Məhkəmə qərarları › İş №1(018)-186/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-186/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-186/2023 06.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin X7, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X5 iştirakları ilə xx.xx.1986-cı il tarixdə İraq İslam Respublikası Ərbil vilayəti Ravandoz şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İraq İslam Respublikası Ərbil vilayəti Ravandoz şəhərində qeydiyyatda olan və yaşayan İraq İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Mühammədəminin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq MÜƏYYƏNETDİ: İraq İslam Respublikası vətəndaşı X10 Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 04 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının ortalarında İraq İslam Respublikasından İran İslam Respublikasına rəsmi qaydada keçmişdir. İran İslam Respublikasının Urmiya şəhərində 4 gün qaldıqdan sonra Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişdir. Lakin pulu az olduğu üçün qardaşı X14 Mühəmmədəmindən əlavə pul istəmişdir ki, daha çox pul ilə rəsmi qaydada Azərbaycan Respublikasına keçsin. Bu məsələ ilə əlaqədar o, smartfon tipli mobil telefonunda olan “Google maps” proqramı vasitəsilə Azərbaycan Respullikasına daha yaxın olan İran İslam Respublikasının Astara şəhərində yerləşən “Testil” adlı oteli tapmış və orada 16 gün qalmışdır. Sonuncu dəfə “Testil” adlı otelin nümayəndələri pulu bitdiyi üçün onu oteldən qovmuş və onun rəsmi sənədlərini girov kimi özlərində saxlayaraq borclu olan pulunu ödəyəcəyi təqdirdə geri verəcəklərini demişdir. Lakin qardaşı X1 pul göndərə bilməyəcəyini anladığından Azərbaycana qanunsuz yolla keçməyə qərar vermişdir. xx.xx.2023-cü il tarixdə havanın qaranlıq vaxtını gözləmiş və yenədə smartfon tipli mobil telefonunda olan “Google maps” proqramı vasitəsilə İran islam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçəcəyi yeri müəyyən etmiş və həmin istiqamətdə hərəkət etmişdir. O, dövlət sərhədini qanunsuz olaraq İrandan Azərbaycana keçdikdən sonra qarşısına məftillər çıxmış və o, məftilləri üzərində olan kəsici alətlə (kəlbətin) ilə kəsmişdir. Lakin o, həmin məftillərdən 5 metr uzaqlaşmışdır ki, onu silahlı şəxslər saxlamış və həmin şəxslərə qanunsuz keçdiyini etiraf etmişdir. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sərhəd Qoşunlarının N saylı hissəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 20:00-dan 00:00-dək hərbi hissənin 16-cı sərhəd zastavasının 8-9-cu sahələrinə əsgər X11 ilə birlikdə "Sərhəd gözətçisi" sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altında silahlara baxış keçirdikdən sonra təyin olunduqları sahəyə getmişlər. Xidmətdə olduqları zaman saat 21:40 radələrində nəzarət iz zolağında İİR-AR istiqamətində bir nəfərə məxsus ayaq izinin olmasını müəyyən etmişlər. O, dərhal bu barədə sərhəd naryadının başçısı S.İmanova məruzə etmişdir. S.İmanov da bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermişdir. Sərhəd zastavası "silaha" komandasına qaldırılmış və həyəcan qrupu ərazidə axtarış aparmağa başlamışlar. Bir neçə dəqiqə sonra ərazidə bir nəfər sərhəd pozucusunun-İraq İslam Respublikasının vətəndaşı X8 saxlanılması barədə məlumatlandırılmışlar. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Müşfiq oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09.10 2023-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X7 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 oktyabr 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan məlum olur ki, X10 05 oktyabr 2023-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmaqla X10 haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, DSX-nin N nömrəli hərbi hissənin komandiri polkovnik Əli Əliyevin 05 oktyabr 2023-cü il tarixli, 3-38- 16/2-2794/23 №-li məktubunda göstərilir ki, İraq İslam Respublikası vətəndaşı X10 N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 8-ci sahəsindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İraq İslam Respublikası vətəndaşı X10 dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçdiyi ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 8-ci sahəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, X8 “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, İraq İslam Respublikası vətəndaşı X9 Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, İraq İslam Respublikası vətəndaşı X9 dövlət sərhədinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 8-ci sahəsindən dövlət sərhədini qaçaq yolla İİR-dan Azərbaycan Respublikası istiqamətində keçməsinə hər hansı bir şəxsin köməklik göstərmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 oktyabr 2023-cü il tarixli qərardan məlum olur ki, İraq İslam Respublikası vətəndaşı X10 üzərindən aşkar olunaraq götürürlmüş 01 ədəd kəlbətin maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, İraq İslam Respublikası vətəndaşı X10 ilə aparılmış filtirasiya tədbirləri zamanı sonuncu, Azərbaycan Respublikasına gəlməkdə məqsədinin işləmək olduğunu bildirmişdir. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4rşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X8 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X10 xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə X8 cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X10 barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. X8 törətdiyi cinayətin alətini 01 ədəd kəlbətin təşkil edir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyəgəlir ki, qeyd edilən 01 ədəd kəlbətin məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: İraq İslam Respublikası vətəndaşı X10 Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd kəlbətin məhv edilsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq X10 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar