Məhkəmə qərarları › İş №1(018)-23/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-23/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-23/2025 23.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 15,145 qram çəkidə naroktik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanının qarşısında 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 8,546 qram narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid5 40 manata satmış, 03 sentyabr 2024-cü il tarixdə saat 22:03 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara rayonu Rüdəkəran kəndində “avtoyuma” məntəqəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,599 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonunda olarkən bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana alıb istifadə etmişdir. 03 sentyabr 2024-cü il tarixdə üzərində bir kibrit qutusu qurudulmuş marixuana olmuşdur. Həmin narkotik vasitəni istifadə edəcəyini düşünmüş və cibində saxlamışdır. Axşam radələrində dostu Cavidlə başqa bir dostlarının doğum gününə getmək məqsədilə Astara rayonu, Rüdəkənar kəndi ərazisindəki avtoyuma məntəqəsinin yanında görüşmüşlər. 03 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində polis əməkdaşları avtomobillə anidən yanlarında dayanmış, qaçmaq istəsələr də onları tutmuşlar. Ona üzərində qanunsuz əşya, predmet olduğu təqdirdə təqdim etməyi bildirilmişdir. Gizlətməyinin heç bir xeyri olmayacağını bilib əynində olan qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Astara polis şöbəsinə gətirmiş və onun iştirakıyla üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş kütləni şəxsi istifadə məqsədi ilə daşıyıb saxlamışdır. Məhkəmə iclasında sualları cavablandırarkən təqsirləndirilən Təqsirləndirilən şəxs dostu Cavidə narkotik vasitə satmadığını, sadəcə onunla birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etdiklərini bildirmiş, lakin narkotik vasitə üçün kartına göndərilən 40 manat pulun hesabına oturmasını təsdiq etsədə, həmin köçürmənin səbəbini açıqlaya bilməmişdir. Daha sonra son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bundan sonra narkotik vasitələrdən uzaq olacağını qeyd edərək ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin İstintaq Bölməsindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat tapşırığında qeyd olunan məlumatların yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 və Astara RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid4 birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Əliyev X1 RPŞ-nə gətirilmiş və orada müstəntiq tərəfindən üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı qablaşdırılmış kütlə açılaraq bir daha Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu həmin kütlənin özünə məxsus olduğunu təsdiq etməklə yerdən tapdığını, heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Daha sonra 1 ədəd kibrit qutusunda olan kütlə yenidən qablaşdırılmışdır. Bundan sonra baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin İstintaq Bölməsindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat tapşırığında qeyd olunan məlumatların yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 və Astara RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid4 birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmış, daha sonra Əliyev X1 RPŞ-nə gətirilmiş və orada müstəntiq tərəfindən üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı qablaşdırılmış kütlə açılaraq bir daha Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu həmin kütlənin özünə məxsus olduğunu təsdiq etməklə yerdən tapdığını, heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Daha sonra 1 ədəd kibrit qutusunda olan kütlə yenidən qablaşdırılmışdır. Bundan sonra baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Astara RPŞ-nin PPXB-nin tağım komandiri, polis baş leytenantı Şahid4, Şahid1 , Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs idman ilə məşğul olarkən tanış olmuşdur.Bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni dostu Astara şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə qəbul etmişdir. Digər dostu Mircalal Süleymanlı bir neçə dəfə ondan qurudulmuş marixuana istəmişdir. Təqsirləndirilən şəxs marixuana lazım olduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə Məmmədşah İlham oğluna özü üçün narkotik vasitə istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs pulu onun kartına göndərilməsini istəmişdir. Mircalal 40 manat məbləğində pulu Təqsirləndirilən şəxs özünəməxsus bank kartına göndərmişdir. Lakin Mircalal həmin pulu kimə göndərdiyini və kartın kimə məxsus olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs elə bilmişdir ki, pulu o göndərmişdir. Əvvələr Təqsirləndirilən şəxs kartına heç vaxt pul göndərməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı evin küçəsində ona bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı ona vermişdir. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni alıb oradan getmişdir. Bulvarda gəzərkən kibritdəki marixuananın bir qədərini şəffaf sellofana Mircalal üçün bükmüş, digər hissəni isə öz istifadəsi üçün kibrit qutusunda üzərində saxlamışdır. Həmin gün gecə saat 23 radələrində mariuxananı aparıb Mircalala vermişdir. Lakin həmin vaxt marixuanadan özü üçün götürdüyünü Mircalala bildirməmişdir. İş materialİarında olan digər sübutlar : İş materiallarında olan (iş vərəqi 139-141) xx.xx.2024-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:03-də Əliyev X1 rayonu,Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında bir nəfər şəxslə olan zaman saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya,narkotik vasitə,psixotrop maddı olub-olmaması soruşulduqda o,əynində olan qara rəngli şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunda narkotik qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə olmasını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarən sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni çıxardıb təqdim etmişdir.ƏQ-nün üzvü Şahid2 suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin vasitənin narkotik vasitə olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə tərəziyə qoyularaq çəkilmişdir. Çəkisinin 9.6 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə marixuana istifadıçisidir və üzərində olan narkotik vasitəni,Astara rayonu ərazisində tapmışdır. Lakin ondan istifadə etməmişdir.Digər yerdə saxladığı narkotik vasitəsi yoxdur. Heç kimə həmin narkotik vasitədən verməmişdir. Narkotik vasitənin çəkisi ilə razı olmaqla yanaşı həmin vasitə ona məxsusdur. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.Polis əməkdaşı tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış,qablaşdırılmış predmetin olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq RPŞnin 84 saylı möhürü ilə bağlanılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmet ilə polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş 22 :11-də dayandırılmışdır. İş materiallarında olan (iş vərəqi 139-141) xx.xx.2024-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, “Redmi Note 11” markalı telefon vasitəsilə aparılan videoçəkiliş ilə həyata keçirilmiş və videogorüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş ((iş vərəqi 174) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 19/641 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,599 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Tədqiqatdan sonra qalıq -6,549 qr.) İş materiallarında olan (iş vərəqi 238-239) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma qərarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6,599 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,549 qram qurudulmuş marixuana saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan (iş vərəqi 237) xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Astara RPŞ-nin inzibati binasında xidməti otağında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə aid məlumatların yaddaşa köçürüldüyü 01 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı disk Lenovo markalı kompyuterə yerləşdirilmişdir. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hallara rast gəlinməmişdir. İş materialında olan (iş vərəqi 241-250) xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 22:03dən saat 22:11-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüsünün yaddaşına köçürüldüyü 1(bir) ədəd və əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsinin görüntüsünün yaddaşına köçürüldüyü 1(bir) ədəd olmaqla ümumilikdə, 2 (iki) ədəd disk maddi sübut kimi tanınmaqla saxlanması üçün cinayət işi materiallarına əlavə olunması iş üzrə nəzərə alınmışdır. İş üzrə 04 sentyabr 2024-cü il tarixdə məhkəmə bioloji və 07 sentyabr 2024-cü il tarixdə məhkəmə-narkoloji ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır. İş materiallarına əlavə olunmuş (iş vərəqi 227-228) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın Məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, 697 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş (iş vərəqi 189) Astara rayon İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Rəsulovun xx.xx.2024-cü il tarixli 1646 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 18-19) xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(018)-134/2016 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs 177.2.1,177.2.2,177.2.3 və 85.2 maddələri ilə 600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 1(018)-136/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs 177.2.3. və 67.1 maddələri ilə 01 il 16 gün azadlıqdan məhdudlaşdırma və 520 manat cərimə cəzasına məhkum edilmişdir. Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(018)-29/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir.xx.xx.2021-ci il tarixində təyin edilmiş ictimai işlər cəzası icra edilmiş və Astara rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından silinmişdir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2-ci hissəsinin 2.5-ci bəndi və 3 hissənin 7-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü təyin edilmiş azadlıqdan məhdudlaşdırma cəzasının çəkilmiş hissəsindən azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və hesab edir ki, iş materialları və şahid ifadələri ilə 40 manat müqabilində narkotik vasitə qurudulmuş marixuananı satması faktı tamamilə sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunsuz olaraq istifadə etmək məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması özünün qismən səmimi etirafedici ifadəsi, şahidin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən hazırda məhkumluğunun olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki,təqsirləndirilən şəxsin çavanlığı əməlindən peşman olması nəzərə alınaraq ona sanksiya daxilində nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasi təyin olunmalıdır. Cəzaçəkmə müsəssisəsiniin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarında olan (iş vərəqi 142) xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş (46-50) xx.xx.2024-cü il tarixli 4(018)-59/2024 saylı Astara rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 03 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmışdır Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 03.09. 2024-cü il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,549 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən maddi sübut kimi tanınmış 02 ədəd DVD-formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə xərcinə gəldikdə isə məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş tədqiqatdan sonra qalmış 6,549 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar