Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-19/2023 07.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Astara rayonu Hamoşam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Astara rayonu Hamoşam kəndində qeydiyyatda olan, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci il aprel ayında saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Astara rayonu Hamoşam kəndində yerləşən həyətyanı sahəyə giriş darvazasından daxil olmaqla həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus əvvəllər tövlə kimi istifadə olunmuş saxlanc yeri olan anbara giriş qapısından qanunsuz daxil olaraq orada olan bir ədədinin qiyməti 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 02 (iki) ədəd dəmir odun sobasını, qiyməti 10 manat olan 01 (bir) ədəd yabanı, qiyməti 20 manat olan 25 metr uzunluğunda çoxfazalı elektrik naqilini və qiyməti 75 manat olan 150 metr uzunluğunda, diametri 18 mm olan polietilen su şlanqını gizli olaraq talayıb, zərərçəkmişə ümumilikdə 405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu Hamoşam kəndində özlərinə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Astara və Lənkəran rayonları ərazisində fərdi qaydada işləyib ailəsinin dolanışığını təmin edir. 2022-ci ilin aprel ayının ortalarında evinə bazarlıq etmək istəsə də bunun üçün pulu olmadığından, qonşusu, heç kimin yaşamadığı Zərərçəkmiş şəxs məxsus yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə təxminən saat 22 radələrində ətrafda heç kimin olmamasını müəyyən etdikdən sonra, Zərərçəkmiş şəxs evinin həyətinin giriş qapısını açıb həyətə daxil olmuşdur. Onun həyətində olan əvvəllər tövlə kimi istifadə olunan, hazırda isə əşyaların saxlanılması üçün nəzərdə tutulan saxlanc yerindən 2 ədəd dəmir soba, 1 bağlama elektrik naqili, 1 ədəd yaba və 1 bağlama su şlanqını seçib, həmin əşyaları tövlədən çölə çıxararaq tövlənin qapısını bağlayıb həyətin giriş darvazasının yaxınlığında qoymuşdur. Daha sonra 1 ədəd dəmir sobanı yaşadığı evin həyətinə apararaq orada qoymuş, 1 bağlama elektrik naqilini digər dəmir sobanın içərisinə yerləşdirərək sobanı, yaba və 1 bağlama su şlanqını yaşadığı evə aparmışdır. Oğurladığı bütün əşyaları həyətində olan tövlənin içərisində gizlətmişdir. 2022-ci ilin may ayının əvvəllərində yaşadığı kəndə dəmir yığımı ilə məşğul olan “Ford” markalı avtomobil gəlmiş, adını sonradan öyrəndiyi avtomobilin sürücüsü Samir Cavadova 1 ədəd dəmirdən hazırlanmış odun sobası və 1 bağlama elektrik kabelini satmaq istəmişdir. O, X5 Cəbiyevin evindən oğurladığı 1 ədəd odun sobasını və 1 bağlama elektrik kabelini 55 manata satmışdır. Daha sonra həmin pul ilə kənddə yerləşən mağazadan evinə ərzaq almışdır. Zərərçəkmiş şəxs evindən oğurladığı digər əşyalar, yəni 1 ədəd odun sobası, 150 metr uzunluğunda polietilen su şlanqını və 1 ədəd yabanı öz həyətindəki tövlədə gizlətmişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Astara rayonu, Maşxan kəndində yaşayır, əvvəllər Astara rayonu, Hamoşam kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində yaşamışdır. O, təxminən 2001-ci ildə həmin evi tərk edib Astara rayonu Maşxan kəndində yaşayır. 2022-ci ilin may aylarında ona köhnə yaşadığı həyətdəki saxlanc yerindən 1 ədəd yaba, 2 ədəd odun sobası, 1 bağlama elektrik kabeliin və 150 metr su şlanqının oğurlanmasını bildirmişlər. Ona həmin oğurluğa görə ona 1 ədəd yaba 10 manat, 2 ədəd odun sobası 300 manat, 1 bağlama elektrik kabeli 20 manat, 150 metr su şlanqı 75 manat olmaqla cəmi 405 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluğun kim tərəfindən törədildiyi ona məlum olmadığı üçün o, hər hansı bir orqana şikayət ilə müraciəti etməmişdir. 2022-ci ilin may aylarında ona Hamoşam kəndinə gələn metal məmulatları yığan “Ford” markalı avtomobilin Təqsirləndirilən şəxs metal aldığını və İkrəm həmin metalı çiynində çətinliklə daşıyaraq “Ford” avtomobilinə yerləşdirməsini bildirmişlər. Bu hadisədən sonra özünə məxsus odun sobasını tapmaq üçün mütəmadi olaraq metal məmulatlarının qəbul edildiyi yerləri gəzib oradakı odun sobalarına baxmış, 08 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Parakənd kəndində yerləşən metal qəbuletmə yerinə baxarkən orada satışda olan 1 ədəd odun sobasının özünə məxsus olan oğurlanmış sobaya bənzədiyini görmüşdür. Həmin odun sobasını 29 manata almışdır. O, sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra məlum olmuşdur ki, ona məxsus olan həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və ondan üzr istəyib barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Qonşusu olan Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 405 (dörd yüz beş) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid kimi dindirilmiş Şahid məhkəmə teleqramma ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməməsini və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Şahid iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Şahid ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında dindirilmiş Şahid məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, 2021-ci ildə Lənkəran rayonu Parakənd kəndində yerləşən metal qəbuletmə yerində işləyir. Həmin metal qəbuletmə yerinə müxtəlif metal yığan avtomobillər və ya fərdi vətəndaşlar gələrək metalı ona 1 kiloqramı 0,40 manat qiymətinə satırmışlar. Ona metal satan bütün vətəndaşların məlumatlarını qeydiyyat dəftərində qeyd edir. 08 sentyabr 2022-ci il tarixdə Astara rayonu, Hamoşam kənd sakini Zərərçəkmiş şəxs metal qəbuletmə yerinə gəlmiş və ondan 1 ədəd odun sobasını 29 manata almışdır. 2 gün sonra Zərərçəkmiş şəxs ondan aldığı odun sobasına bənzər ikinci sobanın olubolmadığını, əgər varsa almaq istəməsini dedikdə isə cavabında həmin sobaya bənzər ikinci soba olmadığını demişdir. Zərərçəkmiş şəxs özünə məxsus iki ədəd odun sobasının oğurlandığını və 08 sentyabr 2022-ci il tarixdə ondan 29 manat müqabilində aldığı sobanın həmin sobalardan biri olduğunu bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olan sobaları Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 17 sentyabr 2022-ci il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus oğurlanmış əşyaların saxlandığı yer əvvəllər tövlə kimi istifadə olunmuş hazırda anbar kimi istifadə olunan köhnə tikilidir. Həmin anbar Astara rayonu, Hamoşam kəndində Zərərçəkmiş şəxs əvvəllər yaşadığı həyətdə yerləşir. Anbarın yerləşdiyi həyətyanı sahə metal tor hasarla əhatəyə alınmış, 1 girişlidir, giriş darvazası metal barmaqlıq şəklindədir və giriş qapısında qıfıl mövcud deyil. Həyətyanı sahənin giriş darvazası ilə üzbəüz Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qərb istiqamətində fərdi yaşayış evinin sol tərəfi ilə həmin oğurluq hadisəsinin baş verdiyi anbar istiqamətində dar cığır mövcuddur. Anbar fərdi yaşayış evinin arxasında ondan aralı yerləşir, köhnə tikilidir, divarları palçıqdan hörülmüş, əsas hissəsinin dam örtüyü şifer ilə örtülmüşdür və həmin əsas hissə 1 girişlidir, girişdə taxta qapı mövcuddur. Anbarın giriş hissəsində kiçik eyvan şəklində anbara birləşmiş əlavə sahə vardır və damı paslanmış dəmir list ilə örtülmüşdür. Anbarin içinə əlavə ikinci giriş mövcud deyil. Anbarın ətrafı ot örtüyü, kol və ağaclarla əhatələnmişdir. Anbarın yerləşdiyi ərazi dağlıq ərazidir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 18 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs məxsus anbardan oğurlanmış 1 ədəd 150 manat dəyərində odun sobasını Zərərçəkmiş şəxs 08 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Parakənd kəndində metal qəbuletmə yerinə gedərkən orada görüb onu tanımış, bu səbəbdən həmin sobanı 29 manat pul verərək almışdır. Astara rayonu, Maşxan kəndində yaşayan Zərərçəkmiş şəxs həmin kənddəki həyətində saxladığı 1 ədəd odun sobasına baxış keçirilmiş, baxış zamanı odun sobasının deşik və ya yararsız olması aşkar olunmamış, bu səbəbdən həmin odun sobası iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 21 sentyabr 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd odun sobası eyni növ digər odun sobaları ilə, bir bağlama su şlanqı eyni növ digər su şlanqları ilə və 1 ədəd yaba eyni növ digər yabalar ilə birlikdə həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim edilmişdir. Tanıyan Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş əşyalara baxdıqdan sonra təqdim olunan odun sobalarından heç birinin ona məxsus olmadığını qeyd edərək özünə məxsus olan 1 ədəd oğurlanmış odun sobasının 4 ayaqlığından ön tərəfindəki 1 ədəd ayaqlığı kəsilmiş vəziyyətdə və ölçüsü daha iri formada olduğunu bildirmiş, daha sonra Zərərçəkmiş şəxs ona təqdim edilən yabalardan daha köhnə olan yabanı göstərərək həmin yabanın ona məxsus olduğunu, təqdim edilən su şlanqlarından üzərində göy rəngli zolaq olan su şlanqını göstərərək həmin su şlanqının ona məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs daha sonra bildirmişdir ki, tanıdığı əşyalar 2022-ci ilin aprel ayında ona məxsus həyətyanı sahədəki saxlanc yeri olan anbarın içindən oğurlanmışdır. Hansı ki, Zərərçəkmiş şəxs tanıdığı 1 ədəd yaba və bir bağlama göy rəngli zolağı olan su şlanqı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və götürülmüş əşyalardır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 05 oktyabr 2022-ci il tarixli, 19/1037 nömrəli rəyinin tədqiqi hissəsində göstərilir ki, kustar üsulla hazırlanmış odun sobası - təqdim edilmiş odun sobası istifadədə olub, üzərində korroziya izləri mövcud olsa da, hal-hazırda təyinatı üzrə istifadəyə yararlıdır və ümumi dəyəri 50 (əlli) manat qiymətindədir. Yaba – təqdim edilmiş yaba istifadədə olub normal vəziyyətdədir ümumi dəyəri 7 (yeddi) manat qiymətindədir. Təxmini diametri 18 mm olan polietilen boru (şlanq) – təqdim edilmiş polietilen boru (şlanq) istifadədə olub normal vəziyyətdədir 1 metrinin dəyəri 0,15 (sıfır tam yüzdə on beş) manatdır. Həmin rəyin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində əşyaların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 57,15 manat müəyyən edilir. Adı çəkilən Mərkəzin 05 oktyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Astara rayonu İcra Hakimiyyəti Başçısının Astara rayon Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Astara rayonu İcra Hakimiyyəti Başçısının Astara rayon Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayonu Hamoşam kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 12 oktyabr 2022-ci il tarixli tələbnaməarayışdan və Astara Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən qalan cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 19 sentyabr 2022-ci il tarixli qərarlardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək 2022-ci il aprel ayında saat 22 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Astara rayonu Hamoşam kəndində yerləşən həyətyanı sahəyə giriş darvazasından daxil olmaqla həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus əvvəllər tövlə kimi istifadə olunmuş saxlanc yeri olan anbara giriş qapısından qanunsuz daxil olaraq orada olan bir ədədinin qiyməti 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 02 (iki) ədəd dəmir odun sobasını, qiyməti 10 manat olan 01 (bir) ədəd yabanı, qiyməti 20 manat olan 25 metr uzunluğunda çoxfazalı elektrik naqilini və qiyməti 75 manat olan 150 metr uzunluğunda, diametri 18 mm olan polietilen su şlanqını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 1 nəfər azyaşlıuşaq olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə dolanışığını təmin edir, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Hamoşam kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd odun sobası cinayət işinin istintaqı zamanı məhkəməyədək saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi və vurulan ziyanın ona tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Hamoşam kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd odun sobasının Zərərçəkmiş şəxs təhvil verilməsi və vurulan ziyanın ona tamamilə ödənilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-19/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-19/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver