Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-185/2023 13.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri X11 və X5 iştirakları ilə, xx.xx.1997-ci ildə Əfqanistan İslam Respublikasının Kabul şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Əfqanistan İslam Respublikasının Kabul şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə; xx.xx.2003-cü ildə Əfqanistan İslam Respublikasının Kabul şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Əfqanistan İslam Respublikasının Kabul şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 sentyabr 2023- cü il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra 05 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri ərazisində DSXnin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra 05 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri ərazisində DSXnin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 avqust 2023-cü il tarixdə Əfqanistan İslam Respublikasında yeni qurulan Taliban rejimindən qaçaraq qeyri-qanuni yolla bacısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasına gələrək orada işləmək qərarına gəlmişlər. X19 Respublikasında iş tapa bilmədiklərindən həmin ərazidə tanımadıqları şəxslər onlara Azərbaycan Respublikasında daha yaxşı işin olduğunu söyləmişlər və bu səbəbdən sənədləri qaydasında olmadığından qeyri-qanuni yola Azərbaycan Respublikası ərazisinə keçmək qərarına gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1 telefonunda olan “GoogleMaps” proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ən yaxın yolu seçmişlər və xx.xx.2023-cü il tarixdə saat təxminən 06:30 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisə keçmişlər. Dövlət sərhədini pozub Azərbaycan Respubikası ərazisinə keçdikdən sonra qabaqlarına çıxan tikkanlı məftilləri üzərində olan kəsici alət ilə (kəlbətin) ilə kəsərək qabağa doğru hərəkət etməyə davam etmişlər. Müəyyən gədər hərəkət etdikdən sonra, önlərinə çıxan bir nəfər şəxsə onları Bakı şəhərinə aparmağını xahiş etmiş və bunun müqabilində həmin şəxsə 100 azn pul verəcəklərini bildirmişlər. Sonuncu razılaşaraq onları Bakı şəhərinə gətirmişdir. Daha sonra bir nəfər Həmzə adlı Pakistan İslam Respublikasının vətəndaşının köməkliyi ilə adını xatırlamadıqları otelə gəlmişlər, orada olduqları zaman DSX-nin hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 20 avqust 2023-cü il tarixdə Əfqanistan İslam Respublikasında yeni qurulan Taliban rejimindən qaçaraq qeyri-qanuni yolla dayısı Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasına gələrək orada işləmək qərarına gəlmişlər, X19 Respublikasında iş tapa bilmədiklərindən həmin ərazidə tanımadığları şəxslər onlara Azərbayca Respublikasında daha yaxşı işin olduğunu söyləmişlər və bu səbəbdən sənədləri qaydasında olmadığından qeyri-qanuni yola Azərbaycan Respublikası ərazisinə keçmək qərarına gəlmişlər. Bu məqsədlə telefonunda olan “GoogleMaps” proqramı vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ən yaxın yolu seçmişlər və xx.xx.2023-cü il tarixdə saat təxminən 06:30 radələrində İran İslam Respublikasından Azərbaycan Respubliqası istiqamətinə dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisə keçmişlər. Dövlət sərhədini pozub Azərbaycan Respubikası ərazisinə keçdikdən sonra qabaqlarına çıxan tikkanlı məftilləri Təqsirləndirilən şəxs2 üzərində olan kəsici alət ilə (kəlbətin) ilə kəsərək qabağa doğru hərəkət etməyə davam etmişlər, müəyyən qədər hərəkət etdikdən sonra, önlərinə çıxan bir nəfər şəxsə onları Bakı şəhərinə aparmağını xahiş etmiş və bunun müqabilində həmin şəxsə 100 azn pul verəcəklərini bildirmişlər. Sonuncu razılaşaraq onları Bakı şəhərinə gətirmişdir. Daha sonra bir nəfər Həmzə adlı Pakistan İslam Respublikasının vətəndaşının. köməkliyi ilə adını xatırlamadıqları otelə gəlmişlər, orada olduqları zaman DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışlar. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən N nömrəli hərbi hissənin kiçik giziri X9 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə əsgər Murad Muradovla və əsgər Hacı Xəlilovla ilə birlikdə saat 06:00dan 09:30-dək 16-cı sərhəd zastavasının sağ cinahına “Gözətçi dəstə, sərhəd gözətçisi” xidmətinə təyin olunmuşlar, saat 06:00 radələrində sərhəd zastavasından çıxmışlar və gənc əsgərlərə xidmət qaydalarını örgədərək xidməti təşkil etməyə başlamışdır. Xidmətin təşkil zamanı saat 06:28 radələrində 16-cı sərhəd zastavasının 10-cu sahəsində 38-39 mühəndis texniki çəpərin dirəklərin arasında aşağıdan yuxarıya 8 məftilin kəsilməsini aşkar etmiş, dərhal bu barədə sərhəd zastavasına məlumat vermiş və izlərin hərəkət istiqamətində təqibə başlamışdır. Ərazidə axtarış aparılmağına baxmayaraq dövlət sərhədini pozan şəxs və ya şəxslər barəsində heç bir nəticə əldə olunmamışdır. Həmin gün dövlət sərhəddini pozan şəxslərin Bakı şəhərində hostellərin birində DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanıldığını bilmişdir. Onların Əfqanıstan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu bilinmiş, onlar zastavaya gətirilmiş və hərbi hissə qullquçuları ilə birlikdə onlar dövlət sərhəddini pozduqları yerə aparılmış, onların iştirakı ilə həmin yerə baxış keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin əsgərləri X6 və X12 şahid X7 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Cinayət işinə əlavə edilmiş 6 sentyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, onların dövlət sərhəddini qanunsuz keçdikləri yer N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 16cü sərhəd zastavasının 10-cü sahəsidir. Sərhəd pozucuları həmin sahədə 38-39 mühəndis texniki çəpərin dirəklərin arasında 8 məftili kəlbətinlə kəsdiklərini, nəzarət iz zolağında aşkar edilmiş 2 nəfər məxsus 8 ədəd izin məhz onlara məxsus olduğunu, ərazidəki kollarda müəyyən edilmiş əzilmələrin onlar tərəfindən edildiyini bildirmişlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-609/2023 nömrəli, 8.09.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli06 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-610/2023 nömrəli, 8.09.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs2m əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-185/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-185/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver