Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-18/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 01 sentyabr 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 01 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində gözətçisi işlədiyi Astara şəhəri 6 saylı tam orta məktəbin həyətində həmin məktəbin direktoru işləyən Zərərçəkmiş şəxs həyat yoldaşı X3 aid olan çılpaq video görüntüləri verməsini tələb edərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış normalarına müstəsna sayqısızlıq nümayiş etdirərək, üstünlüyünü göstərmək məqsədilə özü ilə gətirdiyi bıçağı silah qismində işlədərək Zərərçəkmiş şəxs iki dəfə vurub ona döş qəfəsi nahiyəsində 2 ədəd kəsilmiş yaralar və sağ said nahiyəsində sıyrıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vuraraq qanunsuz hərəkələrini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 ildir ki, Astara şəhəri 6 saylı tam orta məktəbdə gözətçi işləmişdir. Zərərçəkmiş şəxs tanımış, sonuncu onun gözətçisi işlədiyi məktəbin direktoru olmuşdur. Hadisə baş verən vaxtdan təxminən 3-4 ay əvvələ qədər arvadı X6 həmin məktəbdə katibə işləmiş, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini gördükdən sonra sonuncu barəsində prokurorluq orqanlarına şikayət etməyə başlamışdır. Bundan sonra Ülviyyə arvadına aid video görüntüləri yaymağa başlamışdır. Həmin video görüntüləri görməsə də, eşitdiyimə görə güya həyat yoldaşı Validə özünə məxsus çılpaq videolarını bir nəfər oğlana göndərmiş, həmin oğlan da görüntüləri direktor Ülviyyəyə vermişdir. Bundan sonra Ülviyyə həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərərək həyat yoldaşı Validənin şərəf və ləyaqətini alçaltmağa çalışmışdır. Bundan sonra həyat yoldaşı Validə ərizə yazaraq işdən çıxmışdır. Həyat yoldaşı Validə həmin görüntüləri təqdim etməsini Zərərçəkmiş şəxs tələb etsə də, sonuncu həmin görüntülərin onda olmadığını bildirmiş, lakin videoları müxtəlif şəxslərə göstərməyə davam etmişdir. Validə Ülviyyədən şikayətlər etdiyinə görə Ülviyyə ona da işlədiyi yerdə “ilişməyə” başlamış, artıq Zərərçəkmiş şəxs hərəkətlərindən bezdiyinə görə onu cəzalandırmaqla qorxutmaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb təxminən 20-30 metr məsafədə yerləşən məktəbə getmişdir. Bir gün əvvəl məktəbdə işlətdiyi mətbəx bıçağını təsadüfən yadından çıxararaq üzərində evə aparmışdır. Həmin vaxt məqsədi Zərərçəkmiş şəxs məktəbə gələndə video görüntüləri almaq, əgər verməsə, qorxutmaq üçün vurmaq olmuşdur. Qeyd olunan məqsədlə bıçağı götürdükdən sonra şalvarının sağ yan cibində gizlətmişdir. Saat 09 radələrində Ülviyyə idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə gəlib maşından düşdükdən sonra məktəbin həyət qapısından içəri daxil olmuşdur. Həmin vaxt o, həyətdə qapının yanında dayanmış, bu zaman həyətdə heç kimi olmasa da, seçki günü olduğu üçün məktəbin inzibati binasında səs verməyə gələnlər və müşahidəçilər olmuşdur. Olduğu yer ilə məktəbin binasına qədər məsafə isə təxminən 5 metr olmuş, Ülviyyə qapıdan içəri daxil olduqdan sonra uca səslə sonuncudan Validənin video görüntülərini istəmişdir. Lakin Ülviyyə uca səslə onu təhqir edərək video görüntülərin onda olmadığını bildirmişdir. O, həmin vaxt cibindən bıçağı çıxarıb Ülviyyəyə bir neçə zərbə vurmuş, lakin neçə zərbə vurduğunu və hansı nahiyyələrindən vurduğunu xatırlamamışdır. Zərbənin təsirindən Ülviyyə yerə yıxılıb qışqırmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs “sənin başın kəsilməlidi, ama mən bunu eləmirəm” demiş və kənara çəkilib nalayiq sözlərlə təhqir etmişdir. Bir neçə dəqiqə sonra ora məktəbin binasından işçilər və ətrafdan polis əməkdaşı gəlmişdir. Əlindəki bıçağı polis əməkdaşının tələbindən sonra yerə atmışdır. Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, qorxutmaq istəmişdir. O, Zərərçəkmiş şəxs öldürmək istəyi olsa bunu reallaşdırmaq üçün daha çox bıçaq zərbəsi vurmaq və Ülviyyə yerə yıxıldıqdan sonra bıçaqla vurmağa davam etmək imkanı olmuşdur. Bıçağı polis əməkdaşına verdikdən sonra hadisə yerinə əlavə polis əməkdaşları gələrək onu Astara RPŞ-nə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşimandır, yaşını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 5 il müddətdir ki, Astara şəhəri 6 saylı tam orta məktəbdə direktor vəzifəsində işləmiş, lakin hazırda Bakı şəhərində işləyir. X6 direktoru olduğu məktəbdə katibə, əri Təqsirləndirilən şəxs isə məktəbdə gözətçi işləmişdir. Təxminən 2 il əvvəl Validə ona yaxınlaşaraq məktəbdə olan vakant iş yerinə oğlu Səyid Nəcəfovu texniki işçi kimi qəbul etdirməyini istəmişdir. Lakin o, həmin iş yerinə vətən müharibəsi qazisinin həyat yoldaşı X1 qəbul etdirmişdir. Bundan sonra Validə onunla ədavət aparmağa, barəsində hüquq mühafizə orqanlarına böhtan xarakterili məlumatlar verməyə başlamışdır. Bundan başqa, Validənin həyat yoldaşı Təqsirləndirilən şəxs da bir neçə dəfə barəsində əmək müfəttişliyinə şikayətlər etməyə başlamışdır. 2024-cü ilin fevral ayında Validənin çılpaq videoları yayılmış, həmin videoları işlədiyi məktəbdə müəllimlərdən və işçilərdən görmüşdür. Bundan sonra Validəni çağırıb həmin video barədə ondan soruşmuşdur. Validə isə həmin videonun ona məxsus olmadığını, montaj olduğunu bildirmişdir. Lakin Validənin video görüntüləri məktəbin kollektivi arasında qınağa səbəb olduğundan işçilər iclas keçirib sonuncunu işdən çıxarmağı təklif etmiş, bunu eşidən Validə özü ərizə yazıb işdən çıxmış və həmin vaxtdan sonra onunla konflikt aparmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:00-da keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün direktoru işlədiyi məktəbə getmiş, idarə etdiyi “Toyota Camry” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb məktəbin həyətinə daxil olmuşdur. Həmin vaxt məktəbdə gözətçi işləyən Halik qaça-qaça üzərimə gəlməyə başlamışdır. O, Halikin bir işçi kimi nəsə söz deyə biləcəyini düşünmüş, lakin Halik yaxınlaşdıqda sağ əlində bıçağın olduğunu görüb qışqırmağa başlamışdır. Bundan sonra Halik heç bir söz demədən yaxınlaşıb bir neçə bıçaq zərbəsi vurmağa başlamışdır. Qışqıraraq əlində olan çantalarla özünü müdafiə etməyə başlamış, lakin Halik onun sol döşqəfəs nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, bundan sonra Halik bir qədər kənara çəkilib barmağını silkələyərək ona “videolara görə cavabını verməliydin” sözlərini demişdir. Bu zaman seçki məntəqəsinin üzvləri olan Hacı və Şahid3 onun qarşısında dayanmışlar. Daha sonra Halikin əlində bıçaq yenidən üzərinə gəlib nəsə deyib geri qayıtmışdır. Lakin özünü pis hiss etdiyinə görə Halikin nə dediyini eşidə bilməmişdir. Bundan sonra orada olan şəxslər onu yerdən qaldırıb xəstəxanaya aparmaq üçün maşına mindirmişlər. Həmin vaxt ora gələn polis əməkdaşının Halikin qoluna girib hadisə baş verən yerdən apardığını görmüşdür. Bundan sonra onu Astara RMX-ya, orada tibbi yardım göstərildikdən sonra isə Lənkəran RMX-ya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində keçirilən Parlament seçkiləri ilə əlaqədar olaraq məntəqə üzvü kimi Astara şəhəri 6 saylı tam orta məktəbdə xidmət aparmışdır. Həmin vaxt məktəb binasında ondan başqa digər üzvlər də olmuş və hər biri seçki ilə bağlı işlərlə məşğul olmuşlar. Bu zaman çöldən qışqırıq səsləri gəlmiş, o və digər məntəqə üzvləri çölə qaçmışlar. Çölə çıxdıqda məktəbin direktoru Zərərçəkmiş şəxs məktəbin həyətində yerə yıxılmış vəziyyətdə olduğunu, Halikin isə bir qədər kənarda dayanaraq nalayiq ifadələr işlətdiyini görmüşdür. Bundan sonra Halikə yaxınlaşaraq bıçağı verməsini demiş, lakin sonuncu bıçağı verməmiş və polis əməkdaşları gəldikdə onlara təhvil vermişdir. Hadisə təxminən 5-6 dəqiqə müddətində davam etmiş, hadisənin necə baş verdiyini görməsə də, səs-küyə çıxdıqda Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə, Halikin isə əlində bıçaqla dayanaraq söyüş söydüyünü görmüşdür.. Hadisə yerinə getdikdə Halik əlindəki bıçaqla ona və ya oraya gələn digər şəxslərə qarşı hər hansı bir formada hədə qorxu gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 01 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində məntəqə katibi kimi Astara şəhəri 6 saylı tam orta məktəbdə xidmət aparmışdır. Həmin vaxt çöldən qışqırıq səsləri gəlmiş, o və digər məntəqə üzvləri çölə qaçmışlar. Onlar çölə çıxdıqda məktəbin direktoru Zərərçəkmiş şəxs məktəbin həyətində yerə yıxılmış vəziyyətdə olduğunu, Halikin isə yaxınlıqda dayanaraq söyüş söydüyünü görmüşlər. Bundan sonra Halikə yaxınlaşaraq bıçağı verməsini demiş, lakin Halik bıçağı onlara verməmiş və polis əməkdaşları gəldikdə təhvil vermişdir. Hadisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Hadisə yerinə getdikdə Halik əlindəki bıçaqla ona və ya ora gələn digər şəxslərə qarşı hər hansı bir formada hədə qorxu gəlməmişdir. Hadisənin birbaşa şahidi olmamış və Təqsirləndirilən şəxs söyüş söydüyünü eşitsə də, Zərərçəkmiş şəxs “onsuz da səni öldürməliydim” “videoya görə səni öldürəcəkdim onsuzda” sözlərini deməsinin eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində məntəqə üzvü kimi Astara şəhəri 6 saylı tam orta məktəbdə Parlament Seçkiləri ilə bağlı xidmət aparmış, həmin vaxt səs-küy eşidərək pəncərədən çölə baxmış və bu zaman Halikin Zərərçəkmiş şəxs vurmasını görmüşdür. İlk olaraq Halikin yumruqla Ülviyyə müəlliməni vurmasını düşünmüş və tez bayıra qaçmağa başlamışdır. Bu zaman onun qaçdığını görərək, digərləri də çölə qaçmışlar. Halikə yaxınlaşdıqda Ülviyyə müəllimə artıq yerə oturmuş, çataraq Haliki sonuncudan ayırmışdır. Haliki ayırdıqdan sonran o Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Halikin əlində bıçaq olduğunu görmüşdür. Halik bundan sonra təxminən 3 metr kənarda əlində bıçaqla dayanmışdır. Daha sonra Halikə yaxınlaşmış və bıçağı verməsini demişlər. Lakin Halik bıçağı verməmiş və polis əməkdaşları gəldikdə onlara təhvil vermişdir. Hadisə təxminən 5-6 dəqiqə müddətində davam etmiş, çox səs-küy olmuş, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, Təqsirləndirilən şəxs bu hərəkətlərindən o və ətrafda olan digər şəxslər çox narahatlıq keçirmişlər. Halik əlindəki bıçaqla ona və ya ora gələn digər şəxslərə qarşı hər hansı bir formada hədə qorxu gəlməmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 299 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsi nahiyəsində 2 ədəd kəsilmiş yaralar, sağ said nahiyəsində sıyrıq aşkar edilmiş, qeyd olunan xəsarətlərdən döş qəfəsi nahiyəsindəki kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, digər xəsarət isə bərk küt əşyanın təsirindən törənmişlər, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 daxil olmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 299 nömrəli rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini töreden zaman hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsinde anlaqlı hesab edilməlidir..Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasi CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 daxil olmuş məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 668/2024-MTBŞ nömrəli rəyə əsasən,
1. X2 AB0 sistemi üzrı qan qrupu 0 alfa, beta /İ/-dir.
2. Ekspertizaya təqdim edilmiş bıçaq və Zərərçəkmiş şəxs məxsus don üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 daxil olmuş məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 475-2024/MTKŞ nömrəli rəyinə əsasən,
1. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sol yarısının yuxarı hissəsində, sol döş nahiyəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər.
2. Ekspertizaya təqdim olunmuşbıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 8 və 9-cu bəndlərində göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmiş və onun CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb, məhkəmə bioloji, məhkəmətibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının müvafiq rəyləri, istintaq protokolları, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir: əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 131 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4 (018)- 57/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan maddi sübut kimi tanıma haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd don maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd don və 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra bir ədəd don zərərçəkmiş şəxsə təhvil verilməli və bir ədəd bıçaq isə məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351- 353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd don və 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra don zərərçəkmiş şəxsə təhvil verilsin və bıçaq isə məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: İlqar Məmmədov