Məhkəmə qərarları › İş №1(018)-20/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-20/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-20/2023 01.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, məhkum olunmamış, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X10 ilə 28 sentyabr 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən Cəmiyyətin Astara rayonu Pensər kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə əsasında inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləmişdir. Təqsirləndirilən şəxs həmin vəzifədə işləyərkən tanışı X2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək tamah niyyəti ilə Cəmiyyətə məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq qərarına gəlib, maddi məsul şəxs kimi 18 noyabr 2020-ci il tarixindən 02 fevral 2022-ci il tarixinədək olan dövr ərzində AT00-006191, AT00- 000997, AT00-002861, AT00-003050, AT00-003082, AT01-000468, AT01-000538, AT01- 000782, AT01-000941, AT01-000994, AT01-000996, AT01-001267, AT01-001411, AT02- 000033, AT02-000011, AT02-000089, AT02-000323, AT02-000461 və AT02-000483 nömrəli təhvil-təslim aktları ilə ona etibar edilərək maddi məsuliyyətində qalan 23 çeşid yəni ümumi 1 litr həcmində “Acente 1.8 EC / Sunset Kimya (18 g/l Abamectin)”, ümumi 2 litr həcmində “Afaroz 40 SL / Sunset Tarim (40 g/l İmazamox)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammofos / Apatit / Phosagro (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 30 kisə, yəni 5000 kq həcmində “Ammofos / Evroxim (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 1050 kisə, yəni 52500 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 400 kisə, yəni 20000 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN) Agrolizing logolu”, hər kisəsi 50 kq olmaqla, ümumi 60 kisə, yəni 3000 kq həcmində “Ammonium Nitrat / Minudobreniya (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 320 kisə, yəni 16000 kq həcmində “Ammonium Nitrat / Rustavi Azot (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammonium Sulfat / Kuybışev (21:24 NS)”, 5 litr həcmində “Artfonil SL / Sunset Kimya (480 g/l Ethephon)”, 1 litr həcmində “Artonil SC / Sunset Kimya (120 g/l Thidiazuron + 60 g/l Diuron)”, 5 kq “KAMP/Azot Rustavi”, hər kisəsi 40 kq olmaqla, ümumi 1325 kisə, yəni 53000 kq həcmində “Karmabid Marka B / SOCAR”, 0,8 kq “Kingcozeb M- 45 / Sunset Kimya (80 % Mancozeb)” 1 litr “Kurnaz EC / Sunset Tarim (116,2 g/l Clethodim), 5 litr “X25 20 SP / Sunset Kimya (20 % Acetamiprid)”, hər kisəsi 50 kq olmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Evroxim (NPK 16-16- 16)”, hər kisəsi 50 kq olmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Minudobreniya (NPK 16-16-16)”, 0,8 kq həcmində “Raneb 5 SG / Sunset Tarim (5 % Emamectin Benzoate)”, 5 litr “Redrum 10 SC / Sunset Kimya (110 g/l Etoxazole)”, 5 litr “Sunamin 500 SL / Sunset Tarim (500 g/l 2,4 D Acid)”, 2 litr “Venison 150 SC / Sunset Kimya (150 g/l İndoxacarb)” və 10 kq “Yonca toxumu Gea Dor 7/ Continental” adlı gübrə məhsullarından 14552,05 kq - yəni cari satış qiymətlərinə uyğun olaraq 21980,05 manat (İyirmi bir min doqquz yüz səksən manat beş qəpik) dəyərində gübrə məhsullarını qabaqcadan formalaşmış cinayətkar niyyətə uyğun Əlizamin Mustafayevlə birlikdə qanunsuz və əvəzsiz olaraq mülkiyyətlərinə keçirməklə və 824,16 (səkkiz yüz iyirmi dörd manat, on altı qəpik) manat məbləğində pul vəsaitini isə sistemə daxil etməli olduğu halda, sistemə daxil etməyərək öz mənafeyi üçün götürməklə, ona etibar edilmiş, ümumilikdə 22804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat dəyərində gübrə məhsullarını – özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətlərinə keçirib, zərərçəkmiş hüquqi şəxsə - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli miqdarda ziyan vurmaqla mənimsəyib talamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2020-ci ilin sentyabr ayının axırlarından 2022-ci ilin mayına kimi "xxxx" ASC-nin cənub nümayəndəliyinə aid olan Astara rayonu Pensər kəndində yerləşən anbarda əmək müqaviləsi əsasında nəzarətçi işləmiş, 2022-ci ilin ortalarında nəzarət etdiyi anbarda aşkar edilmiş mənimsəmə faktı ilə bağlı işdən azad edilmişdir. Cəlilabad şəhər sakini X15 2017-ci ildən tanıyır. Belə ki, sonuncunun atası Namiq Kərimli 2017-ci ilə qədər X9 Xidmətinin rəisi vəzifəsində işləmiş, yəni Namiq Kərimli ilə işçi-işəgötürən kimi tabeçilik münasibətləri olmuşdur. Cavidi də atasına görə tanımış və beləcə xoş münasibətləri yaranmışdır. 2020-ci ilin avqust ayında Cavidlə söhbət zamanı sonuncu ona "xxxx" ASC-i adlı şirkət olduğunu, həmin şirkətin Cəlilabadda regional idarəsinin yerləşdiyini və həmin idarədə satış təmsilçisi işlədiyini, habelə həmin idarənin tabeliyində olan və digər cənub rayonlarında yerləşən anbarların fəaliyyət göstərdiyini, Astara rayon Pensər kəndində də belə anbar açılmalı olduğunu, istədiyi təqdirdə onu da həmin anbara anbardar təyin etdirə biləcəyini bildirmişdir. Həmin vaxt əsas iş yerində maaşı 150-200 manat arası odluğu üçün onu qane etmədiyindən, habelə anbardar kimi isə ona veriləcək 120 manat əmək haqqı qarşılığında hər gün işə gedib-gəlməyinə də ehtiyac olmadığından həmin təklifi qəbul etmişdir. 2020-ci ilin sentyabr ayının axırlarında şirkətin cənub nümayəndəliyinin yerləşdiyi Cəlilabad şəhərinə gedərək nümayəndəliyin rəhbəri ilə görüşmüş və orada yazılı əmək müqaviləsi bağlamışdır. Habelə, işə qəbul olarkən şirkətlə arasında maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Bu müqaviləyə əsasən anbarda olan malların tamlığını qoruyub saxlamalı, üçüncü şəxsə verməməli və şirkətə maddi ziyan vurmamalı idi. Bundan başqa əmək müqaviləsi bağlanan tarixdə ona kassa aparatı və ödəniş terminalı da verilmiş, əmək müqaviləsi bağladığı tarixdən etibarən şirkətin Pensər kəndində yerləşən anbarı üzrə anbardar kimi işə başlamışdır. Ümumiyyətlə, əvvəllər hər həftə şirkət işlədiyi anbara müxtəlif miqdar kisələrdə və növlərdə gübrə məhsulları göndərmişdir. Belə ki, gübrə məhsulları şirkətin hər-hansı anbarından şirkətin sürücülərinə təhvil verilmiş, sürücülər tərəfindən gübrə məhsulları ona gətirilmiş, tamlığını və sayını yoxlamaqla gübrə məhsullarını qəbul etmişdir. Hər belə göndəriş zamanı təhvil-təslim aktı tərtib edilmiş, təhvil verən anbardar, daşımanı həyata keçirən sürücü və təhvil alan anbardar, yəni o, təhvil-təslim aktlarına imza çəkmişdir. Aktların bir nüsxəsi isə onda qalmışdır. Bundan sonra fermer kartı əsasında sahibkarlara gübrə məhsulları verilməsini həyata keçirmiş, belə ki, dövlət proqramına əsasən kiçik və orta sahibkarlara dəstək üçün onlara fermer kartı verilmişdir. Həmin fermer kartı əsasında pulsuz gübrə verilişi həyata keçirilmiş, sahibkarların fermer kartına pul köçürüldükdə sahibkarlar anbara gəlmiş, fermer kartı, kartda pul olmasını göstərən bank qəbzi və şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o, “erp.tapagro.az” saytında öz şəxsi hesabına daxil olmuş, hansı sahibkara nə qədər və hansı növ gübrə verildiyini sistemdə göstərdikdən sonra fermerlərin kartdakı balansdan pul məbləğləri silinmişdir. Bundan başqa gübrə verilişi zamanı "xxxx" ASC-i tərəfindən yaradılmış “bitrix 24” daxili proqram təminatından da istifadə etmişdir. Həmin proqram anbar qalıqlarını özündə əks etdirmiş, belə ki, “erp.tapagro.az” saytında hansı sahibkara hansı miqdarda gübrə verilişi göstərilmiş, bundan sonra “bitrix24” proqramında hər anbardarın adının qarşısında həmin mallar silinmiş, həmin proqrama daxil olmaq üçün işlədiyi dövrdə şəxsi hesabı olmuşdur. İşlədiyi dövr ərzində gübrə verilişi tam qaydada və problemsiz şəkildə həyata keçirilmiş, hər hansı qanunsuzluq olmamışdır. 2018-ci ilin avqustundan Əlizamin Mustafayev adlı şəxsi tanımışdır. Əlizamin əvvəllər X7 15 saylı cənub regional ərazi idarəsinin rəisi olmuş, vəzifəsinə görə onu qiyabi olaraq tanımış, lakin ünsiyyəti 2021-ci ilin ortalarından yaranmışdır. Belə ki, Əlizamin Cavidlə birgə bir neçə dəfə anbara gəlib getmişdir. Cavid ona Əlizamin Musatafayevin onun uzaq qohumu olduğunu və sonuncunun etibarlı adam olduğunu bildirmişdir. O da həm Cavidin bu sözlərinə, həm də Əlizamin Mustafayevin dövlət məmuru olmasına görə sonuncuya inanmış və onunla xoş münasibətləri yaranmışdır. 2021-ci ilin avqust ayının axırlarında Əlizamin Mustafayev onunla görüşərkən fermerlərə verilməsi üçün ona gübrə lazım olduğunu, hazırda özündə olmadığını deyərək, ondan nə qədər varsa, o qədər kisə gübrə verməyini xahiş etmişdir. Əlizamin Mustafayev əlavə olaraq ona “Mənə sentyabr ayında gübrə məhsulları gəlməlidi, ordan sənin verdiyin miqdarı qaytaracam” demişdir. O da Əlizamin Mustafayevin bu sözlərinə inanaraq ona 14552,05 kq gübrə verə biləcəyini bildirmişdir. Əlizamin Mustafayev avtomobil göndərəcəyini bildirib, həmin avtomobilə gübrələri yükləməyini xahiş etmişdir. 27 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Əlizamin Mustafayevin göndərdiyi “QAZ” markalı yük avtomobili anbarın qarşısında dayanmış, avtomobildə Əlizamin özü olmamış, dörd nəfər tanımadığı fəhlə olmuşdur. Fəhlələr 14552,05 kiloqram gübrəni 3 saat ərzində yük avtomobilinə yükləyib aparmışlar. 2022-ci ilin yanvar ayında "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş idarəsinin əməkdaşları Çingiz Hidayətov və Ehtiram Cavadov adlı şəxslər anbarı yoxlamaq üçün Cavid Kərimli ilə birgə saxlanc anbarına gəlmişlər. Əksik olan mallar barəsində şirkətin əməkdaşlarına heç bir məlumat verməmiş və həmin əməkdaşlar anbarı rəsmi olaraq yoxlamadan çıxıb getmişlər. 2022-ci ilin fevral ayında şirkətin auditoru onun anbarını yoxlamağa gəlmiş, anbarı yoxlayarkən 14552,05 kq gübrənin əksik gəldiyini ona bildirmiş, o da Cavid Kərimlinin qohumu Əlizamin Mustafayevin 2021-ci ilin avqustunda ondan həmin həcmdə gübrəni götürdüyünü etiraf edərək, bu məzmunda izahat vermişdir. 2022-ci ilin mart ayında yenidən auditor tərəfindən yoxlama keçirilmiş, anbarından yaranan əksikliklə bağlı yenidən izahat vermiş və yaxın günlərdə əksikliyi aradan qaldıracağımı bildirmiş, lakin maddi vəziyyətinə görə bunu edə bilməmişdir. Yoxlamadan sonra rəhbərliyin göstərişi ilə anbarında qalan gübrə məhsullarını digər anbarlara təhvil vermiş və ona daha gübrə məhsulları verilməmişdir. 2022-ci ilin aprel ayında şirkətin auditoru tərəfindən işlədiyi dövrdə qəbul etdiyi, satışını həyata keçirdiyi və əksik qalan gübrə məhsullarının siyahısı tərtib edilmiş, üzləşmə və sayım aktları yazılmışdır. O da həmin proseslərdə iştirak edərək aktlara imza etmiş, daha sonra şirkət tərəfindən anbarında yaranan əksikliklə əlaqədar sənədləşmə işləri aparılmış və sənədlər prokurorluq orqanlarına təqdim edilmişdir. Sistemə daxil edilməyən, yəni 824,16 manat məbləğində daxil olmamış vəsaiti isə anbarın icarə haqqına vermişdir. Belə ki, anbarda əksiklik aşkar edildikdən sonra şirkət ona satış üçün yeni gübrə məhsulları verməmiş, o da satış həyata keçirə bilmədiyi üçün məcbur qalıb anbarın hesabında olan pullar vasitəsi ilə icarə haqqını vermiş və digər zəruri xərclərini qarşılamışdır. 824,16 manat məbləğində vəsaiti də qeyd etdiyi xüsusatlar üzrə xərclədiyi üçün sistemə daxil edə bilməmişdir. İşlədiyi şirkət və ya üçüncü şəxslər tərəfindən ona Əlizamin Mustafayevə gübrə məhsulları verməklə bağlı heç bir rəsmi və ya qeyri-rəsmi göstəriş verilməmişdir. Sadəcə olaraq Əlizamin Mustafayevə inandığı üçün gübrə məhsullarını təhvil-təslim aktı olmadan qeyri-rəsmi formada Əlizamin Musatafayevin göndərdiyi yük avtomobili vasitəsi ilə sonuncuya göndərmişdir. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmanlıq hissi keçirir. Cinayətlə vurduğu ziyanın 5000 (beş min) manat hissəsini Cəmiyyətə ödəmişdir. Lakin, hazırda maddi imkanının olmaması səbəbindən qalan məbləği ödəyə bilmir, imkan olan kimi qalan məbləği də ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx"xxxx"xxxx" ASC-i 2019-cu ilin dekabr ayından xarici ölkədən idxal edilən və ya ölkə ərazisində istehsal olunan müxtəlif növ gübrə məhsullarının, habelə müxtəlif növ əkinçilik bitkilərinin və toxumlarının satışını həyata keçirir. Satış ASC-nin müxtəlif rayonlarda olan anbar və satış nöqtələri vasitəsi ilə həyata keçirilir. Anbarlar region və rayonlar üzrə bölünür. Bunlardan biri Cəlilabad regional nümayəndəliyidir ki, həmin regiona aid anbarlardan biri də Astara rayonu Pensər kəndində yerləşir. Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində yerləşən anbarda nəzarətçi-anbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxsla ASC-i arasında 28 sentyabr 2020-ci il tarixdə yazılı əmək müqaviləsi bağlanmış və elektron əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs 125 manat əmək haqqı müqabilində ASC-nin Astara rayonu Pensər kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsinə işə qəbul olunmuş və həmin tarixdən fəaliyyətə başlamışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə şirkət tərəfindən digər anbarlardan yükdaşıma şirkətinin sürücüləri ilə və ya mərkəzləşdirilmiş qaydada vaqonlarla göndərilmiş müxtəlif növ kənd təsərrüfatı təyinatlı gübrələri fermer kartı əsasında və bəzən nağd formada satış həyata keçirməsi üçün təhvil almışdır. Bu məqsədlə ona kassa aparatı və ödəniş terminalı təhkim edilmiş, ona “1 C” mühasibatlıq proqramında istifadəçi adı təyin edilmiş və şifrə verilmişdir. Gübrə məhsulları digər anbardarlar kimi Təqsirləndirilən şəxs da təhvil-təslim aktları əsasında verilmişdir. Qaydaya əsasən gübrə məhsullar hansı anbardan göndərilirdisə, təhvil verən qismində həmin şəxs, daşımanı kim həyata keçirirsə, müvafiq bölmədə həmin şəxslər imzanı çəkir, daha sonra gübrə məhsulu təhvil alana göndərilir. Təhvil alan şəxs, yəni nəzarətçianbardar məhsulların tamlığını yoxlayır, daha sonra qəbul edir və aktda müvafiq imzanı çəkir. Həmçinin, Təqsirləndirilən şəxs da işlədiyi dövrdə bu formada gübrə məhsullarını təhvil almışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxs 18 noyabr 2020-ci il tarixindən 02 fevral 2022-ci il tarixinədək olan dövr ərzində AT00-006191, AT00-000997, AT00-002861, AT00- 003050, AT00-003082, AT01-000468, AT01-000538, AT01-000782, AT01-000941, AT01- 000994, AT01-000996, AT01-001267, AT01-001411, AT02-000033, AT02-000011, AT02- 000089, AT02-000323, AT02-000461 və AT02-000483 nömrəli təhvil-təslim aktlarına uyğun olaraq 23 çeşid gübrə məhsulunu təhvil almış, həmin mallardan 16 çeşidini 2022-ci ilin mart ayında ASC-nin digər anbarlarına təhvil vermişdir. Dəyəri 100, 349,83 manat olan 167,561,45 kq həcmində mal və 1 ədəd endirimli məhsul paketi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara subsidiya yolu ilə satılmışdır. Təqsirləndirilən şəxs nəzarət etdiyi anbarda ilin ilk yarısında aparılan yoxlamalar zamanı əksikliklər aşkar olunmuşdur. 12 aprel 2022-ci il tarixdə ASC-nin auditi X18 tərəfindən həmin anbar Təqsirləndirilən şəxs iştirakı ilə yoxlanılmış, bununla bağlı sayım və üzləşmə aktları tərtib edilmişdir. Daha sonra toplanmış sənədlər "xxxx" MMC-yə təqdim edilmişdir. Həmin MMC-i tərəfindən verilmiş sərbəst audit rəyinə əsasən Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə 14552,05 kg, yəni cari satış qiymətlərinə uyğun olaraq 21980,05 manat çatışmazlıq, əskikgəlmə və 824,16 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq, yekunda 22804,21 manat kənarlaşma, mənimsəmə faktı aşkarlanmışdır. Audit yoxlaması keçirilməzdən əvvəl iştirak etmək üçün Təqsirləndirilən şəxs yazılı şəkildə xəbərdarlıq edilsə və onunla telefon əlaqəsi saxlanılsa da, Təqsirləndirilən şəxs məlum olmayan səbəblərdən yoxlamada iştirak etməkdən bir müddət boyun qaçırmışdır. Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsi ilə bağlı bir neçə dəfə şirkətə çağırılmış, şirkət rəhbərliyi ilə görüşmüş, yaxın müddət ərzinə maddi ziyanın ödənilməsini bildirmiş, lakin heç bir məbləğdə ödəniş etməmişdir. Barəsində başlanılmış cinayət işindən sonra istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən 5000 (beş min) manat pul şirkətə ödənilmiş, qalan 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan onun tərəfindən ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan, 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində sərbəst auiditor xidmətləri xərclərinin, cəmi 18.448,21 (on səkkiz min dörd yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat pul tələbinə dair mülki iddia qaldırmışlar. Məhkəmədən mülki iddialarının təmin olunmasını və təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabrından "xxxx" ASC-nin maliyyə-nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləyir, yəni auditordur. Astara rayon sakini Təqsirləndirilən şəxs işlədiyi müddətdən tanımışdır. Təqsirləndirilən şəxs Astara rayonu Pensər kəndində yerləşən satış nöqtəsində anbardar vəzifəsində işləmişdir. Digər auditorlarla birgə rəhbərliyin göstərişi ilə 30-40 gündən bir şirkətin hər bölgəsində olan satış nöqtələrini yoxlayır, yəni sayım həyata keçirirlər. Əgər sayım zamanı əksiklik aşkar edirlərsə, bu zaman satış nöqtəsi anbardarından izahat alınır, sayım və dövri üzləşmə aktı tərtib olunur, daha sonra toplanmış sənədlər şirkətə təqdim olunur. Yoxlamaya gəldikdə isə yoxlamadan qabaq heç kimə məlumat vermir, yalnız satış nöqtəsinə çatdıqda və anbardar yerində olmadıqda dərhal satış təmsilçisi ilə əlaqə saxlayır, yalnız o zaman satış təmsilçisinin yoxlamadan xəbəri olur. 2021-ci ilin avqust ayının ortalarında şirkətin cənub nümayəndəliyinə aid olan anbarları yoxlamaq üçün səfər etmiş, Astara rayonu Pensər kəndində yerləşən anbarı da yoxlamış və heç bir problem aşkarlanmamışdır. Bundan sonra periodik olaraq təxminən həmin satış nöqtəsinə üç dəfə səfər etmiş, lakin hər dəfə müəyyən səbəblərdən anbara daxil ola və orada sayım həyata keçirə bilməmişdir. Belə ki, satış nöqtəsinə çatdıqda anbarın bağlı olduğunu görmüş və dərhal sabiq satış təmsilçisi X16 zəng etmiş, sonuncu anbardarın bəzən Bakıda olduğunu, bəzən özünün xəstə olduğunu, bəzən də xəstə qohumunu ziyarət etdiyini bildirdiyindən, həmin məntəqədə yoxlama həyata keçirə bilməmişdir. Hər səfər sonrası şirkət rəhbərliyinə bu barədə “bitrix24” daxili proqram təminatı vasitəsilə məlumat verilmiş və bu artıq şirkət rəhbərliyində həmin satış nöqtəsində hər hansı problemin olması ilə bağlı şübhə yaratmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində ilin ilk sayımı keçirilmiş, ASC-nin digər auditoru X19 tərəfindən Astara rayonu Pensər kəndindəki satış nöqtəsində əksiklik aşkarlanmışdır. 2022-ci ilin mart ayının birində ASC-nin Cəlilabad regional nümayəndəliyinin yeni satış təmsilçisi Ceyhun Quliyevin iştirakı ilə Astaradakı satış məntəqəsində sayım keçirmişdir. Sayım üçün təhvil-təslim aktlarının əsli lazım olmuş, lakin təhvil-təslim aktları kağız formasında ona çatmamışdır. Belə ki, aktın bir nüsxəsi təhvil alanda, bir nüsxəsi təhvil verəndə olmuş, onlar da həmin aktları itirdiklərini, yaxud digər səbəblərdən onlarda olmadığını bildirmişlər. Bu səbəblə sayımdan qabaq “1 C” mühasibatlıq proqramından təhvil-təslim aktlarını şəkillərini çıxartmış və şirkət rəhbərliyi tərəfindən “əsli ilə düzdür” sözü yazılıb möhürlənmişdir. Sayım zamanı Təqsirləndirilən şəxs təhvil verilmiş malların dəyəri üzrə təxminən 25000-26000 manat məbləğində əksiklik aşkar olunmuşdur. Anbardar Təqsirləndirilən şəxs bu barədə izahat alınarkən sonuncu ilk öncə sayım nəticəsində əksiklik müəyyən olunmuş gübrə məhsullarını təhvil aldığını, sistemə işlədiyini, lakin anbarından silinmədiyini, buna baxmayaraq 10 (on) gün ərzində gübrələri anbara təhvil verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs söz verdiyi müddətdə maddi ziyanı ödəmədiyi və ya gübrə məhsullarını yerinə qoymadığı üçün artıq üzləşmə aktı həyata keçirmək lazım gəlmişdir. Belə ki, şirkətin daxili prosedur qaydalarına əsasən maddi ziyan 10.000 manatdan çox olarkən sayım və üzləşmə aktları tərtib edilir, habelə “1 C” mühasibatlıq proqramından gübrə məhsullarının yerdəyişmə sənədləri çap edilərək təhvil alan şəxslərə imzalatdırılır. Həmin zaman da ilk öncə “1 C” mühasibatlıq proqramından məhsulların təhvil-təslim aktlarını çıxarıb Təqsirləndirilən şəxs imzalatdırmışdır. Daha sonra 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun anbarında sayım keçirilmiş və buna dair “anbar qalıqlarının sayımın nəticələri haqqında” aktlar tərtib edilmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə birgə sayım və üzləşmə keçirilərək aktlar tərtib edilmişdir. Üzləşmə aktında Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində hansı miqdarda və hansı növ gübrə məhsullarını qəbul etməsi göstərilmiş, sayım aktında isə nə qədər alınan və qalan məhsulların fərqi hesablanmaqla nə qədər məhsulun əksik gəlməsi qeyd edilmişdir. Sayım nəticəsində Təqsirləndirilən şəxs əksik gələn məhsullar üzrə 21960,55 manat maddi ziyan olması və 704,61 manat kassa qalığı olması müəyyən edilmişdir. Kassa qalığı gübrə məhsulunun nağd satışından əldə olunan gəlirin ASC-nin bank hesabına köçürülməməsi nəticəsində yaranmışdır. Daha sonra sayım, üzləşmə və təhvil-təslim aktlarını müvafiq hüquqi tədbir görülməsi üçün şirkət rəhbərliyinə təqdim etmiş, həmin sənədlər sərbəst audit yoxlamasına təqdim edilmiş, həmin yoxlamanın nəticələrinə əsasən, Təqsirləndirilən şəxs anbarında çatışmazlıq və kassa qalığı da daxil olmaqla, ümumilikdə 22804,21 manat mənimsəmə olması təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 və X19 şahid X11 ifadəsində göstərdiyi xüsusatları ifadələri ilə bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, 2020-ci ilin martından "xxxx" ASC-nin Cəlilabad regional nümayəndəliyində işləyir, hazırda vəzifəsi region üzrə satış təmsilçisidir. Lakin, bundan qabaq ASC-nin Cəlilabad rayonunun anbardarı işləmişdir. 2020-ci ilin axırlarından Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, həmin müddətdə Cəlilabad regional nümayəndəliyinin Astara rayonu Pensər kəndi ərazisində anbarı fəaliyyətə başlamış, anbardar kimi də Təqsirləndirilən şəxs işə qəbul edilmiş və sonuncuya gübrə verilişi zamanı əlaqələri yaranmışdır. "xxxx" ASC-i tərəfindən göndərilmiş 30 mart 2021-ci il tarixli, AT00-002861 nömrəli; xx.xx.2021-ci il tarixli, AT01- 000538 nömrəli; xx.xx.2021-ci il tarixli, AT01-000782 nömrəli; xx.xx.2021-ci il tarixli, AT01- 000996 nömrəli və xx.xx.2021-ci il tarixli AT01-001267 nömrəli təhvil-təslim aktlarındakı imzalar ona məxsus olmuşdur. Yuxarıda qeyd olunan aktlarda göstərilən tarixlərdə həmin həcmdə gübrə məhsulları Təqsirləndirilən şəxs təhvil verilmişdir. Belə ki, şirkət rəhbərliyi tərəfindən verilmiş göstərişlə əlaqədar Astaradakı anbarın gübrə məhsulları ilə təmin olunması üçün ona daxili proqram təminatı vasitəsilə sifariş edilmiş, o da həmin sifarişdə nəzərdə tutulan gübrə məhsullarını ASC-i tərəfindən göndərilmiş daşıma şirkətinin sürücüsünə təhvil vermiş, həmin zaman akta imza çəkirdirmiş, sonuncu da gübrə məhsullarını Təqsirləndirilən şəxs çatdırmışdır. Aktlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs imza çəkərək həmin gübrə məhsullarını təhvil almışdır. Təqsirləndirilən şəxs təhvil aldığı gübrə məhsullarını sonradan necə sərf etməsi, yaxud kiməsə verib-verməməsini haqqında heç bir məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir:

1. "xxxx" ASC-i ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, həmin tarixdə işə götürənlə işçi arasında əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə imzalanmışdır.

2. 18 noyabr 2020-ci il tarixindən 02 fevral 2022-ci il tarixinədək olan dövr ərzində tərtib olunmuş AT00-006191, AT00-000997, AT00-002861, AT00-003050, AT00-003082, AT01-000468, AT01-000538, AT01-000782, AT01-000941, AT01-000994, AT01-000996, AT01-001267, AT01-001411, AT02-000033, AT02-000011, AT02-000089, AT02-000323, AT02-000461 və AT02-000483 nömrəli təhvil-təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs maddi-məsul şəxs kimi "xxxx" ASC-dən 23 çeşid - yəni ümumi 1 litr həcmində “Acente 1.8 EC / Sunset Kimya (18 g/l Abamectin)”, ümumi 2 litr həcmində “Afaroz 40 SL / Sunset Tarim (40 g/l İmazamox)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammofos / Apatit / Phosagro (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 30 kisə, yəni 5000 kq həcmində “Ammofos / Evroxim (12:52 NP)”, hər kisəsi 50 kq olmaqla, ümumi 1050 kisə, yəni 52500 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 400 kisə, yəni 20000 kq həcmində “Ammonium Nitrat / Evroxim (34.4 % AN) Agrolizing logolu”, hər kisəsi 50 kq olmaqla, ümumi 60 kisə, yəni 3000 kq həcmində “Ammonium Nitrat / Minudobreniya (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 320 kisə, yəni 16000 kq həcmində “Ammonium Nitrat / Rustavi Azot (34.4 % AN)”, hər kisəsi 50 kq olmaqla, ümumi 300 kisə, yəni 15000 kq həcmində “Ammonium Sulfat / Kuybışev (21:24 NS)”, 5 litr həcmində “Artfonil SL / Sunset Kimya (480 g/l Ethephon)”, 1 litr həcmində “Artonil SC / Sunset Kimya (120 g/l Thidiazuron + 60 g/l Diuron)”, 5 kq “KAMP/Azot Rustavi”, hər kisəsi 40 kq olmaqla, ümumi 1325 kisə, yəni 53000 kq həcmində “Karmabid Marka B / SOCAR”, 0,8 kq “Kingcozeb M- 45 / Sunset Kimya (80 % Mancozeb)” 1 litr “Kurnaz EC / Sunset Tarim (116,2 g/l Clethodim), 5 litr “X25 20 SP / Sunset Kimya (20 % Acetamiprid)”, hər kisəsi 50 kq olmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Evroxim (NPK 16-16- 16)”, hər kisəsi 50 kq olmaqla, ümumi 200 kisə, yəni 10000 kq həcmində “Nitroammofos / Minudobreniya (NPK 16-16-16)”, 0,8 kq həcmində “Raneb 5 SG / Sunset Tarim (5 % Emamectin Benzoate)”, 5 litr “Redrum 10 SC / Sunset Kimya (110 g/l Etoxazole)”, 5 litr “Sunamin 500 SL / Sunset Tarim (500 g/l 2,4 D Acid)”, 2litr “Venison 150 SC / Sunset Kimya (150 g/l İndoxacarb)” və 10 kq “Yonca toxumu Gea Dor 7/ Continental” adlı gübrə məhsullarını qəbul etmişdir.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-nəzarət şöbəsinin mütəxəssisauditoru X18 ilə Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş 12 aprel 2022-ci il tarixli, 16433/2 saylı «Anbar qalıqlarının sayımının nəticələri haqqında» aktlardan görünür ki, Təqsirləndirilən şəxs təhvil verilmiş məhsullarda 21980,05 manat (iyirmi bir min doqquz yüz səksən manat, beş qəpik) dəyərində gübrə məhsullarının anbarda olmadığı, yəni kəsiri və 824,16 (səkkiz yüz iyirmi dörd manat, on altı qəpik) manat məbləğində pul vəsaitinin isə sistemə daxil edilmədiyi aşkar olunmuş, bu barədə müvafiq aktlar tərtib olunmaqla iştirakçılar, yəni mütəxəssis-auditor X18 və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.

4. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoruna ünvanlanmış izahatlardan görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş gübrə məhsulları üzrə əskik gələn malların dəyərini qısa müddətdə ödəməyi öz öhdəsinə götürmüş və bu barədə yazılı izahata imza etmişdir.

5. "xxxx" MMC-i tərəfindən verilmiş 18 may 2022-ci il tarixli audit yoxlamasının nəticələrinə dair hesabatdan görünür ki, yoxlama nəticəsində Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində olan mallar üzrə satış qiymətlərinə uyğun olaraq 21980,05 manat (iyirmi bir min doqquz yüz səksən manat, beş qəpik) çatışmazlıqəskikgəlmə və 824,16 (səkkiz yüz iyirmi dörd manat, on altı qəpik) manat məbləğində daxil olmamış vəsait nəzərə alınmaqla, ümumilikdə 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat kənarlaşma-mənimsəmə yaranmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 9/6525 saylı ekspert rəyindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində müəyyən edilir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 9/8806 saylı təkrar ekspert rəyindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində müəyyən edilir.

8. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 0906 saylı və 20 dekabr 2022-ci il tarixli, 0925 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs vurmuş olduğu 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində maddi ziyandan 5.000 (beş min) manat (3.000 + 2000= 5000) hissəsini ödəmişdir.

9. 20 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» və «cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarlardan görünür ki, X4 Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün hazırki cinayət işinin materiallarından onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Həsənov X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə olunmuş Astara rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurmuş olduğu 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində maddi ziyandan 5.000 (beş min) manat hissəsini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulması ilə əlaqədar məhkəmə onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası tətbiq edərkən onu əsas götürür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanın yalnız bir hissəsini ibtidai istintaq zamanı ödəmiş, məhkəmə baxışı zamanı isə vurmuş olduğu maddi ziyandan ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan mülki iddiadan görünür ki, zərərçəkmiş hüquqi şəxs- "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmışdır. İddiada qeyd olunur ki, barəsində başlanılmış cinayət işindən sonra istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən 5000 (beş min) manat pul şirkətə ödənilmiş, qalan 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan onun tərəfindən ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan, 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində sərbəst auiditor xidmətləri xərclərinin, cəmi 18.448,21 (on səkkiz min dörd yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat pulun alınıb Cəmiyyətə ödənilməsinə dair qərar çıxarılmasını xahiş edirlər. İş üzrə mülki iddia ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı verilmiş həmin iddia tələbi üzrə qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmış və mülki iddiaçı tərəfindən təqdim olunmuş sübutlara və cinayət işinin materiallarında olan ekspertiza rəylərinə ayrı-ayrılıqda qiymət verərək, məhkəmə hesab edir ki, iddia 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan və 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumu hissəsində əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, iş üzrə ekspertiza rəyi və işin halları ilə tam təsdiqini tapmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 22.804,21 (iyirmi iki min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs vurmuş olduğu maddi ziyandan 5.000 (beş min) manat hissəsini ödəmiş, hazırda ödənilməyən maddi ziyan 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat təşkil edir. Digər tərəfdən mülki iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki iddianın 500 (beş yüz) manat məbləğində sərbəst auiditor xidmətləri xərclərinin Təqsirləndirilən şəxs tutulması hissəsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin auditor xidmətləri mütəmadi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göstərilir və bunun Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ilə hərhansı bir bağlılığı yoxdur. Digər tərəfdən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ilə bağlı iki dəfə ekspertiza təyin olunmuş və həmin ekspertizanın keçirilməsi ilə bağlı xərclər təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödəniləcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan və 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumu, cəmi 17.948,21 (on yeddi min doqquz yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat pul alınaraq zərərçəkmiş hüquqi şəxs – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X5, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəsini alana kimi barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs 17.804,21 (on yeddi min səkkiz yüz dörd manat, iyirmi bir qəpik) manat məbləğində vurulmuş maddi ziyan və 144 (yüz qırx dörd) manat məbləğində məhkəməyə ödənilmiş olan dövlət rüsumu, cəmi 17.948,21 (on yeddi min doqquz yüz qırx səkkiz manat, iyirmi bir qəpik) manat pul alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı – "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X5, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar