Məhkəmə qərarları › İş №1(018)-23/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-23/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-23/2024 20.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Astara rayonunda anadan olmuş, AR vətəndaşı, orta təhsilli, 1-ci qrup əlil, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 05 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Astara rayonu, Siyakü kəndində yerləşən “Qismət” şadlıq evində keçirilən toy şənliyi zamanı qohumu Astara rayonu Asxanakaran kənd sakini Zərərçəkmiş şəxs onun oğlu Şahid1 həmin vaxt ifa olunan musiqini dayandırması ilə bağlı irad bildirib, stulda oturmamasını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, bu zaman insanlar arasında bərqərar olmuş birgəyaşayış normalarına müstəsna hörmətsizlik nümayiş etdirərək, üstünlüyünü göstərmək məqsədilə bir neçə dəfə sonuncunun boyun və kürək nahiyəsindən yumruqla zərbələr vurub, boyun, sol kürək nahiyyələrində qançırlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 1-ci Qarabağ müharibəsi veteranı olmaqla, 1-ci qrup əlildir. Zərərçəkmiş şəxs ilə aralarında qohumluq münasibəti olsa da, hər hansı bir ədavət və düşmənçilik yoxdur. 05 iyul 2023-cü il tarixdə saat 18 radələrində Astara rayonda yerləşən “Qismət” şadlıq sarayında qardaşı oğlu İbrətin toyu olmuşdur. O, həmin toy məclisində ailəsi ilə birlikdə iştirak etmişdir. Toyu onun böyük oğlu Ülfət idarə etmişdir. Qohumu Zərərçəkmiş şəxs da həmin toyda iştirak etmişdir. Toyun gedişatı zamanı saat 22 radələrində Zərərçəkmiş şəxs da təbrik üçün söz verilmişdir. Elburus 2-3 oyun havası oynadıqdan sonra yenidən oynamaq istədikdə oynamaq üstündə narazılıq yaranmışdır. Bu zaman oğlu Ülfət ona stul verib oturmağını təklif edərək yenə oynamaq üçün şərait yaradılacağını demişdir. Zərərçəkmiş şəxs isə stulu itələmişdir. Həmin vaxt o, Elburusun hərəktinə əsəbiləşdiyi üçün gəlib onun yaxasından tutub Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən sənin oğluna qarşı bu hərəkəti etsəm, sənin xoşuna gələrdi?”. Həmin vaxt Zərərçəkmiş şəxs ona bldirmişdir ki, “dayısan ayıb olsun sənə”. O da nəyə görə ona belə söz dediyini soruşanda Elburus onu çay içməyə dəvət etmişdir. O da Elburusun sözünə əsəbiləşdiyi üçün bildirmişdir ki, «toy bitsin gedib danışarıq sən mənə ayıb olsun sözünü izah edərsən». O həmin vaxt Zərərçəkmiş şəxs qarşı əsəbi olduğuna görə ona bir neçə yumruq zərbəsi vurmuşdur. Bu zaman oğlu Toğrul və Ülfət onları ayırmışlar. Hal-hazırda əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs onunla barışmaqla, ondan heç bir şikayəti və tələbi də yoxdur. 1-ci Qarabağ müharibəsi veteranı olmaqla, 1-ci qrup əlildir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Asxanakəran kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qohumudur. Əvvəllər aralarında qərəzli münasibətlər olmamışdır. 05 iyul 2023-cü il tarixdə saat 22 radələrində Astara rayonunda yerləşən “Qismət” şadlıq sarayında Elşən Ağayevin oğlunun toy məclisində qonaq qisimində iştirak etmişdir. Toyda ona söz verildikdə bəy və gəlini təbrik edib oynaya bilmədiyi üçün oturmağa getmiş, onun dəvəti ilə oynayanlar isə oynamağa davam etmişlər. Ancaq toyu idarə edən Təqsirləndirilən şəxs oğlu musuqini kəsmişdir. O, Təqsirləndirilən şəxs yanından keçəndə oğlu musiqini dayandırdığı üçün o, iradını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs onu arxadan özünə çəkərək boğazından tutub sıxmış və onun bədəninin müxtəlif nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Toyda olanlar onları ayırmışlar. Hadisə Astara rayonu Siyaku kəndində yerləşən “Qismət” şadlıq sarayında baş vermiş, təxminən 5 dəqiqə davam etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib bağışlanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Əvəllər arallarında qərəzli münasibət olmamışdr. Təqsirləndirilən şəxs onun doğma atasıdır, onunla hər hansı bir ədavəti yoxdur. 05 iyul 2023cü il tarixdə saat 18 radələrində “Qismət” şadlıq sarayında əmisi oğlu İbrətin toy məclis olmuşdur. Toya onlar da ailəlikcə dəvət olunmuşlar. Toyu isə qardaşı Şahid1 idarə etmişdir. Toy məclisinin gedişatında təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs təbrik üçün söz verilmişdir. Zərərçəkmiş şəxs bəy gəlini təbrik edəndən sonra bir qədər oynamışdır. Bir qədər sonra Elburus təkrardan yenə oynamaq istəmiş və onun üçün oyun havası ifa olunduqda oynamışdır. O, oynayıb getdikdən sonra üçüncü oyun havasını verəndə qardaşı Şahid1 musiqini dayandırmışdır. Zərərçəkmiş şəxs qardaşı Ülfətə iradını bildirərək «sən kimsən ki, mənim oyun havamı dayandırırsan» sözlərini demişdir. Ülfət Elburusa stul çəkib ona oturmağı təklif etmiş, oynamaq üçün yenə oyun havası verəcəyini demişdir. Elburus isə stulu itələdikdə atası Elburusa bildirmişdir ki, “sənin oğlun mənə bu hərəkəti etsə mən sevinərəm sən bu nə hərəkətdir edirsən”. Həmin vaxt atası Midhədlə Elburus bir-biri ilə tutaşmışdır. X3 əlbəyaxa olarkən o, Ülfətlə onları ayırmışdır. Həmin vaxt atası çəkilib kənarda stulda oturmuşdur, Elburus isə çıxıb getmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materialına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 219 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində – boyun, sol kürək nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 21 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə əlavə olunmuş ünvan 2in arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Cinayət işinə əlavə olunmuş ünvan 2in xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə olunmuş 061119 saylı vəsiqədən məlum olur ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranı olmaqla, 1-ci qrup əlildir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, 1-ci Qarabağ müharibəsi veteranı olmaqla, 1-ci qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar