Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-19/2025 22.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 0,48 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 bükümdə idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altında yerləşdirib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Belarus Respublikasına gedərkən 30 sentyabr 2024-cü il tarixdə, saat 15 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsindəAzərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx xxxxxx 1984-cü il tarixdə Azərbaycan Respublikası, Yevlax rayonunda anadan olmuş və hazırda Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki yetkinlik yaşına çatmamış övladı var. Təqribən 5 ildir sürücü işləyir və beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olur. Etibarnamə əsasında idarə etdiyi “DAF” markalı 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə əsasən, Türkiyə Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası və İran İslam Respublikasına müxtəlif yüklər daşıyır. Sonuncu dəfə cari ilin sentyabr ayının əvvəllərində Belarus Respublikasından taxta yükü götürərək İran İslam Respublikasına gətirmiş və 22-23 sentyabr 2024-cü il tarixdə İran İslam Respublikasının ərazisinə daxil olaraq Astara şəhərində yükü təhvil vermişdir. Gətirdiyi yükü təhvil verdikdən sonra təxminən 26 sentyabr 2024-cü il tarixdə mal qismində “Kia K5” markalı minik maşınını Belarusiya Respublikasını aparılması məqsədilə idarə etdiyi “DAF” markalı 20EM564/99ZB285dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yükləmişdir. 27 sentyabr 2024cü il tarixi cümə gününə təsadüf etdiyindən və həmin gün İranda qeyri-iş günü olduğundan nəqliyyat vasitəsində daşınan yükə dair sənədləri yük sahibindən götürə bilməmiş və 28 sentyabr 2024-cü il tarixədək İranda gözləməli olmuşdur. 27 sentyabr 2024-cü il tarixdə İranın Astara şəhərində olarkən şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə “Rus bazarı” adlanan əraziyə getmişdir. Bazarda bir qədər gəzişdikdən sonra orada dayanan bir nəfər İran vətəndaşı tiryək var, gül var deyə səslənərək yanından keçmişdir. Bu zaman onu saxlayıb qurudulmuş marixuana narkotik vasitəsinin olub-olmadığını dəqiqləşdirmişdir. O da, cavabında marixuananın və əlavə olaraq tiryəkin də olduğunu bildirmişdir. O hərdən bir əlinə düşdüyü halda, tiryək də istifadə etdiyindən və gedəcəyi yolun uzaq olması səbəbindən tiryəklə yorğunluğunu atacağını düşünüb marixuanadan əlavə tiryək narkotik vasitəsi də götürmək qərarına gəlmiş və həmin şəxsdən 350 iran rialı qarşılığında 1 sellofan bağlamada təxminən 2 qram qurudulmuş marixuana və 3 sellofan bağlamada təxminən 4 qram tiryək narkotik vasitəsi almış və həmin malların yanında ödənişsiz olaraq marixuananı bükmək üçün 1 qutu kağız və tiryəkdən istifadə etmək üçün xüsusi şüşə qab vermişdir. Narkotik vasitələri əldə etdikdən sonra cibində yerləşdirərək idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmişdir. Nəqliyyat vasitəsində aldığı marxiuananın yarısını istifadə edərək qalan hissəsini yenidən sellofana büküb xüsusi kağızı ilə birlikdə avtomobilin kabinəsində sürücü oturacağının oturulan hissəsinin üzərinə keçirilmiş üzlüyün altına yerləşdirmişdir. Tiryək narkotik vasitəsini isə aldığı vəziyyətdə 3 bükümdə şüşə qabla birlikdə sürücü oturacağının söykənən hissəsinə çəkilmiş üzlüyün arxa tərəfdən içərisinə yerləşdirmişdir. Gecəni nəqliyyat vasitəsində qalıb 28 sentyabr 2024-cü il tarixdə, səhər saat 9-10 radələrində gömrük sərhədinə doğru yola düşmüş və 30 sentyabr 2024-cü il tarixdə İran-Azərbaycan sərhədini keçib Astara gömrüyünə daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və o nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o isə öz növbəsində onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən idarə etdiyi yük nəqliyyat vasitəsinə xidməti iti tətbiq etməklə baxış keçirmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün, gömrük əməkdaşı ona demişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcək və bu məqsədlə 2 nəfər hal şahidini dəvət edərək onların iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində - sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və 1 ədəd, üzərində “OCB slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızı, daha sonra isə yoxlamanı davam etdirərək həmin oturacağın arxa hissəsində, oturacağa keçirilmiş üzlüyün altından 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş aləti aşkar etmişdir.Daha sonra idarə etdiyi “DAF” markalı 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, həmçinin üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir hüquqpozma faktı aşkar olunmamışdır. Yoxlama başa çatdıqdan sonra idarə etdiyi “DAF” markalı “20EM564/99ZB285” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən aşkar olunmuş 4 ədəd büküm, həmçinin 1 ədəd, üzərində “OCB Slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağız və 1 ədəd, ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş alət onun və hal şahidlərinin iştirakı ilə götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. İdarə etdiyi 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yoxlanması zamanı aşkar olunmuş 1 ədəd bükümün içərisindəki maddə narkotik vasitə marixuanadır. Digər 3 bükümün içərisində isə tiryəkdir. Üzərində “OCB slim” yazısı olan qutu marixuana narkotik vasitəsinin doldurulması üçün nərəzdə tutulmuş xüsusi kağızlardır, ağ rəngli salfetə bükülmüş şüşə alət isə tiryək narkotik vasitəsinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Aşkar olunmuş əşyaları İran İslam Respublikasında olarkən, “Rus bazarı” adlanan yerdən, tanımadığı İran vətəndaşından 300 ya da 350 iran realına almışdır. Artıq 5 ildir mütəmadi olaraq marixuana narkotik vasitəsindən, hərdən isə tiryək narkotik vasitəsindən istifadə edir. İdarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş narkotik vasitələri də yolda istifadə etmək məqsədilə alıb kabinədə gizlətmişdir. Gizlətməyinin səbəbi gömrük sərhədindən aşkar edilmədən keçirməyə nail olmaq olmuşdur. 3 ədəd bükümdə aldığı maddəni tiryək narkotik vasitəsi bilərək almış, həmin maddəni ona satarkən tiryək olduğu deyilmişdir. Lakin bu maddəni aldıqdan sonra istifadə etmək fürsəti olmamış, bu səbəbdən tiryək olub-olmadığını müəyyən edə bilməmiş, ola bilsin İran vətəndaşı onu aldatmış və tiryək adı ilə təsirsiz bir kütlə vermişdir. Belə halların əvvəllər başqalarının da başına gəldiyini eşitmişdir. O, əvvəllər İran İslam Respublikasından yük gətirərkən bu və ya buna oxşar narkotik vasitələr gətirməmişdir. Ümumiyyətlə son 2 ildə İran İslam Respublikasına ilk dəfə getmişdir.Marixuana narkotik vasitəsindən təxminən həftədə 1 dəfə istifadə etmişdir. Tiryəki isə son iki ildə istifadə etməmişdir. Sonuncu dəfə tiryəki 2 il əvvəl İrana gələrkən əldə edib istifadə etmişdir. Psixotrop maddələrdən isə ümumiyyətlə istifadə etməmişdir.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə və ya hər hansı digər cinayətlərə görə əvvəllər məhkumluğu olmamışdır. Daha əvvəllər Azərbaycan Respublikası ərazisinə gələrkən bu kimi əməllər heç vaxt törətməmişdir.Narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının ərazisində qanunsuz dövriyyəsinin, habelə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin cinayət məsuliyyətinə səbəb olmasını bilmişdir. Hazırda etdiyi əmələ görə peşmanlıq hissi keçirir, ailədə yeganə gəlir gətirən şəxsdir, ilk dəfə cinayət törədir. Ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Artıq islah olunmuşdur və bir daha cinayət etməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, 2024-cü ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru vəzifəsində davam etdirir. 30 sentyabr 2024-cü il tarixdə iş bölgüsünə müvafiq olaraq o Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün, saat təqribən 15 radələrində Azərbaycan Respublikasının ərazisindən keçməklə İran İslam Respublikasının Astara şəhərindən Belarus Respublikasının Qomel şəhərinə yükü müşayiət edən “010570” saylı CMR-ə və “ES2024-9064” nömrəli invoysa əsasən mal qismində “Kia K5” markalı minik maşınını aparan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, ilk öncə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq onun üzərində, əl yüklərində və idarə etdiyi “DAF” markalı 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində onun üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və eləcədə gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra zərurət yarandığından Əməliyyat və təhqiqat şöbəsinin instruktor-kinoloqu Şahid2 tərəfindən “Lolo” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində – sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altından 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və 1 ədəd üzərində “OCB slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızı, daha sonra isə yoxlamanı davam etdirərək həmin oturacağın arxa hissəsində, oturacağa keçirilmiş üzlüyün altından 3 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə qabı - kolbanı aşkar etmişdir. Həmin bükümlərə baxış zamanı 1 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, 3 ədəd bükümdə isə qara rəngli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, həmçinin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən onun üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir hüquqpozma faktı aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində – sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altından və həmin oturacağın arxa hissəsində, oturacağa keçirilmiş üzlüyün altından aşkar olunmuş ümumilikdə 4 ədəd büküm, həmçinin 1 ədəd üzərində “OCB slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağız və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə qab onun tərəfindən götürülmüşdür. Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, 2014-cü ildən gömrük orqanlarında xidmət edir. 2021-ci ildən etibarən Astara Gömrük İdarəsinin Əməliyyat-təhqiqat şöbəsinin instruktor-kinoloqu vəzifəsində işləyir. Xidməti vəzifəsi ona təhkim olunmuş “Lolo” ləqəbli xidmət itindən istifadə etməklə gömrük nəzarətinə təqdim edilmiş nəqliyyat vasitələrinin, malların və əşyaların yoxlanışını həyata keçirməkdən ibarətdir. 30 sentyabr 2024-cü il tarixdə Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidməti vəzifələrimi həyata keçirərkən saat təqribən 15 radələrində Azərbaycan Respublikasının ərazisindən keçməklə İran İslam Respublikasının Astara şəhərindən Belarus Respublikasının Qomel şəhərinə yükü müşaiyət edən “010570” saylı CMR-ə və “ES2024-9064” nömrəli invoysa əsasən mal qismində “Kia K5” markalı minik maşınını aparan şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid1 gömrük qanunvericiliyinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq onun üzərində, əl yüklərində və idarə etdiyi “DAF” markalı 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində onun üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və eləcədə gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirmişd. Daha sonra zərurət yarandığından Şahid1 ona müraciət edərək “Lolo” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilməsini bildirmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün Şahid1 həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində – sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altından 1 ədəd şəffaf rəngli sellofona bükülmüş büküm və 1 ədəd üzərində “OCB slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağız, daha sonra isə yoxlamanı davam etdirərək həmin oturacağın arxa hissəsində, oturacağa keçirilmiş üzlüyün altından 3 ədəd şəffaf rəngli sellofona bükülmüş büküm və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə qab - kolba aşkar etmişdir. Həmin bükümlərə baxış zamanı 1 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, 3 ədəd bükümdə isə qara rəngli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirildi, lakin heç bir hüquqpozma faktı aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən aşkar olunmuş ümumilikdə 4 ədəd büküm, həmçinin 1 ədəd üzərində “OCB slim” yazısı olan narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağız və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə qab inspektor tərəfindən götürülmüş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, Astara şəhərində yaşayır, daimi işi olmadığı üçün müvəqqəti olaraq Astara Gömrük İdarəsinin rejim zonasında yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 30 sentyabr 2024-cü il tarixdə sonradan Şahid1 olduğunu öyrəndiyi gömrük əməkdaşı onu və onunla birlikdə fəhləlik edən Famili çağıraraq Astara Gömrük İdarəsinin idxal yük xəttində bir yük maşınına yoxlama tətbiq ediləcəyini bildirmiş və onların da bu yoxlamada hal şahidi qismində iştirak ətmələrini xahiş etmişdir. Onlar gömrük əməkdaşı ilə razılaşmışdırlar. İdxal xəttinə getdikdə ona məlum olmuşdur ki, gömrük yoxlaması şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçiriləcəkdir. İlk öncə digər gömrük əməkdaşı Şahid2 tərəfindən “Lolo” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə gömrük əməkdaşı Şahid1 onların iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı gömrük əməkdaşı nəqliyyat vasitəsinin kabinəsində – sürücü oturacağının üzərinə keçirilmiş üzlüyün altından 1 ədəd şəffaf rəngli sellofona bükülmüş büküm və 1 ədəd üzərində “OCB slim” yazısı olan kağız, daha sonra isə həmin oturacağın arxa hissəsində, oturacağa keçirilmiş üzlüyün altından 3 ədəd şəffaf rəngli sellofona bükülmüş büküm və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş alət aşkar etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin əlavə heç bir hüquqpozma faktı aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən aşkar edilmiş 4 ədəd büküm, həmçinin 1 ədəd üzərində “OCB slim” yazısı olan kağız və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş alət gömrük əməkdaşı Şahid1 tərəfindən onların iştirakı ilə götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Sonda bu barədə müvafiq sənədləşmə aparılmış, onlar də həmin sənədləri imzalamışdırlar Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Höcətulla oğlu oğlu Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir: Astara Gömrük İdarəsində tərtib edilmiş 30 sentyabr 2024-cü il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə gedən “DAF” markalı, 20EM564/99ZB285 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarəti qaydasında yoxlanılması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə kabinədə yerləşən sürücü otağının üzərinə keçirilmiş üzlüyün altında gömrük nəzarətindən gizlədilmiş 4 ədəd büküm, həmçinin 1 ədəd, üzərində “OCB slim” yazısı olan narkotik vasitələrinin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağız və 1 ədəd ağ rəngli salfetə bükülmüş, narkotik vasitələrinin istifadəsi üçün nəzərdə tutulmuş alətin aşkar edilmiş, qeyd edilən maddələr götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 7/1649 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş polietilen paketdə ağız hissəsi bağlanan polietilen paketdəki 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: tədqiqat zamanı təmiz çəkisi 0,48 qram təşkil edən marixuana narkotik vasitəsinin 0,02 qramı sərf edilmiş, qalıq çəki 0,46 qram təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 daxil olmuş 09 oktyabr 2024-cü il tarixli, 6733 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindəngörünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixosimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «marixuana» olan maddə narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq xeyli miqdar, 500 qramı «külli miqdar»və 50000 qram və ondan artıq olan hissəsi isə «xüsusilə külli miqdar» hesab olunur. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan qurudulmuş marixuanının ümumi miqdarı - 0,48 qram olmuşdur. Təqsirləndirilən şəxs onu gizlin şəkildə gömrük nəzarətindən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuanının olmasından məlumatlı olması və birbaşa qəsdlə həmin narkotik vasitə olan marixuananı daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsi təsdiq olunur. «Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 saylı qərarına əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədi ilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da, təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Lilufər Əsədzadə və 20.03.209-cu il təvəllüdlü Süleyman Əsədzadə adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanının təmiz halda miqdarı (0.48 qram) şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən (5 qram) miqdardan dəfələrlə azdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerləri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Əməllərin kriminallaşdırılmasında Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm- cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına əzab vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirənəmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlinə görə Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növü təyin oluna bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdəəsaslandırılmalıdır. Təqsirləndirilən şəxsin iş və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onları əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacağına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi Cinayət Məcəlləsinin fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan daha sərt cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə hesab edir ki, cinayətin məqsədi və motivi, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışları ilə bağlı hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulandan da daha yüngül cəza təyin olunması məqsədəuyğun hesab olunmalıdır. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habeləcinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur: -cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; -cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən və şəxsiyyətini müsbət xarakterizə edən, eyni zamanda, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alıb, barəsində Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tətbiqini və ona cərimə növündə, bu maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,46 qr narkotik vasitə olan qurudulmuş marixuana təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 153 (yüz əlli üç) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 02 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ilkin təmiz çəkisi 4,443 qram təşkil edən 0,100 qramı tədqiqata sərf edilmiş, qalıq çəkisi 4,343 qram olan naməlum maddələr və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş üzərində “OCB Slim Premium” sözləri yazılmış, içərisində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş kağızlar olan bir ədəd qutu və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş bir ədəd şüşə qab iş üçün sübuti əhəmiyyəti olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz)) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,48 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş qalıq çəkisi 4,343 qram olan naməlum maddələr və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş üzərində “OCB Slim Premium” sözləri yazılmış, içərisində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş kağızlar olan bir ədəd qutu və narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş bir ədəd şüşə qab iş üçün sübuti əhəmiyyəti olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edil məhv edilsin. İş üzrə 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmün icrası Yexlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-19/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-19/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver