Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-26/2024 24.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx xxxxxx 1984-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “SOCAR”ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 operator işləyən, evli, himayəsində 3 azyaşlı övladı olan, məhkumluğu olmayan, 19 dekabr 2023-cü il tarixdə Astara rayon məhkəməsinin qərarı ilə barəsində 03 ay həddində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 06 dekabr 2023-cü il tarixdə saat 22 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Astara rayonu Ərçivan qəsəbəsində yerləşən həyətyanı sahəyə qapıdan keçərək həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsindəki hamam otağının nəfəsliyinin şüşəsini bərkidən mismarı əlində olan təmir açarı ilə fiziki güc tətbiq edib açaraq mənzilə qanunsuz daxil olub evin ikinci mərtəbəsində, qonaq otağında olan dolabın içərisində boz rəngli qutuya qoyulmuş 1938,00 manat dəyərində 583 əyarlı qızıl qızıl saat 22,8 qram, 1113,50 manat dəyərində 583 əyarlı qızıl bilərzik 13,1 qram, 1054,00 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 12,4 qram, 1377 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 16,2 qram, 1232,50 manat dəyərində 585 əyarlı qızıl sırğaüzük dəsti 14,5 qram, 1164,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 13,7 qram, 1147,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 13,5 qram,1054,00 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük-kulon dəsti 12,4 qram, 1147,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 13,5 qram, 289,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 3,4 qram, 790,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 9,3 qram, 569,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 6,7 qram, 518,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-kulon 6,1 qram, 357,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 4,2 qram, 289,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 3,4 qram, 102,00 manat dəyərində 585 əyarlı qızıl kulon 1,2 qram, 714,00 manat dəyərində 585 əyarlı qızıl üzük 8,4 qram, 263,00 manat dəyərində 585 əyarlı qızıl üzük 3,1 qram, 1785,00 manat dəyərində 585 əyarlı qızıl boyunbağı 21 qram olmaqla ümumi dəyəri 16,906,50(on altı min doqquz yüz altı manat əlli qəpik) manat olan 19 növ qızıl zinət əşyalarını və 5000 ABŞ dolları olan (xx.xx.2023-cü il tarixli məzənnə ilə 8500 manat) pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 25406 (iyirmi beş min dörd yüz altı) manat, 50 (əlli) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, aiəsi ilə birlikdə Astara rayon Ərçivan qəsəbəsində yaşayır, rəsmi olaraq “SOCAR”ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 operator vəzfəsində işləyir. Zərərçəkmiş şəxs onun bibisidir, aralarında yaxşı münasibətləri vardır. Bibisi Zərərçəkmiş şəxs mərhum babası X3 məxsus olmuş evdə yaşayır. Bibisi Zərərçəkmiş şəxs hər dəfə harasa gedəndə evi ona tapşırıb getmiş və onun evində pul və qızıl-zinət əşyalarının olduğunu bilirmişdir. 05 dekabr 2023-cü il tarixdə bibisi Zərərçəkmiş şəxs ona xx.xx.2023-cü il tarixdə səhər Bakı şəhərinə gedəcəyini bildirmiş, ondan Bakı şəhərinə pay aparmaq məqsədilə kivi və digər sitrus meyvələri gətirməyini istəmişdir. Öz həyətindən kivi və sitrus meyvələri yığaraq bibisi Zərərçəkmiş şəxs Astara rayon Ərçivan qəsəbəsində yaşadığı evə aparıb, ona vermiş, sonra yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə səhər 08 radələrində bibisi Zərərçəkmiş şəxs yaşadığı evə nəzarət etməyi ona tapşırıb, Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00-da velosiped ilə bibisi Zərərçəkmiş şəxs evinə getmişdir ki, ona nəzarət etsin. Bibisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə saat 21 radələrində daxil olmuş, həmin vaxtı onu heç kim görməmişdir. Həyətə hərşeyin qaydasında olduğunu görüb özü ilə gətirdiyi təmir açarı ilə velosipedinin arxa təkərini açaraq təmir edən zaman tamahlanmış və evdə saxlanılan qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmişdir. Həmin təxminən saat 22 radələrində ətrafda heç kimin olmamasından istifadə edib, evin kənarından keçən qaz borusunun üzərinə çıxmış və tauletin divarı ilə tutunaraq yuxarı qalxmış, əlində olan təmir açarı ilə evin sağ tərəfində olan hamamın nəfəsliyinin şüşələrindən birinin mismarını çıxarmış və nəfəslikdən evin hamam otağına daxil olmuşdur. Bibisi Zərərçəkmiş şəxs pul və qızıllarını adətən evin ikinci mərtəbəsindəki dolabda, evin ikinci mərtəbəsinin açarını da evin birinci mərtəbəsində olan mətbəxdəki dolabda saxlamasını bilmişdir. O, mətbəxdə olan dolabın qapısının kilidini əlindəki təmir açarı ilə qıraraq dolabı açmış və ikinci mərtəbənin açarını oradan götürmüş, daha sonra isə ikinci mərtəbəyə qalxaraq həmin açarla evin ikinci mərtəbəsinin giriş qapısını açmış və foyeyə daxil olmuş, otaqları axtarmış və qonaq otağında istifadə etdiyi “Samsung” markalı mobil telefonun işığını yandıraraq təsadüfən birbaşa qızıl-zinət əşyaları və pul vəsaiti olan dolabın qapısını açmış, həmin dolabın içərisində olan qutuları açaraq, qırmızı rəngli qutunun üzərində çoxlu sayda 100lük ABŞ dolları olduğunu görmüş, həmin pulların hamısını götürərək əynində olan şalvarın cibinə qoymuş, daha sonra digər qutulara baxanda qutulardan birinin içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qızıl-zinət əşyalarını həmin dolabda olan sellofana bükərək əynində olan şalvarın cibinə qoymuş, daha sonra isə gəldiyi yol ilə geri qayıtmışdır. Əvvəlcə evin ikinci mərtəbəsinin qapısını açarla bağlamış, həmin açarı birinci mərtəbəyə düşüb götürüdüyü yerə, mətbəxdə olan dolaba qoymuş, sonra isə evin öz pəncərəsindən çıxaraq həyətə düşmüşdür. Daha sonra velosipedə əyləşərək həyətdən çıxaraq evinə getmişdir. Oğurladığı pulları saydıqda 50 ədəd 100 lük ABŞ dollar olmasını görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində bibisi Sənubər ona zəng edərək təcili onun ünvanına gəlməyini istəmiş və evin oğurlandığını bildirmiş, dərhal onun yaşadığı ünvana getmiş, bibisi Zərərçəkmiş şəxs həyətinə çatdıqda o, evindən qızıl və pullarının oğurlandığını bildirmiş və evin sınmış olan nəfəslik və pəncərəsini onlara göstərmiş, evin ikinci mərtəbəsinə qalxanda bibisi Sənubərin ona evin qonaq otağındakı dolabı göstərmiş və qızıl-zinət əşyaları ilə 5000 ABŞ dolları pulun oradan oğurlandığını bildirmişdir. Dərhal bu barədə Astara rayon polis şöbəsinə məlumat vermişlər və polisdən onlaraa zəng edilərək heç bir şeyə toxunmamaları bildirilmiş, sonradan polis əməkdaşları gəlmiş və evə baxış keçirmiş, polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirdikdən sonra onları izahatlarının alınmasından sonra polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların izahatı alınarkən onunla aparılan profilaktik söhbətdən nəticə çıxararaq polis şöbəsindən çıxdıqdan sonra törətdiyi əməldən peşman olmuş, 10 dekabr 2023-cü il tarixdə saat 05 radələrində oğurladığı qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları pul vəsaitini bibisi Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək tam şəkildə qaytararaq oğurluğu törətdiyini ona etiraf etmişdir. Sonra etdiyi əməlindən peşman olmuş, bibisi Zərərçəkmiş şəxs üzr istəmiş, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 3 nəfər azyaşlı uşaq olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evində tək yaşayır, uzun müddət işləyərək qazandığı pul vəsaitləri ilə müxtəlif yerlərdən özü üçün qızıl-zinət əşyaları alaraq Astara rayonu Ərçivan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinin qonaq otağındakı dolabın içərisinə qoymuşdur. Həmin qızıl-zinət əşyalarından bir qismini ümumilikdə 5000 ABŞ dollarına sataraq həmin pul vəsaitini də qızıl-zinət əşyalarının yanına qoymuş, dolabda qızıl-zinət əşyalarını qoyduğu yer həmişə açarla kilidli olmuş və açarı evdən çıxan zaman adətən özü ilə gəzdirirmişdir. Mütəmadi olaraq Rusiya Federasiyasında yaşayan oğlu və Bakı şəhərində yaşayan qohumlarının evinə qonaq gedərkən, evə nəzarəti qardaşı oğlu, Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs tapşırırmış, lakin evin açarlarını özündə saxlaymışdır. 06 dekabr 2023-cü il tarixdə Bakı şəhərində yaşayan qohumlarının evinə gedərkən, 05 dekabr 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs bildirmişdir ki, “sabah Bakıya gedirəm, gəlib evə nəzarət edərsən”. 06 dekabr 2023-cü il tarixdə səhər 08 radələrində yaşadığım evdən çıxaraq taksi ilə Bakı şəhərinə yola düşmüş, evdən çıxan zaman qızıl-zinət əşyaları və 5000 ABŞ dolları pul vəsaiti olan dolabın açarını özüylə götürmüş, həmin dolab evin ikinci mərtəbəsindəki qonaq otağındadır, evin ikinci mərtəbəsinə giriş qapısının açarını evin birinci mərtəbəsində, mətbəxdəki dolabın açarlı gözünə qoymuş və həmin açarı, həmçinin evin giriş qapısının açarını da özü ilə götürmüş, 09 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhərindən Astara rayon Ərçivan qəsəbəsində yaşadığı evə gəlmiş, evin ikinci mərtəbəsinə qalxanda qonaq otağında, qızılı qoyduğu dolabın kilidinin sındırıldığını və dolabın içərisində boz rəngli qutuya qoyulmuş 1 ədəd qızıl saat, 1 ədəd qızıl bilərzik, 5 ədəd qızıl sırğa-üzük dəsti, 1 ədəd qızıl sırğa-üzük-kulon dəsti, 6 ədəd qızıl sırğa, 1 ədəd qızıl sırğa-kulon dəsti, 1 ədəd qızıl kulon, 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağının qutunun içərisində olmadığını görmüş, evə kiminsə daxil olaraq oğurluq etdiyini, daha sonra isə evin birinci mərtəbəsindəki hamam otağının nəfəsliyinin şüşəsinin sındığını, bundan başqa evin ikinci mərtəbəsinin açarını qoyduğum birinci mərtəbədəki mətbəxdə yerləşən dolabın kilidinin də sındığını aşkar etmişdir. Bu səbəbdən qardaşı oğlu Təqsirləndirilən şəxs zəng edərək təcili gəlməsini istəmiş, Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmiş, birlikdə evə baxdıqdan sonra isə polisə müraciət etmiş, polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Sonra onu və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Orada izahatları alındıqdan sonra polis şöbəsindən çıxaraq yaşadıqları evə gəlmişlər, 10 dekabr 2023-cü il tarixdə saat 05 radələrində Ərçivan qəsəbəsində yaşadığı evdə olan zaman qardaşı oğlu Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları pul vəsaitini pula ehtiyacı olduğundan onun oğurladığını bildirərək ondan üzr istəmiş və həmin qızıl-zinət əşyaları ilıə 5000 ABŞ dolları pul vəsaitini tam şəkildə ona qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmiş, ondan üzr istəmiş, buna görə də onunla barışmışdır. Həmçinin qardaşı oğlu olmaqla yaxın qohumdular. Ona görə də ondan heç bir şikayəti və tələbi də yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 25406 (iyirmi beş min dörd yüz altı) manat, 50 (əlli) qəpik ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, 09 dekabr 2023-cü il tarixdə Astara rayon Ərçivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Astara RPŞ-yə ərizə ilə müraciət edərək, yaşadığı fərdi yaşayış evindən 27000 manat dəyərində qızıl-zinət əşyaları və 5000 ABŞ dolları pul vəsaitinin oğurlanması barədə məlumat vermişdir. Həmin məlumat əsasında əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerində olmuş, daha sonra həmin oğurluğu edən naməlum şəxsin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 10 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Astara RPŞ-yə təkrar müraciət edərək, yaşadığı evdən oğurluğu onun qardaşı oğlu Təqsirləndirilən şəxs etdiyini, onun evindən oğurladığı qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları pul vəsaitini 10 dekabr 2023-cü il tarixdə saat 05 radələrində onun yaşadığı evə gələrək tam şəkildə ona təhvil verdiyini və oğurluq hadisəsini törətdiyini etiraf etdiyini bildirmişdir. 16 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Astara RPŞ-yə yaxınlaşaraq törətdiyi əməli etdiyini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı şahid kimi dindirildikdən sonra onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, darvaza onun mərhum babasına məxsus həyətyanı sahənin darvazasıdır və həmin həyətdəki evdə bibisi Zərərçəkmiş şəxs yaşayır, oğurluq zamanı evin hamam otağının nəfəsliyinin şüşəsini əlindəki təmir açarı vasitəsilə açmış və oradan evə daxil olmuş, evin birinci mərtəbəsindəki mətbəxdə olan dolabın kilidini sındırmaqla açarları götürərək, evin qonaq otağında olan dolabın kilidini qıraraq orada olan qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları pul vəsaitini götürərək evi tərk etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da əsasən şahid X11 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 09 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus oğurlanmış qızıl-zinət əşyalarının saxlandığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə mişar daşları ilə hörülmüş hasarla əhatələnmiş, giriş hissəsində dəmirdən darvaza mövcuddur. Fərdi yaşayış evi iki mərtəbəlidir, fərdi yaşayış evinin giriş qapısı dəmir materialdan hazırlanmışdır, ilkin baxış zamanı müəyyən edilmişdir ki, naməlum şəxs və ya şəxslər fərdi yaşayış evinə oğurluq məqsədilə evin hamam otağının nəfəsliyindən daxil olmuşdur. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 18 dekabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iştirakçılar şahid Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs evinin həyət darvazasına doğru hərəkət etməyə başladıq, həmin darvazaya çatdıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, darvaza onun mərhum babasına məxsus həyətyanı sahənin darvazasıdır və həmin həyətdə mərhum babasının ailəsi ayrı evdə və bibisi Zərərçəkmiş şəxs isə ayrı evdə yaşayır. Həmin həyətə mütəmadi olaraq gedib gəldiyi üçün həyətin darvazasından sərbəst girib-çıxa bilir. Oğurluq zamanı da həmin həyətə darvazadan daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evin hamam otağının nəfəsliyini göstərərək həmin nəfəsliyin şüşəsini əlindəki təmir açarı vasitəsilə fiziki güc tətbiq edərək açdığını və oradan evə daxil olduğunu, daha sonra isə bibisi Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını evin ikinci mərtəbəsində saxladığını, evin ikinci mərtəbəsinə giriş qapısı kilidli olduğunu və həmin kilidin evin birinci mərtəbəsindəki mətbəxdə olan dolabda saxlanıldığını bildiyi üçün həmin açarı dolabın kilidini qırmaqla ikinci mərtəbənin açarını oradan götürdüyünü, daha sonra evin ikinci mərtəbəsinə qalxaraq otaqları gəzdiyini, qonaq otağında olan dolabın kilidli gözünün kilidini qıraraq orada olan qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları pul vəsaitini götürərək evi tərk etdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs təklifi ilə Astara rayonu Ərivan qəsəbəsində yaşadığı evin həyətinə getdik. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinyət əşyalarını yaşadığı evin həyətində olan və özündən başqa heç kimin istifadə etmədiyi yarımtikilidə sahədə işləyən zaman geyindiyi şalvarın cibinə qoyduğunu, 10 dekabr 2023-cü il tarixdə həmin qızıl-zinət əşyaları və 5000 ABŞ dolları pul vəsaitini tam şəkildə bibisi Zərərçəkmiş şəxs qaytardığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası üzrə verilmiş 30 yanvar 2024-cü il tarixli, 19/37 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs evindən oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyəri 16906 (on altı min doqquz yüz altı) manat, 50 (əlli) qəpik təşkil edir. Adı çəkilən Mərkəzin 30 yanvar 2024-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Astara rayon Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Astara rayon İcra Hakimiyyəti Başçısının Astara rayon Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayır, himayəsində 3 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 09 yanvar 2024-cü il tarixli tələbnamə-arayışdan, məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə“ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 22 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Astara rayonu Ərçivan qəsəbəsində yerləşən həyətyanı sahəyə qapıdan keçərək həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin birinci mərtəbəsindəki hamam otağının nəfəsliyinin şüşəsini bərkidən mismarı əlində olan təmir açarı ilə fiziki güc tətbiq edib açaraq mənzilə qanunsuz daxil olub evin ikinci mərtəbəsində, qonaq otağında olan dolabın içərisində boz rəngli qutuya qoyulmuş 1938,00 manat dəyərində 583 əyarlı qızıl qızıl saat 22,8 qram, 1113,50 manat dəyərində 583 əyarlı qızıl bilərzik 13,1 qram, 1054,00 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 12,4 qram, 1377 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 16,2 qram, 1232,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 14,5 qram, 1164,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 13,7 qram, 1147,50 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük dəsti 13,5 qram,1054,00 manat dəyərində 585 əyarlı qızıl sırğa-üzük-kulon dəsti 12,4 qram, 1147,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 13,5 qram, 289,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 3,4 qram, 790,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 9,3 qram, 569,50 manat dəyərində 585 əyarlı qızıl sırğa 6,7 qram, 518,50 manat dəyərində 585 əyarlı qızıl sırğakulon 6,1 qram, 357,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 4,2 qram, 289,00 manat dəyərində 585 əyarlı qızıl sırğa 3,4 qram, 102,00 manat dəyərində 585 əyarlı qızıl kulon 1,2 qram, 714,00 manat dəyərində 585 əyarlı qızıl üzük 8,4 qram, 263,00 manat dəyərində 585 əyarlı qızıl üzük 3,1 qram, 1785,00 manat dəyərində 585 əyarlı qızıl boyunbağı 21 qram olmaqla ümumi dəyəri 16,906,50(on altı min doqquz yüz altı manat əlli qəpik) manat olan 19 növ qızıl zinət əşyalarını və 5000 ABŞ dolları olan (xx.xx.2023-cü il tarixli məzənnə ilə 8500 manat) pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 25406 (iyirmi beş min dörd yüz altı) manat, 50 (əlli) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər azyaşlı uşaq (2011-ci il təvəllüdlü X6, 2014-cü il təvəllüdlü X8 və 2021-ci il təvəllüdlü X9) olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, onunla barışmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla, himayəsində 3 nəfər azyaşlı uşaq (2011-ci il təvəllüdlü X6, 2014-cü il təvəllüdlü X8 və 2021-ci il təvəllüdlü X9) olmasını cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Astara Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı 19 dekabr 2023-cü il tarixdən, 24 aprel 2024-cü il tarixə kimi olan 04 (dörd) ay, 05 (beş) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət- 08 (səkkiz) ay 10 (on) gün çıxılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs “SOCAR”ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 operator işləmklə azyaşlı uşaqlarının müalicəsi ilə əlaqədar tez-tez Lənkəran şəhərində yerləşən müasir tibb müəssisələrinə getməli olur, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyana görə 25406 (iyirmi beş min dörd yüz altı) manat, 50 (əlli) qəpik pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertiza xərclərini təşkil edən 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 19 dekabr 2023-cü il tarixdən, 24 aprel 2024-cü il tarixədək “ev dustaqlığında” olduğu 04 (dörd) ay, 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 08 (səkkiz) ay, 10 (on) gün müddət çıxılmaqla, üzərində 11 (on bir) ay, 20 (iyirmi) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “ev dustaqlığında” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə vurulan ziyana görə 25406 (iyirmi beş min dörd yüz altı) manat, 50 (əlli) qəpik pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-26/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-26/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver