Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-22/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəlmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1957-ci ildə Astara rayonu, Siyakü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, Astara rayonu, Siyakü kəndində qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Astara rayonu Siyakü kənd sakini Zərərçəkmiş şəxs2 övladı X3 “Cəmşid Naxçıvanski” adına ali hərbi akademiyaya bərpa etmək barədə yalan vəd verib aldadaraq 2023cü ilin mart-aprel aylarında Astara rayonu Siyakü kəndində Zərərçəkmiş şəxs2 əlbəəl bir neçə dəfə verdiyi ümumilikdə xeyli miqdar olan 16,820 (on altı min səkkiz yüz iyirmi) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Astara rayonu Rinə kənd sakini Zərərçəkmiş şəxs1 əvvəlcə Qaz-İxrac idarəsində sürücü vəzifəsinə, daha sonra isə əlillik dərəcəsi almaqla pensiya düzəldəcəyi barədə yalan vədlər verib Zərərçəkmiş şəxs1 aldadaraq 2023-cü ilin aprel ayında 3000 manat və əlavə 100 manat olmaqla Zərərçəkmiş şəxs1 Astara rayonu Rinə kəndində əlbəəl verdiyi ümumilikdə 3,100 (üç min yüz) manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2018-ci ilin aprel ayında həmkəndlisi Zərərçəkmiş şəxs1 yaxınlaşaraq həyat yoldaşı üçün əlillik alması ilə bağlı ondan yardım istəmiş, o, müəyyən haqq müqabilində Vasifin həyat yoldaşı üçün yenidən əlillik qrupu ala biləcəyini demiş, Vasif onunla razılaşmış, daha sonra Vasifin həyat yoldaşının xəstəxanada müalicə almasını tanışları vasitəsilə təmin etmiş, təxminən 20 gün müalicə aldıqdan sonra Vasifin həyat yoldaşı həkim komissiyasından uğurla keçmiş və əlillik qrupunun bərpa olması səbəbindən yenidən dövlətdən müavinət ayrılmış, bir müddət keçdikdən sonra, 2023-cü ilin aprel aylarında Zərərçəkmiş şəxs1 təkrar yaxınlaşaraq ondan özü üçün əlillik alması ilə bağlı yardım istəmiş və dəfələrlə müraciət etməsinə baxmayaraq əlillik qrupu alması ilə bağlı sənədlərinin təsdiqlənmədiyini demiş, bu səbəbdən də ondan yardım istəmiş, Vasifin əlilliyinin 3000 manat müqabilində təsdiqlənə biləcəyini deyərək 2023-cü ilin aprel ayında Astara rayonu Siyakü kəndində Vasifin atasından Vasifin əlillik məsələsini həll etməsi üçün 3000 manat pul almış, bir müddət keçdikdən sonra əlilliklə bağlı qaydalar dəyişmiş və Vasifin səhhətində olan problemlər əsasən yeni meyarlara görə heç bir əlillik qrupuna aid edilməmiş, əvvəl etdiyi vasitəçilik kimi yenidən Vasif üçün də əlillik qrupunun alınması üçün müraciətlər etmiş və Vasifin müəyyən tibbi müəssisələrində müalicə alaraq qeydiyyata düşməsinə çalışsa da yeni meyarlara əsasən bu baş tutmamış, Vasif üçün əlillik qrupu almaqdan ötrü həkimlərə eləcə də digər yol xərcləri ilə bağlı müəyyən məbləğdə pul xərcləmiş, ona görə də Vasifin verdiyi 3000 manat pulu geri qaytara bilməmiş, lakin Vasifdən aldığı 3000 manat pulu geri qaytarmaqdan imtina etməmiş, həmin pulu müəyyən müddətdə Vasifə geri qaytaracağına söz vermişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 onun barəsində etdiyi şikayətlə tanış olmuş, Zərərçəkmiş şəxs2 onun həmkəndlisi və qohumu olsa da heç vaxt Qurbanla üzbəüz görüşməmiş, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs2 telefon vasitəsilə əlaqə saxlayaraq övladı Vasif Əliyevi oxuduğu ali hərbi məktəbdən qovmaq istədiklərini, övladına şər-böhtan atdıqlarını demiş və ondan övladı Vasif Əliyevi ali hərbi məktəbə bərpa etmək üçün kömək istəmiş, Zərərçəkmiş şəxs2 əvvəllər yaxından tanımamış və Zərərçəkmiş şəxs2lə razılaşıb görüşmüş, Zərərçəkmiş şəxs2 əvvəlcədən övladı Vasif Əliyev barəsində cinayət işinin başlanması haqda məlumat verməmiş və Qurbanın övladı Vasifi ali hərbi məktəbə bərpa etmək üçün Zərərçəkmiş şəxs2 7500 manat müqabilində pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs2 2023-cü ilin mart ayında Astara rayonu Siyakü kəndində yerləşən “Qismət” şadlıq evinin yaxınlığında 2000 manat pulu ona əlbəəl vermiş, daha sonra isə hissə-hissə olmaqla ümumilikdə 7500 manat pulu Qurbandan Astara rayonu Siyakü kəndində əlbəəl almış, Zərərçəkmiş şəxs2 7500 manat pulu aldıqdan 20 gün keçdikdən sonra Qurbanla birgə Bakı şəhərinə, ali hərbi məktəbə getmiş, orada müəyyən işçilərlə danışıqlar apardıqdan sonra Zərərçəkmiş şəxs2 oğlu Vasif Əliyevin olduqca intizamsız və nadinc kursant olması və barəsində oğurluqla cinayət işinin başlanmasının vacib olduğu müəyyən olmuş, bunu öyrəndikdən sonra Zərərçəkmiş şəxs2 əgər bu iş həll olunmasa övladının həbs olunacağını demiş, daha sonra Zərərçəkmiş şəxs2 verdiyi 7500 manat haqq müqabilində övladı barəsində qeyd edilən ittihamların irəli sürülməməsi üçün zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanların ödənilməsini təmin etmiş və hərbi məktəbdən ona eləcə də Zərərçəkmiş şəxs2 artıq övladı barəsində cinayət işinin başlanmayacağı deyilmiş, Zərərçəkmiş şəxs2 verdiyi 7500 manat pulun 1600 manatını isə Qurban ondan geri tələb etdiyi üçün geri ödəmiş, bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs2 verdiyi qalıq qalan 5900 manat pulu övladı Vasif Əliyevin hərbi məktəbə bərpa olunmadığı üçün geri istəmiş, o isə cavabında Qurbanın verdiyi haqq müqabilində övladının ali hərbi akademiyada oğurluq hadisəsi törətdiyi üçün barəsində cinayət işinin başlanmamasına kömək etdiyini, bu səbəbdən də Qurbanın övladı Vasif Əliyevin ali hərbi məktəbə bərpa olunması mümkünsüz olduğunu demiş, Zərərçəkmiş şəxs1 əlillik dərəcəsi ilə bağlı pensiya düzəltməyə görə ümumilikdə 3100 manat deyil, 3000 (üç min) manat pul almış, Zərərçəkmiş şəxs2 ümumilikdə 7500 manat pulu ilk öncə Qurbanın övladı Vasif Əliyevin ali hərbi məktəbə bərpa edilməsi üçün almış, lakin daha sonra Vasif Əliyev barəsində cinayət işinin başlanması ehtimalının olduğunu gördükdə həmin verilmiş haqq müqabilində Vasif Əliyev tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi və barəsində gedən araşdırmaya xitam verilməsinə sərf etmiş, yerdə qalan 1600 manat pulu isə Qurbana geri qaytarmış, oğurluq etməsi səbəbindən övladı Vasif Əliyevin ali hərbi məktəbə bərpa edilməsinin mümkün olmadığını Qurbana demiş, Zərərçəkmiş şəxs2 15000 manat pul almamış, bu tamamilə yalandır, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi səs yazılarında danışan şəxslərdən biri odur, digər şəxslər isə həmin zərərçəkmiş şəxslərdir, həmin səs yazısında qarşılıqlı şəkildə ona verdikləri pul vəsaiti eləcə də onun həmin şəxslərə verdiyi vəd barədə ünsiyyət qurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs yaşlı və xəstə olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 bildirdi ki, 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs evinə gedərək həyat yoldaşının əlilliyinin olması, lakin əlillik qrupu ala bilməməsi ilə bağlı kömək istəmiş, Təqsirləndirilən şəxs çoxlu tanışlarının olması səbəbindən əlillik dərəcəsinin alınması zamanı hansı sənədlərin yığılması ilə bağlı olduqca məlumatı olmuş, ona görə də Təqsirləndirilən şəxs bunun müqabilində haqq verəcəyini qeyd edərək həyat yoldaşının sosial yardım alması üçün əlillik dərəcəsinin almasına köməklik göstərməsini xahiş etmiş, Təqsirləndirilən şəxs onunla 2000 manat haqq müqabilində razılaşaraq onun həyat yoldaşı üçün əlillik dərəcəsi almasına köməklik göstərəcəyinə söz vermiş, həyat yoldaşının səhhətində problemlərin olduğu üçün İİ qrup əlilliyə görə dövlətdən 2013-cü ildən bəri pensiya almış, lakin hər 5 ildən bir əlilliklə bağlı növbəti həkim komissiyası keçirildiyinə görə həyat yoldaşının pensiya alması müvəqqəti olaraq dayandırılmış, Təqsirləndirilən şəxs həyat yoldaşının həkim komissiyasından keçərək yenidən pensiya almasına köməklik göstərəcəyini demiş, Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən çayxanaların birində 2000 manat pulu əlbəəl vermiş, təxminən 30 gün sonra Təqsirləndirilən şəxs söz verdiyi kimi həyat yoldaşının pensiya almasına köməklik göstərmiş, bu hadisədən sonra Təqsirləndirilən şəxs onun etibarını qazanmış, 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxslə əlaqə yaradaraq özü üçün iş axtardığını demiş, Təqsirləndirilən şəxs isə cavabında Astara şəhərində yerləşən Qaz-İxrac idarəsində aylıq 500 manat maaşla sürücü vəzifəsində işləyə biləcəyini bunun üçün isə 3000 manat pul verməli olduğunu demiş, 2023-cü ilin aprel ayında atası ilə birgə Lənkəran rayonunda yerləşən “Unibank” filialından kredit götürərək Astara rayonu Rinə kəndində Təqsirləndirilən şəxs evində 3000 manat pulu əlbəəl vermiş, Təqsirləndirilən şəxs əlavə olaraq ondan 100 manat Bakı şəhərinə getmək üçün yol pulu almış, bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu sürücü vəzifəsinə düzəldə bilmədiyini demiş, Nərimana verdiyi 3100 manat pulu geri istədikdə Nəriman həmin pulun müqabilində onun üçün əlillik dərəcəsi alaraq pensiya düzəldə biləcəyini demiş, Nərimana səhhətində hər hansı bir problemin olmadığı təqdirdə ona əlillik dərəcəsinin verilməyəcəyini desə də Nəriman, təkidlə onun üçün əlillik dərəcəsi alacağına söz verdiyinə görə razılaşmış, Nəriman ona kömək edəcəyini vəd versə də bir müddət keçməsinə baxmayaraq verdiyi vədə əməl etməmiş, daha sonra meyarların dəyişdiyi üçün ona əlillik dərəcəsinin düşmədiyini demiş, Nərimana verdiyi 3100 manat pulu geri istəsə də Nəriman həmin pulu yola və digər sənədləşmələrə xərclədiyindən geri qaytarmaqdan imtina etmiş, Təqsirləndirilən şəxs 3000 manat daha sonra isə 100 manat olmaqla cəmi 3100 manat pul vəsatini 2023-ci ilin aprel ayında Astara rayonu Rinə kəndində Nərimanın evində əlbəəl olaraq vermiş, Təqsirləndirilən şəxs onu sürücü vəzifəsində işə düzəltməsi eləcə də əlillik dərəcəsi almaq adı ilə ona ümumilikdə 3100 (üç min yüz) manat maddi ziyan vurmuş, Astara RPŞ-də ərizə yazdığı zaman Təqsirləndirilən şəxs 3100 manat pulu verdiyi vaxtı dəqiq xatırlamamış, ona görə də təxmini olaraq Nərimana pul verdiyi tarixi 2022-ci ilin noyabr ayı kimi qeyd etmiş, lakin daha sonra evinə gedib Təqsirləndirilən şəxs hansı ayda pul verdiyini həyat yoldaşından soruşaraq dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs onu aldatmağı və onun pullarını ələ keçirməsi barədə “Whatsapp” səs yazılarını istintaqa təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxsə qanun ilə nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, oğlu Vasif Əliyev 2022-ci ilin iyul ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuş, təxminən 2022-ci ilin noyabr-dekabr aylarında ona guya oğlu Vasif Əliyevin 2022-ci ilin sentyabr ayında hərbi məktəbin daxilində bir neçə dəfə oğurluq etməsi barədə məlumat vermişlər, bu məsələ ilə bağlı həmin akademiyanın rəhbərliyi ilə danışmaq üçün getmiş, ona Vasif Əliyevin hərbi akademiyanın daxilində oğurluq etməsini, həmin əməli törədərkən təhlükəsizlik kameralarına düşməsini demişlər, lakin bir müddət sonra təhlükəsizlik kameralarının işləmədiyini deyərək ona hər hansı bir videogörüntü təqdim etməmişlər, daha sonra ali hərbi məktəbin rəhbərliyindən oğlu Vasif Əliyevin xaric ediləcəyini, orada bir daha təhsil ala bilməcəyini qeyd etmişlər, 2023-cü ilin təxminən mart ayında uzaq qohumu və sənəd işləri məşğul olan Təqsirləndirilən şəxs ali hərbi məktəbin rəhbərliyi ilə danışması və bu məsələni həll etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ali hərbi məktəbin rəhbərliyi ilə danışacağını daha sonra onunla əlaqə saxlayacağını demiş, təxminən 2 gün keçdikdən sonra onunla əlaqə saxlayaraq əgər 6000 manat pul verməsə oğlu Vasif Əliyevin tutulacağını demiş, bundan başqa 6000 manat pul müqabilində oğlu Vasif Əliyevi ali məktəbə bərpa edəcəyini də qeyd etmiş, Təqsirləndirilən şəxs inanaraq 5500 manat pul verəcəyini demiş, daha sonra isə 2023-cü ilin mart ayında Astara rayonu Siyakü kəndi ərazisində yerləşən “Qismət” şadlıq evinin çayxanasında 3000 manat, bundan sonra bir neçə gün sonra həmin ərazidə 2500 manat olmaqla ümumilikdə 5500 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermiş, təxminən 7 gün sonra Təqsirləndirilən şəxs “Qismət” şadlıq evinin çayxanasında onunla söhbət edərkən Vasif Əliyevin ali hərbi məktəbə bərpa edilməsi üçün əlavə 7000 manat pula ehtiyac olduğunu demiş, Nərimanla razılaşdıqdan sonra 2023-cü ilin mart ayının sonlarında “Qismət” şadlıq evinin qarşısında 440 manat, Astara rayonu Siyakü kəndi ərazisində “Əli” marketin içərisində Təqsirləndirilən şəxs verməsi üçün satıcıya 560 manat, “Qismət” şadlıq evinin çayxanasında 2000 manat, Astara rayonu Siyakü kəndi ərazisində “AzərPoçt MMC” filialının qarşısında 1500 manat, “Əli” marketin daxilində 100 manat, Astara rayonu Siyakü kəndi ərazisində 220 manat, 2023-cü ilin aprel ayının sonlarında “Qismət” şadlıq evinin qaşısında 6500 manat olmaqla ümumilikdə 11320 manat pulu Təqsirləndirilən şəxs əlbəəl vermiş, oğlu Vasif Əliyevin hərbi məktəbə bərpa edilməsi üçün Nərimana 2023-cü ilin mart ayından aprel ayının sonunadək olan müddət ərzində ümumilikdə 16820 manat pul vermiş, bir neçə gün keçdikdən sonra ali hərbi məktəbin rəhbərliyi ilə təkrar danışmış və Təqsirləndirilən şəxs onu aldatması və Nərimana verdiyi pulu heç kimə verməməsi məlum olmuş, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq ödədiyi pulları geri qaytarmağını tələb etmiş, Nəriman ona 1820 manat pulu geri qaytarmış və qalan məbləği də qaytaracağını demiş, Təqsirləndirilən şəxs ona verdiyi vədi yerinə yetirməmiş, oğlu Vasif Əliyev 2023-cü aprel ayında artıq ali hərbi məktəbdən xaric edilmiş, Təqsirləndirilən şəxs 15000 manat pulu ona geri qaytaracağını bildirsə də telefon zənglərinə cavab verməyərək hər dəfə həmin pulu geri ödəməkdən yayınmış, Təqsirləndirilən şəxs pul vəsaitlərini mütəmadi 2023-ci ilin mart ayından noyabr ayının sonunadək olan müddətdə, demək olar ki, çox hissəsini Astara rayonu Siyakü kəndində yerləşən “Qismət” şadlıq evinin qarşısında əlbəəl olaraq vermiş, Təqsirləndirilən şəxs onu aldatmaqla ona ümumilikdə 15000 (on beş min) manat maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs onu aldatmağı və onun pullarını ələ keçirməsi barədə “Whatsapp” səs yazılarını istintaqa təqdim etmiş, Astara RPŞ-də ərizə yazdığı zaman Təqsirləndirilən şəxs 15,000 manat pulu verdiyi vaxtı dəqiq xatırlamamış, ona görə də oğlu Vasif Əliyevin hərbi məktəbdə problemlərinin başladığı tarixi təxmini olaraq Nərimana pul verdiyi tarix kimi qeyd etmiş, lakin daha sonra evinə gedib Təqsirləndirilən şəxs hansı aylarda pul verdiyini qeydlərinə baxaraq dəqiqləşdirmiş, DİN-in 102 xidmətinə təkrar müraciət edərək Təqsirləndirilən şəxs onu aldadaraq 22,000 manat pul aldığını demiş, çünki Nəriman onu aldatdıqdan sonra o, dəfələrlə Bakı şəhərinə hüquqlarının bərpası üçün bir neçə hüquq mühafizə orqanlarına eləcə də Astara RPŞ-yə etdiyi şikayətlə bağlı polis şöbəsinə getmək üçün etdiyi yol xərclərini, Bakı şəhərində yemək, orada gecəlik qalmaq üçün xərclədiyi pulları da hesablamış, bundan əlavə borc aldığı şəxslərə ödəyəcəyi əlavə pulları da bu hesabata qatmış, lakin Təqsirləndirilən şəxs ona ümumilikdə 22,000 manat deyil, 15,000 manat maddi ziyan vurmuşdur. . Hazırda təqsirləndirilən şəxsə qanun ilə nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli “dvd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan “Zərərçəkmiş şəxs2” adlı qovluğun içərisindəki “Whatsapp” tətbiqindən götürülmüş səsli mesajlarda və zəng danışıqlarının səsyazmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun övladı Vasif Əliyevi ali hərbi akademiyaya bərpa edəcəyi barədə vəd verməsi haqda danışıqlar aparması müəyyən edilmiş, bundan əlavə, diskdə olan “Zərərçəkmiş şəxs1” adlı qovluğun içərisindəki “Whatsapp” tətbiqindən götürülmüş səsli mesajlarda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vasif Əliyevə ondan aldığı pulu tezliklə ona qaytaracağı barədə danışıqlar aparması müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməliərni törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrndə nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012- ci il tarixli qərarı ilə cəzası 09 ilə endirilib, Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunub, xx.xx.2018-ci il tarixdə cəza tam icra olunmuş və qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Astara RİHB-nın Siyakü kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri həyat yoldaşı və dörd övladıdır. İş materiallarında olan Astara RİHB-nın Siyakü kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən vurduğu zərərdən qismən ödəniş etməklə zərərçəkmiş şəxs ilə barəşəq əldə etməyə cəhd etməsini cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 20.12 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. X1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Zərərçəlmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyan ilə bağlı mülki qayda məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-22/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-22/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver