Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-23/2023 07.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X4 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsin müdafiəçisi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(088)-90/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Astara Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası ilə hökmlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 08 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 7(007)-381/2018 saylı qərarı ilə onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməklə, ona təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) ilə azaldılmış, həmin cəzanı Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3500 manat cərimə cəzası saxlanılmış, 09 mart 2021-ci il tarixdə azdlıqdan məhrum etmə cəzasının müddətinin başa çatması ilə əlaqədar həmin cəzanı çəkib qurtarmış, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 7(018)-47/2021 saylı qərarı ilə ona təyin edilmiş 3500 manat cərimə cəzasının ödənilməmiş qalan 2545.6 manat hissəsi 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz olunmuş, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.9-cu bəndinin tətbiqinə əsasən Astara Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 7(018)-47/2021 saylı qərarı ilə ona təyin edilmiş 400 saat ictimai işlər cəzasından azad edilmiş, hazırda məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə aldadaraq 20 yanvar 2022-ci il tarixdə Astara rayonu Ağ körpü kəndində yerləşən “Ağ körpü” adlanan kafedə 600 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 600 (altı yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib arvadı Əzizova Gülnaz Muxtar qızına sosial yardım düzəltmək adı ilə aldadaraq 2022-ci ilin fevral ayının sonlarından mart ayının sonlarına qədər vahid niyyətlə əhatə olunmuş qəsdlə Astara rayonu Kijəbə qəsəbəsində hissə-hissə olmaqla, ümumlikdə 3200 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3200 (üç min iki yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi düzəldəcəyi adı ilə aldadaraq Elşən Mustafayevin tanışı Zərərçəkmiş şəxs1 verdiyi 1040 manat pulu 2022-ci ilin aprel ayının ortalarında Astara rayonu Ağ körpü kəndində yerləşən “Ağ körpü” adlanan kafedə sonuncudan alıb ələ keçirməklə zərərçəkmiş Elşən Mustafayevə 1040 (min qırx) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona “Niva” markalı avtomobil gətizdirəcəyi adı ilə aldadaraq 2022-ci ilin may ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Astara rayonu Ağ körpü kəndində yerləşən “Ağ körpü” adlanan kafedə hissə-hissə olmaqla ümumlikdə 4800 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 4800 (dörd min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qohumu X2 məxsus «Qaz-66» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini texniki baxışdan keçirmək və həmin avtomobilə təzə dövlət qeydiyyat nömrə nişanı almaqda köməklik edəcəyi adı ilə aldadaraq 15-20 may 2022-ci il tarixlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Astara rayonu Kijəbə qəsəbəsində hissə-hissə olmaqla ümumlikdə 715 manat pulunu ələ keçirməklə zərərçəkmiş Fərhad Mustafayevə 715 (yeddi yüz on beş) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onun Baş Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbənin əməkdaşları tərəfindən tutulmasının qarşısını alacağı adı ilə aldadaraq 2022-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Astara şəhəri S.Vurğun küçəsində hissə-hissə olmaqla ümumilikdə 1500 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 (min beş yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı X4 etibarından sui-istifadə edərək xəstə oğlu İlkin Həkimova növbəti əlillik dərəcəsi alacağı adı ilə aldadaraq 2022-ci ilin may-iyul aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə Astara şəhəri H.Əliyev prospektində hissə-hissə olmaqla ümumlikdə 1400 manat pulunu ələ keçirməklə zərərçəkmiş Ərəstün Həkimova 1400 (min dörd yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 uzun müddətdir tanıyır. 2022-ci ilin iyun ayının ortalarında günorta saat 14 radələrində evdə olarkən tanışı Etibar yaşadığı evə İbrahimlə birlikdə gələrək ondan İbrahimə kömək etməyi xahiş etmişdir. İbrahimin hansı problemi olması ilə maraqlanmış, Etibar da ona demişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbənin əməkdaşları İbrahimi axtarır, onu tutacaqlar, ona köməklik etsin. Buna görə də hazırda xatırlamadığı bir nəfər şəxslə telefon vasitəsi ilə danışıb İbrahimin xahişini etmişdir. Sabahı gün İbrahimlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsi Regional Şöbəsinə getmişlər. Orada olan əməkdaş ona iradını bildirib demişdir ki, onu nahaq yerə gətirmişdir, İbrahimi tutacaqlar. Bundan sonra onlar oradan çıxıb Astara şəhərinə gəlmişlər. Yolda gələrkən İbrahimə yalandan demişdir ki, regionala vermək üçün 1000 manat pul lazımdır. İbrahim də onun təklifi ilə razılaşmışdır. Təxminən iki gün sonra İbrahim pulun hazır olduğunu deyib onunla görüşüb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsi üzrə Regional şöbəsinə getmək istədiyini demişdir. İbrahimlə birlikdə Lənkəran şəhərinə gedib yol kənarında yerləşən “Pullu-pulsuz” çayxanasının yaxınlığında idarə etdiyi “Lexus” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən İbrahim 1000 manat pulu ona vermişdir. Həmin vaxt yanlarında kimsə olmamışdır. Onlar orada regionalın əməkdaşı olan Ramil adlı şəxslə görüşüb söhbət etmişlər. Bir qədər oturub söhbət etdikdən sonra İbrahim masadan durub mağazaya getmişdir. İbrahim gələndə isə onlar masadan qalxmışlar. Avtomobilə oturduqda İbrahimə yalandan 1000 manat pulu verdiyini, lakin əlavə 500 manat da verməli olmasını bildirmişdir. İbrahim də onun təklifi ilə razılaşmış və bir neçə günə gətirib verəcəyini demişdir. Bundan təxminən üç gün sonra İbrahim ona 300 manat, daha iki gün sonra isə 200 manat pul vermişdir. Həmin pulları isə ona yaşadığı evin yaxınlığında yerləşən çayxanada vermişdir və həmin vaxt orada kimsə olmamışdır. Təxminən iki ay sonra İbrahim gəlib ona bir ədəd qadın qızıl üzüyü verərək ondan xahiş etmişdir ki, satıb pulunu ona versin. O da həmin qızıl üzüyü İbrahimdən alsa da, onu satmamışdır. Bakı şəhərində hazırda xatırlamadığı bir nəfər qadına girov kimi verib ondan 150 manat pul götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayından tanımışdır. Belə ki, həmin vaxtlarda Astara rayon polis şöbəsinin DYP bölməsində olan öz işi ilə bağlı gələrkən Zəfərlə orada tanış olmuş və aralarında münasibət yaranmışdır. Bundan sonra onlar bir neçə dəfə oturub bir yerdə çörək yemişlər. 2022-ci ilin yanvar-fevral ayında Zəfərdən əvvəlcə 1000, daha sonra isə 2000 olmaqla, ümumilikdə 3000 manat faizə pul götürmüşdür. Aralarındakı razılaşmaya əsasən hər ay Zəfərə 360 manat pul ödəmişdir. Təxminən mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ondan xahiş etmişdir ki, ona sürücülük vəsiqəsi almaqda köməklik etsin. Zəfərə köməklik edəcəyini demiş və buna görə ondan 500 manat pul verməsini istəmiş, Zəfər də həmin məbləğlə razılaşmışdır. Bir neçə gün sonra Zəfər 500 manat pulu Astara rayonu Kijəbə qəsəbəsində işıqforun yaxınlığında ona vermişdir. Həmin vaxt yanlarında kimsə olmamışdır. Təxminən bir ay sonra, yəni aprel ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, ona sosial yardım da düzəltməkdə köməklik etsin. Yenə də ona pul lazım olduğu üçün Zəfərə bu işin düzəlməsi üçün 1000 manat pul lazım olduğunu demiş, Zəfər də onunla razılaşmışdır. Razılaşdıqları 1000 manat pulu Zəfər ona Astara şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında vermişdir. Zəfər üçün sosial yardım və sürücülük vəsiqəsi düzəltmək üçün konkret olaraq hər hansı bir iş görməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Zəfərin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs2 onun barəsində dediklərini qəbul etmir. Zəfərdən Elşənə sürücülük vəsiqəsi düzəltmək adı ilə pul almamışdır. Zərərçəkmiş şəxs2 özündən 715 manat pul almışdır. Həmin pulun qarşılığında isə 120 manata sürücülük məktəbində oxutdurub onun üçün sənəd almışdır. Elşənin qohumuna məxsus “Qaz-66” markalı avtomobilini 250 manata sığortalamış və bu barədə ona verilən qəbzi Elşənə vermişdir. Həmin avtomobili texniki baxışdan keçirmək üçün də 120 manat pul xərcləmişdir. Hazırda onun Elşənə 225 manat borcu qalmışdır. Bundan başqa, X5 da Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2022-ci ilin may ayında tanımışdır. Belə ki, həmin ərəfələrdə Zəfər ondan Ərəstün adlı tanışının oğluna əlillik dərəcəsi almaq üçün köməklik etməyini istəmişdir. O da köməklik edəcəyini demişdir. Bundan sonra Zəfərlə birlikdə Ərəstün Həkimovla görüşüb ondan işinin həll olunması üçün 1400 manat pul verməli olduğunu bildirmiş, Ərəstün də onunla razılaşmışdır. Daha sonra Ərəstün ona xəstəxanadan aldığı epikrizi və 500 manat pulu vermişdir. Təxminən bir həftə sonra Ərəstün ona əlavə 500 manat da pul vermişdir. Həmin pulları ona Kijəbə qəsəbəsində vermişdir. Onun əvvəllər adına “Kapital bank”da kart olduğunu bildiyi üçün Ərəstüna demişdir ki, uşağı gətirsin onu aparıb bankda kart götürsün. 2022-ci ilin iyul ayının ortalarında Ərəstünla “Kapital bank”ın yaxınlığında görüşmüşdür. Həmin vaxt Ərəstün ora həmin xəstə oğlu İlkin Həkimovla birlikdə gəlmişdir. X17 bank”a daxil olub onun adına olan kartı alıb özünə vermişdir. Bundan sonra Ərəstün ona 400 manat pul vermişdir. Ərəstünün oğlu üçün əlillik dərəcəsi almaq üçün çalışsa da, heç bir nəticə hasil olmamışdır. Buna görə də onun üçün hər hansı bir iş görməmiş, sadəcə olaraq onu bu adla aldadıb 1400 manat pulunu ələ keçirmişdir. Ümumiyyətlə qeyd olunan şəxslərə yaxşılıq etmək istəmiş, onların çətinə düşən işlərində yardımçı olmuşdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayından tanıyır. Belə ki, həmin vaxtlarda Astara rayon polis şöbəsinin X22 bölməsinə cərimə ödəməyə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs özünü ona Bakı şəhərində regional nəzarətçi kimi təqdim edərək, ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini deyib, onun telefon nömrəsini götürmüşdür. Təxminən bir həftə sonra Şahin ona zəng edərək, özünü təqdim etmiş və sürücülük vəsiqəsi istəyib-istəmədiyini soruşmuş, Şahinə maddi imkanının olmadığını bildirmişdir. Şahin onu şirnikləndirmək üçün sürücülük vəsiqəsini cəmi 600 manata düzəldəcəyini bildirmişdir. Şahin ona bildirmişdir ki, həmin pulun 100 manatı rüsuma gedəcək, 500 manatı isə onun özünə çatacaqdır. Bir qədər fikirləşdikdən sonra Şahinin təklifi ilə razılaşmışdır. Bundan sonra 20 yanvar 2022-ci il tarixdə Astara rayonu Ağ körpü adlanan kafedə Şahinlə görüşüb ona 600 manat pul vermişdir. Şahin pulu ondan aldıqdan sonra xəstəxanadan arayış almaq lazım olduğunu və bir aya ona sürücülük vəsiqəsi alacağını bildirmişdir. Sonra Astara rayon Mərkəzi xəstəxanadan sağlamlıq haqqında arayış aldıqdan sonra həmin arayışı gətirib Şahinə vermişdir. Bir ay müddətində Şahindən sürücülük vəsiqəsini istədikdə, hazır olduğunu, nə vaxt istəsə, verə biləcəyini demişdir. Şahinə sürücülük vəsiqəsiz avtomobil idarə etmək istəmədiyini demiş, Şahin isə ona Bakıdan Astaraya qədər bu işlərə özünün baxdığını, sürücülük vəsiqəsiz nə qədər istəyirsə maşın sürməsini demişdir. Şahinin qüdrətli bir insan olmasını düşünüb onunla tanış olmasına sevinmişdir. Bundan sonra Şahin ona demişdir ki, əgər istəyirsə, ona sosial yardım da düzəldə bilər. Şahinə maddi vəziyyətinin yaxşı olmadığını deyərək, ona sosial yardım düzəldəcəyini xahiş etmişdir. Şahin də sosial yardım düzəldilməsi üçün 3200 manat pul lazım olduğunu demiş, o da Şahinin dediyi pula razı olmuşdur. Həmin sosial yardımı isə həyat yoldaşı Əzizova Gülnaz Muxtar qızının təzyiq xəstəliyinə görə alacağını demişdir. Şahin ona icra nümayəndəliyindən həyat yoldaşı Gülnaz üçün arayış almağını tapşırmışdır. Həmin arayışı aldıqdan sonra 2022-ci ilin fevral ayının sonlarından mart ayının sonlarına qədər hissə-hissə olmaqla Astara rayonu Kijəbə qəsəbəsində, ümumlikdə 3200 manat pulu Şahinlə görüşüb Şahinə vermişdir. 2022-ci ilin may ayında Şahin ona demişdir ki, əgər istəyirsə, onun üçün yaxşı vəziyyətdə olan “Niva” markalı avtomobil gətirsin, öz avtomobilini satıb pulunu verər. O da Şahinin təklifi ilə razılaşmışdır. Bundan sonra Şahin ondan avtomobilin sənədləşdirmə işləri üçün pul istəmiş, Şahinə ümumilikdə 4800 manat pul vermişdir. Həmin pulları Şahinə 2022-ci ilin may ayında hissə-hissə olmaqla vermişdir. Şahin həmin pulun 4400 manatı maşının gətirilməsinə görə, 400 manatı isə maşının texniki baxışına görə ondan almışdır. Şahin onu müxtəlif vasitələrlə aldadaraq, ondan ümumilikdə 8600 manat pulu dələduzluqla ələ keçirmişdir. Bundan başqa Şahinə tanışı Zərərçəkmiş şəxs2 üçün sürücülük vəsiqəsi düzəltməsi üçün ümumilikdə 1040 manat pul vermişdir. Belə ki, 2022-ci ilin mart ayında Elşən ona sürücülük vəsiqəsi almaq istədiyini, lakin imtahandan keçə bilmədiyini demişdir. Elşənə Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin bütün işləri düzəldə biləcəyini, ona görə də ona da sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. Buna görə də bu barədə Şahinlə danışmış, Şahin düzəldə biləcəyini, buna görə 1040 manat pul lazım olduğunu demişdir. Həmin pulun 100 manatını əvvəlcə, qalan 940 manatını isə sonra verəcəyini demişdir. Bu barədə Elşənə bildirmiş, elşən də razılaşmış və ona 2022-ci ilin mart ayının ortalarında Astara rayonu Ağ Körpü deyilən yerdə 100 manat pul vermişdir ki, Şahinə versin. O da həmin pulu Elşəndən aldıqdan sonra həmin yerdə Şahinlə görüşüb ona vermişdir. Təxminən bir ay sonra Şahin qalan 940 manatı da istədikdə, bunu Elşənə demişdir. Elşən də 2022-ci ilin aprel ayının ortalarında Ağ Körpü adlanan yerdə ona 940 manat vermiş, həmin pulu Ağ Körpü adlanan yerdə Şahinlə görüşüb ona vermişdir. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq onu aldatmış və ayrı-ayrı vaxtlarda onun pullarını dələduzluq yolu ilə talamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ümumilikdə 8600 manat puldan bir manat da qaytarmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu həmkəndlisi Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, özünə sürücülük vəsiqəsi almaq istəmiş, lakin imtahanı verib keçə bilmədiyi üçün bir nəfər axtarmışdır ki, ona sürücülük vəsiqəsi almaqda köməklik etsin. Buna görə də tanış adam axtrmış və bu barədə həmkəndlisi Zəfərə demişdir. Zəfər də ona bir tanışının olduğunu və bu işi düzəldə biləcəyini demişdir. Sonra Zəfər həmin şəxslə danışmış, sonra 1040 manata ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini demiş, o da razılaşmışdır. Zəfərin deməsinə görə əvvəlcə Şahinə 100 manat verməli, qalan 940 manatı isə sürücülük vəsiqəsi düzələndə verməlidir. Bundan sonra 20 mart 2022-ci il tarixdə Astara rayonu Ağ körpü adlanan yerdə Zəfərə 100 manat pul vermişdir. Təxminən bir ay sonra Zəfər ona zəng edərək 940 manat pulu da hazırlamağını demiş, o da 25 aprel 2022-ci il tarixdə Ağ körpüdə Zəfərlə görüşüb ona 940 manatı vermişdir. Zəfər də deməsinə görə həmin pulu ondan alıb ona sürücülük vəsiqəsi düzəldən şəxsə vermişdir. Həmin gündən bir ay müddət keçsə də, sürücülük vəsiqəsinin ona verilməldiyini görüb, bu barədə Zəfərdən təkidlə tələb etməyə başlamışdır. 12 may 2022-ci il tarixdə Zəfər ona demişdir ki, ona sürücülük vəsiqəsi düzəldən şəxs özü ona zəng edəcəkdir. Bir neçə dəqiqə sonra tanımadığı şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edərək olduğu yerdə gözləməyini, “Lexus” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı atvomobillə gəlib onu götürüb Lənkərana gedəcəklərini demişdir. O da həmin şəzslə razılaşmışdır. Təxminən 5 dəqiqə sonra əvvəllər tanımadığı bir nəfər şəxs dediyi avtomobillə gəlib yanında saxlamışdır. Həmin vaxt avtomobildə kimsə olmamışdır. Avtomobilə oturduqdan sonra adının Şahin olduğunu və Lənkəran şəhərinə sürücülük vəsiqəsi verilən yerə gedib sürücülük vəsiqəsini götürüb ona verəcəyini demişdir. Onlar birlikdə Şahinin avtomobili ilə Lənkəran şəhərində yerləşən BDYPİ-nin Lənkəran regional Qeydiyyat, İmtahan və Texniki baxış Şöbəsinə getmişlər. Şahin avtomobildən düşüb getmiş, sonra qayıdaraq ona demişdir ki, 29 may 2022-ci il tarixdə ona sürücülük vəsiqəsi veriləcəkdir. Bundan sonra onlar oradan Astara rayonuna qayıtmışlar. Yolda gələrkən Şahinə artıq etibar etdiyi üçün ondan dayısı oğlu Qəhrəmanın avtomobilinin texniki baxışdan keçirilib ona təzə nömrə alınmasında köməklik etməsini istəmişdir. Şahin də köməklik edə biləcəyini deyib 400 manat pul lazım olduğunu demişdir. Həmin vaxt dayısı oğlu Qəhrəmana zəng edib onun maşının texniki baxışının sənədləşməsi üçün 400 manat pul lazım olduğunu demiş, Qəhrəman da onunla razılaşmışdır. Bundan sonra Şahin onu Kijəbə qəsəbəsində düşürüb getmişdir. Təxminən üç gün sonra, yəni 15 may 2022-ci il tarixdə səhər saatlarında dayısı oğlu Qəhrəmanla kənddə görüşmüşdür. Qəhrəman ona Şahinə verməyi üçün 400 manat pul, avtomobilə məxsus qeydiyyat şəhadətnaməsi və etibarnaməni vermişdir. O da onları Qəhrəmandan aldıqdan sonra həmin gün günorta saatlarında Astara rayon Kijəbə qəsəbəsində “Kral market”in qarşısında 400 manat pulu və sənədləri Şahinə vermişdir. Həmin vaxt Şahin ona demişdir ki, 4 gündən sonra sənədlər hazır olacaqdır. Dörd gündən sonra Şahin ona zəng edərək, Qəhrəmanın məsələsinin düzəlməsi üçün əlavə 315 manat pul lazım olduğunu demişdir. O da bu barədə maşının sahibi, yəni dayısı oğlu Qəhrəmanla danışmasını demişdir. Ertəsi gün, yəni 20 may 2022-ci il tarixdə Qəhrəman ona zəng edərək Şahinə verməsi üçün ona pul verəcəyini demişdir. Daha sonra həmin gün Qəhrəmanla görüşüb ondan 315 manat pul almışdır. Qəhrəman ona demişdir ki, pulu aparıb Kijəbə qəsəbəsindəki “Kral market”ə qoysun, Şahin oradan götürəcəkdir. Həmin pulu isə Astara rayonu Kijəbə qəsəbəsində yerləşən “Kral market”də hazırda xatırlamadığı kassirə vermiş və orada kağıza yazıb qeyd etmişdir ki, “Qəhrəman verdi”. 29 may 2022-ci il tarixdə Şahinə zəng edərək sürücülük vəsiqəsinin hazır olub-olmadığını soruşmuş, Şahin isə müxtəlif vaxtlara ertələyərək sürücülük vəsiqəsinin veriləcəyini desə də, bu vaxta qədər ona sürücülük vəsiqəsi və ya ona verilən 1040 manat pulunu qaytarmamışdır. Şahinin onu və dayısı oğlu Qəhrəmanı aldatdığını bildikdən sonra Qəhrəmandan aldığı ümumilikdə 715 manat pulu ona qaytarmışdır ki, özü sonra Şahindən alar. Lakin, Şahin bu vaxta qədər ona verdiyi ümumilikdə 1755 manat pulunu qaytarmamışdır. Şahin ona sürücülük vəsiqəsi düzəltmək adı ilə 1040 manat pulumu ələ keçirmişdir. Lakin o, həmin pulu birbaşa Şahinə verməmişdir. Həmin məbləğdə pulu Şahinə həmkəndlisi Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 həmin pulun 100 manatını 20 mart 2022-ci il tarixdə, 940 manatını isə 25 aprel 2022-ci il tarixdə vermişdir. X19 rayonu Ağ körpüdə yerləşən kafedə versə də, Zəfərin ona pulları harada verdiyini bilməmişdir. Sonradan isə Təqsirləndirilən şəxs özü onunla telefonda danışaraq tez bir zamanda ona sürücülük vəsiqəsi düzəldəcəyini demişdir. Bundan başqa Şahinə dayısı oğlu Qəhrəmanın avtomobilinin texniki baxışdan keçirməsi üçün ümumilikdə 715 manat pul vermişdir. Həmin pulu Qəhrəman göndərsə də, sonradan həmin pulu Qəhrəmana qaytarmış, lakin Şahindən ala bilməmişdir. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq onu aldatmış və ayrı-ayrı vaxtlarda onun pullarını dələduzluq yolu ilə talamışdır. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ümumilikdə 1755 manat puldan bir manat da qaytarmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı küçədə gəlib onunla görüşərək, güya Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbənin əməkdaşlarının onu axtardıqlarını və tutacaqlarını demişdir. O isə heç bir qanunsuz işlə məşğul olmadığını, o cümlədən narkotik vasitə istifadə etmədiyini və satmadığını demiş və onu ora aparmağını istəmişdir. Şahin isə ona köməklik etməsi üçün ona 3000-4000 manat pul verməli olduğunu demişdir. Şahinə o qədər pulunun olmadığını bildirmişdir. Şahin isə heç olmasa 1000 manat pul verməyini istəmiş, o da razılaşmışdır. Həmin 1000 manat pulu Şahinə verdikdən sonra onlar birlikdə regionalın əməkdaşı ilə görüşməliymişlər. Bundan sonra pulu düzəltdikdən sonra Şahinlə birlikdə Lənkəran şəhərində yol kənarında yerləşən “Pullu-pulsuz” çayxanasında həmin işçi ilə görüşmək üçün getmişlər. Həmin çayxananın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi “Lexus” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən düşərkən 1000 manat pulu həmin şəxsə çatdırmaq üçün Şahinə vermişdir. Sonra Şahinlə birlikdə çayxanada oturduqdan sonra Narkotiklərlə Mübarizə İdarəsinin X14 Şöbənin Ramil adlı işçisi gəlib onların masasında oturmuşdur. Həmin vaxt Ramil ondan nəyə görə onun adını çəkdiklərini soruşmuş, Ramilə narkotik vasitələrdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını demişdir. Həmin vaxt özünə enerji içkisi almaq üçün masadan durub mağazaya getmişdir. Mağazadan qayıdanda Şahinlə Ramilin də masadan durub ayrıldıqlarını görmüşdür. Həmin vaxt Şahin ona 1000 manat pula razılaşmadıqlarını, əlavə 500 manat da verməli olduğunu demişdir. O da pulu olmadığını dedikdə, Şahin özü onun yerinə qoyacağını, lakin üç günə pulu ona verməyini demiş, o da razılaşmışdır. Təxminən üç gün sonra 300 manat, daha 2-3 gün sonra isə 200 manat pul düzəldib yaşadığı küçədə Şahinə vermişdir. Həmin vaxt yanlarında kimsə olmamışdır. Borclarını ödəmək üçün pula ehtiyacı olduğundan arvadına məxsus 4,5 qram çəkidə olan, 583 əyarlı, dəyəri təxminən 300-400 manat olan qızıl üzüyü satmaq üçün Şahinə vermişdir. Şahinə üzüyü verərkən ondan xahiş etmişdir ki, üzüyü satdıqdan sonra özünə 50 manat götürüb, qalan pulu ona versin. Şahin əvvəlcə razılaşsa da, üzüyü ondan aldıqdan sonra onu aldadaraq nə üzüyü, nə də üzüyün pullarını ona verməmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 1500 manat pulunu və 300-400 manat dəyərində qızıl üzüyü dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq onu aldatmış və ayrı-ayrı vaxtlarda onun pullarını dələduzluq yolu ilə talamışdır. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ümumilikdə 1500 manat puldan bir manat da qaytarmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1 bir-neçə dəfə onun barəsində danışaraq, Təqsirləndirilən şəxs adlı tanışının hər yerdə dost-tanışı olduğunu, sözü keçən adam olduğunu demişdir. Zəfərə demişdir ki, onu Təqsirləndirilən şəxslə tanış eləsin. 2022-ci ilin may ayında Ağ körpü tərəfdə Zəfərlə Şahin birlikdə olarkən o da onların yanına gedib onunla görüşmüşdür. Həmin vaxt Şahin ondan polisdə və ya digər orqanlarda nəsə probleminin olub-olmadığını soruşmuş, əgər varsa, köməklik edə biləcəyini demişdir. Şahinə polisdə heç bir probleminin olmadığını demişdir. Bundan sonra Şahinə demişdir ki, xəstə oğlu üçün növbəti əlillik almaq istəyir. Şahin ondan nə məsələ olduğunu soruşduqda, Şahinə oğlunun əlil olduğunu, lakin hər beş ildən bir ona növbəti əlillik dərəcəsi almalı olduğunu demişdir. Şahin də ona bacanağının Səhiyyə Nazirliyində işlədiyini, epikrizi ona verməsini, o da oğlu üçün ömürlük əlillik dərəcəsi alacağını, bunun üçün isə 1400 manat pul verməli olduğunu demişdir. Şahinin təklifi ilə razılaşmışdır. Sonra oğlu İlkin Həkimov üçün Respublika Kliniki xəstəxanadan aldığı epikrizi və 500 manat pulu götürüb Astara rayonu Kijəbə qəsəbəsində görüşüb Şahinə vermişdir. Təxminən bir həftə sonra “Kapital Bank”dan 1900 manat kredit götürüb 500 manatı Kijəbə qəsəbəsində Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2022-ci ilin iyul aının ortalarında Şahinə zəng edərək oğlunun əlillik məsələsini nə zaman həll edəcəyini soruşmuş, Şahin də ona işin hazır olduğunu deyərək “Kapital Bank”a gəlməyini demişdir. Oğlu İlkinlə birlikdə “Kapital Bank”a gəlmişdir. Bundan sonra Şahin onun oğlu İlkinlə birlikdə “Kapital Bank”ın içərisinə girib onun üçün kart alıb gəlmişdir. Şahin kartı ona verdikdən sonra Şahinə qalan 400 manatı vermişdir. Həmin vaxt Şahin ona demişdir ki, ayın 25-dən sonra karta müavinət vurulacaqdır. Lakin, dediyi vaxtda bir neçə dəfə kartı bankomatda yoxlasa da, pul vurulmadığını bilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə gedib oğlu İlkin Həkimovun adını orada yoxlatsa da, oğlunun adının qeydiyyata alınmadığını öyrənmişdir. Bu barədə Təqsirləndirilən şəxs desə də, Şahin müxtəlif bəhanələr uydurmağa başlamışdır. Bundan sonra başa düşmüşdür ki, Şahin dələduzluq yolu ilə onun pulunu almışdır. Təqsirləndirilən şəxs onun etibarını qazanaraq onu aldatmış və ayrı-ayrı vaxtlarda onun pullarını dələduzluq yolu ilə talamışdır. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ümumilikdə 1400 manat puldan bir manat da qaytarmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadələri tədqiq edilmiş iş üzrə şahidlər X9 və X1 da ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Astara rayonu Nuyəbud kəndində ailəsi ilə birlikdə yaşayır. Nevroloji xəstəlikdən əziyyət çəkir, İİ qrup əlildir və buna görə hər ay pensiya almışdır. Lakin, 2021ci ilin mart ayında onun əlilliyi ləğv olunmuşdur. Bundan sonra atası Ərəstünla birlikdə Bakı şəhərində yerləşən Respublika Klinik xəstəxanasında müayinə olunmağa getmişdir. Orada tibbi komissiyadan keçdikdən sonra ona epikriz verilmişdir. 2022-ci ilin yay aylarında atası ona demişdir ki, bir nəfər tanışı var, adı Şahindir, Astara şəhər sakinidir, ona yenidən əlillik düzəldəcəkdir, buna görə atası həmin şəxsə 1000 manat pul vermişdir. 2022-ci ilin iyul ayında atası ilə birlikdə «Kapital Bank»ın Astara rayon filialına getmişlər. Həmin vaxt Şahin də ora gəlmişdir. Şahinlə birikdə bankın içərisinə daxil olduqdan sonra Şahin tanımadığı bir nəfərdən kart alıb ona vermişdir. Onlar bankdan çıxdıqdan sonra küçədə atası Şahinə daha 400 manat pul vermişdir. Həmin vaxt Şahin işinin artıq bitdiyini demişdir. Atası isə ona demişdir ki, pensiya alana kimi işləri hələ bitməmişdir. Şahin də atasına demişdir ki, narahat olmasın pensiya alacaqdır. Təxminən bir ay sonra atası Şahindən pensiya məsələsinin nə yerdə olduğunu soruşmuş, Şahin də hər dəfə düzəldəcəyini demişdir. Lakin, Şahin verdiyi sözə əməl etməyərək ona pensiya düzəldəcəyinə köməklik etmək adı ilə atası Ərəstünü aldadıb onun 1400 manat pulunu ələ keçirmişdir. İbtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Özünə məxsus «Qaz-66» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini texniki baxışdan keçirmək və ona təzə dövlət qeydiyyat nömrə nişanı almaq istəmişdir. Bu barədə 2022-ci ilin may ayında qohumu Elşənə demişdir. Elşən də bu işdə köməklik edən tanışının olduğunu, ona bu barədə deyəcəyini ona bildirmişdir. Bir neçə gün sonra Elşən ona demişdir ki, həmin tanışı ilə onun məsələsini danışmış, o da köməklik edə biləcəyini demiş və buna görə 400 manat pul istəmişdir. Elşənlə razılaşmış və bir-neçə gün sonra Elşənlə kənddə görüşüb ona 400 manat pul və maşına aid sənədləri, yəni «Qaz-66» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və etibarnaməni vermişdir. Elşən də pulu və sənədləri ondan alaraq onları sonradan adının Şahin olduğunu bildiyi tanışına verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Elşən ona zəng edib demişdir ki, Şahin onun işini həll etmək üçün əlavə 315 manat pul istəmiş və buna görə Şahin özü ona zəng edib danışacaqdır. Təxminən 10-15 dəqiqə sonra hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona bir nəfər zəng edərək adının Şahin olduğunu və onun işini, yəni ona məxsus «Qaz-66» markalı avtomobilini texniki baxışdan keçirmək və ona təzə dövlət qeydiyyat nömrə nişanı almaq üçün əlavə 315 manat pul lazım olduğunu demişdir. Şahindən işini nə vaxt həll edəcəyini soruşduqda, Şahin də demişdir ki, narahat olmasın, tez bir zamanda həll edəcəkdir. Şahin də həmin pulu Elşənə verməyini, özü Elşəndən götürəcəyini demişdir. Ertəsi gün o, Elşənlə kənddə görüşüb ona 315 manat pul vermişdir ki, Şahinə çatdırsın. Təxminən 2-3 ay keçdikdən sonra Elşəndən işinin nəyə görə həll olunmadığını soruşmuşdur. Elşən də həmin Şahinlə əlaqə saxlayarkən, Şahin hər dəfə onları aldadaraq vaxtı uzadırmış. Bundan sonra o, pulunu Elşəndən tələb etməyə başlamışdır. Elşən də ondan alıb Şahinə verdiyi 715 manat pulu onun özünə qaytarmşdır. Bildiyinə görə Şahin Elşəni ona sürücülük vəsiqəsi alacağı adı ilə aldadaraq 1040 manat pulunu ələ keçirmiş, hələ də Şahin Elşənə nə 1040 manatı, nə də ki, ona görə verdiyi 715 manat pulu qaytarmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də, sübut növü kimi qəbul edir:
1. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 29 oktyabr 2022-ci il tarixli qərardan və “könüllü təqdim etmə və götürmə haqqında” həin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdən götürülərək istintaqa təqdim edilən sənədlərə baxış keçirərkən həmin sənədlərin “Qaz-66” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AA №373196 seriyalı 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, 01 ədəd ƏN-İV № 886655 seriyalı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə, X13 məxsus şəxsiyyət vəsiqəsinin ksero surəti və həmin şəxsə aid tibbi sənədlərin əsli, Zərərçəkmiş şəxs1 Gülağa oğluna məxsus 01 (bir) ədəd hərbi bilet, Əzizova Gülnaz Muxtar qızına məxsus 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi olması müəyyən edilmişdir.
2. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 Astara rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi İlkin Bağırzadədən özünə məxsus 01 (bir) ədəd hərbi bileti və Əzizova Gülnaz Muxtar qızına məxsus 01 (bir) ədəd şəxsiyyət vəsiqəsini təhvil götürmüşdür.
3. İş materiallarında olan zərərçəkmiş şəxs X8 tərəfindən imzalanmış qəbzin məzmunundan görünür ki, X18 rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X7 Həkimova məxsus tibbi sənədləri təhvil götürmüşdür.
4. İş materiallarında olan X3 tərəfindən imzalanmış qəbzin məzmunundan görünür ki, X12 rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi İlkin Bağırzadədən özünə məxsus “Qaz-66” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsini təhvil götürmüşdür.
5. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus, dəyəri 500 manatdan az olan bir ədəd qızıl üzüyün ələ keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərar qəbul olunmuş və Astara rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Baş Narkotiklərə Mübarizə İdarəsinin X14 şöbəsinin polis nəfəri X11 əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün cinayət işinin materiallarından onun barəsində materiallar ayrılaraq Astara rayon prokurorluğuna göndərilmişdir.
6. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Astara rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş 20 yanvar 2023-cü il tarixli Qərardan görünür ki, Baş Narkotiklərə Mübarizə İdarəsinin X14 şöbəsinin polis nəfəri X11 əməlində dələduzluq cinayətinin tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Həmin Qərarın 36-cı bəndində göstərilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, zərərçəkmiş şəxslərin əmlaklarını, yəni pullarını ələ keçirmək niyyəti ilə onlara bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, onları işlərini düzəldəcəyi adı altında inandırmış, zərərçəkmiş şəxslərdən vahid qəsdlə əhatə olunmayan, müxtəlif vaxtlarda həmin pulları almışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən aldığı pulların müqabilində guya görəcəyi işlərlə bağlı zərərçəkmiş şəxslərə məxsus sənədləri götürərək, iş görmək görüntüsü yaratmış, hətta aldığı pullara görə iş gördüyünü göstərmək üçün zərərçəkmiş şəxsləri müvafiq qurumların qarşısına aparıb gözlətmiş, bununla da zərərçəkmiş şəxslərin tam olaraq etibarını qazanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmişlərdən Zərərçəkmiş şəxs1 faizə pul götürməsi, zərərçəkmiş şəxsləri aldatmaması kimi dəlillərini cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakterli çıxışlar kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Astara şəhər üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli tələbnamədən, hökm və qərarların surətlərindən, Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, İC 257334/03 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 1(088)-90/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya Astara Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası ilə hökmlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 08 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 7(007)-381/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməklə, ona təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) ilə azaldılmış, həmin cəzanı Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3500 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin başa çatması ilə əlaqədar həmin cəzanı çəkib qurtarmışdır. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 7(018)-47/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzasının ödənilməmiş qalan 2545.6 manat hissəsi 400 (dörd yüz) saat ictimai işlər cəzası ilə əvəz olunmuşdur. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 7(018)-47/2021 saylı qərarından görünür ki, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.9-cu bəndinin tətbiqinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş 400 (dörd yüz) saat ictimai işlər cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyinin bu normasına əsasən Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkib qurdardığı gündən 02 (iki) il keçmədiyi (09 mart 2021-ci il tarixdə cəzanı çəkib qurtarmışdır) üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM, mad. 18.1). Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini də nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətin residivi zamanı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddəsində göstərilən yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli, 4(018)-92/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görədə məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 21 oktyabr 2022-ci il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə eyni zamanda iş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs4 onlara vurulmuş əməl nəticəsində dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırması hüquqlarının olmasını izah etməyi zəruri və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.
2. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin.
3. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın.
4. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin.
5. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
6. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov