Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-21/2023 02.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə xx xxxx 2004-cü il tarixdə Əfqanıstan İslam Respublikası Faryab Vilayəti, Puştunkut rayonunda anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, məhkum olunmamış, Əfqanıstan İslam Respublikası Meymene şəhərində qeydiyyatda olan, İran İslam Respublikası Tehran şəhəri X9 goorgan meydan namjo shahmuradi ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Əliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs işləmək məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 14-cü sərhəd zastavasının 7-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş və Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10 noyabr 2022-ci il tarixdə Dövlət Sərhəd Xidməti SQ-nın N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində İran İslam Respublikasının Tehran şəhərindən Astara şəhərinə gəlmişdir. Astara şəhərindən ona məxsus mobil telefonunda olan “Google maps” proqramından istifadə edərək Azərbaycan Respublikası ərazisinə keçmişdir. Həmən gün Azərbaycan Respublikası ərazisində tanımadığı bir maqazinin qarşısında küçədə gecələmiş və 07 noyabr 2022-ci il tarixdə səhər 06 radələrində yuxudan durduqdan sonra, küçə ilə hərəkət edərək maqistral yol kənarına gəlib çatmışdır. Bir neçə saat maqistral yol kenarında dayanıb, yoldan keçən avtomobillərə əl edərək özləri ilə onu aprmaqları üçün işarə etmişdir. Yoldan keçən avtomobillərdən biri avtomobil saxlayaraq ondan nə istədiyini soruşmuş, o, həmən avtomobilin sahibinə tam fikirini izah edə bilməsə də, lakin Bakı şəhərinə gedib orada işləmək istədiyini bildirmişdir. Həmin şəxs onu aydın başa düşməsə də, Bakı şəhərinə getmək istədiyini başa düşmüş, onunda həmən istiqamətə doğru gedəcəyini bildirirək avtomobilinə mindirmişdir. Onlar bir neçə saat magistral yol ilə hərəkət etdikdən sonra Bakı şəhərinə çatmış və onu tam ünvanını bilmədiyi park yaxınlığında düşürtmüşdür. O, yuxarda qeyd etdiyi tarixdə bütün gününü parkda keçirtmişdir. Hava qaranlıq olduğundan və onun üzərində pul olmadığı üçün parkın içərisində yerləşən oturacaqda gecələmişdir. Ertəsi gün parkda onun tanımadığı bir Azərbaycan Respublikası vətəndaşı oyadaraq burada nə etdiyini və nəyə görə oturacağın üzərində gecələdiyini ondan soruşmuşdur. O, ona iş axtardığını və pulunun olmadığını bildirmişdir. Həmən tanımadığı şəxs onunla birlikdə gəlməyini ona demişdir. Həmin gün yəni 08 noyabr 2022-ci il tarixdə o, tanımadığı Azərbaycan Respublikası vətəndaşı ilə gününü keçirtmış və axşam saatlarında o, onu evinə dəvət etmişdir. Həmin şəxs evində ona geyinmək üçün pal-paltar və yeyəcək vermişdir. Ertəsi gün 09 noyabr 2022-ci il tarixdə o, onunla birlikdə İran İslam Respublikasının Bakı şəhərində yerləşən səfirliyinə gedərək ona köməklik etməsini istəmişdir. Onlar səfirlikdən çıxdıqdan sonra tanımadığı həmin şəxs onu polis şöbəsinə aparmışdır. Polis şöbəsindən ona hardan gəldiyini, hara vətəndaşı olduğunu bir qədər sual-cavab etdikdən sonra, digər polis əməkdaşları gələrək onu şöbədən digər şöbəyə aparmışlar. Qeyd olunan tarixdə onu polis şöbəsində saxlamışlar. Ertəsi gün 10 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdiyi əraziyə gətirmişlər. İran İslam Respublikasından Azərbaycana keçdiyi istiqaməti polis əməkdaşlarına və hərbi qulluqçulara göstərdikdən sonra, polis əməkdaşları tərəfindən hərbi qulluqçulara təhvil verilmişdir. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, N nömrəli hərbi hissənin, 3-cü sərhəd komendatlığının, 14-cü Sərhəd Zastavasının rəisi olmaqla, baş leytenantdır. 06 noyabr 2022-ci il tarixdə saat 20:00-dan 21:30-dək əsgərlər X5 ilə X4 birlikdə 14-cü sərhəd zastavanın 7-ci sahəsinə “Sərhəd Gözətci”si xidmətinə təyin olunmuşdur. Xidmət müddətində dövlət sərhədinin pozulmasının hal və əlamətlərini aşkar etməmişdir. O, 10 noyabr 2022-ci il tarixdə dövlət sərhədinin pozulmasına dair məlumat daxil olmuşdur. yalnız sərhəd zastavasının rəisi ümumi şəxsi heyətə çıxışında deyəndə bilmişdir. Ona məlum olmuşdur ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs işləmək məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 14-cü sərhəd zastavasının 7-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DSX-nin əməkdaşı X6 da şahid X3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 noyabr 2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında”, 11 noyabr 2022-ci tarixli şübhəli şəxs qismində tutulma protokollarından məlum olur ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə saat 21:00-da inzibati qaydada, 11 noyabr 2022-ci tarixdə saat 15:20-də isə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən, saat 21:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hisssənin komandiri polkovnik Xalid Əliyevin 10 noyabr 2022-ci il tarixli məktubunda göstərilir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 14-cü sərhəd zastavasının 7-ci sahəsinin 25-26-cı dirəklərin arasında dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs keçdiyi yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsi Astara rayonun Alaşa kəndi ərazisində yerləşən 14-cü sərhəd zastavasının 7-ci sahəsi, 25-26-cı dirəklərin arası, 140 nömrəli sərhəd nişanından 300 metr sağa və dövlət sərhəd xəttindən 250 metr aralıda yerləşən ərazidir. Ərazi qismən meşəlik relyefə malikdir. Baxış zamanı nəzarət iz zolağında 3 ədəd insan ayaqlarına bənzəyən izlər olsada, mühəndis texniki çəpərində, dövlət sərhəd xəttində və sərhədboyu zolağa hər hansı əyilmə, kəsilmə və sair əlamətlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən daxil olmuş 21 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2004-cü il təvəllüdlü, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədinin N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının 7-ci sahəsindən dövlət sərhədini qaçaq yolla İİR-dan Azərbaycan Respublikası istiqamətində keçməsinə hər hansı bir şəxsin köməklik göstərmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə aparılmış filtirasiya tədbirləri zamanı sonuncu, Azərbaycan Respublikasına gəlməkdə məqsədinin işləmək olduğunu bildirmişdir. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-21/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-21/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver