Məhkəmə qərarları › İş №1(018)-182/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-182/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-182/2023 05.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə 08 noyabr 1972-ci ildə Astara rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Astara rayonu,Hamuşam kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Astara rayonu Pensər kəndində fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Ülfət Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə ayağı ilə bir neçə zərbə vuraraq sonuncuya sağ göz almasına yayılmış qansızma, sağ gözaltı, alt çənə, sol süd vəzisi nahiyələrində qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 07.11,2023cü il tarixdə saat təxminən 19 radələrində yaşadıqları evdə olan zaman qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermiş, mübahisə nəticəsində onu Təqsirləndirilən şəxs əyağı ilə bədəninin müxtəlif nahiyyəsindən bir-neçə zərbə endirərək onu döymüşdür.Dava-dalaşın təxminən 15 dəqiqə davam etdiyini, dava-dalaş zamanı kənar şəxs olmamışdır..Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətindən azad olunub barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində yaşadıqları evdə olan zaman, qeyri rəsmi yaşadığı Ülfət Əhmədova arasında mübahisə baş vermiş, mübahisə nəticəsində Ülfət Əhmədova onun ünvanına xoşagəlməz ifadələr işlətmiş, o, isə əsəbləşərək əyağı ilə onun bədəninin müxtəlif nahiyyəsindən bir-neçə zərbə endirmişdir.Dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmamış, dava-dalaş təxminən 15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ondan hər hansı şikayəti və tələbi yoxdur. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş 13.11,2023-cü il tarixli 336 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində - sağ göz almasına yayılmış qansızma, sağ gözaltı, alt çənə, sol süd vəzisi nahiyələrində qnçırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşiyanın (əşiyaların) təsirindən törənmilər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni küt əşiyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 3-4 gün əvvəl uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında Astara rayonu Hamuşam kəndində qeydiyyatda olan, Astara rayonu Pensər kəndində yaşayan Təqsirləndirilən şəxsnın adına tərtib olunana tələbnamə-arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının rayonun Hamuşam kənd ərazi dairəsi üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışda Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmadığı göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayəti törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ondan üzr istəyib vurduğu ziyanı ödədiyinə görə onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun onun haqqında şikayət və tələbinin olmadığını və haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. O, barəsində olan cinayət təqibinə zərərçəkmiş şəxslə barışmasına görə xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar