Məhkəmə qərarları › İş №1(018)-21/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-21/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-21/2024 15.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X1, müdafiəçi – Astara rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Pakistan İslam Respublikası Lahor şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Pakistan İslam Respublikasının Lahor şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 11 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının 11-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş və həmin gün, saat 20:25 radələrində Astara rayonu Rüdəkənar kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi qulluçuları tərəfindən saxlanılmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Pakistan İslam Respublikası vətəndaşıdır. Ali təhsillidir, subaydır. Əvvəllər məhkum olunmamışdır. Pakistan İslam Respublikasının Lahor şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Hadisədən təxminən bir ay əvvəl Pakistan İslam Respublikasından İran İslam Respublikasına rəsmi yolla avtobus vasitəsi ilə gəlmişdir. İran İslam Respublikasının Məşəd şəhərində bir ay qaldıqdan sonra Azərbaycan Respublikasına qanunsuz keçmək qərarına gəlmişdir. Belə ki, hazırda Azərbaycan-İran sərhədləri bağlı olduğuna görə belə bir addım atmaq qərarına gəlmişdir. Bu məqsədlə 10 dekabr 2023-cü tarixdə olduğu İran İslam Respublikasının Məşəd şəhərindən mobil telefonunda olan “Google Maps” proqramı vasitəsilə İran İslam Respublikasının Astara rayonuna gəlmişdir. Oradan isə yenə proqram vasitəsilə əlverişli yer seçərək havanın qaranlıq vaxtını gözləmiş və 11 dekabr 2023-cü il tarixdə saat 20:10 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara rayonuna qeyri-rəsmi yolla keçmişdir. Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra qarşına məftillər çıxmış, həmin məftilləri əlləri ilə aralayaraq oradan keçmiş, təxminən 20-30 dəqiqə adını bilmədiyi kənd ərazisi ilə hərəkət etdiyi zaman əsgərlər tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin N saylı sərhəd zastavasında əsgər kimi xidmət edir. 11 dekabr 2023-cü il tarixdə, saat 16:00-dan 21:00dək nöbətçi operator xidmətinə təyin olunaraq xidmət aparmışdır. 11 dekabr 2023-cü il tarixdə, saat 20:10 radələrində 11-ci sahədə DSX-dən 200 metr aralı 143 nömrəli Sərhəd nişanından 300 metr solda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər sərhəd pozucusunun hərəkətini müşahidə etmiş və dərhal sərhəd zastava rəisi Şahid3 məruzə etmişdir. Bundan sonra sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq “Həyacan” qrupu həmin istiqamətə doğru hərəkət etmişdir. Həyəcan qrupu köməkçi maneə çəpərinin dağılmış vəziyyətdə, nəzarət iz zolağında isə ayaq izlərini müşahidə etmişlər. Təxminən 15-20 dəqiqə sonra Rüdəkənar kəndi ərazisində hasarlı bir boş həyətdə pozucu sxlanılmış, həmin şəxsin Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) olması məlum olmuş və həmin şəxs sərhəd zastavasına aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin N saylı sərhəd zastavasının rəisi vəzifəsində xidmət edir. 11 dekabr 2023-cü il tarixdə, saat 16:00-dan 21:00-dək nöbətçi operator xidmətinə təyin olunmuş əsgər Şahid1 11 dekabr 2023-cü il tarixdə, saat 20:10 radələrində 11-ci sahədə DSX-dən 200 metr aralı 143 nömrəli Sərhəd nişanından 300 metr solda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər sərhəd pozucusunun hərəkətini müşahidə etməsi barədə ona məruzə etmişdir. Dərhal bu barədə yuxarı rəhbərliyə məruzə etdikdən sonra, sərhəd zastavasını “Silaha” komandasına qaldıraraq “Həyacan” qrupunun tərkibində həmin istiqamətə doğru hərəkət etmişlər. Həyəcan qrupu ilə ora çatdıqda köməkçi maneə çəpəri dağılmış vəziyyətdə, nəzarət iz zolağında isə ayaq izlərini müşahidə etmişdir. Dərhal həmin izlərin getdiyi istiqamətdə əsgər Şahid2la təqib aparmağa başlamış və təxminən 15-20 dəqiqə sonra Rüdəkənar kəndi ərazisində hasarlı bir boş həyətdə pozucunu saxlamışlar. Onlara məlum olmuşdur ki, həmin şəxs Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sabır Ghulamdır. Ərazidə axtarış tədbirləri keçirildikdən sonra saxlanılan şəxs sərhəd zastavasına aparılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:

1. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tərtib olunmuş N dekabr 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının 11-ci sahəsidir, qeyd olunan ərazi Dövlət Sərhəd xəttindən 300 metr aralı, 143 nömrəli sərhəd nişanından 350 metr sola, mühəndis-texniki çəpərin yaxınlığında yerləşən ərazidir. Ərazi məşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 16-cı sahədə aparılmış baxış zamanı mühəndis-texniki çəpərindən dövlət sərhədinə gedən yoldaki kölluqlarda müəyyən qədər əzilmələr, mühəndis-texniki çəpərinin aşağıdan yuxarıya doğru 3-cu və 4-cü məftilin müdaxilə olunaraq yerində tərpənməsi, nəzarət iz zolağında 1 nəfərə məxsus 4-5 ədəd izin olması, həmçinin əlavə maneə çəpərində əzilmələr aşkar olundu. Saxlanılan şəxs əzilmələri həmin ərazidən keçən zaman onun tərəfindən əzildiyini, həmçinin MTÇ-dəki məftilləridə onun tərəfindən müdaxilə edildiyini etiraf etmişdir.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 11 dekabr 2023-cü il tarixdə dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçən şəxs – Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) sərhəd naryadı tərəfindən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş 18 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) məhkum olunmasına dair hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 4(009)-842/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sabır Ghulama (Təqsirləndirilən şəxs) təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sabır Ghulamın (Təqsirləndirilən şəxs) cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Sabır Ghulam (Təqsirləndirilən şəxs) əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs Sabır Ghulama (Təqsirləndirilən şəxs) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar