Məhkəmə qərarları › İş №1(018)-24/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-24/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-24/2025 04.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Müdafiəçilər – Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X10, Təqsirləndirilən şəxslər: X2, Təqsirləndirilən şəxs2, X13 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Əfqanıstan İslam Respublikasının Qəzney şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X2, 2003-cü ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 2002-ci ildə Əfqanıstan İslam Respublikasının Qazni şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Qazni şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X13, 21 mart 2002-ci ildə Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Herat şəhərində şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşları X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Armudlu kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 2-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra, həmin gün saat 15:17-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Züngüləş kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 16-cı sahəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Bu hərəkətləri ilə X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, şahidlərin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 il bundan əvvəl İran İslam Respublikasına getmiş, həmin müddət ərzində İran İslam Respublikasında tikinti sahəsində qaynaqçı işləmiş, 4-5 ay bundan əvvəl Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 ilə Tehran şəhərində eyni tikinti sahəsində tanış olmuş, işləmək və yaşamaq məqsədilə Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. Viza əldə edib Azərbaycan Respublikasına getmək çətin olduğundan, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına getməyi qərara almışlar. Buna görə də, Baharistan şəhərindən Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində piyada hərəkət etməklə irəliləməyə başlamışlar, İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün tikanlı məftilləri kəsdikdən sonra 21 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində tikanlı məftillərlə sarılmış çəpərin üzərindən aşaraq bir qədər irəlilədikdən sonra avtomobil yoluna çatmamış sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 il bundan əvvəl İran İslam Respublikasına getmiş, həmin müddət ərzində İran İslam Respublikasında tikinti sahəsində qaynaqçı işləmiş, 4-5 ay bundan əvvəl Təqsirləndirilən şəxs1, X3 və X16 ilə Tehran şəhərində tikinti sahəsində tanış olmuş, işləmək və yaşamaq məqsədilə Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. Viza əldə edib Azərbaycan Respublikasına getmək çətin olduğundan, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına getməyi qərara almışlar. Buna görə də, Baharistan şəhərindən Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində piyada hərəkət etməklə irəliləməyə başlamışlar, İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün tikanlı məftilləri kəsdikdən sonra 21 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində tikanlı məftillərlə sarılmış çəpərin üzərindən aşaraq bir qədər irəlilədikdən sonra avtomobil yoluna çatmamış sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X11 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 il bundan əvvəl İran İslam Respublikasına getmiş, həmin müddət ərzində İran İslam Respublikasında tikinti sahəsində qaynaqçı işləmiş, 4-5 ay bundan əvvəl Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X3 ilə Tehran şəhərində eyni tikinti sahəsində tanış olmuş, işləmək və yaşamaq məqsədilə Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. Viza əldə edib Azərbaycan Respublikasına getmək çətin olduğundan, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına getməyi qərara almışlar. Buna görə də, Baharistan şəhərindən Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində piyada hərəkət etməklə irəliləməyə başlamışlar, İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün tikanlı məftilləri kəsdikdən sonra 21 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində tikanlı məftillərlə sarılmış çəpərin üzərindən aşaraq bir qədər irəlilədikdən sonra avtomobil yoluna çatmamış sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2-3 il bundan əvvəl İran İslam Respublikasına getmiş, həmin müddət ərzində İran İslam Respublikasında tikinti sahəsində qaynaqçı işləmiş, 4-5 ay bundan əvvəl Təqsirləndirilən şəxs2, X3 və X16 ilə Tehran şəhərində eyni tikinti sahəsində tanış olmuş, işləmək və yaşamaq məqsədilə Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. Viza əldə edib Azərbaycan Respublikasına getmək çətin olduğundan, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına getməyi qərara almışlar. Buna görə də, Baharistan şəhərindən Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində piyada hərəkət etməklə irəliləməyə başlamışlar, İran İslam Respublikasının dövlət sərhədini keçmək üçün tikanlı məftilləri kəsdikdən sonra 21 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində tikanlı məftillərlə sarılmış çəpərin üzərindən aşaraq bir qədər irəlilədikdən sonra avtomobil yoluna çatmamış sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2024-cü il tarixdə saat 14:15 radələrində 3-cü sərhəd komendantlığının komendantı mayor E.Şirinov 13-cü sərhəd zastavasında izlər aşkar olunduğunu bildirmiş, onlara məlumat verildikdən sonra dərhal sərhəd pozucularının axtarışına başlamış, təxminən 30 dəqiqə sonra Astara rayonu Züngüləş kəndi ərazisində yerləşən meşəlik ərazidən avtomobil yoluna doğru 4 nəfər şəxsin hərəkət etmələri barədə baş leytenant Elçin İsmayılova qabaqlayıcı əməliyyat məlumatı daxil olmuş, məlumatı aidiyyəti üzrə məruzə edərək qrup şəkildə həmin istiqamətə doğru hərəkət etmiş və qeyd olunan 4 nəfər şəxsi təlimatın tələblərinə uyğun olaraq saxlamışlar, daha sonra həmin şəxslər sərhəd zastavasına gətirilmiş, saxlanılan şəxslər İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasına gəldiklərini etiraf etmişlər, həmin şəxslər sərhədin pozulduğu əraziyə aparılmış, hadisə yerində olan izlərin onlara məxsus olduğunu və sərhədi qanunsuz keçdikləri yeri göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X8 şahid X7 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri polkovnik Əli Əliyevin məktubundan görünür ki, 21 sentyabr 2024-cü il tarixdə saat 14:10-da 13-cü səhəd zastavasının 2ci sahəsində 18-19-cu dirəklərin arasında 5-6-cı məftillərin birləşməsi, arxa istiqamətdə əraziyə baxış keçirilərkən isə 3-4 nəfərə məxsus ayaq izləri aşkarlanmış, daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 15:17-də Astara rayonunun, Züngüləş kəndi ərazisində 13-cü sərhəd zastavasının 16-cı sahəsinin arxa hüdudunda, dövlət sərhəd xəttindən təxminən 1500 metr aralı, 138 nömrəli sərhəd nişanından 2000 metr solda Əfqanıstan İslam Respublikası vətəndaşları X3,Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 sərhəd pozucusu qismində saxlanılmışlar. Cinayət işinə əlavə edilmiş 22 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçdikləri ərazi dövlət sərhəd xəttindən 25 metr sola, 137 nömrəli sərhəd nişanından 130 metr solda Astara rayonunun, Armudlu kəndində yerləşən 13-cü sərhəd zastavasının, 2-ci sahəsidir. Bundan başqa, hadisə yerinə baxış zamanı kolluqların əzilmələri, mühəndis texniki çəpərin alt hissəsindəki məftillərin boşalmaları aşkar olunmuş, saxlanılan şəxslər qeyd olunanların onlar tərəfindən edildiyini etiraf etmişlər. Cinayət işinə əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, X2, Təqsirləndirilən şəxs2, X13 və Təqsirləndirilən şəxs1 dövlət sərhədindən hərəkəti qeydə alınmamışdır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan alınmış sorğunun cavabından görünür ki, X2, Təqsirləndirilən şəxs2, X13 və Təqsirləndirilən şəxs1 beynəlxalq axtarışda olmalarına dair təşkilatın müvafiq bazasında məlumat aşkar olunmamışdır. İş materialında olan, 28 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, X2, Təqsirləndirilən şəxs2, X13 və Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekalarında məhkumluqları barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)- 508/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablanmağa başlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)- 509/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablanmağa başlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)- 510/2024 saylı qərarından görünür ki, X3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablanmağa başlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)- 511/2024 saylı qərarından görünür ki, X16 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablanmağa başlamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərarlardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşlarının tam adlarının müvafiq olaraq X3, X16 və Təqsirləndirilən şəxs1 olaraq tanınması və oxunması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, istintaq protokolları, onların özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə təsdiqini taparaq onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq keçmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 əməllərindən səmimi peşmanlıq hissi keçirmələrini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham verilmişdir. X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Odur ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onları cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 21 sentyabr 2024-cü il tarixdən tutulmuşlarr. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzalarının əvvəli 21 sentyabr 2024-cü il saat 15:17-dən hesablanmalı, həmçinin onların barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər X3, Təqsirləndirilən şəxs2, X16 və Təqsirləndirilən şəxs1 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 və X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 57 (əlli yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs1 və X13 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 57 (əlli yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X3 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X3 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X16 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X16 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X16 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 15:17-dən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 və X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 57 (əlli yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs1 və X13 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 57 (əlli yeddi) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar