Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-189/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2020-ci il tarixdə Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-cü il tarixdə Bakı şəhər Suraxanı rayon məkməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, Astara rayon Şahağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni - 0,794 qram çəkidə narkotik vasitə hesab edilən heroini əldə edib daşımaqla üzərində saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 05 sentyabr 2023-cü il tarixdə saat 18:30-da Astara rayon Şahağacı kəndində hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, saat 19:25-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki üzərində “KENO” yazılmış siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -0,794 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayon Şahağacı kəndində yaşayır. 05 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Astara rayon Şahağacı kəndində küçədə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmiş, ona Astara rayon Polis Şöbəsinə getmək təklif edilmişdir. Onlara etiraz etməyib razılaşmış, onlarla Astara rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində polis əməkdaşları ona təzyiq edərək üzərinə narkotik vasitə qoymuşlar və demişlər ki, həmin narkotik vasitəni üzərinə götürməlisən, əks halda sənin üçün pis olacaqdır. Ona görə o qorxduğuna görə onlara tabe olmuşdur. Sonra ona vəkil təqdim olunmuş, o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və üzərində vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə axtarış keçirilmişdir. İlk əvvəl ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif olunmuş və o əynimdəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində, polis şöbəsin əməkdaşlarının onun üstünə qoyduqları 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olan üzərində “KENO” yazılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisinə baxış keçirilmiş, kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və o, polis əməkdaşlarının təzyiqindən qorxduğuna görə həmin protokolu imzalamışdır. Göstərinlənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməməsi, onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 sentyabr 2023-cü il tarixdə Astara rayon Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş və həmin məlumat ilə əlaqədar tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 18:30-də onlar Astara rayon Şahağacı kəndi getmiş, Təqsirləndirilən şəxs kəndin küçəsində görmüşlər və dərhal ona yaxınlaşaraq özlərini təqdim etməklə onu polis şöbəsinə dəvət etmişlər, o, da etiraz etməmiş və onlar Arifi Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Orada təhqiqatçı Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, o və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X5 Həsənova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Arif də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd üzərində “KENO” markalı siqaret qutusu və 1 ədəd alışqan təqdim etmiş, həmin siqaret qutusunun içərisindən 01 ədəd bükümdə şəffaf salafana bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra aşkar edilmiş həmin büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşı Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Astara Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkilinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 05 sentyabr 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 05 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 05 sentyabr 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Arif əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “KENO” markalı siqaret qutusu və 01 ədəd alışqan təqdim etmiş, siqaret qutusunun içərisindən 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -0,9 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütləni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Lənkəran şəhərində qiyabi tanıdığı ancaq adını bilmədiyi şəxsdən 10 manata almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən məhkəmə-kimyəvi ekspertizası üzrə verilmiş 06 sentyabr 2023-cü il tarixli, 19/850 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə heroinə bənzər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,794 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş -0,794 qram narkotik vasitə olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, -0,744 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 06 sentyabr 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 07 sentyabr 2023-cü il tarixli, 870 nömrəli rəyindən götünür ki, Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan opioidlərin istifadə halları olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,794 qram olmuş, tədqiqatdan sonra qalan təmiz çəkisi 0,744 qram narkotik vasitə heroin axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 0,744 qram qalan qurudulmuş marixuana saxlanılmasından üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 16 sentyabr 2023-cü il tarixli tələbnamə-arayışdan və Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(018)-104/2023 saylı hökmünün surətindən məlum oldu ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(018)-104/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər Suraxanı Rayon Məkməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olduğuna görə Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan 05 sentyabr 2023-cü il tarixli “Cinayət törətməsinə şühbə yarandıqda şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 19:15-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 07 sentyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 07 sentyabr 2023-cü il tarixdə saat 13:00-da “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında dindirilən şahidlər ifadələrində göstərdilər ki, şəxsi axtarış zamanı təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs etiraz etmədən, könüllü olraq, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd üzərində “KENO” markalı siqaret qutusunun içərisində olan 01 ədəd bükümdə şəffaf salafana bükülmüş heroinə bənzər kütləni təqdim etmişdir. Bu hal cinayət işinə əlavə edilmiş 01 ədəd DVD diskinə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 07 aprel 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 05 sentyabr 2023-cü il tarixdən 07 sentyabr 2023-cü il tarixə kimi olan 2 gün müddəti ona təyin edilən cəzadan çıxmağı əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 0,744 qram narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini,cəzanın əvvəlinin 19 dekabr 2023-cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 01 (bir) il, 11 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsən. Onun cəzanın əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq çəkisi 0,744 qram narkotik vasitə heroinin məhv edilsin. Videoçəkilişin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-189/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-189/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver