Məhkəmə qərarları › İş №1(018)-181/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-181/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-181/2023 28.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, işləməyən, Astara rayonu Pəlikəş kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 28 noyabr 2023-cü il tarixdə, Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində, ögey anası Zərərçəkmiş şəxs ilə onun yaşadığı Astara rayon Şəvqo kəndindəki evinin həyətində şəxsi münasibətlər zəmində mübahisə zamanı onun sol qol nahiyəsinə ağac parçası ilə qəsədən zərbə vuraraq Zərərçəkmiş şəxs bədəni üzərində sol dirsək oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonu, Şəvqo kəndində yaşayır. Təqsirləndirilən şəxs onun ögey oğludur. Münasibətləri həmişə gərgin olmuşdur. 24 oktyabr 2023-cü il tarixində saat 13 radələrində ögey oğlu Təqsirləndirilən şəxs əri Ağahəsən Həmdəovla mübahisə edib onu nalayiq söyüşlərlə söymüş, buna görə onunla da aralarında mübahisə baş vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yerdən ağac parçası götürüb onun sol əl nahiyəsinə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onunla barışmış və bir yerdə mehriban yaşayırlar. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Astara rayonu, Pəlikəş kəndində yaşayır. Zərərçəkmiş şəxs onun ögey anasıdır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində Astara rayonu Şəvqo kəndində fərdi yaşayış evinin həyətində ögey anası Zərərçəkmiş şəxs ilə qoz ağacından qoz yığdığları üçün və mal-qaranın otlaq sahasına girdiyi üçün aralarında mübahisə yarandığını, mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söydüyü üçün o, əsəbləşib yerdə olan ağac parçasını götürüb onun sol qoluna vurmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquq şəxsi Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 318 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, sol dirsək oynağı nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,, o cümlədən qərarın təsviri hissəsində göstıərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müyinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən və Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(018)-162/2023 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(018)-162/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar