Məhkəmə qərarları › İş №1(018)-30/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-30/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-30/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X25 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə xx.xx.1982-ci ildə Astara rayonu, Səncərədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -0,474 qram çəkidə narkotik vasitə olan heroini və 0,811 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 oktyabr 2022-ci il tarixdə, saat 16:00-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamani o,Astara rayonu, Maşxan kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram və 0,169 qram olmaqla ümumi təmiz çəkisi -0,474 qram olan narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağız bükümdə -0,811 qram çəkidə psixotrop maddə olan metamfetamin onun əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibində olan, üzərində “LD” sözü yazılmış siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən -0,811 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldəedib üzərində saxlamaqla daşımış, 16 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara rayonu, Səncərədi kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı şəffaf sellofana bükülmüş 03 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,190 qram və 0,357 qram olmaqla ümumi təmiz çəkisi -0,811 qram olan narkotik vasitəheroin onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi onun əynində olan qara-qırmızı rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, təqsirli deyil. Polis əməkdaşları ona deyiblər ki, boynuna al sənə köməklik göstərəcəyik. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib üstündə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması barədə göstərdikləri onun tərəfindən törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq üçün özünü müdafiə etmək məqsədilə uydurulmuşdur. Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan halları ilə kifayət qədər sübuta yetirilmiş və onun özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillər tamamilə təkzib edilmişdir. Belə ki, işin ibtidai araşdırılması zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir, narkomandır. Bir neçə dəfə narkotik vasitəni tərgitmək istəsə də bacarmamış, demək olar ki, hər gün narkotik vasitəolan heroindən istifadə edir, narkotik vasitə istifadə etmədiyi günlərdə bədənində güclü ağrılar olur. O, çox vaxt istifadəsi üçün narkotik vasitə heroini Lənkəran şəhərindən alırmış. Belə ki, 19 oktyabr 2022-ci il tarixdə istifadəsi üçün narkotik vasitə olan heroin olmamış, buna görə də avtomobillə Lənkəran şəhərinə getmiş ki, oradan istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. Belə ki, günorta saatlarında Lənkəran şəhər Mərkəzi bazarında olan zaman zahiri görünüşündən narkomana oxşatdığı bir nəfər şəxsi görüb yaxınlaşmış, həmin şəxslə bir qədər söhbət etdikdən sonra münasibət yaradıb, narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmçinin həmin şəxsdə ona narkotik vasitə aludəçisi olduğunu demişdir. Bundan sonra o, həmin şəxsə narkotik vasitə almaq üçün Lənkəran şəhərinə gəldiyini bildirib, onun üçün bir qədər narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs ondan hansı növ və hansı dəyərdə narkotik vasitə almaq istədiyini soruşmuş, o da ümumilikdə 20 manat dəyərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almaq istədiyini demişdir. Həmin şəxs ona 5 dəqiqə gözləyəcəyi təqdirdəonun üçün heroin və metamfetamin təşkil edəcəyini demişdir. O, həmin şəxslərazılaşdıqdan sonra həmin şəxs ondan uzaqlaşaraq getmiş və təxminən 7-8 dəqiqə sonra yanına gəlmişdir. Həmin şəxs 03 ədəd büküm gətirib, 2 bükümün içərisində“kakos”adlanan narkotik vasitə olan heroin, 1 bükümün içərisində isə “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu demişdir. O, da həmin şəxsə 20 manat pul verib, yaşadığı evə qayıtmışdır. Həmin tarixdə, axşam saatlarında narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən bir qədər istifadə etmişdir. Növbəti gün, yəni 20 oktyabr 2022-ci il tarixdə, təxminən saat 11 radələrində yuxudan oyandıqdan sonra bəzi işlərini görmüş, günorta yeməyini yaşadığı evdə yemiş və saat 15:30-da yaşadığı evi tərk etmişdir. Evi tərk edən zaman 19 oktyabr 2022-ci il tarixdəLənkəran şəhərindən aldığı heroin və metamfetamin də üzərində olmuş, daha doğrusu o, həmin kütlələri əynində olan gödəkcənin sağ yan cibində olan siqaret qutusunun içərisinə salmışdır. Həmin gün, saat 16 radələrində yaşadığı kənddə piyada hərəkətdə olarkən yanında avtomobil dayanmış və avtomobildən düşən mülki geyimli şəxslər dərhal ona yaxınlaşmışlar. O, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, belə ki, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib, özlərini ona təqdim edib,narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, üzərinə şəxsi axtarışkeçiriləcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə gələrkən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmışdır. Daha sonra isə müdafiəçinin iştirakı iləvideoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o, əynində olan gödəkcənin sağ yan cibindən siqaret qutusunu çıxarıb, həmin qutunun içərisindən 02 ədəd bükümdə heroin və01 ədəd bükümdə metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlələr elektron tərəzidən çəkdilmiş və çəkiləri müəyyən edildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Daha sonra onunla şifahi sorğu aparılmış və şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni 19 oktyabr 2022-ci il tarixdəLənkəran şəhərindən tanımadığı bir nəfər şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o, müdafiəçi və baxışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. 22 oktyabr 2022-ci il tarixdəAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona ittiham elan edilmiş və həmin tarixdə Astara rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay həddində“ev dustaqlığı”qətimkan tədbiri seçilmişdir. Barəsində“ev dustaqlığı” qətimkan tədbiri seçildikdən dərhal sonra azad edilmiş və yaşadığı evə getmişdir. Həmin ərəfələrdə bədənində ağrılar olduğundan o, narkotik vasitələrdən istifadə etməyi tərgidə bilməmişdir. 16 noyabr 2022-ci il tarixdə istifadəsi üçün narkotik vasitə olmamış, buna görə o, Lənkəran şəhərinə getmiş ki, öz istifadəsi üçün narkotik vasitə alsın. Lənkəran şəhərində“Şəhidlər”adlanan yerin yaxınlığında olarkən, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 03 ədəd bükümdə narkotik vasitə olan heroin almış, heroini aldıqdan sonra yaşadığı evəgəlib, həmin narkotik vasitədən bir qədər istifadə etmişdir. Sonra isə Səncərədi kəndinə getmiş, Səncərədi kəndində olan zaman yanında avtomobil dayanmış və avtomobildən düşən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Daha sonra onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər, o, Astara RPŞ-nin inzibati binasına daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Sonra isə videoçəkilişdən istifadə edilməkləmüdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başladıqda təhqiqatçı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm və əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra təqdim etdiyi heroin bükümləri və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılmışdır. Qablaşdırılmadan sonra zərflər möhürlənmiş və zərflərin üzərində o və şəxsi axtarışda iştirak edən digər şəxslər imzaları çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmişprotokol ucadan oxunmuş, o, müdafiəçi və şəxsin axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. 20 oktyabr 2022-ci il tarixdə üzərində keçirilmiş şəxsi axtarışzamanı üzərindən aşkar edilmiş heroin və metamfetamin kütlələrini 19 oktyabr 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Lənkəran şəhər Mərkəzi Bazarının yaxınlığından tanımadığı bir nəfər şəxsdən almışdır. 16 noyabr 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan heroini həmin gün, təxminən saat 11 radələrində Lənkəran şəhəri ərazisində, “Şəhidlər” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən almışdır. O, ilk dəfə həmin şəxslərdən narkotik vasitə almışdır, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə verməmişdir. Elektron tərəzini də “Şəhidlər” adlanan ərazidə yolun kənarında narkotik vasitəni aldığı gün, 16 noyabr 2022-ci il tarixdə tapmışdır. Elektron tərəzini üzərində gəzdirmişdir ki, öz istifadəsi üçün narkotik vasitəni həmin tərəzidə çəkib, çəkisini müəyyən etdikdən sonra istifadə etsin, lakin elekton tərəzidən heç vaxt istifadə etməmişdir. O, narkotiki 3 ədəd bükümdə almış və ailə üzvləri görməsin deyə evdə saxlamamışdır. O, Dünyamin İbrahimovu tanıyır, Dünyamin narkotik vasitələrdən istifadə edir, Dünyaminin hansı səbəbdən “Mirası gotur, “mən gedirəm evə, “burya durda oldum axi” məzmunlu mesajları göndərdiyini bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, 20 oktyabr 2022-ci il tarixdə Astara rayonun Səncərədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarıştədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində polis əməkdaşları X18, X2 və o, iştirak etmişdir. 20 oktyabr 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, daha sonra həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Maşxan kəndində piyada küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarışkeçiriləcəyini bildirmişlər. Lakin həmin yerdə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmamış, odur ki, Təqsirləndirilən şəxs Astara RPŞyəgətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış başlayan kimi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd LD siqaret qutusu çıxarıb, qutunu açıb içindən 3 büküm kütləni götürüb masa üzərinə qoyub bildirmişdir ki, 2 ədəd bükümün içində heroin, 1 ədəd bükümün içində isə metamfetamin vardır. Həmin bükümlərə baxış zamanı müəyyən edilmişdir ki, 2 ədəd bükümün içində spesifik iyəmalik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bükümdə isəkristall formada psixotrop maddə olan metamfetaminə bənzər kütlələrdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrdən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər götürülərək elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün üzərində daşiyaraq saxladığını, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 19 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. 20 oktyabr 2022-ci il tarixdəkeçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Astara RPŞ-yə məlumat daxil olmamış, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 20 oktyabr 2022-ci il tarixdə Astara rayonun Səncərədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Həsən Ağayevin icraatına əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, əməliyyat qrupu yaradılmışdır. 20 oktyabr 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, daha sonra həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Maşxan kəndində piyada küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin həmin vaxt küçədə hərəkət intensiv olduğundan Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmamış, odur ki, Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş,üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd LD siqaret qutusu çıxarıb, qutunu açıb içindən 3 büküm kütləni götürüb masa üzərinə qoyub bildirmişdir ki, 2 ədəd bükümün içində kakos, yəni heroin, 1 ədəd bükümün içində isə pati, yəni metamfetamin vardır. Həmin bükümlərə baxış zamanı müəyyən edilmişdir ki, 2 ədəd bükümün içində spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd bükümdə isə kristall formada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr vardır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrdən başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən götürülərək elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin vəpsixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 19 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən 20 manata əldəetdiyini bildirmişdir. Sonda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Daha sonra 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, əməliyyat qrupu yaradılmış, 16 noyabr 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və saat 15 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Səncərədi kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi iləməşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin küçədə intensiv hərəkət olduğundan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi mümkün olmamış, odur ki, Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitəolması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçi Allahverən Əbilovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş hər hansıəşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm, əynində olan qırmızı rəngli gödəkcəsinin sağ cibindən isə 1 ədəd elektron tərəzi çıxararaq masa üzərinə qoyub bildirmişdir ki, sellofan bükümün içində kakos vardır. Həmin sellofan bükümə baxış zamanı müəyyən edilmişdir ki, sellofan bükümün içində 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamani Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini 16 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən 15 manata əldə etdiyini, elektron tərəzini isə Lənkəran şəhərində tapdığını və heç vaxt istfadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər kütlələrdən başqa hər hansı bir qanunla daşınması, saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Astara RPŞ-yə məlumat daxil olmuş, keçirilmiş əməliyyat-axtarıştədbirləri zamanı da üzərindən 3 büküm narkotik vasitə heroin və narkotik vasitəni ölçüb satmaq üçün istifadə olunan elektron tərəzi aşkar edilərərk götürülmüşdür. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan olaraq üzərindən aşkar edilmişelektron tərəzini tapdığını və heç vaxt istifadə etmədiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş və satış məqsədilə üzərində 3 büküm narkotik vasitə olan heroini gəzdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, üzərində saxlayıb daşıması, həmçinin satışı ilə məşğul olması barədə Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Nicat Əliyevin icraatına əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində polis əməkdaşları X18, X19, X10 və o, iştirak etmişlər. 16 noyabr 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, daha sonra həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Səncərədi kəndində piyada küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin həmin yerdə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmamış, odur ki, Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakıilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm, əynində olan qırmızı rəngli gödəkcəsinin sağ cibindən isə 1 ədəd elektron tərəzi çıxararaq masa üzərinə qoyub bildirmişdir ki, sellofan bükümün içində kakos vardır. Həmin sellofan bükümə baxış zamanı müəyyən edilmişdir ki, sellofan bükümün içində 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini 16 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən 15 manata əldə etdiyini, elektron tərəzini isə Lənkəran şəhərində tapdığını və istfadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan narkotik vasitə heroinə bənzər kütlələrdən başqa hər hansı bir qanunla daşınması, saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Astara RPŞ-yə məlumat daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da üzərindən 3 büküm narkotik vasitə heroin və narkotik vasitəni ölçüb satmaq üçün istifadə olunan elektron tərəzi aşkar edilərərk götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X19 və X11 şahid X9 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertiza”üzrə verilmiş 21 oktyabr 2022-ci il tarixli, 19/1100 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) büküm metamfetaminə bənzər kütlə, 2 (iki) büküm heroinə bənzər kütlələr...» sözlər və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,305 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,474 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və 1 ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən“məhkəmə fiziki-kimyəvi ekspertiza”üzrə verilmiş 17 noyabr 2022-ci il tarixli, 19/1173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 bükümdə narkotik vasitəyə bənzər kütlələr...”sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,264 qram, 0,190 qram,0,357 qram; ümumi təmiz çəkisi: 0,811 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmiş narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görəbir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində“Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi...”sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 17 noyabr 2022-ci il tarixli, 1187 saylı rəyindən görünür ki, - Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asıliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi ********** nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.. İşdə olan Astara Rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 75 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri həyat yoldaşı və 2004-cü il təvəllüdlü X12, 2008-ci il təvəllüdlü X6r. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlanmanın əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 17.11 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 125 (yüz iyirmi beş) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,305 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,474 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamin, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,264 qram, 0,190 qram,0,357 qram; ümumi təmiz çəkisi: 0,811 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmiş narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 3 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 125 (yüz iyirmi beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,305 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,474 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamin, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,264 qram, 0,190 qram,0,357 qram; ümumi təmiz çəkisi: 0,811 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmiş narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar