Məhkəmə qərarları › İş №1(018)-30/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-30/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-30/2024 25.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 9 yanvar 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,27 qram qurudulmuş marixuana narkotik vasitəsini sellofan bükümdə qablaşdırıb əynində olan göy rəngli şalvarın sağ yan cibində yerləşdirərək saxlamış, 9 yanvar 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “DAF” markalı, 44CD665/44ZA565 qeydiyyat nişanlı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 18 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, təqribən 3 (üç) ildir ki, “Ərkivan Transport” şirkətində sürücü işləyir. Adətən beynəlxalq yük daşımalar ilə məşğul olur. Əsasən də İran İslam Respublikasından Rusiya Federasiyasına yük daşıyır. İdarə etdiyi “DAF” markalı “44CD665/44ZA565” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Ərkivan Transport” şirkətinə məxsusdur. O əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. Son vaxtlarda İran İslam Respublikasına yük apararkən və ya oradan yük gətirmək üçün gedərkən İranda marixuana narkotik vasitəsi alıb istifadə etmişdir. Sonuncu dəfə də xx.xx.2024-cü il tarixdə idarə etdiyim “DAF” markalı “44CD665/44ZA565” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yük gətirmək məqsədi ilə İran İslam Respublikasına getmiş, oradakı Astara şəhərində Səid adlı iranlı şəxsdən 500 İran rialı qarşılığında bir qədər narkotik vasitə marixuana və marixuananı içinə doldurub çəkmək üçün xüsusi kağız almışdır. İslam Respublikasında qaldığı müddətdə həmin marixuananın yarı hissəsini qəbul etmiş, yerdə qalanını isə gətirib sonradan istifadə etmək üçün sellofan paketə yerləşdirib əynindəki tünd göy rəngli şalvarının balaca cibinə qoymuş, marixuana çəkmək üçün istifadə edilən kağızı da idarə etdiyi nəqliyyat vasitəsinin kabinindəki çantasına qoymuşdur. İran İslam Respublikasında təqribən 4 gün qaldıqdan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə “bibər” yükü yükləyib Rusiya Federasiyasına aparmaq üçün yola düşmüş, xx.xx.2024-cü il tarixdə İran-Azərbaycan sərhədini keçib Astara Gömrük İdarəsinin ərazisinə daxil olmuş, idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüş, yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərinin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi onun idarə etdiyim yük nəqliyyat vasitəsini yoxlamış, yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində olan çantasında narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyi kağızları aşkar etmiş, bundan sonra üzərində şəxsi yoxlama aparmışlar, şəxsi yoxlama zamanı İran İslam Respublikasından əldə edərək əvvəlcədən əynindəki tünd göy rəngli şalvarının sağ yan balaca cibinə qoyduğu narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə marixuananı İran İslam Respublikasından öz şəxsi istifadəsi üçün əldə etmiş və gətirib sonra istifadə etmək üçün cibinə qoymuş, həmin maddənin ölkə ərzisinə gətirilməsinin qadağan olduğunu bildiyinə görə bəyan etməmişdir. Hazırda cinayət əməli törətməkdən peşman olmuşdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun özünü Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində tərsirli bilməməsi, məhkəmə iclasında verdiyi ifadəsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə uydurulmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri və məhkəmə fizikikimyəvi və məhkəmə-narkoloji ekspertizaslarının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi «Astara» Gömrük İdarəsində, Rəsmiləşdirilmə Mərkəzinin 1-ci bölməsində inspektor vəzifəsində işləyir. 09 yanvar 2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirirmiş, həmin gün saat təqribən 18 radələrində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən “401” nömrəli İnvoysa əsasən “bibər” yükü aparan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “44CD665/44ZA565” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlamış, Təqsirləndirilən şəxsla şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və ona məxsus əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirmiş, bundan sonra sonuncunun hərəkətləri şübhə doğurduğu üçün onun idarə etdiyi yük nəqliyyat vasitəsi dəvət edilmiş hal şahidlərinin iştirakı ilə yoxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki, Təqsirləndirilən şəxs şəxsi əşyalarını yerləşdirdiyi çantadan narkotik vasitələrin qəbulu zamanı istifadə edilməsi ehtimal edilən üzərində “RAW” yazısı olan kağız folqalar aşkar etmiş, zərurət yarandığından AR Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarın sağ yan balaca cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan paket aşkar etmişdir. Həmin sellofan paketin içərisinə baxış zamanı paketin içərisində qablaşması ilə birlikdə təqribi çəkisi 0,4 (sıfır tam onda dörd) qram olan açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materillarına əlavə olunmuş “Astara” Gömrük İdarəsində tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, 09 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmazdan qabaq ona hüquq və vəzifələri izah edilməklə gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs gömrük orqanına bəyan etmədiyi və ya gömrük orqanından gizlətdiyi hər hansı predmetinin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketin içərisinə baxış zamanı paketin içərisində açıq yaşıl rəngli, narkotik vasitə marixuanya oxşar maddə olduğu müəyyən edilmişdir. Cinayət işinin materillarına əlavə olunmuş 11 yanvar 2024-cü il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:12-də idarə etdiyi “DAF” markalı “44CD665/44ZA565” qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Astara” DSBM-dən keçməklə ölkə ərazisinə daxil olmuş və həmin tarixdə üzərində aparılmış şəxsi yoxlama zamanı narkotik vasitə qurudulmuş marixuananın aşkar edilmişdir. Cinayət işinin materillarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü tarixli, 3-16-16-2-7/43 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana olduğu qeyd edilmişdir. Həmin qurudulmuş marixuananın təmiz çəkisinin 0,27 qram, tədqiqata sərf edilmiş çəkinin 0,05 qram, qalıq çəkinin isə 0,22 qram olduğu göstərilmişdir. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahıya daxilildir. Adı çəkilən Mərkəzin 10 yanvar 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 19 yanvar 2024-cü il tarixli, 324 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş 22 yanvar 2024-cü il tarixli aktdan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,27 qram qurudulmuş marixuana və 1 qutuda üzrəində «RAW» yazısı olan kağız folqalar maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalıq qalmış 0,22 qram qurudulmuş marixuana və 1 qutuda üzrəində «RAW» yazısı olan kağız folqaların məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran rayonu İH başçısının Lənkəran rayonu Şürük kənd İƏD üzrə nümayəndəsi tərəfihdən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu görünür. Cinayət işinin materiallarında olan Lənkəran rayonu İH başçısının Lənkəran rayonu Şürük kənd İƏD üzrə nümayəndəsi tərəfihdən verilmiş arayışdan görünür ki, Həsənov X2 rayonu Şürük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cinayət işinin materiallarına əlavə olunmuş «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş aqzadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, cəzanın əvvəlinin 25 aprel 2024-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Cinayə işi üzrə maddi sübut Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 qutuda üzrəində «RAW» yazısı olan kağız folqalar təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməklə, onun cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. . Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana və və 1 qutuda üzrəində «RAW» yazısı olan kağız folqalar məhv edilsin. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar