Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-187/2023 20.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Balx rayonunda doğulmuş. Əfqanıstan İslam Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əfqanıstan İslam Respublikasının Balx rayonunda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə; xx xxxxx 1993-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Balx rayonunda doğulmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Əfqanıstan İslam Respublikasının Balx rayonunda qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girməklə 10 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girməklə 10 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, dostu Təqsirləndirilən şəxs2 ilə sövdələşərək qərara gəlmişlər ki, birlikdə qaçaq yolla Əfqanıstan İslam Respublikasını tərk etsinlər və İran İslam Respublikasına getsinlər. 14 yanvar 2023-cü ildə Əfqanıstan İslam Respublikasından rəsmi yolla - hava yolu ilə İran islam Respublikasının Məşhəd şəhərinə, 1 həftə sonra isə Tehran şəhərinə getmişdir. Bu müddət ərzindən dostu Təqsirləndirilən şəxs2 pasportunun müddəti bitdiyinə görə İran islam Respublikasına qanunsuz yolla getmiş və onlar Tehran şəhərində təxminən 2 ay birlikdə yaşamışlar. Ötən müddət ərzində Tehranda yaşamış və ofisiant kimi fəaliyyət göstərmişlər. Lakin İranda da işsizlikdən əziyyət çəkdiklərindən və dolanışıq olmadığından oranı tərk etmək və Azərbaycanda yaşamaq üçün qanunsuz yolla Azərbaycana getmək qərarına gəlmişlər. Dostu Təqsirləndirilən şəxs2 Əfqanıstan İslam Respublikasında hələ "Taliban" höküməti hakimiyyətə gəlməmişdən öncə orduda xidmət etmiş, "Taliban" hakimiyyətə gəldikdən sonra ordu sıralarını tərk etmişdir. Azərbaycanda yaşamaq və işləmək məqsədilə "Google Map" proqramından istifadə etməklə İranın Astara şəhərinə getmişlər və 10 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində elə həmin proqramın köməkliyi ilə qanunsuz yolla Azərbaycan ərazisinə keçmişlər. Təxminən yarım saata yaxın onlar ərazidə qalmışlar. Birdən Azərbaycan əsgəri onlara ucadan nəsə qışqırmış və onlar yerlərində dayanmışlar. Sonra onlar saxlanılaraq hərbi hissəyə gətirilmişlər. Onlar müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlar tutulmuş və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra onlar sərhədi keçdikləri yerə aparılmış və orada hadisə yerinə baxılmışdır. Sonda onlardan izahat alınmışdır. Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra onları hər hansı şəxs qarşılamamış, yaxud bu əməlləri törətmələri üçün hər hansı şəxs tərəfindən onlara köməklik göstərilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-2018-ci illərdə Əfqanıstan İslam Respublikasının "Taliban" hakimiyyətinə qədərki dövründə ordu sıralarında xidmət etmiş, "Taliban" re im hakimiyyətə gəldikdən sonra ordu sıralarını tərk etmişdir. 2021-ci ildə "Taliban" hərəka: hakimiyyətə gəldikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisac vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən mada vəziyyətləri minimum səviyyəyə enmişdir. O da digər Əfqanıstan İslam Respublikas vətəndaşları kimi dolanışığında çətinliklərlə üzləşmiş, bu səbəbdən ölkəni tərk etmək və nisbətən sadalanan problemlərin daha az olduğu ölkədə yaşamaq istəmişdir. Bu səbəbdən dostu, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1la sövdələşərək qərara gəlmişlər ki, birlikdə qanunsuz yolla Əfqanıstan İslam Respublikasını tərk etsinlər və İran İslam Respublikasına getsinlər. Bu məqsədlə 2023- cü ilin yanvar ayının sonları Əfqanıstan İslam Respublikasından qanunsuz yolla İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Bu müddət ərzində dostu Təqsirləndirilən şəxs1la birlikdə Tehran şəhərində təxminən 2 ay birlikdə yaşamış və ofisiant kimi fəaliyyət göstərmişlər. X12 Respublikasında da işsizlikdən əziyyət çəkdiyindən və dolanışıq olmadığından oranı tərk etmək və Azərbaycan Respublikasında yaşamaq üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə "Google Map" proqramından istifadə etməklə İran İslam Respublikasının Astara şəhərinə gəlmişlər və 10 sentyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində həmin proqramın köməkliyi ilə qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçmişlər. Təxminən yarım saata yaxın ərazidə qalmışlar və birdən Azərbaycan əsgəri onlara ucadan nəsə qışqırmış və onlar yerlərində dayanmışlar. Sonra onlar saxlanılaraq hərbi hissəyə aparılmışlar. Onlar müdafiəçi və tərcüməçi ilə təmin edilmişlər və onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onlar tutulmuşlar və üzərilərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra onlar sərhədi keçdikləri yerə aparılmış və orada hadisə yerinə baxılmışdır. Sonda onlardan izahat alınmışdır. Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra onları hər hansı şəxs qarşılamamış, yaxud bu əməlləri törətmələri üçün hər hansı şəxs tərəfindən onlara köməklik göstərilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən N nömrəli hərbi hissənin əsgəri X7 ifadəsində göstərdi ki, 10 sentyabr 2023-cü il, saat 08:00-dan 11 sentyabr 2023-cü il, saat 08:00-dək "Növbətçi operator" xidmətinə təyin edilmiş, xidmətin təşkili zamanı 15-ci sərhəd zastavasının 2-ci sahəsində quraşdırılmış "PTZ" kameraları vasitəsilə 1-ci sahədə dövlət sərhəd xəttindən təxminən 5 metr aralı, əsas mühəndis-texniki çəpərindən 40 metr içəridə. 141 nömrəli sərhəd nişanından 150 metr sağda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxsin hərəkət etdiyini müşahidə etmiş və bu barədə dərhal aidiyyəti üzrə məruzə etmişdir. Əraziyə "Həyəcan" qrupu hərəkət etmiş və o, kamerada müşahidə etdiklərini radiorabitə vasitəsilə həmin qrupun üzvlərinə bildirmişdir. Bununla da ərazidə aparılan axtarış zamanı "Həyəcan" qrupunun üzvləri həmin 2 nəfər şəxsi saxlayıb 15-ci sərhəd zastavasına gətirmişlər. Sərhəd zastavasında həmin şəxslər tərcüməçi və müdafiəçi ilə təmin edilmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxslər Əfqanıstan İslam Respublikasının vətəndaşlarıdırlar və onlar Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiklərindən yaşamaq və işləmək məqsədilə İrandan qanunsuz yolla keçərək Azərbaycana gəlmişlər. Məhkəmədə şahid qismində dindirilən N nömrəli hərbi hissənin əsgəri X6 bildirdi ki, 10 sentyabr 2023-cü il saat 21:50 radələrində hərbi hissənin şəxsi heyəti “Həyəcan” komandası ilə qaldırılmış, onlar 15-ci sərhəd zastavasının xidməti ərazisinə yollanmışlar və ərazidə axtarış tədbirləri başlanmışdır. Axtarış tədbirləri davam etdirilən vaxtda 15-ci sərhəd zastavasının "Növbətçi operator" xidmətinə təyin edilmiş əsgər Ayxan Muradov onlara radiorabitə vasitəsilə həmin şəxslərin hərəkət istiqamətini bildirmiş, onlar, polkovnik-leytenant Həsən Cəfərovun rəhbərliyi altında axtarış aparmışdır. Bu zaman o, kolluq ərazidə 2 nəfər şəxsin gizləndiyini görmüş, dərhal yaxınlaşaraq "Dayan!" əmri vermiş və onları saxlamışdır. Onlar həmin şəxslərdən hansı məqsədlə həmin əraziyə gəldiklərini soruşduqda onlar əl-qol hərəkətləri ilə onlara İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına gəldiklərini izah etmişlər. Onlar saxlanılan zamanüzərilərində bel çantaları olmuş, o bu barədə aidiyyəti üzrə radiorabitə vasitəsiiə mə'-zə etmiş və onları sərhəd zastavasına aparmışlar. Sərhəd zastavasında həmin şəxsə tərcüməçi və müdafiəçi ilə təmin edilmişlər. Sonradan onlara məlum olmuşdur ki, həm - şəxslər Əfqanıstan İslam Respublikasının vətəndaşlarıdırlar və onlar Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiklərindən yaşamaq və işləmək məqsədi ilə İrandan qanunsuz yolla keçərək Azərbaycana gəlmişlər. Cinayət işinə əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Astara rayonunun ərazisində yerləşən 15-ci sərhəd zastavasının 1 -ci sahəsini göstərərək bildirdilər ki. dövlət sərhədini pozduqları ərazidir və həmin yerləri əl işarələri ilə qeyd etdilər. Qeyd olunan yer dövlət sərhəd xəttindən 5 metr aralıda, 141 №-li sərhəd nişanından 150 metr sağda, mühəndis-texniki çəpərdən 40 metr içəridə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 1-ci sahədə aparılmış baxış zamanı kolluq ərazidə əzilmələr aşkar olunmuşdur. Həmin vaxt Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ərazidən keçən zaman onlar tərəfindən əzildiyini etiraf etmişlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-625/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 10 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 10 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 czasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 czasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-187/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-187/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver