Məhkəmə qərarları › İş №1(018)-191/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-191/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-191/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs X5 iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Astara rayonunda anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, Astara şəhəri N.Nərimanov küçəsi ev 226-da qeydiyyatda olan və yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə 19 dekabr 2023-cü il tarixdə, Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 12 noyabr 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında tanışı X7 arasında baş verən mübahisə zamanı onun üz nahiyəsinə stəkan ilə bir dəfə qəsdən vuraraq sonuncuya sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qancır, sol yanaq burun nahiyəsinə sıyrıq kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İşin halları: Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Nuranəgiz Şəfiyevanın evi olmadığına görə təxminən 3 ay olar ki, onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs ilə birlikdə yəmək yeyib spirtli içki qəbul etmişlər. Sonra Təqsirləndirilən şəxs Cəlilabad rayonundan yaşadığı evə qonaq çağırmasına görə, aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs stolun üzərində olan stəkanı götürüb onun sol üz nahiyəsinə vurmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyinə və dəyən ziyanı ödədiyinə görə onu bağışlamış və onun barışmışdır. Təqsirləndirilən şəxs şikayəti yoxdur, onun barəsində cinayət təqibinə xitam vrilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, hal-hazırda əməlindən peşman olmaqla, ondan üzr istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəldən tanıyır. Təxminən 2-3 aydır müvəqqəti olaraq Zərərçəkmiş şəxs evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində evdə olan zaman zaman Zərərçəkmiş şəxslə birlikdə evdə spirtli içki qəbul etmişlər. Sonra yaşadıqlarə evə qonaq dəvət etməsinə görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq söyüşlər söydüyü üçün stolun üzərində olan stəkanı onun üz nahiyəsinə vurmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxs X3 üzr istəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs X5 hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsinə razıdır və bunu xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, arvadı zərərçəkmiş şəxs X7 onu bağışlayıb, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdiyinə görə o, da barəsində olan cinayət təqibinə xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş ifadəsi, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət işinin materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquq şəxsi Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli, 345 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, X5 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyəsində qancır, sol yanaq burun nahiyəsinə sıyrıq kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti 4-5 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN BƏSİİ-in tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Dövlət ittihamçısı çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs tanışı zərərçəkmiş şəxs X7 ilə barışdığına və ona vurduğu ziyanı tam həcmdə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci madddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə işin tədqiq edilən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığı üçün və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxardakılara əsasən və Azərbaycan Respublikası CPM-in 321.2.1-ci və 381-384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Zərərçəkmiş şəxs X7 ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyi ücün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar