, təxminən saat 20 radələrində meydançada Adil və Mehmanla görüşmüş, Mehmanla Adil avtomobilinə oturmuş və onlar yola düşmüşlər. “Hırün” adlanan yerdə idarə etdiyi Niva markalı avtomobili dayandırmış, Şüvi meşəsinə yola düşmüş, təxminən 3 kilometr meşədən aralandıqdan sonra həmin ərazidə 2 baş inəyin olduğunu görmüş, həmin vaxt Mehman və Adil özü ilə duz götürməmiş, lakin Mehman özü ilə kəndir götürmüşdür. Duzun olmadığını görüb, ağaca çıxmış və ağacdan təzə yarpaqlar dərib, inəklərə yaxınlaşmış, yarpaqları inəklərə uzatdıqda Mehman cəld tərpənib 1 baş inəyin buynuzundan əli ilə tutmuş və Adil kəndiri inəyin buynuzuna keçirmişdir. Birlikdə 1 baş inəyi sürüb, avtomobilə tərəf gətirmiş, köməkləşib, 1 baş inəyi avtomobilin arxa hissəsinə yerləşdirmiş və bundan sonra avtomobili stadiona tərəf sürmüşdür. Stadionun kənarında 1 baş inəyi avtomobildən yerə salmış, Mehman Adillə birlikdə 1 baş inəyi evinin həyətində olan tövləyə aparmışdır. Həmin inək qırmızı-ağ rəngli, təxminən 5-6 yaşlarında olmuş, diri çəkisi təxminən 100 kiloqramdan artıq, buynuzları demək olar ki, bitişik olmuşdur. Həmin inəyi Mehman Ojakəran kənd sakini Vəzirə satmış, sonradan bilmişdir ki, həmin inək Astara rayonun Şüvi kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Törətdikləri sonuncu oğurluq hadisəsindən bir neçə gün keçdikdən sonra, 22 may 2023-cü il tarixdə, saat təxminən 15 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs6 məxsus 1 baş ala-qırmızı rəngli düyənin evinin həyətinin yaxınlığında otladığını görmüş, dərhal Mehmana zəng edib Fikrətin düyəsinin həyətinin yaxınlığında olduğunu, düyəni oğurlamaq istədiyini demiş, Mehman düyəni həyətinə salıb saxlamasını istəmiş və axşam Adillə birlikdə gəlib düyəni aparacağını demişdir. Bundan sonra Fikrətin düyəsini həyətinə salıb, həyətində görünməyən bir yerdə bağlamış, həmin gün Mehmanın doğum günü olmuş, axşam təxminən saat 23 radələrində Adillə birlikdə evinə gəlmiş, həyətində olan düyəni çölə çıxarıb, çay yolu ilə meydançanın kənarına gətirmiş, sonra Adil düyəni Mehmanın həyətinə aparmışdır. Həmin hadisədən 2 gün keçdikdən sonra Mehman zəng edib Fikrətdən oğurladıqları düyəni Şahağacı kəndinə aparmağını istəmiş, Mehmanla razılaşıb Mehmanın həyətinə getmiş və Fikrətə məxsus 1 baş düyəni avtomobilinə yerləşdirmiş, sonra isə Şahağacı kəndinə yola düşmüşlər. Mehman Şahağacı kəndində Fikrətdən oğurladıqları 1 baş düyəni tanımadığı bir nəfər şəxsə nisyə satmış, Mehman artıq törətdikləri 2 oğurluq hadisəsindən ona pul verməmişdir. Təxminən 2 gün keçdikdən sonra Mehman ona 100 manat pul vermişdir. 2023-cü ilin may ayının sonlarında Mehman ona heyvan olduğu təqdirdə kəsmək istədiyini demiş, yenə də oğurluq etmələrini istəmişdir. Mehman və Adillə birlikdə razılaşmışlar ki, yenə də oğurluq etsinlər. Həmin gün Adil və Mehmanla meydançada görüşmüş, Mehman avtomobilini asfalt örtüklü yolu kənarında dayandırmış və onlar Şüvi meşəsinə getmişlər. Meşədə təxminən 10 baş inəyin otladığını görmüş, Mehman 1 baş cöngənin yaxşı ət edəcəyini demiş və həmin cöngəni oğurlamaq istədiyini bildirmişdir. Yerə duz səpmiş və kəndiri Adildən alıb, heyvanın boğazına tərəf atıb cöngəni tutmuşdur. Həmin cöngə qırmızı rəngli olmaqla diri çəkisi təxminən 70 kiloqram olmuş və 1 yaşı olmuşdur. Mehman da kəndirdən tutmuş və onlar yola düşmüşlər. Bundan sonra Mehman Adillə birlikdə həmin cöngəni evinə aparmış, növbəti gün Mehman inəyi kəsmiş və ətini qəssabxanasında satmışdır. Sonradan bilmişdir ki, həmin cöngə də Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Bundan başqa uzaq qohumu və həmkəndlisi Zərərçəkmiş şəxs10 özünə məxsus qoyunları otarmaq üçün kənd ərazisində yerləşən meşəyə gətirdiyini və evinə geri qayıtdığını görmüş, həmin vaxt qoyunların orada nəzarətsiz qaldığını görüb qoyunları oğurlayıb satmaqla gəlir əldə etmək qərarına gəlmiş, bir neçə gün mütəmadi olaraq Zərərçəkmiş şəxs10 günün hansı saatlarında həmin xırda buynuzlu heyvanları otlağa gətirib-aparmasını izləmiş, Şirəli səhər saatlarında 17 baş xırda buynuzlu heyvanını otlağa gətirmiş, axşam saatlarında isə həyətinə aparmış, heyvanlar günün təxminən 8 saatı meşədə nəzarətsiz qalmış, lakin həmin saatlarda meşəyə kənd sakinləri tez-tez gəldiyindən, Şirəliyə məxsus qoyunları evinin həyətindən oğurlamaq qərarına gəlmişdir. 30 may 2023-cü il tarixdə, saat təxminən 17 radələrində Şirəlinin qoyunları aparmış, heyvanlardan bir neçəsini oğurlamaq üçün havanın qaranlıq olmasını gözləmiş və 31 may 2023-cü il tarixdə, saat 02 radələrində Şirəlinin ailə üzvlərinin yatdığını düşünüb, heç kimin onu görməyəcəyindən əmin olduqdan sonra özünə məxsus “Niva” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şirəlinin həyət darvazasından təxminən 50 metr uzaqlıqda aşağıda işlək vəziyyətdə saxlamış, sonra Şirəliyə məxsus həyətin darvazasını açaraq həyətə daxil olmuşdur. 30 metr irəlidəki qoyunların saxlandığı sahəyə yaxınlaşıb darvazanı açaraq oradan təsadüfi bir baş heyvanı seçib ayaqlarından tutaraq çiyninə qoyub özünə məxsus avtomobilin yanına aparıb, avtomobilin yük yerinə yerləşdirmiş, bu minvalla ümumilikdə 3 baş xırda buynuzlu heyvanı götürərək avtomobilinə yerləşdirib cəld həmin ərazini tərk etmişdir. Avtomobilini özünə məxsus həyətə sürmüş, heyvanları səhər saatlarına qədər avtomobildə saxlamışdır ki, səhər saatlarında aparıb Masallı rayonunda yerləşən heyvan bazarında satsın. 31 may 2023-cü il tarixdə, saat 08 radələrində heyvanları avtomobili ilə Masallı rayonunda yerləşən heyvan bazarına aparmış, Şirəlinin həyətindən oğurladığı heyvanların birini 140 manata olmaqla hamısını ümumilikdə 420 manata tanımadığı şəxsə sataraq evinə qayıtmışdır. Zərərçəkmiş şəxs10 həyətindən oğurladığı 3 baş xırda buynuzlu heyvanın hər üçünün ayrı-ayrılıqda çəkisi 10-11 kiloqram olmuş, hər üçü sarımtıl rəngdə və təxmini 9-10 aylıq olmuşdur. Şirəliyə məxsus qoyunları oğurlayarkən ətrafda heç kim onu görməmiş, heç kimin bu barədə məlumatı olmamışdır. Fikrətə məxsus 1 baş düyəni Mehman onun yanında Şahağacı kəndində qohumuna satmış, Zərərçəkmiş şəxs1 məxsus 1 baş inəyi Mehman qəssabxanasında kəsmiş, Qəzənfərə məxsus 1 baş inəyi Mehman Vəzirə satmış, qalan inəkləri də Mehman Lənkəran rayon sakini Sadiq adlı şəxsə satdığını demişdir. Zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, himayəsində altı azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi işi yoxdur. Ailəsini təsərrüfatında mal-qara saxlamaqla, eləcədə Astara və Lənkəran rayonları ərazisində işləməklə dolandırır. 2023-cü ilin mart ayının sonlarında, təxminən saat 15 radələrində Deqədi kəndində, yol kənarında olan zaman Astara rayonu Burzubənd kənd sakini, uzaq qohumu Təqsirləndirilən şəxs4 ilə rastlaşmış, İxtiyar ona inək alan müştəri tanıyıbtanımadığını soruşmuş, İxtiyara inək alan şəxs tanımadığını demiş və satmağa inəyi haradan gətirəcəyini soruşmuşdur. İxtiyar ona meşələrdə çoxlu sayda heyvan olduğunu, sahiblərinin heyvanlara nəzarət etmədiklərini bildirib, birlikdə oğurluq etməyi təklif etmişdir. İlk öncə İxtiyara oğurluq edə bilməyəcəyini demiş, söhbət əsnasında fikirləşmişdir ki, hər ay 200 manat alimentə görə pul ödəyir və pul lazımdır. Buna görə də İxtiyarın təklifi ilə razılaşmış, İxtiyarla razılaşdıqdan sonra İxtiyar başqa bir nəfərin də onlarla birlikdə oğurluq edəcəyini demiş, üçüncü şəxsin kim olduğunu İxtiyardan soruşduqda İxtiyar onlarla oğurluq edəcək üçüncü şəxsin qardaşı Təqsirləndirilən şəxs3 olduğunu, bu barədə Sərrafa dediyini və Sərrafın da razılaşdığını demişdir. İxtiyar onunla danışarkən Şüvi kəndində yerləşən meşəlik ərazidə çoxlu sayda heyvanların olduğunu, oğurluğu həmin ərazidə törədəcəklərini demişdir. 2023-cü ilin mart ayının sonlarında, təxminən saat 17 radələrində İxtiyar zəng edib, qardaşı Sərrafla birlikdə çayxanada olduğunu, oğurluq etməyə gedəcəklərini deyib, kəndir götürüb küçəyə çıxmasını istəmiş, evdən kəndir götürüb küçəyə çıxmış və bir neçə dəqiqə keçdikdən sonra İxtiyarla qardaşı Sərraf yanına gəlmişlər. Birləşib piyada Səlivə meşəsinə yola düşmüşlər. Meşədə olan zaman təxminən 10 baş inəyin birlikdə olduğunu görmüş, İxtiyarla birlikdə təxminən 1 yaşlı, ala-qırmızı rəngli, diri çəkisi təxminən 110 kiloqram olan 1 baş cöngəni seçdikdən sonra kəndiri cöngəyə tərəf atıb cöngəni tutmuş, oğurluq etməyə gedərkən, yolda olan zaman İxtiyar ona həmkəndlisi X6 heyvan almaq istədiyini demiş və Asifə zəng edib onun 1 baş düyə satdığını demişdir. Asif razılaşıb düyəni alacağını bildirmiş, lakin onlar düyə yox, cöngə oğurlamış, oğurluq hadisəsini törətdikdən sonra İxtiyar Asifə zəng edib düyə deyil, onun cöngə satmaq istədiyini demiş, Asif cöngənin bir az da yaxşı olduğunu deyib İxtiyarla razılaşmışdır. İxtiyar Asifə onun cöngəni bir müddət keçdikdən sonra Burzubənd kəndində “platina” adlanan yerə gətirəcəyini demişdir, 1 baş cöngəni oğurladıqdan sonra “platina” adlanan əraziyə gətirmişlər. Asifin gəlməsinə az qalmış İxtiyar kənarda gizlənmişdir ki, Asif onu görməsin. Bir müddət keçdikdən sonra Asif piyada onların yanına gəlmiş, Asiflə cöngəni 450 manata satmaqla bağlı razılıq əldə etmiş və cöngəni Asifə 450 manata satmışdır. Həmin vaxt qardaşı Sərraf da yanında olmuş, Asif cöngəni aldıqdan sonra yaşadığı evə yola düşmüş, İxtiyar gizləndiyi yerdən çıxıb onların yanına gəlmiş və bundan sonra pulu aralarında bərabər şəkildə bölmüş, hər birinə 150 manat pul düşmüşdür. Oğurluq hadisəsini törədərkən onları kənardan heç kim görməmiş, cöngəni apararkən ancaq çay kənarı ilə hərəkət etmiş, cöngəni havanın qaranlıq vaxtı oğurlamışlar ki, kimsə onları görməsin. 1 baş cöngəni Asif Quliyevə satarkən Asif cöngəni oğurladığınını bilməmiş, Asifə cöngəni qardaşının ona verdiyini demiş, oğurluğu İxtiyar və Sərrafla birlikdə 2023-cü ilin mart ayının sonlarında, saat 20 radələrində törətmiş, həmin hadisədən sonra işləmək üçün Ağcabədi rayonuna getmişdir. Zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyib onunla barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağın olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, şəxsi təsərrüfatında 5 baş iribuynuzlu mal-qarası olmuş, 2023-cü ilin mart ayının sonlarından başlayaraq 5 baş heyvanından 4 başını meşəyə otlamalarından ötrü buraxmağa başlamış, havanın qaralmasına az qalmış heyvanlar ya evinin qarşısına, ya da evinin yaxınlığında olan təpəlik əraziyə gəlmiş, 2023-cü ilin aprel ayının sonunda, dəqiq xatırlamadığı tarixdə 4 baş heyvandan 2 başı təxminən saat 18 radələrində evinin qarşısına gəlmiş, lakin 2 baş inək gəlməmişdir. Nə qədər yaşadığı kənddə heyvanlarını axtarsa da 2 baş inəyi tapa bilməmiş, buna görə də inəklərin oğurlanmasından şübhələnmişdir. Oğurlanmış 2 baş inək ana-bala inəklər olmuş, inəyin 3 yaşı olmuş, boz rəngli olmuş, xüsusi əlaməti olmamış, qarışıq cinsli olmaqla, diri çəkisi 200 kiloqram olmuş, dəyəri 2000 manat olmuş, inəyin balası, yəni düyə isə 10 aylıq olmuş, diri çəkisi təxminən 70 kiloqram, boz rəngli olmaqla, xüsusi əlaməti olmamış, qiyməti 600 manat olmuşdur. İnəklərin hamısı hava qaralmamış evinə gəlmişlər, ya da ki, evinin yaxınlığındakı, təpədə, ağacların altında gecələmişlər. İnəklərini meşədə axtarmış, lakin tapa bilməmiş, buna görə də inəklərin oğurlanması qənaətinə gəlmişdir. 2 baş inəyi ünvan 4indən, meşəlik ərazidən oğurlanmışdır. Hazırda ona vurulmuş 2500 manat zərər təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs3 bildirdi ki, şəxsi təsərrüfatında 4 baş iribuynuzlu mal-qarası var, 2023-cü ilin aprel ayının ortalarında 4 baş heyvanını ünvan 4ində yerləşən meşəlik əraziyə otlamalarından ötrü buraxmış, həmin 4 baş heyvandan 2 başı inək, 2 başı isə həmin inəklərin balaları olmuşdur. Özü həftədə 1-2 dəfə meşəyə gedib, inəklərinə nəzarət etmiş, 2023-cü ilin may ayında heyvanlarına baxmaq üçün meşəyə getmiş, 1 baş inək və balasının meşədə olduğunu, digər inəklə balasının meşədə olmadığını görmüşdür. Nə qədər axtarsa da inəklə balasını tapa bilməmiş, təxminən 10 gün keçdikdən sonra inəyin balasını tapmış və evinin həyətinə gətirmiş, lakin inəyin anasını tapa bilməmişdir. İnəyin balasını tapdıqda şübhələnmişdir ki, inək oğurlanmışdır və balası da anasını axtarmaq üçün yerini dəyişmişdir. Oğurlanmış 1 baş inək 5 yaşında, qara-narıncı rəngli, yerli cinsli olmuş, diri çəkisi təxminən 200 kiloqram olmuş, həmin inəyi 2022-ci ilin oktyabrında 1000 manata almış, inək boğaz inək olmaqla, dəyəri 1200 manat olmuşdur. 1 baş inək ünvan 4indən, meşəlik ərazidən oğurlanmış, oğurlanmış 1 baş inəyi sonuncu dəfə ya aprel ayının sonlarında görmüş, oğurluq hadisəsi 2023-cü ilin may ayının əvvəllərində baş vermişdir.Hazırda ona vurulmuş 1300 manat zərər təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs4 bildirdi ki, şəxsi təsərrüfatında 6 baş iribuynuzlu mal-qara olmuş, mal-qaranı həyətində olan tövlədə saxlamışdır. Mal-qaranı otlamaq məqsədilə hər gün səhər tezdən qonşu Noyabud kəndinin kənarında meşə ərazisinə yaxın yerdə yerləşən otlaq sahəsinə buraxmış, axşam saatlarında isə mal-qara özü sərbəst evə qayıtmışdır. Təxminən 2023-cü ilin may ayının əvvəlində həmişəki kimi təsərrüfatında olan mal-qaranı Noyabud kəndinin kənarında meşə ərazisinin yanında olan otlaq sahəsinə buraxmış, axşam vaxtı mal-qara evə qayıtmış, mal-qaranı həyətə salmaq istəyərkən 1 baş, ağ rəngli, iki yaşlı, çəkisi 120 kq olan cins inəyinin mal-qaranın içərisində olmadığını görmüşdür. Əvvəl inəyin itdiyini düşünmüş, inəyi axtarmağa başlamış, bir neçə gün inəyi axtarmış, lakin tapa bilməmişdir. Buna görə də inəyinin oğurlanmasından şübhələnmişdir. Oğurlanmış 1 baş inək 2 yaşlı, ağ rəngli olmuş, xüsusi əlaməti olmamış, cins inək olmuş, diri çəkisi 120 kiloqram, dəyəri 1500 manat olmuşdur. Mal-qarası həmişə həmin otlaq sahədə otlamış, hava qaralmamış da evinə gəlmişdir. 1 baş inək ünvan 4ində, meşəlik ərazidən oğurlanmışdır. Oğurlanmış 1 baş inəyi sonuncu dəfə 2023-cü ilin may ayının əvvəlində, dəqiq xatırlamadığı tarixdə səhər tezdən evinin qarşısında görmüşdür. Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. Məhkəmədə zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, şəxsi təsərrüfatında 6 baş iribuynuzlu mal-qarası olmuş, həmin mal-qaranı otlamaq məqsədilə yaşadığı kənddə olan meşə ərazisinə buraxmış, mal-qara daima meşəlik ərazidə qalmışdır. Bəzən meşəyə gedib mal-qaraya nəzarət etmiş, sonuncu dəfə 2023-cü ilin aprel ayında mal-qaraya nəzarət etmək üçün meşəyə getmiş, həmin vaxt mal-qarası tam olaraq meşədə olmuşdur. Təxminən 13 sentyabr 2023-cü il tarixdə malqaraya nəzarət etmək üçün meşəyə getmiş, orada bir baş boğaz inəyi və həmin inəyin bir baş balasının olmadığını görmüş, bir həftə inəkləri axtarmış, lakin tapa bilməmişdir. Odur ki, ona məxsus iki baş inəyin oğurlandığını başa düşmüşdür. Oğurlanmış inəklərdən biri qırmızı-ağ rəngdə, 5-6 yaşlı, diri çəkisi 100 kq olan boğaz inək olmaqla inəyin dəyəri 1500 manat olmuş, balası isə qırmızı-ağ rəngdə, 1,5 yaşlı, diri çəkisi 70 kq olan cöngə olmaqla dəyəri 1500 manat olmuşdur. Özünə məxsus inək və düyə Astara rayonun Şüvi kəndi ərazisində olan meşə sahəsindən oğurlanmış, ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Mal-qarası həmişə meşə ərazisində qalmış, hərdən bir inəklərinə nəzarət etmiş və həmişə heyvanlar eyni ərazidə olmuşdur. Buna görə də inək və cöngənin oğurlanması qənaətinə gəlmiş, oğurluqla bağlı kimdənsə şübhələnməmişdir. İnək və cöngə 2023-cü ilin aprel ayından 13 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində, Astara rayonu Şüvi kəndində, meşəlik ərazidən oğurlanmışdır. Müraciəti əsasında aparılan araşdırma zamanı oğurluğu Təqsirləndirilən şəxs1 və başçısı olduğu dəstə tərəfindən törədildiyi bilinmişdir. Hazırda ona dəymiş zərərdən 1000 manat ona ödənilib, qalan zərəri tələb edir və təqsirləndirilən şəxslərə həbs ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 bildirdi ki, şəxsi təsərrüfatında 5 baş iribuynuzlu mal-qara olmuş, mal-qaranı həyətində olan tövlədə saxlamışdır. Mal-qaranı otlamaq məqsədilə hər gün səhər tezdən kəndin kənarında olan, evinin yaxınlığında yerləşən meşə sahəsinə buraxmış, axşam saatlarında isə mal-qara özü sərbəst evə qayıtmışdır. Həmin meşə sahəsinə ondan başqa digər kənd sakinləri də öz heyvanlarını buraxmış, 2023-cü ilin may ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə həmişəki kimi təsərrüfatında olan mal-qaranı evinin yaxınlığında yerləşən meşə ərazisinə buraxmış, axşam vaxtı 3 baş mal-qara evə qayıtmış, 2 baş, birisi 2 yaşlı, açıqqırmızı rəngli, diri çəkisi 110 kq olan, digəri 1 yaşlı, qara-ağ rəngli, diri çəkisi 100 kq olan inəklər evə qayıtmamışdır. Əvvəl inəklərin itdiyini düşündüyündən inəkləri axtarmağa başlamış, bir neçə gün inəkləri axtarmış, lakin tapa bilməmişdir. Buna görə də 2 baş inəyinin oğurlanmasından şübhələnmişdir. 2 baş inəyin oğurlanması nəticəsində ona ümumilikdə 1800 manat maddi ziyan dəymiş, oğurlanmış inəklərdən biri 2 yaşlı, açıq-qırmızı rəngli, diri çəkisi 110 kq, dəyəri 1100 manat olmuş, digəri 1 yaşlı, qara-ağ rəngli, diri çəkisi 100 kq, dəyəri 700 manat olan xüsusi əlamətləri olmayan düyə olmuşdur. Mal-qarası həmişə meşə sahəsində otlamış, hava qaralmamış da evinin yaxınlığına gəlmişdir. Hərdən bir mal-qarası meşədə qalmışdır. 2 baş inəyi Astara rayonu Burzubənd kəndində, meşəlik ərazidən oğurlanmışdır. Oğurlanmış 2 baş inəyi sonuncu dəfə 2023cü ilin may ayının ortalarında səhər tezdən meşəyə buraxarkən görmüşdür.Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs6 bildirdi ki, şəxsi təsərrüfatında 3 baş iribuynuzlu və 3 baş xırdabuynuzlu mal-qarası olmuş, mal-qaranı həyətində olan tövlədə saxlamışdır. Mal-qaranı otlamaq məqsədilə hər gün səhər tezdən kəndin kənarında yerləşən meşəlik əraziyə buraxmış, axşam saatlarında isə mal-qara evə qayıtmışdır. 22 may 2023-cü il tarixdə həmişəki kimi təsərrüfatında olan mal-qaranı kəndin kənarında olan meşəlik əraziyə buraxmış, axşam vaxtı malqara evə qayıtmış, mal-qaranı həyətə salmaq istəyərkən 1 baş qırmızı, altı ağ rəngli, 1 yaşlı, yerli cinsli, çəkisi 70 kq olan düyəsinin mal-qaranın içərisində olmadığını görmüşdür. Əvvəl elə başa düşmüşdür ki, həmin düyə itmişdir, odur ki, itmiş hesab etdiyi düyəni axtarmağa başlamış, bir neçə gün düyəni axtarmış, lakin tapa bilməmişdir. Buna görə də düyənin oğurlanmasından şübhələnmişdir. Oğurlanmış 1 baş düyənin 1 yaşı olmuş, qırmızı, altı isə ağ rəngli olmaqla, xüsusi əlaməti olmamış, yerli cinsli, diri çəkisi 70 kiloqram, dəyəri 750 manat olmuşdur. Oğurlanmış 1 baş düyəni sonuncu dəfə 22 may 2023-cü il tarixdə səhər tezdən evinin qarşısında görmüşdür. Hazırda ona vurulmuş zərərdən 450 manat ona ödənilib. Yerdə qalan zərəri tələb edir. Təqsirləndirilən şəxslərə həbs ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs7 bildirdi ki, təsərrüfatında ümumilikdə 16 baş iribuynuzlu malqarası var, həmin inəklərin çoxu yaşadığı kənddə yerləşən meşəlik ərazidə qalmış, hərdən bir meşəyə gedib, heyvanlara nəzarət etmişdir. 2023-cü ilin mart ayının sonlarında meşədə ümumilikdə 12 baş iribuynuzlu mal-qara olmuş, həmin ərəfələrdə, dəqiq xatırlamadığı tarixdə meşəyə getmiş və heyvanların hamısının meşədə olduğunu görmüşdür. Növbəti gün, saat 09 radələrində meşəyə getmiş və 11 baş heyvanın meşədə olduğunu görmüşdür. Belə ki, 1 baş 1 yaşı olan, ala-qırmızı rəngli, diri çəkisi 100 kiloqram olan, dönmə, yəni ki, qarışıq cinsli cöngənin meşədə olmadığını görmüşdür. Meşəni nə qədər axtarsa da bir baş cöngəni tapa bilməmiş, 2 gün meşəni axtarmış, lakin cöngəni tapmamışdır. Cöngənin oğurlanmasından 2 gün keçdikdən sonra qohumu X19 ona zəng edərək, hal-əhvalını soruşduqda o, 2 gündür ki, 1 baş cöngəsinin itdiyini və cöngəni axtardığını demiş, Asiflə danışarkən cöngənin əlamətlərini demiş, həmin vaxt Asif yenicə dediyi əlamətlərə uyğun bir baş cöngə aldığını deyib, həmin cöngəyə baxmağını istəmişdir. Birbaşa qohumu Asifin evinə getmiş və Asif həyətində bağladığı 1 baş cöngəni ona göstərmişdir. Cöngəyə baxdıqda cöngənin ona məxsus olduğunu deyərək cöngəni kimdən aldığını Asifdən soruşmuş, Asif cöngəni ünvan 4 sakini Təqsirləndirilən şəxs5 aldığını demişdir. Asif cöngənin ona məxsus olduğunu öyrənib, dərhal mobil telefonu ilə Təqsirləndirilən şəxs5 zəng etmiş və cöngəni haradan gətirib satdığını soruşmuşdur. Fərid də Asifə cöngənin qardaşına məxsus olduğunu demiş, bu zaman Asif Fəridə cöngəni oğurladığını, cöngənin qardaşına deyil, ona məxsus olduğunu demişdir. Bundan sonra Fərid Asifə yalvarmağa başlamış ki, şikayət etməsin. Asifdən telefonu söndürməsini istəmiş və Asifdən Fəridin mobil nömrəsini alaraq evinə getmişdir. Evdə olan zaman Fəridə zəng edib, cöngəsini oğurlamasıyla bağlı iradlarını bildirmiş və 2 saata yanına gəlməyəcəyi təqdirdə polisə şikayət edəcəyini demişdir. Bir müddət keçdikdən sonra qohumu, Astara rayonu Burzubənd kənd sakini Təqsirləndirilən şəxs4 ona zəng edib Fəridin ona zəng etdiyini, ona məxsus cöngəni oğurladığını bildirdiyini, köməklik etməsini istədiyini demiş və ondan Fəridi hansı səbəbdən çağırdığını soruşmuşdur. İxtiyara Fəridlə danışmaq istədiyindən çağırdığını demiş, İxtiyar ona Fəridin qorxduğunu, həmin səbəbdən də yanına gəlmək istəmədiyini demiş və Fəridi bağışlamağı ilə bağlı ondan xahiş etməyə başlamışdır. İxtiyardan Fəridi yanına gətirməsini istəmiş və Fəridin barəsində şikayət etməyəcəyinə söz vermişdir. Bir neçə saat keçdikdən sonra, İxtiyar Fəridlə birlikdə yanına gəlmiş, Fəridi danlamağa başlamış, Fərid şikayət etməməyini istəmiş və ziyanını ödəyəcəyini demişdir. Həmçinin İxtiyar da ondan xahiş etmişdir ki, Fəridi bağışlasın. Fəridlə İxtiyar onun yanına gələn zaman Asif də yanında olmuş və Asif də Fəridi oğurluq heyvan satmasıyla bağlı danlamışdır. İxtiyar Asifin qohumu olduğundan, xahiş etmişdir ki, Fəridi bağışlasın. İxtiyara cöngənin qiymətinin 700 manat olduğunu deyib 2 saata Fəridin pulunu verməsini istəmiş, Fərid 2 saata həmin məbləği verə bilməyəcəyini dedikdə İxtiyar ondan Fəridə bir həftə vaxt verməyini xahiş etmişdir. İxtiyarın qohumu olduğunu nəzərə alıb razılaşmış və Fəridə 1 həftə vaxt vermişdir ki, 700 manat pulu qaytarsın. Təxminən 1 həftə sonra Asif onun evinə gəlib, 700 manat pulu verib Fəridgilin pulu göndərdiyini demişdir. Oğurluq dəqiq xatırlamadığı tarixdə, 2023-cü ilin mart ayının sonunda, havanın qaranlıq vaxtı baş vermiş, 1 baş cöngə meşəlik ərazidən oğurlanmışdır. Oğurlanmış cöngənin 1 yaşı olmuş, ala-qırmızı rəngli olmaqla, diri çəkisi 100 kiloqram, qarışıq cinsli və dəyəri 700 manat olmuşdur. Oğurluğu Fəridin törətdiyini bilmiş, ona məxsus cöngəni Fərid Asifə satmış, lakin Fəridin oğurluğu kiminlə törətdiyini bilməmişdir. Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs8 bildirdi ki, şəxsi təsərrüfatında 2 baş iribuynuzlu mal-qarası olmuş, mal-qaranı həyətində olan tövlədə saxlamışdır. Həmin mal-qaranı otlamaq məqsədilə hər gün səhər tezdən kəndin kənarında olan, evindən 50 metr kənarda yerləşən meşə sahəsinə buraxmış, axşam saatlarında isə mal-qara özü sərbəst evə qayıtmışdır. Meşə sahəsinə başqa kənd sakinləri də heyvanlarını buraxmış, təxminən 2023-cü ilin aprel ayının ortalarında həmişəki kimi təsərrüfatında olan mal-qaranı kəndin kənarında, evinin yanında olan meşə ərazisinə buraxmış, axşam vaxtı 1 baş mal-qara evə qayıtmış, 1 baş, sarı rəngli, diri çəkisi təxminən 100 kq olan, qısa buynuzlu, yerli cinsli, dəyəri 650 manat olan düyə isə evə qayıtmamışdır. Əvvəl düyənin itdiyini düşünmüş, ona görə də düyəni meşədə axtarmağa başlamışdır. Bir neçə gün düyəni axtarmış, lakin tapa bilməmişdir. Buna görə də düyənin oğurlanmasından şübhələnmişdir. 1 baş düyənin oğurlanması nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Mal-qarası həmişə həmin meşə sahəsində otlamış, hava qaralmamış da evinə gəlmişdir. Hərdən bir heyvanlar meşədə qalmış, evə gəlməmişdir. 1 baş düyəsi Astara rayonu Şüvi kəndində, meşəlik ərazidən oğurlanmış, oğurlanmış 1 baş düyəni sonuncu dəfə 2023-cü ilin aprel ayının ortalarında səhər tezdən meşəyə yollayarkən görmüşdür. Hazırda ona vurulmuş 800 manat zərər ona ödənilib.Heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs9 bildirdi ki,şəxsi təsərrüfatında 10 baş iribuynuzlu mal-qarası olmuş, mal-qaranı həyətində olan tövlədə saxlamış, mal-qaranı otlamaq məqsədilə hər gün səhər tezdən Noyabud kəndinin kənarında meşəlik əraziyə buraxmış, axşam saatlarında isə mal-qara özü sərbəst evə qayıtmış, elə vaxt olmuşdur ki, mal-qara bir neçə gün meşədə qalmış, sonra evə qayıtmışdır. Təxminən 2023-cü ilin may ayının ilk günlərində, dəqiq xatırlamadığı tarixdə həmişəki kimi təsərrüfatında olan mal-qaranı Noyabud kəndinin kənarında olan meşə ərazisinə buraxmış, bir gün sonra axşam vaxtı mal-qara evinin qabağına qayıtmış, mal-qaranı həyətə salmaq istəyərkən 1 baş, qara rəngli, iki yaşlı, diri çəkisi 140 kq olan yerli cinsli inəyinin mal-qaranın içərisində olmadığını görmüşdür. Əvvəl elə başa düşmüşdür ki, həmin inək meşədə qalmış, odur ki, meşədə qalmış hesab etdiyi inəyi meşədə axtarmağa başlamış, bir neçə gün inəyi axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, inəyi oğurlanmışdır. Oğurlanmış 1 baş inək 2 yaşlı, tam qara rəngli olmaqla, xüsusi əlaməti olmayan, yerli cins növündən, diri çəkisi 140 kiloqram olmaqla dəyəri 800 manat olmuş, mal-qarası həmişə həmin meşə sahəsində otlamış, axşam saatlarında isə mal-qara özü sərbəst evə qayıdırmışdır, 1 baş inək ünvan 4ində, meşəlik ərazidən oğurlanmış, oğurlanmış 1 baş inəyi sonuncu dəfə 2023-cü ilin may ayının ilk günlərində səhər tezdən evinin qarşısında görmüşdür.Hazırda ona vurulmuş 800 manat zərər təmamilə ona ödənilib.Heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs10 bildirdi ki, özünə məxsus şəxsi təsərrüfatı var, təsərrüfatında oğurluq hadisəsindən öncə 17 baş, hal-hazırda isə 14 baş xırda-buynuzlu heyvanı vardır. Şəxsi təsərrüfatında olan heyvanları hər gün səhər saatlarında Astara rayonu, Burzubənd kəndində yerləşən otlaq sahəsinə aparmış, eyni qaydada axşam saatlarında həmin heyvanları yaşadığı ünvana qaytarmışdır. Astara rayonu Burzubənd kəndində yerləşən həyətyanı sahəsi metal tor çəpərlə əhatələnmiş, həmin həyətyanı sahənin içərisində kiçik bir ərazini xırda buynuzlu heyvanları olan qoyunların saxlanması üçün ayırmış, belə ki, həmin sahə metal tor çəpərlə əhatələnmiş və giriş qapısı köhnə taxtadan hazırlanmış qapı olmuşdur. Axşamlar heyvanları həmin bağlı sahəyə saldıqdan sonra qapını sadəcə kiçik kabel vasitəsilə bağlamışdır. Hər gün olduğu kimi 30 may 2023-cü il tarixdə, saat 17 radələrində heyvanları həyətində yerləşən bağlı sahəyə ötürmüş, daha sonra isə həmin sahədən bir qədər aralıda yerləşən fərdi yaşayış evinə getmişdir. 31 may 2023-cü il tarixdə səhər saat 07 radələrində oyandıqdan sonra heyvanları örüş yerinə aparmaq üçün saxlanc yerinə getmiş, 17 baş xırda buynuzlu heyvandan 3 baş qoyunun yerində olmadığını görmüş, qoyunların həyətdə olacağını düşünüb bir qədər axtardıqdan sonra kənar şəxslərdən eşitmişdir ki, 31 may 2023-cü il tarixdə, saat 2 radələrində naməlum şəxs avtomobili ilə onun həyətinin darvazasının yaxınlığında bir qədər gözləmiş və bu şübhəli məqam onların diqqətini çəkmiş, lakin yaxınlıqda olan qonşuları həmin avtomobilin markasını eləcə də sürücüsünü görməmişlər. Qonşularının bu sözündən sonra əmin olmuşdur ki, 3 baş qoyunu oğurlanmış, qoyunların hər birinin təxmini çəkisi 35-40 kiloqram, rəngləri sarımtıl, birinin dəyəri isə 165 manat olmuş, ona məxsus 3 baş xırda buynuzlu heyvanın oğurlanması ilə ona ümumilikdə 495 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid X24 ifadəsində göstərdi ki, oğlu İİ Qarabağ müharibəsində iştirak etmiş və oğlu üçün qurban kəsmək boynuna almışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığından qurban kəsə bilməmişdir. 2023-cü ilin mart ayında bankdan 1000 manat kreditə pul götürmüş ki, 2 baş heyvan alıb, bir baş heyvanı qurban kəsib, digər heyvanı isə böyüdüb, oğlumun toyunda kəssin. 2023-cü ilin mart ayının sonunda, dəqiq xatırlamadığı tarixdə, qohumu Təqsirləndirilən şəxs4 ona zəng edərək ünvan 4 sakini Təqsirləndirilən şəxs5 1 baş inək satdığını bildirib, həmin inəyi almağını təklif etmişdir. Bir müddət keçdikdən sonra Fərid özü ona zəng edərək, qardaşının 1 baş dişi inək verdiyini, həmin inəyi satmaq istədiyini ona demişdir. Fəridə almaq istədiyini demiş, bir müddət keçdikdən sonra Fərid yenə də ona zəng edib, qardaşının dişi inəyi vermək istəmədiyini, əvəzinə bir baş cöngə verdiyini deyib, cöngə almaq istəyib-istəmədiyini soruşmuşdur. Cöngənin bir az da yaxşı olduğunu, almaq istədiyini demiş, həmin gün, havanın qaralmasına az qalmış Fərid qardaşı Sərrafla birlikdə 1 baş cöngəni İxtiyarın evinin yaxınlığına, yol kənarına gətirmişlər. Fəridlə həmin yerdə görüşmüş və Fərid cöngəni 500 manata satdığını demişdir. Fəridlə 450 manata razılaşıb, cöngəni 450 manata alıb, pulunu Fəridə verdikdən sonra cöngəni həyətinə gətirmişdir. Cöngəni almağından 2 gün keçdikdən sonra qohumu Zərərçəkmiş şəxs7 ilə telefonda danışan zaman Ceyhun 1 baş cöngəsinin itdiyini deyib, cöngənin əlamətlərini onun üçün sadalamışdır. Ceyhuna 2 gün əvvəl dediyi əlamətlərə uyğun 1 baş cöngə aldığını deyib, cöngəyə baxmasını xahiş etmişdir. Növbəti gün, Ceyhun həyətinə gəlib, aldığı cöngəyə baxmış və cöngənin özünə məxsus olduğunu demişdir. Bu zaman Ceyhunun yanında Fəridə zəng edib, iradlarını bildirdim və ona satdığı cöngənin oğurluq olduğunu demişdir. Fərid isə ona cöngəni oğurlamadığını, qardaşına məxsus olduğunu deyib telefonu söndürmüşdür. Daha sonra Fəridə nə qədər zəng etsə də zəng çatmamışdır. Bundan sonra İxtiyara zəng edib, Fəridin Ceyhunun cöngəsini oğurlayıb ona satdığını demiş və Fərddən heyvan aldığını İxtiyarın diqqətinə çatdırmışdır. İxtiyar yerin dibindən də olsa Fəridi tapacağını deyib telefonu söndürmüşdür. X37 nömrəsini ondan alaraq evinə getmişdir. Həmin gün Ceyhun ona zəng edib, Fəridin yanına gəldiyini deyib, onun da gəlməyini istəmiş və o, Ceyhunun yanına getmişdir. Ceyhunla birlikdə olduğu zaman Fərid İxtiyarla birlikdə gəlmişlər. Fərid aliment borcu olduğundan oğurluq etməyə məcbur olduğunu bildirib, Ceyhuna törətdiyi oğurluq hadisəsini etiraf edərək, bağışlamasını xahiş etmişdir. Ceyhun Fəridə oğurladığı cöngənin 700 manat dəyərində olduğunu deyib, həmin pulu bir neçə saat ərzində verməsini istəmiş və bu şərtlə Fəridi bağışlayacağını demişdir. Bu zaman X26 pulunun olmadığını deyib, Fəridə 1 həftə vaxt verməsini istəmişdir. Ceyhuna cöngəni həyətindən aparmasını nə qədər təklif etsə də Ceyhun onunla razılaşmamışdır. Həmin cöngəni qurban kəsmək üçün aldığından kəsmiş, təxminən 10 gün keçdikdən sonra Fərid ona zəng edərək atası Rəşidin 1 baş cöngə verdiyini bildirərək, həmin cöngəni gəlib, atasının həyətindən aparmağını istəmiş, Fəridlə razılaşmış və İxtiyarla birlikdə Rəşidin evinə getmişdir. Fərid özü də atasının evində olmuş, Fəridin atası ona cöngənin qiymətinin 750 manat olduğunu deyib ondan 50 manat pul istəmiş, Ceyhun Fəridin oğurladığı cöngənin qiymətinin 700 manat olduğunu demiş, buna görə Fəridin atasına 50 manat pul verib, cöngəni almışdır. Həmin cöngəni evinə aparmış və növbəti gün Ceyhunun evinə gedib, Ceyhuna 700 manat pul vermişdir. Fəridin Ceyhuna məxsus 1 baş cöngəni nə vaxt oğurladığını bilməmiş, Fəridin 1 baş cöngəni ona nə vaxt satdığını da dəqiq bilməmiş, təxminən 2023-cü ilin mart ayının sonunda Fərid 1 baş cöngəni ona satmışdır. Fərid qardaşı Sərrafla birlikdə 1 baş cöngəni ona satmış, həmin vaxt da Fərid cöngəni qardaşının ona verdiyini demişdir. Sərraf da Fəridin cöngəni oğurladığını bilmiş, ola bilsin ki, Sərraf da Fəridlə birlikdə oğurluq hadisəsini törətmişdir Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, Mehmanın atası onun qızı ilə ailə qurmuş, daha doğrusu qızı Zakirin ikinci ailəsidir. Mehmanın mal-qara alveri ilə məşğul olduğunu bilmiş, ona 1 baş inək lazım olmuş və 2023-cü ilin aprel ayında Mehmana 1 baş düyə almaq istədiyini deyib, əlində yaxşı heyvan olduğu təqdirdə ona satmasını xahiş etmişdir. 2023-cü ilin may ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Mehman ona zəng edib, 1 baş düyə olduğunu və həmin düyəni ona satmaq istədiyini demiş, Mehmandan düyənin qiymətinin nə qədər olduğunu soruşduqda Mehman düyəni 550 manata satacağını demişdir. Mehmanda düyəni ona bir qədər də ucuz satmasını xahiş etmiş və Mehmanla düyəni 450 manata satacağı ilə bağlı razılığa gəlmişlər. Mehmana hazırda pulunun olmadığını, 1 aya 450 manatı verəcəyini deyib, heyvanı nisyə satmasını xahiş etmiş, Mehman razılaşmış, 2023-cü ilin may ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə, saat təxminən 22 radələrində Mehman tanımadığı 2 nəfər şəxslə Niva markalı avtomobillə Astara rayonu, Şahağacı kəndində yerləşən evinin həyətinə gəlmiş, Mehman həmin şəxslərlə birlikdə köməkləşib, düyəni avtomobilin yük yerindən yerə salmışlar. Həmin vaxt Mehmana bir dəfə də demişdir ki, düyənin pulunu 1 aya verəcəkdir. Danışdıqdan sonra isə Mehman və yanında olan 2 nəfər şəxs onun evinin həyətini tərk edərək getmişlər. Bir müddət keçdikdən sonra polislər evinə gəlib, Mehmanın ona heyvan satıb-satmadığını soruşmuş, polislərə Mehmandan bir baş düyə aldığını demiş, polislər həmin düyənin oğurluq olduğunu və düyəni təhvil verməli olduğunu demişlər. O da həmin düyəni polislərə təhvil vermişdir. Həmin vaxt bilmişdir ki, Mehman sarı rəngli düyəni oğurlayıb, ona satmışdır. Mehman düyəni kimdənsə kəsmək üçün aldığını, lakin yaxşı düyə olduğundan ona satmaq istədiyini demişdir. Mehmanın düyəni oğurladığını biləcəyi təqdirdə düyəni almayacaqmış. Mehmanın həmin düyəni oğurlamasını bilməmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, ********* saylı cinayət işi üzrə oğurlanmış heyvanların 2023-cü ilin mart-may ayları üzrə orta bazarda təklif qiymətləri müəyyən edilmişdir. Arayışın nəticə hissəsində qeyd olunmuşdur ki, “ Qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus, 1 baş, qırmızı-ağ rəngli, 5-6 yaşlı, diri çəkisi 100 kq olan, boğaz inəyin orta bazar qiyməti 1450 manat, 1 baş, qırmızı-ağ rəngdə, 1,5 yaşlı, diri çəkisi 70 kq olan cöngənin orta bazar qiyməti 1400 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs9 məxsus, 1 baş, 2 yaşlı, tam qara rəngli, xüsusi əlaməti olmayan, yerli cins növündən olan, diri çəkisi 140 kiloqram olan inəyin orta bazar qiyməti 750 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs7 məxsus, 1 baş, 1 yaşlı, ala-qırmızı rəngli olmaqla, qarışıq cinsli, diri çəkisi 100 kiloqram olan inəyin orta bazar qiyməti 700 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs3 məxsus, 1 baş, 5 yaşında, qara-narıncı rəngli, yerli cinsli olmaqla, diri çəkisi təxminən 200 kiloqram olan, boğaz inəyin orta bazar qiyməti 1100 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs8 məxsus, 1 baş, sarı rəngli, diri çəkisi təxminən 100 kq olan, qısa buynuzlu inəyin orta bazar qiyməti 600 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs10 məxsus, 1 baş, diri çəkisi 35-40 kiloqram olan, xırda buynuzlu heyvanın (qoyun) orta bazar qiyməti 150 manat təşkil edir. 3 baş xırda buynuzlu heyvanın qiyməti 450 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs2 məxsus, 1 baş, 3 yaşı olan, boz rəngli, xüsusi əlaməti olmayan, qarışıq cinsli, diri çəkisi 200 kiloqram olan inəyin orta bazar qiyməti 1900 manat təşkil edir. 1 baş, 10 aylıq, diri çəkisi təxminən 70 kiloqram, boz rəngli olmaqla, xüsusi əlaməti olmayan düyə inəyin orta bazar qiyməti 600 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs5 məxsus, 1 baş, 2 yaşlı, açıq-qırmızı rəngli, diri çəkisi 110 kq olan inəyin orta bazar qiyməti 1000 manat təşkil edir. 1 baş, 1 yaşlı, qara-ağ rəngli, diri çəkisi 100 kq olan inəyin orta bazar qiyməti 700 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs6 məxsus, 1 baş, 1 yaşı, qırmızı-ağ rəngli, xüsusi əlaməti olmayan, yerli cinsli, diri çəkisi təxminən 70 kiloqram olan inəyin orta bazar qiyməti 700 manat təşkil edir. Qeyd olunan Zərərçəkmiş şəxs4 məxsus, 1 baş, 2 yaşlı, ağ rəngli, xüsusi əlaməti olmayan, diri çəkisi 120 kiloqram olan cins inəyin orta bazar qiyməti 1500 manat təşkil edir.” Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Astara rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs5 CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-ci il tarixli 1305 №-li arayışdan görünür ki, Əliyev X21 rayonu Burzubənd kəndində yaşayır və himayəsində xx.xx.2019-ci il təvəllüdlü X20, xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladları var. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-ci il tarixli 1304 №-li arayışdan görünür ki, Əliyev X15 rayonu Burzubənd kəndində yaşayır. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-ci il tarixli 1297 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Astara rayonu Burzubənd kəndində yaşayır və himayəsində xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladı var. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-ci il tarixli 1301 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Astara rayonu Burzubənd kəndində yaşayır və himayəsində xx.xx.2015-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 övladları var. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Kİcəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-ci il tarixli 1296 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 4ində yaşayır və himayəsində xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladları var. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən gürünür ki, ona vurulmuş zərərdən 1000 manat ona ödənilib. Yerdə qalan zərəri tələb edir. Təqsirləndirilən şəxslərə həbs ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 Salman oğlunun ərizəsindən gürünür ki, ona vurulmuş 2500 manat zərər təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən gürünür ki, ona vurulmuş 1300 manat zərər təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən gürünür ki, ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs5 ərizəsindən gürünür ki, ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs6 Qadağa oğlunun ərizəsindən gürünür ki, ona vurulmuş zərərdən 450 manat ona ödənilib. Yerdə qalan zərəri tələb edir. Təqsirləndirilən şəxslərə həbs ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs7 ərizəsindən gürünür ki, ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs8 notarial qaydada təsdiq edilmiş ərizəsindən gürünür ki, ona vurulmuş 800 manat zərər Təqsirləndirilən şəxs4 tərəfindən təmamilə ona ödənilib.Heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs9 notarial qaydada təsdiq edilmiş ərizəsindən gürünür ki, ona vurulmuş 800 manat zərər Təqsirləndirilən şəxs4 tərəfindən təmamilə ona ödənilib.Heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs10 ərizəsindən gürünür ki, ona vurulmuş zərər təqsirləndirilən şəxslər tərəfindən təmamilə ona ödənilib.Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cü maddələrində, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs5 təqsirliyi bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun himayəsində üç azyaşlı övladlarının olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun himayəsində bir azyaşlı övladlarının olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun himayəsində altı azyaşlı övladının olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun himayəsində bir azyaşlı övladlarının olmasını, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs5 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 18 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 şübhəli şəxs qismində tutulduqları müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 11 iyun 2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Burzubənd kəndi ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 iyun 2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Burzubənd kəndi ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 18 iyun 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4i ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs4 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 5i ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 21 iyun 2023-cü il tarixdən 23 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günü iki gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs5 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4i ünvanında yerləşən evi axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-18/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-18/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver