Məhkəmə qərarları › İş №1(018)-29/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-29/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-29/2025 25.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Ümid qızının iştirakları ilə, xx xxx 1997-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ümid qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Ümid qızına verilmiş ittihama əsasən o, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ümid qızı, 2024-cü ilin may ayının ortalarında, istintaqla müəyyən edilməyən gündə, saat 15 radələrində Astara rayonu, Şahağacı kəndində yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdə qonaq olarkən sonuncunun həmin evin hamamında saçını yumasından istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə evin birinci mərtəbəsinin dəhlizində yataq dəstinin üzərində yastığın altında gizlədilmiş ümumi çəkisi 35 (otuz beş) qram, qızıl hissəsi 24,5 qram olan, 583 əyarlı, rus istehsalı olan 2083 (iki min səksən üç) manat dəyərində bir ədəd qızıl saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində Astara rayonu, Şahağacı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çəpərdən keçməklə qanunsuz olaraq daxil olduqdan sonra orada gizlənmiş, Zərərçəkmiş şəxs evdən çıxıb həyət darvazasını bağlamaq üçün getməsindən istifadə edib evin giriş qapısından içəri qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsinin dəhlizində yataq dəstinin üzərində yastığın altında gizlədilmiş 140 (bir yüz qırx) manat nəğd pulu, habelə 3,5 qram çəkidə, 583 əyarlı, rus istehsalı olan, 332 (üz yüz otuz iki) manat dəyərində bir ədəd qızıl kulonu, 3,5 qram çəkisində, 583 əyarlı, rus istehsalı olan, 332 (üz yüz otuz iki) manat dəyərində bir ədəd qızıl üzüyü, ümumi çəkisi 7 (yeddi) qram təşkil edən, hər birinin üzərində bir qram çəkisində sadə qaşı olmaqla ümumilikdə 2 qram çəkisində qaşı olan, qızıl hissəsi 5 qram olan, 583 əyarlı, rus istehsalı olan, 475 (dörd yüz yetmiş beş) manat dəyərində bir cüt qızıl sırğanı, ümumi çəkisi 3,5 qram,1 qram çəkisində sadə qaşı olan, qızıl hissəsi 2,5 qram təşkil edən, 583 əyarlı, rus istehsalı olan 237 (iki yüz otuz yeddi) manat dəyərində bir ədəd qızıl üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1516 (bir min beş yüz on altı) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ümid qızı iş üzrə Azərbaycan Respublikası CM-nn 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X2 vəfat edib, atası X5 təxminən 26 ildir ki, onları tərk edibdir. O, hal-hazırda Astara rayonu, Şahağacı kəndində yerləşən babasından miras qalmış evdə dayısı Şahid1 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, həm də qohumudur, münasibətləri yaxşı olmuşdur, mütəmadi olaraq Tamaranın evinə gedib-gəlmişdir. Tamara tək yaşadığından o da mütəmadi olaraq Tamaranın evinə getmiş ev işlərində köməklik göstərmişdir. Tamaranın evinə mütəmadi olaraq gedib gəldiyindən evində pul və qızıl-zinət əşyalarının olduğunu bilmiş, lakin miqdarı barədə məlumatı olmamışdır. Heç bir yerdə işləmədiyindən və iş tapa bilmədiyindən maddi vəziyəti yaxşı olmamış, buna görə 2024-cü i təxminən may ayının ortalarında Zərərçəkmiş şəxs onu yaşadığı evə ev işlərinə köməklik göstərmək üçün çağırmış, o da Tamaranın evinə gedib işlərinə köməklik göstərərkən Tamara başını yumaq üçün hamama getmişdir. Zərərçəkmiş şəxs evin foyesindəki yatağın üzərində olan balışın altında qızıl-zinət əşyaları və pul gizlətdiyini bildiyinə görə oğurluq etmək qərarına gəlmişdir. Buna görə də Zərərçəkmiş şəxs yataq dəstinin üzərində balışın altında gizlətdiyi qızıl-zinət əşyalarının içərisindən bir ədəd qızıl saatı götürərək cibinə qoymuşdur. Həmin saatı təxminən 1 həftə üzərində gəzdirmiş və Tamaranın bundan xəbəri olmadığını görüb pula ehtiyacı olduğundan Astara şəhərində mərkəzi bazarla üzbəüz yerləşən lombarda gedərək Ramazan adlı şəxsə şəxsiyyət vəsiqəsini təqdim edərək saatın özünə məxsus olmasını bildirb satmışdır. Ramazan adlı şəxs də onun sözlərinə inanıb aldığı qızıl saatın qarşılığında 1650 (bir yüz əlli) manat pul vermişdir. Qeyd olunan vaxtdan təxminən 3 ay ərzində həmin pulu evə bazarlıq etməklə və geyim əşyaları almaqla xərcləyib qurtarmışdır. Buna görə də, yenidən Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 27 sentyabr 2024-cü il tarixdə saat 16:00 radələrində yenidən Zərərçəkmiş şəxs Astara rayon Şahağacı kəndində yaşadığı həyətə getmiş, həyətə girərək həyətdə feyxoa ağaclarının yanında gizlənmiş və Tamaranın evdən çıxmasını gözləmişdir. Tamara evdən çıxıb uzaqlaşan kimi gizlin olaraq evə daxil olmuş və evdə heç kəs olmadığını görüb evin foyesindəki yatağın üzərində olan balışın altına baxmış, daha sonra orada dəsmala bükülmüş vəziyyətdə bir cüt qızıl sırğa, iki ədəd qızıl üzük, bir ədəd qızıl klondan ibarət qızıl-zinyət əşyaları və pul olduğunu görüb miqdarına baxmadan hamısını götürərək cibinə qoyaraq dərhal evi tərk etmişdir. Evin arxa tərəfinə keçərək oradakı çəpərdən öz həyətlərinə keçmiş və içərisində qızıl-zinət əşyaları və pul olan dəsmalın içərisindən pulları götürdükdən sonra çəpərin yanına atmışdır ki, orada qalsın, ara sakitləşəndən sonra qızlları da götürərək satsın. Oğurladığı nəğd pulu saydıqda 2 ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazları olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat pul olmasını görmüşdür. Həmin pulu götürüb Şahağacı kəndində yerləşən “Oba” marketə getmiş və oradan yaşadığı evdə istifadə etmək üçün yeyinti məhsulları almış, bunun qarşılığında 84 (səksən dörd) manat pul vermişdir. Qalan 56 (əlli altı) manat pulu isə üzərində saxlamışdır. Həmin gün axşam saatlarında Astara rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-zinyət əşyalarının və pulun oğurlanmasında şübhəli olduğunu izah edərək onu polis şöbəsinə gətirmişlər. O, polis şöbəsinə gəldikdən sonra törətdiyi əməli etiraf etmiş, oğurladığı 140 manat puldan qalan 56 manat, həmçinin qızıl-zinyət əşyalarını könüllü olaraq təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs ağır xəstəliyi səbəbindən məhkəmə iclasında iştirak edə bilməmiş, məhkəməyədək istintaqda vermiş olduğu ifadəsində göstərmişdir ki, Astara rayonu Şahağacı kəndində yerləşən evində tək yaşayır. Bir neçə il ərzində özü üçün qızıl-zinət əşyaları alaraq yaşadığı evin dəhlizində yatdığı yatağın üzərində olan yastığın altında saxlamışdır. Bundan başqa, qocalığa görə pensiya alır və özünə məxsus pulları da qızıl-zinət əşyalarının yanında saxlamışdır. 27 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin həyətinə düşmüş, daha sonra evə daxil olarkən dəhlizdə yatağının dağınıq olduğunu görmüş, buna görə də pul və qızıl-zinyət əşyalarını gizlətdiyi yerə baxmışdır. Bu zaman yataq dəstinin üzərində yastığın altında saxladığı 140 (bir yüz qırx) manat nəğd pulun, həmçinin 1 ədəd qızıl üzüyün, 1 ədəd qızıl üzük-sırğa dəstinin, 1 ədəd qızıl klonun və 1 ədəd qızılın yerində olmamasını, yəni oğurlanmasını görmüşdür. Bu səbəbdən də, dərhal Astara rayon polis şöbəsinə gəlib yaşadığı evdən qızıl-zinət əşyalarının və 140 manat pulun oğurlanması ilə bağlı ərizə yazmışdır. Həmin ərizəsi əsasında onun iştirakı ilə oğurluq hadisəsinin baş verdiyi yerə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, fotoşəkillər çəkilmişdir. Sonradan yaşadığı evdən 140 manat pul və qızıl-zinyət əşyalarının daimi olaraq onun evinə gəlib-getmiş qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını, buna görə də Məleykənin oğurluq cinayəti törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini bilmişdir. Oğurlanmış 140 manat pul iki ədəd 50 (əlli) manatlıq, 1 ədəd 20 (iyirmi) manatlıq, 2 ədəd 10 (on) manatlıq pul əskinazlarından ibarət olmuş, qızıl-zinyət əşyalarını isə təxminən 20 il bundan əvvəl almış, həmin qızıl-zinyət əşyaları 3,5 qram çəkisində bir ədəd qızıl üzükdən, təxminən 3,5 qram çəkisində bir ədəd qızıl kulondan, bir dəst, yəni 1 cüt, üzərində qaşı olan, qızıl sırğa və 3,5 qram çəkisində üzərində qaşı olan bir ədəd qızıl üzükdən, 35 qram çəkisində qola bağlanan hissəsi qızıldan ibarət qolbağıya bənzər, işlək vəziyyətdə olan qızıl saatdan ibarət olmuşdur. Qızıl-zinyət əşyalarının hamısı rus qızılı və 583 əyarlı olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 3640 (üç min altı yüz qırx) manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə maddi sübut kimi tanınmış və mənə məxsus olan 56 (əlli altı) manat pul vəsaiti, həmçinin bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyaları İstintaq Bölməsi tərəfindən ona təhvil verilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı qızıdır, eyni ünvanda yaşayırlar. Məleykənin anası X2 2023-ci ilin yanvar ayında vəfat edib, atası X5 isə ailə üzvlərini uzun müddətdir ki, tərk etmişdir. Zərərçəkmiş şəxs qonşusdur. Zərərçəkmiş şəxs yaşlı qadın olduğu və tək yaşadığına görə Məleykə onun evinə tez-tez gedib-gəlmiş, ev işlərinin görülməsində köməklik göstərmişdir. Tamara da, Məleykənin köməklik göstərməsinə görə xərcləmək üçün arabir pul vermişdir. 27 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evə gələrkən evin mətbəxinə baxdıqda stolun üzərində ərzaq məhsullarının olmasını görmüşdür. Məleykədən həmin ərzaq məhsullarını hansı pulla almasını soruşmuş, o isə Rusiyada yaşayan xalasının, yəni bacısı X1 pul göndərməsini, göndərdiyi pulla evə bazarlıq etdiyini bildirmişdir. Bir neçə saatdan sonra Astara RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-zinyət əşyalarını, həmçinin pul oğurlamasında şübhəli olmasını demiş, buna görə də Məleykəni polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayından “Kredit evi” kredit təşkilatının Astara rayon filialının müdiri vəzifəsində işləyir. Həmin kredit evinə müştərilər əşyalarını girov qoyaraq həmin əşyaların dəyəri müqabilində pulu kredit götürürlər. 2024-cü ilin may ayında tanımadığı bir qadın işlədiyi kredit evinə gələrək özünə məxsus olan qızıl saatı satmaq istədiyini demişdir. O, həmin qadına təklif etmişdir ki, gətirdiyi qızıl saatı girov kimi qoyub kredit pul götürsün. Həmin qadın isə dolanmaq üçün pulunun olmadığını, maddi cəhətdən vəziyyətinin pis olmasını deyərək israrla saatı satmaq istədiyini bildirmişdir. Həmin qadından qızıl saatın oğurluq mal olub-olmamasını soruşmuş, qadın isə qızıl saatın mərhum anasından yadigar qalmasını demişdir. Buna görə də qızıl saatı gətirmiş şəxsin şəxsiyyət vəsiqəsinə baxdıqda qadının Təqsirləndirilən şəxs olmasını görmüşdür. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş, həmin sənədin surətinin üzərində qızıl saatın özünə məxsus olmasını və könüllü olaraq ona satması barədə qeydlər edərək imzalamışdır. Məleykə adlı qadının gətirdiyi qızıl saatı elektron tərəzidə çəkdikdə ümumi çəkisinin 35 (otuz beş) qram çəkidə, qızıl hissəsinin isə 24,5 qram çəkidə olmasını görmüş, buna görə də Məleykənin gətirdiyi həmin qızıl saatı ailə üzvlərinə hədiyyə vermək məqsədilə 1650 (bir min altı yüz əlli) manata almışdır. Məleykə də pulu ondan alıb çıxıb getmişdir. Təxminən 1-2 saat sonra Təqsirləndirilən şəxs işlədiyi kredit evinə gələrək xalasının pul göndərəcəyini bildirmiş, buna görə də satdığı qızıl saatı geri qaytarmasınə istəmişdir. O da Məleykədən aldığı qızıl saatı geri qaytarıb verdiyi 1650 manat pulu almışdır. Bundan 3-4 hətfə, bəlkə də bir ay sonra Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi ilə yenidən onun işlədiyi kredit evinə gələrək xalasının göndərdiyi pulun az olmasına görə pulun qurtarmasını, pula ehtiyac olmasını bildirmiş, qızıl saatı satmaq istədiyini demişdir. O da Məleykəyə bununla bağlı xalasının hər hansı problem yaradıbyaratmamasını soruşmuş, Məleykə bu barədə heç bir problem olmadığını dedikdə sözlərinə inanıb gətirdiyi qızıl saatı 1650 manat pul qarşılığında almışdır. Məleykə bu dəfə də özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətinin üzərinə qızıl saatın özünə məxsus olmasını və könüllü olaraq ona satması barədə qeydlər edərək və imza ataraq təqdim etmişdir. Lakin, Təqsirləndirilən şəxs qızıl saatı ona satan zaman həmin saatın özünə məxsus olmaması, oğurluq əmlak olması barədə heç bir məlumat verməmişdir. Qızıl saatı aldıqdan təxminən 2-3 ay sonra yaxşı işləmədiyi və təmir etmək mümkün olmadığına görə Lənkəran rayon bazarında qızıl alan şəxslərə 1800 manata satmışdır. Həmin saat rus firmasında istehsal olunmuş, 583 əyarlı, ümumi çəkisi 35 qram, təmiz çəkisi 24,5 qram, qola bağlanan hissəsi qızıldan ibarət qolbağıya bənzər saat olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, faka görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılması qərara alınmışdır (i.v.1). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evdə baxış keçirilmiş, baxış zamanı hadisə yeri Zərərçəkmiş şəxs tərəfindən göstərilib təqdim edilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarının və 140 (bir yüz qırx) manat pulun onun yaşadığı evin birinci mərtəbəsinin dəhlizindəki yataq dəstinin üzərində olan yastığın altından oğurlanması müəyyən edilmişdir (i.v. 5- 6). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs 2024cü ilin may ayının ortalarında və 27 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində qızıl-zinyət əşyalarını və 140 manat pulu oğurlaması faktları həmin əməlin təkrar törədilməsi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüş 56 manat nəğd pul, həmçinin ifadənin yerində yoxlanılması zamanı götürülmüş qızıl-zinyət əşyalarının xx.xx.2024cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır (i.v. 118-129). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Könüllü təqdim edilən maddi sübuta baxış keçirilməsi və götürülməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ümid qızının təqdim etdiyi 56 (əlli altı) manat pul vəsaiti iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür (i.v.24). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirlən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ümid qızı təqsirləndirlən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 41-42). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ümid qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.63-64). “Maddi sübutun tanınması və sahibinə qaytarılması barədə” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Ümid qızının təqdim etdiyi 56 (əlli altı) manat pul vəsaiti, həmçinin bir ədəd qızıl kulon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyaları iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. (i.v.76-77). 10 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Astara rayonu Şahağacı kənd sakini Zərərçəkmiş şəxs Astara RPŞ-nin İstintaq Bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış 56 manat pul vəsaiti, bir ədəd qızıl kulon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyalarını İstintaq Bölməsindən təhvil almışdır (i.v.153). 19 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Astara rayonu Şahağacı kənd sakini Zərərçəkmiş şəxs Astara RPŞ-nin İstintaq Bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmış, istintaq zərurəti ilə əlaqədar 18 dekabr 2024-cü il tarixdə öz razılığı əsasında götürürlmüş bir ədəd qızıl kulon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyalarını İstintaq Bölməsindən təhvil almışdır (i.v.153). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 25 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ümid qızının məhkumluğu barədə məlumat yoxdur (i.v.86). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin LənkəranRegional Bölməsinin 16 dekabr 2024-cü il tarixli, 19/777 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinyət əşyalarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin may-sentyabr aylarına olan orta bazar qiyməti-miqdarı 3,5 qr olan 583 əyarlı, rus istehsalı olan bir ədəd qızıl klonun ümumi dəyəri 332,00 manat, miqdarı 3,5 qr olan 583 əyarlı, rus istehsalı olan bir ədəd qızıl üzükün ümumi dəyəri 332,00 manat, miqdarı 5 qr olan 583 əyarlı, rus istehsalı olan, sadə qaşlı bir cüt sırğanın ümumi dəyəri 475,00 manat, miqdarı 2,5 qr olan 583 əyarlı, rus istehsalı olan, sadə qaşlı bir ədəd qızıl üzükün ümumi dəyəri 237,00 manat, 583 əyarlı rus istehsalı olan qızıl saat ümumi 2083 manat olmaqla, sadalanan qızıl zinət əşyalarının birlikdə ümumi dəyəri nəzərə qaydada 3459,0 manat müəyyən edilmişdir (i.v.114-115). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Ümid qızı tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Ümid qızının törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Ümid qızının özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu zərərin bir hissəsini ödəməsini, gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ümid qızının cəzasını ağırlaşdıran CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, həmçinin, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ümid qızının cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ümid qızına azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs Ümid qızı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs Ümid qızına elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Ümid qızına təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara, Lənkəran rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Zərərçəkmiş şəxs məxsus 56 (əlli altı) manat pul vəsaiti, həmçinin bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızılzinət əşyalarının 10 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 56 (əlli altı) manat pul vəsaitinin, həmçinin bir ədəd qızıl klon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyalarının 10 oktyabr 2024-cü il tarixdə məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs Ümid qızından tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Ümid qızı Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ümid qızının üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Ümid qızının üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ümid qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Ümid qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 56 (əlli altı) manat pul vəsaiti, həmçinin bir ədəd qızıl kulon, bir ədəd qızıl üzük, bir dəst-yəni bir ədəd sadə qaşlı qızıl üzük və bir cüt sadə qaşlı qızıl sırğadan ibarət qızıl-zinət əşyalarının 10 oktyabr 2024-cü il tarixdə məsul saxlanc üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs Ümid qızından tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar