Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-28/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi: X3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Loqar şəhərində qeydiyyatda olan, 21 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, xx xxxxxx 2001-ci ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsili, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, 21 oktyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2, 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikasına gəlmək üçün vizası olmadıgından, qanunsuz yolla İran islam Respublikasından Azərbycan Respublikasına gələrək Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədi ilə tanışı Əfqanıstan İslam Respublikası vətəndaş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Unuz kəndində yerləşən 11-ci sərhəd zastavasının 9-cu sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbayan Respublikası istiqamətində keçdikdən sonra, 18 oktyabr 2024-cü il tarixdə, saat 17:30 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Züngüləş kəndində yerləşən 14-cü sərhəd zastavasının 6-cı sahəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqquları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən təxminən 250-300 metr məsafədə saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tanışı, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasına gəlmək üçün vizası olmadığından, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrək Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədi ilə 16 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Unuz kəndində yerləşən 11-ci sərhəd zastavasının 9-cu sahəsindən piyada hərəkət edərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, eyni zamanda İran İslam Respublikasında olarkən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq, şəxsi istifadə üçün, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan şəxsdən əldə edib saxladığı xeyli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,089 qram təşkil edən 4 ədəd həb və 1 ədəd həb hissəsi metadonu həmin vaxt Təqsirləndirilən şəxs1 xəbərsiz olaraq, öz üzərində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Unuz kəndində yerləşən 11-ci sərhəd zastavasının 9-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra 18 oktyabr 2024-cü il tarixdə, saat 17:30-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonunun Züngüləş kəndində yerləşən 14-cü sərhəd zastavasının 6-cı sahəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilib, dövlət sərhəd xəttindən təxminən 250-300 metr məsafədə saxlanılmış, onun üzərindən xeyli miqdarda narkotik vasitə - təsir maddəsinin ümumi miqdarı 0,089 qram təşkil edən 4 ədəd həb və 1 ədəd həb hissəsi metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, 2-3 ay bundan əvvəl Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına yaşamaq və işləmək üçün köçmüşdür. Tehran şəhərində fəhlə işlədiyi zaman həmin şəhərdə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, İran İslam Respublikasında yaşayış səviyyəsinin aşağı olması həmçinin iş tapa bilmədikləri üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə işləmək və yaşamaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Lakin onların Azərbaycan Respublikasına rəsmi şəkildə gəlmək üçün vizaları və müvafiq sənədləri olmamışdır. 16 oktyabr 2024-cü il tarixdə taksi ilə Tehran şəhərindən Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Astara şəhərinə gəlmiş, daha sonra “Google Map” mobil tətbiqindən istifadə etməklə həmin gün saat 07 radələrində dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublkası istiqamətində qanunsuz olaraq keçmişlər. Təxminən 2 gün ərazidə hərəkət edərək, kənd və ya yaşayış yeri axtarmışlar, lakin ərazi sadəcə sıx meşlikdən ibarət olduğundan buna nail ola bilməmişlər. 18 oktyabr təxminən saat 17:30 radələrində isə sərhədçilər tərəfindən saxlanılmışlar. O, narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığını, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş 4 ədəd bütöv 2 ədəd yarım halda olan həblər barədə ümumiyyətlə məlumatının olmadığını, sonuncunun ona bu barədə heçnə demədiyini bilirmişdir. Törətmiş olduğu əməldən səmimi peşiman olduğunu, Azərbaycan Respublikasına gəlməkdə məqsədinin ancaq təhlükəsiz və rahat yaşamaq olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşıdır, 3 il bundan əvvəl Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına yaşamaq və işləmək üçün köçmüşdür. Tehran şəhərində fəhlə işlədiyi zaman 2-3 ay əvvəl həmin şəhərdə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, İran İslam Respublikasında yaşayış səviyyəsinin aşağı olması həmçinin iş tapa bilmədikləri üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə işləmək və yaşamaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Lakin onların Azərbaycan Respublikasına rəsmi şəkildə gəlmək üçün vizaları və müvafiq sənədləri olmamışdır. 16 oktyabr 2024-cü il tarixdə taksi ilə Tehran şəhərindən Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Astara şəhərinə gəlmiş, daha sonra “Google Map” mobil tətbiqindən istifadə etməklə dövlət sərhədini həmin gün saat 07 radələrində İran İslam Respublikasından Azərbaycan Respublkası istiqamətində qanunsuz olaraq keçmişlər. Təxminən 2 gün ərazidə hərəkət edərək, kənd və ya yaşayış yeri axtarmışlar, lakin ərazi sadəcə sıx meşəlikdən ibarət olduğundan buna nail ola bilməmişlər. 18 oktyabr təxminən saat 17:30 radələrində isə sərhədçilər tərəfindən saxlanılmışlar. O, şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bütöv 2 ədəd yarım halda olan həblərlə bağlı bildirmişdir ki, İran İslam Respublikasında olarkən təxminən 10 gün əvvəl həmin həbləri adını xatırlamadığı İran İslam Respublikası vətəndaşından təxminən 3 dollara almış, lakin həmin həblərin narkotik vasitə və ya psixotrop maddə olması ona məlum olmamışdır. Həmin həbləri ona verən şəxs ona sadəcə olaraq ağrıları olanda istifadə edə biləcəyini bildirmişdir. O, narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığını həmçinin üzərində olan həbləri Azərbaycan Respublikasına satmaq məqsədi ilə gətirmədiyini və Təqsirləndirilən şəxs1 həmin həblərdən xəbərsiz olmasını bildirmişdir. O, evli olduğunu, himayəsində az yaşlı uşağının olduğunu bildirib barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Dövlət Sərhəd Xidmətində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 00:37 radələrində sərhəd komendantlığına "Silaha!" komandası verilmiş və bildirilmişdir ki Astara rayonunun Züngüləş kəndi istiqamətində 2 nəfər şübhəli şəxs müşahidə edilmişdir. O, dərhal komandaya uyğun hərəkət etmiş və həmin ərazidə N nömrəli hərbi hissənin əməliyyat axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən, kapitan Şahid2 Füzuli oğlu ilə axtarış həyata keçirmişdir. Axtarış zamanı zaman ona əməliyyat məlumatı daxil olmuş, daha sonra əməliyyat məlumatın daxil olduğu Astara, rayon Züngüləş kəndi istiqamətinə doğru hərəkət etmiş və orada meşəlik ərazidə 2 nəfəri şübhəli şəxsi saxlayaraq sərhəd zastavasına gətirmişlər. Daha sonra aparılmış araşdırma zamanı həmin şəxslərin sərhədi İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçmiş Əfqanıstan islam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 İnatı oğlu ifadəsində göstərmişdir ki, 18 oktyabr 2024-cü il tarixdə o və qardaşı Nəbiyev X11 rayonu Züngüləş kənində yerləşən 14-cü sərhəd zastavasının inzibati binasına dəvət olunmuş və orada onlara hal şahidi kimi hüquq və vəzifələrimiz izah olunmuşdur. 18 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 üzərinə baxış və şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ondan 1 ədəd bel çantası, 1 ədəd "Redmi” markalı smartfon tipli və 1 ədəd sadə Nokia mobil telefonları, 1 ədəd pulqabı, şəxsi gigiyenik əşyaları, 400 ABŞ dolları, 4 ədəd bütöv açıq qəhvəyi rəngli, 1ədəd qırıq halda qəhvəyi və 1 ədəd qırıq halda mavi rəgli dərman və müxtəlif növ paltar dəsti aşkar edilmişdir. Sonda keçirilmiş baxışlarla əlaqədar protokollar tərtib edilmiş və ucadan oxunmuşdur. O və digər hal şahidi Şahid5 İnatı oğlu, həmçinin saxlanılan Təqsirləndirilən şəxs2 baxışların aparılma qaydaları və protokolların məzmununun düzgün tərtib edildiyinə əmin olduqdan sonra öz imzaları ilə təsdiq etmişlər.Daha sonra Əfqanıstan İslam Respublikası vətəndaşlarının İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçdiyi əraziyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət sərhədini keçdikləri ərazini özləri göstərmişlər. Onlar mühəndis texniki çəpərin üzərindən dırmaşaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiklərini bildirmişlər. Həmin ərazinin Astara rayonunun Unuz kəndində yerləşən N nömrəli hərbi hissənin 11-ci sərhəd zastavasının 9-cu sahəsi olduğu sərhədçilər tərəfindən ona bildirilmişdir. İşdə olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Əli Əliyevin 18 oktyabr 2024-cü il tarixli, 3-38/2-16-3230/24 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixda saat 23:40 radələrində növbətçi operator əsgər Şahid3 oglu 2 nəfər saxsin 6-cı sahədən 7-ci saha istiqamətində müşahidə etdiyini bidirmiş, dərhal sərhəd zastavası "Silaha" komandasina qaldırılmış, əlavə olaraq sərhəd dəstəsinin və sərhəd komendantlığının şəxsi heyətindən qruplar axtarış tədbirlərinə cəlb olunmuşlar. Nəticədə, xx.xx.2024-cü il tarixda Astara rayon Züngüləş kəndi ərazisində 2 nəfər şəxs saxlanılmışdır. İlkin filtrasiya zamanı onların 11-ci sərhəd zastavasının 9-cu sahəsi istiqamətindən dövlət sərhədini İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə pozan Əfqanıstan İslam Respublikasının vətəndaşları X16 oglu və Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. İşdə olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının rəisi leytenant Əsgər Salıfovun raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:40 radələrində növbətçi operator əsgər Şahid3 2 nəfər şəxsin 13-cü sərhəd zastavasının 6-cı sahədən 7-ci sahə istiqamətində müşahidə etdiyini bildirdi. Dərhal tərəfimdən sərhəd zastavası “Silaha” komandasına qaldırıldı. Əlavə olaraq SD-nin şəxsi heyətidən və SK~nın şəxsi heyətindən qruplar axtarış tədbirlərinə cəlb olundu. Nəticədə, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində 14-cü sərhəd zastavasının 6-cı sahəsində Astara rayon Züngüləş kəndi ərazisində 2 nəfər şəxs saxlanılmışdır. İlkin filtirasiya zamanı onların 11-ci sərhəd zastavasının 9-cu sahəsi istiqamətindən dövlət sərhədini İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə pozan şəxslərin X9 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. İşdə olan 18 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Astara rayonu, Unuz kəndi ərazisində yerləşən 11-ci sərhəd zastavasının 9-cu sahəsi olmaqla 132 nömrəli əsas sərhəd nişanından təxminən 500-600 metr sola, dövlət sərhəd xəttindən 250-300 metr aralıdır. Ərazi meşəlik və dağlıq relyefə malikdir, çəpərindən dövlət sərhədinə gedən yolarda iz, həmçinin mühəndis-texniki çəpərində əyilmə kəsilmə izləri aşkar olunmamışdır. İşdə olan Əfqanistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət sərhədini qeyd olunan istiqamətdən mühəndis texniki çəpərin dirəklərinin üzərindən keçməklə dövlət sərhədini pozduqlarını bildirmişdilər. İşdə olan 18 oktyabr 2024-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, F Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd bel çantası, 1 ədəd "Redmi” markalı smartfon tipli və 1 ədəd sadə Nokia mobil telefonları, 1 ədəd pulqabı, şəxsi gigiyenik əşyaları, 400 ABŞ dolları, 4 ədəd bütöv açıq qəhvəyi rəngli həb, 1 ədəd qəhvəyi rəngli həb hissəsi və 1 ədəd qırıq halda mavi rəngli həb hissəsi və müxtəlif növ paltar dəsti aşkar olunaraq götürülmüşdür. İşdə olan 18 oktyabr 2024-cü il tarixli aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman 4 ədəd bütöv həb, 1 ədəd qəhvəyi rəngli həb hissəsi və 1 ədəd qırıq halda mavi rəngli həb hissəsi aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 6/4958 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №29” dairəvi möhür əksi olan bükümdə, 4 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı həblər və təmiz çəkisi 0,111 qram qəhvəyi rəngli həb hisssəsi metadon tərkibli həblərdir. 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram, həb hissəsində 0,009 qr ümumi metadon təsiredici maddəsinin miqdarı isə 0,089 qram təşkil edir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 6/4958 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №29” dairəvi möhür əksi olan bükümdə olan, təmiz çəkisi 0,176 qram mavi-ağ rəngli həb hissəsinin tərkibində narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr yoxdur. İşdə olan maddi sübut qismində tanınma haqqında 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza təhqiqatından sonra qalıq qalan narkotik vasitə olan 2 ədəd metadon həbi, 0,061 qr metadon tərkibli həb hissəsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,096 qr təşkil edən narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddələrin komponentləri aşkar edilməyən mavi-ağ rəngli həb hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İşdə olan Respublika Narkoloji Mərkəzinin rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır və məcburi müalicəyə ehtiyyacı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2, 234.1 və 206.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəməkimyəvi ekspertizasının müvafiq rəyi, eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.2, 234.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 318.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 318.2, 206.2 və 234.1-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Habelə məhkəmə hesab edir ki, hər iki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan narkotik vasitə olan 2 ədəd metadon həbi, 0,061 qr metadon tərkibli həb hissəsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,096 qr təşkil edən narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddələrin komponentləri aşkar edilməyən mavi-ağ rəngli həb hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməldir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 -ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 234.1 və 206.2ci maddələri ilə təqsirli bilinib, CM-nin 318.2–ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 206.2–ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Qeydiyyatda olduğu ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2, 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan narkotik vasitə olan 2 ədəd metadon həbi, 0,061 qr metadon tərkibli həb hissəsi və ekspertiza tədqiqatından sonra qalıb çəkisi 0,096 qr təşkil edən narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddələrin komponentləri aşkar edilməyən mavi-ağ rəngli həb hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-28/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-28/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver