Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-24/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxx 1993-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 24 noyabr 2023cü il tarixli qərarı ilə qətimkan tədbirinin müddəti 03 ay həddində uzadılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasının inzibati binasındakı məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, -0,893 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, 31 iyul 2023-cü il tarixdə, saat 18:55-də Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi “Chevrolet Cruze” markalı, “**-PZ- ***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofanda, təmiz çəkisi -0,893 qram olan psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki “Kent 4” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır və orada yaşayır. 2018-ci ildən bəri narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 31 iyul 2023-cü il tarixdə, təxminən saat 11 radələrində dəniz sahilində piyada yeriyən zaman qumsal ərazidə 1 ədəd şəffaf sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb içərisinə baxmış və bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini cibinə qoymuş, idarə etdiyi “Chevrolet Cruze” markalı, “**-PZ-***” dövlət qeydiyyat nişanlı avtomobildə psixotrop maddədən bir qədər istifadə etmiş, qalanı isə bükümün içərisində saxlamış və bükümü siqaret qutusunun içərisinə salmışdır. Həmin gün, saat 18:50-də yaşadığı kəndin küçəsində idarə etdiyi “Chevrolet Cruze” markalı, “**-PZ-***” dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb, yerə düşəndə dərhal bir neçə nəfər qaçaraq ona yaxınlaşmış, yaxınlaşanların polis olduğunu bilib, qaçmağa cəhd etmiş, nəticədə yıxılmışdır. Polislər onu saxlayıb, özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, öz razılığı ilə onu Astara rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. İlk əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, təklifdən sonra könüllü şəkildə əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Kent 4” markalı siqaret qutusunu çıxarmış, sonra isə siqaret qutusunun içərisindən 1 ədəd boru formasında hazırladığı kağızı və 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərində qoymuşdur. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış, polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 31 iyul 2023-cü il tarixdə Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Astara RPŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat ilə əlaqədar tərkbinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. O, həmin gün təxminən saat 18:30 radələrində əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs olduğu Astara rayonu Şahağacı kəndinin mərkəzinə gəlmişlər. Təqsirləndirilən şəxs avtomobili saxlayıb düşən kimi ona yaxınlaşmışlar. Lakin Təqsirləndirilən şəxs onları görən kimi qaçmaq istəmiş başlamış, və 5-10 metr qaçdıqdan sonra yerə yıxılmış, Təqsirləndirilən şəxs yıxıldığını görüb, ona yaxınlaşaraq özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, “**- PZ-***” dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə və psixotrop maddə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu deyib, əynində olan şalvarının sol yan cibindən bir ədəd siqaret qutusu çıxarmış, daha sonra siqaret qutusunu açıb içərisindən ağ rəngli bir büküm və bir ədəd kağızdan hazırlanmış narkotik vasitə istifadə etmək üçün borunu çıxarıb siqaret qutusu ilə birlikdə masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Sonra polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, X3 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 31 iyul 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 iyul 2023cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona edilmiş, daha sonra saat 20:00-dan saat 20:10-dək videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusu çıxarmış, siqaret qutusunu açıb içərisindən ağ rəngli bir büküm və bir ədəd kağızdan hazırlanmış narkotik vasitə istifadə etmək üçün borunu çıxarıb siqaret qutusu ilə birlikdə masa üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Həmin büküm götürülərək elektron tərəzidə çəkilmiş, çəkisinin 1,01 qram olması müəyyən edilmiş və bir ədəd boru ilə birlikdə ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Astara rayonun Şahağacı kəndində dəniz kənarında tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, kağızdan hazırlanmış borudan isə narkotik vasitə istifadə etmək üçün istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 01 avqust 2023-cü il tarixli, 19/764 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdə kütlə və kağızdan düzəldilmiş 01 (bir) ədəd boru...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,893 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir, 1 ədəd kağız borucuğun içərisində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini müəyyən etmək və müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Qeyd: psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,893 qram olmuş, 0,10 qram hissə tədqiqata sərf edilmiş və 0,793 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 170 (bir yüz yetmiş) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 02 avqust 2023-cü il tarixli, 778 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,893 qram olmuş, tədqiqatdan sonra 0,793 qram qalan psixotrop maddə olan metamfetamin, şəxsi axtarış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, psixotrop maddə olan metamfetamin məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞnin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 07 avqust 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 31 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamələrin surətindən görünür ki, Rzayev X4 rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını və müsbət xasiyyətnamə ilə səciyyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkisi tədqiqatdan sonra 0,793 qram qalan psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 31 iyul 2023-cü il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 170 (bir yüz yetmiş) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan cəmi təmiz çəkisi 0,793 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Videoçəkilişlərin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-24/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-24/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver