Məhkəmə qərarları › İş №1(018)-30/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-30/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-30/2025 17.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı 1 saylı X21 Mərkəzinin nümayəndəsi – Zərərçəkmiş şəxs, Müdafiəçi –Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 1 saylı X21 Mərkəzinin Təngərüd meşəbəyliyinin 11 saylı dolayında yerləşən meşə fondu təyinatlı torpaq sahəsini zəbt edib meşə fonduna daxil olan ağacları və kolları qanunsuz kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, verilmiş ittihama görə o, 03 sentyabr 2007-ci il tarixdən hal-hazıradək heç bir mülkiyyət, icarə və istifadə hüququ olmadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 1 saylı X21 Mərkəzinin Təngərüd meşəbəyliyinin 11 saylı dolayında yerləşən meşə fondu təyinatlı torpaq sahəsinin 1.04 ha ölçüdə olan ərazisini şəxsi ehtiyacları üçün dəmir tellərlə çəpərləyib torpaq sahəsini qəsdən özbaşına tutaraq torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa o, 2024-cü ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə və vaxtlarda Astara rayonu, Təngərüd kəndi ərazisində Təngərüd meşəbəyliyinin 11 saylı dolayındakı meşə fonduna daxil olan 8 sm diametrlərində 29 ədəd, 12 sm diametrlərində 32 ədəd, 16 sm diametrində 10 ədəd, 20 sm diametrində 4 ədəd, 24 sm diametrlərində 02 ədəd olmaqla cəmi 77 ədəd “palıd” cinsindən olan ağaclarını və 18 ədəd yemişan kolunu balta və əl mişarı ilə vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsməklə 1 saylı X21 Mərkəzinə xeyli miqdarda, yəni 1254,16 manat (bir min iki yüz əlli dörd manat, on altı qəpik) məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 188.1 və 259.1-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1962-ci il tarixdə Astara rayonundan anadan olmuş, evlidir, ehtiyatda olan polis nəfəridir. Hazırda ailə üzvləri ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X11 və Şahid2 həmkəndliləri kimi uzun müddətdir ki, tanımış, Cabirin oğlu Nadirin adına rəsmiləşdirməklə 2005-ci il tarixdə Təngərüd kəndində ümumi sahəsi 0,6 ha olan bələdiyyə məxsus torpaq sahəsini o vaxtkı dövrə uyğun olaraq birdəfəlik rüsumu ödəyərək istifadə etmək üçün götürmüşdür. Həmin torpaq sahənin yanında 1,5 ha torpaq sahəsini o, 2007-ci il tarixdə Təngərüd Bələdiyyəsindən aidiyyatı rüsumu ödəyərək istifadə etmək üçün almış, o vaxtdan bəri də hər il müəyyən məbləğdə bələdiyyə rüsumunu ödəmiş, torpaq sahəsini bələdiyyədə aparılan sənədləşmədə bacısı X5 adına sənədləşdirmiş, sonradan da oradakı sahənin 0,10 ha olan yerində tikinti işləri aparmaq üçün Astara rayon İcra Hakimiyyətindən icazə almış, tikintiyə icazə aldıqdan sonra təxminən 2011-ci il tarixdə əvvəlcə orada söhbətgah tikmiş, sonradan da 1 mərtəbəli ev və həyətdə sanitar qovşaq tikmişdir. Torpaq sahəsini də çəpərin içində almış, özü əlavə olaraq hər hansı çəpərləmə işləri görməmişdir. Nadirgilin torpaq sahənin satdıqlarını bilmiş, oranı da özünə almaq üçün danışmış, Nadir ona oranı 10.000 manat müqabilində satdığını da demiş, o da razılaşmış, aldığı yeri bacısı X6 adına əldə etməklə ilkin alqı-satqı müqaviləsi bağlamışdır. Şahid2 ilə Şəhla Bəxtiyarova 16 iyul 2024-cü il tarixdə Astara şəhərindəki Notariat ofisində sonuncunun adına müqavilə bağlamış, özünə məxsus hissədə beş-altı ədəd kol-kos olmuş, onları kəsmiş, tərəfindən hər hansı ağac kəsilməmişdir. Ona məxsus torpaq sahəsinin ölçüsü 0.06 ha, 0.90 ha və 0.10 ha-dan ibarətdir. Hər birinin sənədi olmaqla yanaşı, heç birində çəpərləmə işləri aparmamış, hansı vəziyyətdə verilmişdirsə heç bir artırma olmadan istifadə etmişdir. Onun istifadəsində olan torpaq sahələrindən istifadə etmək üçün Təngərüd Bələdiyyəsindən, tikinti aparmaq üçün isə Astara rayon İcra Hakimiyyətindən icazə sənədləri olmuş, əlavə olaraq da torpaq sahəsini alan zaman alqı-satqı aktı bağlamış, sənədləri həll etdikdən sonra torpaq sahəsini özünün bilib orada tikinti işləri aparmışdır. İstifadəsində olan torpaq sahəsinin meşə təyinatlı olduğu barədə onda məlumat olmamışdır, 2004-cü ildən həmin torpaq sahəsindən istifadə etmiş, bu müddət ərzində ona torpaq sahəsinin meşə təyinatlı olmasına dair hər hansı məlumat verilməmişdir. oranın meşə təyinatlı olduğunu bilsəydi orada heç bir tikinti işləri aparmaycağını bildirmişdir. Həmçinin, yeni aldığı 0.06 ha torpaq sahəsi də həmkəndlisi Nadirgilin daim istifadəsində olduğundan hətta oraya mülkiyyət hüququ əldə etmək üçün də aidiyyatı qurumlara rəsmi müraciət edəcəyini fikirləşmişdir. Məhkəmə istintaqı zamanı da vermiş olduğu ifadəsində özünü təqsirli bilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən ittiham olunduğu maddələr üzrə təqsiri olmadığından ona barəet verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, mülki iddiaçı 1 saylı X21 Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1 saylı X21 Mərkəzində hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tərəfindən işlədiyi 1 saylı X21 Mərkəzinə məxsus Astara rayonu, Təngərüd meşəbəyliyində yerləşən torpaq sahəsinin 11 saylı dolayında ümumi sahəsi 1,77 ha olan torpaq sahəsini zəbt edilərək tikinti işlərinin aparılması və oradakı ağacların qanunsuz olaraq kəsilməsi faktına dair bildirmişdir ki, həmin ərazi 1 saylı X21 Mərkəzinin meşə fondu torpaq sahələrinə daxildir. Təqsirləndirilən şəxs iddiasına görə o, həmin sahəni bacısı X7 və X6 adına bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmiş, lakin reyestr məlumatlarına əsasən həmin ərazi meşə fonduna məxsus torpaq sahəsi olmuş, orada ağacların kəsilməsinin və tikintilərin aparılmasının şahidi olmamış, 24 avqust 2024-cü il tarixdə işlədiyi 1 saylı X21 Mərkəzinin əməkdaşları ərazilərə baxış keçirən zaman Astara rayonu, Təngərüd kənd sakini Təqsirləndirilən şəxs tərəfindən meşə fonduna məxsus torpaq sahəsində qanunsuz zəbtin olmasını və ağacların qanunsuz olaraq kəsilməsini aşkar etmişlər. Onlar baxış zamanı diametrləri 08, 12, 16, 20 və 24 sm olmaqla palıd cinsindən olan ağacların kəsilməsini müəyyən etmişlər, belə ki, diametləri 08 sm-də 29 ədəd, 12 sm-də 32 ədəd, 16 sm-də 10 ədəd, 20 sm-də 04 ədəd və 24 sm-də 02 ədəd olmaqla, cəmi 77 ədəd ağac və 18 ədəd yemişan kolu kökündən kəsilmiş, daha sonra oradakı ümumi sahəsi 1,77 ha olan torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz zəbt edilməsi, ətrafının dəmir tellərlər çəpərə alınması, 01 ədəd söhbətgahın, 01 ədəd bir mərtəbəli evin, 01 ədəd sanitar qovşağın tikilməsi müəyyən edilmişdir. Bir sözlə Təqsirləndirilən şəxs meşə fonduna daxil olan torpaq sahələrini qanunsuz zəbt etməklə tikinti işləri aparmış və qanunsuz ağac kəsmişdir. Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə xeyli miqdarda, yəni 1254 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən nə ağacların kəsilməsinin, nə də ki, torpaq sahəsinin zəbt edilməsinin şahidi olmamış, işlədiyi müəssisənin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman qeyd olunan faktlar aşkar çıxmışdır. Təqsirləndirilən şəxs ağacları özünün bildirdiyinə əsasən 2024-cü ilin avqust ayı ərzində kəsmişdir. Torpaq sahəsi 1 saylı X21 Mərkəzinə məxsus torpaq sahəsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, dəymiş 1254 manat məbləğində ziyanın onların xeyrinə ödənilməsi, 1 saylı X12 Təngərüd meşəbəyliyinin 11 saylı meşə dolayında 1.77 ha meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Mərkəzə təhvil verilməsi barədə mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, 1965-ci il tarixdə Astara rayonundan anadan olmuş, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, hazırda ailə üzvləri ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Amil 2007-ci il tarixdə Astara rayonu, Təngərüd kəndi ərazisindəki Təngərüd Bələdiyyəsindən aidiyyatı rüsumu ödəyərək istifadə etmək üçün torpaq sahəsi almış, torpaq sahəsini də onun adına sənədləşdirmiş, sonradan da indiyədək hər il müəyyən məbləğdə bələdiyyə rüsumunu ödəmiş, o, torpaq sahəsində tikinti işləri aparmaq üçün Astara rayon İcra Hakimiyyətindən icazə almış, tikintiyə icazə aldıqdan sonra da əvvəlcə orada söhbətgah tikmiş, sonra 1 mərtəbəli ev və həyətdə sanitar qovşaq tikmişdir. Torpaq sahənin yanındakı torpaq sahəsi həmkəndliləri Şahid2 məxsus olmuş, Amil oranı Nadirdən hazırda Rusiya Federasiyasında yaşayan bacısı X6 adına almış, Amilin göstərilən torpaqlardan istifadə etmək üçün və tikinti aparmaq üçün icazə sənədləri olmuş, həmin sənədləri onun adına almış, məhz sənədləri həll etdikdən sonra torpaq sahəsində qeyd edilən yerlərəri inşa etmişdir. Onun ağacların kəsilməyindən heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 1978-ci il tarixdə Astara rayonundan anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində yaşayır. 2005-ci il tarixdə atası X24 kəndində ümumi sahəsi 0,06 ha olan bələdiyyə məxsus torpaq sahəsini o vaxtkı dövrə uyğun olaraq birdəfəlik rüsumu ödəyərək istifadə etmək üçün götürmüşlər, həmin vaxt torpaq sahəsini rəsmiləşdirmə aktı onun adına qeydiyyata alınmışlar, ondan bir müddət sonra onlar torpaq sahəsinin ətrafını dəmir tellərlə çəpərləmiş, torpaq sahəsinin digər ətrafları isə qonşularla həmsərhəd olduğundan çəpərləməyə ehtiyac olmamışdır. Həmin torpaq sahəsində heç bir təsərrüfat işi görməmişlər, işləri ilə əlaqədar teztez Rusiya Federasiyasına gedib-gəldiyindən torpaq sahəsi baxımsız qalmış, o da artıq saxlamamaq qərarına gəlmiş və həmin torpaq sahəsini qonşuluğundakı torpaq sahəsinin sahibi olan həmkəndlisi Təqsirləndirilən şəxs 10.000 manat müqabilində satmış, Amilin bacısı X15 ilə Astara şəhərində notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlamışlar, o, torpaq sahəsini satan zaman orada heç bir ağac kəsməmiş və əlavə olaraq da, heç bir tikinti işi görməmişdir. O, qeyd olunan torpaq sahəsini 2005-ci il tarixdə Təngərüd bələdiyyəsində rüsumu ödəyərək istifadə etmək üçün almışdır. Satdığı torpaq sahəsinin meşə fonduna aid olması ilə bağlı məlumatı olmamış, torpaq sahəsini 2005-ci il tarixdə bələdiyyə mülkiyyəti kimi bilib almış və istifadə üçün də müqavilə bağlamışdır. Amilin ağac kəsməsi ilə bağlı da heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 1 saylı Lənkəran X21 Mərkəzinin müavini vəzifəsində işləyir. 2006-cı il tarixdən bu günə kimi yuxarıda göstərdiyi müəssisədə işləyir. 24 avqust 2024-cü il tarixdə mərkəzin əməkdaşları ilə birlikdə Astara rayonu, Təngərüd meşəbəyliyinin 11 saylı dolayında meşələrin qorunması və mühafizə olunması vəziyyətinə görə əraziyə baxış keçirilən zaman 77 ədəd palıd cinsinə mənsub ağacın, 18 ədəd yemişan kolunun köküstə yaş vəziyyətdə kəsilməsi müəyyən edilmiş, əlavə olaraq orada işlədiyi müəssisənin balansında olan torpaq sahəsinin bir hissəsinin metal torla çəpərlənməklə zəbt edilərək 4x8 metr ölçüdə 01 ədəd söhbətgah, 10x6 metr ölçüdə 01 ədəd ev və 3x3,5 metr ölçüdə sanitar qovşağın tikilməsi müəyyən edilmiş, kəsilmiş palıd ağaclarının hər birinin diametri ölçülmüş, ağaclardan 29 ədədinin diametri 08 sm, 32 ədədinin diametrinin 12 sm, 10 ədədinin diametrinin 16 sm, 04 ədədinin diametrinin 20 sm, 02 ədədinin diametrinin 24 sm olması müəyyən edilmişdir. Çəpərlənmiş torpaq sahəsi xüsusi ölçmə cihazları vasitəsi ilə dəqiqləşdirilmiş və 1,77 hektar ərazi olması müəyyən edilmişdir. Sonradan isə Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi ilə birlikdə həmin əraziyə yenidən baxış keçirtmişlər. Onlar orada olan zaman həmin kənd sakini Təqsirləndirilən şəxs görməmişlər, ağacların kəsilməsi nəticəsində işlədiyi müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən ümumilikdə 1254,16 manat məbləğində maddi ziyan dəymişdir. Oradakı tikinti işləri aparılan torpaq sahəsini 2007-ci il tarixdən Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs istifadə etdiyini bilmişdir. Ancaq əvvəlcə ağaclar kəsilən torpaq sahəsini həmin kənd sakini Şahid2 istifadə etdiyini bilmiş, lakin 2024-cü ilin iyul ayında Amil bacısı Şəhla Bəxtiyarovanın adına həmin torpaq sahəsini almış və ağacları da məhz elə Amil təkbaşına kəsmişdir. Belə ki, həm torpaq sahəsini zəbt edərək tikili inşa edən, həm də ağac əkən Təqsirləndirilən şəxsdur. Baxış vaxtı Təqsirləndirilən şəxs orada olmadığından onlara heç bir sənəd təqdim edilməmişdir. Baxış zamanı yanında mühəndis Şahid4 və Əmlak Komitəsinin Astara rayonndakı nümayəndəsi Şahid5 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və Şahid5 Şahid3 göstərdiyi xüsusatları ifadələri ilə bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən 2025-ci il fevral ayınadək Təngərüd kəndinin Bələdiyyə sədri vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımışdır. O, 03 sentyabr 2007-ci il tarixdə bacısı X16 adına Təngərüd Bələdiyyəsi ərazisindəki 0,90 ha və 0,10 ha olan torpaq sahələrini istifadəsi üçün almış, sonradan orada da tikinti üçün icazə sənədi alıb 01 ədəd söhbətgah, 01 ədəd ev və 01 ədəd sanitar qovşaq tikmiş, lakin həmin yerdə bu günə kimi heç bir ağac əkməmişdir. 2024-cü ilin iyul ayında da həmkəndliləri Şahid2 ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini bacısı Şəhlanın adına istifadə üçün almışdır. Həmin torpaq sahələri bələdiyyənin qərarı ilə, icazə əsasında Təqsirləndirilən şəxs satılmışdır. Həmin torpaqlar bələdiyyə torpaqları olduğu üçün Təqsirləndirilən şəxs verilmişdir. Sonradan, Prezidentin müvafiq sərəncamlarının icrası məqsədilə aidiyyatı qurumlar tərəfindən ölçmə işləri aparılarkən həmin torpaqların meşə fondu torpaqlarına aid olduğu iddia edilmişdir. Bu barədə, bələdiyyə olaraq onlarda məlumat olmadığı üçün nəinki Amil, müxtəlif vətəndaşlarla alqı-satqı etmişlər. Təqsirləndirilən şəxs, istifadəsinə verilmiş torpaq sahələrinin ölçüsünün artırılması ilə bağlı hər hansı hərəkət etməmiş, həmçinin heç bir çəpərləmə tərəfindən aparılmamışdır. Amil istifadə üçün bacısı Qaratel Hüseynovanın adına 03 sentyabr 2007-ci il tarixli Təngərüd kənd bələdiyyəsinin qərarı ilə istifadə üçün 0,90 ha və 0,10 ha olan torpaq sahələri, sonradan da tikinti üçün icazə almış və 01 ədəd söhbətgah, 01 ədəd ev və 01 ədəd sanitar qovşaq tikmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsini istifadəsi üçün alan zaman Təngərüd Bələdiyyəsinin balansında olmuş, ona görə də Amilə qanuni alqı-satqı və qərar əsasında torpaq sahəsini satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, Astara rayonu, Təngərüd kəndi ərazisindəki 0.06 ha torpaq sahəsi onun oğlunundur. Həmin torpaq sahəsini o özü, oğlunun adına 2004-cü ildə Bələdiyyənin müvafiq qərarı ilə əldə edib. Həmin sahə Təqsirləndirilən şəxs məxsus torpaq sahəsi ilə qonşu torpaq sahəsi olmuş, 2024-cü ildə onu Təqsirləndirilən şəxs oğlu satıb. Həmin torpaq illlərlə istifadələrində olmuş, həmin torpaq sahəsinin meşə fondu torpaq sahəsi olması barədə onlarda məlumat olmayıb, bədəiyyənin qərarı əsasında qanuni əsaslarla torpaq sahəsinə sahiblik etmişlər. Hasar daxilində torpaq sahəsini almış, o formada da Təqsirləndirilən şəxs satmışlar. Amil tərəfindən hər hansı qanunsuz zəbt və ya hasarlama işləri aparılmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşularıdır, istifadəsində olan torpaq sahələrini qanuni əsaslarla əldə etmişdir, onun özbaşına torpaq sahələrini zəbt etməsinin və ya artırmasının, çəpərləməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Təqsirləndirilən şəxs qonşusu olduğunu bildirərək X4 ifadəsinə uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, faka görə Azərbaycan Respublikası CM-nin 259.1 və 188.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Astara rayon polis şöbəsinə göndərilməsi alınmışdır (i.v.1-2). İş materiallarında olan olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən tərtib edilmiş 24 avqust 2024-cü il tarixli, 003109 nömrəli aktdan və həmin akta əsasən təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən və mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq bir ədəd ağcaqayın ağacını kəsməklə təbiətə vurduğu ziyanın dəyəri 1254,16 manat təşkil edir (i.v.8-12). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, faka görə Azərbaycan Respublikası CM-nin 259.1 və 188.2-ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v.38). “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi” tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.48). “Torpaq sahəsinin satılması haqqında” 03 sentyabr 2007-ci il tarixli qərardan görünür ki, Astara rayonu, Təngərüd kəndinin bələdiyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Təngərüd kənd sakini X9 həyətyanı məqsədi ilə 0,10 ha torpaq satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Təngərüd kənd sakini X9 Təngərüd kəndinin bələdiyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır (i.v.52-53). “Torpaqların alqı-satqısına dair” 03 sentyabr 2007-ci il tarixli, 76 nömrəli aktdan görünür ki, X1 ərazisində yerləşən 0,10 ha torpaq sahəsini Təngərüd kənd bələdiyyəsindən almışdır (i.v.54). “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin planı və ölçüsü X9 03 sentyabr 2007-ci il tarixli 14 saylı qərarı iləsahəsi 9000 kv.metr təyinatı kommersiya məqsədilə olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. “Vətəndaşlara fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi barədə” Astara rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2007-ci il tarixli, 126 saylı sərəncamından çıxarışdan görünür ki, Təngərüd kənd sakini X9 Təngərüd bələdiyyəsinin 02 sentyabr 2007-ci il tarixli 14 saylı qərarı ilə alqısatqı yolu əsasında aldığı 0,10 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir (i.v.63). “Mülkiyyət mənsubluğunun müəyyənləşdirilməsi barədə” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 29 noyabr 2024-cü il tarixli, 3-21-3- 43/2-3873/2024 saylı məktubundan görünür ki, sözügedən ərazidə GPS vasitəsi ilə müvafiq ölçü işləri aparılmış və mübahisəli ərazinin kordinatları müəyyənləşdirilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aiddir (i.v.92-93). “Sübutların qiymətləndirilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 259.1-ci maddələri ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.119-127). “Qətimkan tədbi seçmək barədə” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.149-150). Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı 1 saylı X21 Mərkəzinin nümayəndəsi – Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, meşə fondu sahəsində qanunsuz ağac və yemişan kolu kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 1254 (bir min iki yüz əlli dörd) manat 16 qəpik pul vəsaitinin Astara rayonu Təngərüd kənd sakini Təqsirləndirilən şəxs oğlundan tutulub 1 saylı Regional X12 hesabına ödənilməsi,1 saylı Regional X12 Təngərüd meşəbəyliyinin 11 saylı meşə dolayında 1.77 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Mərkəzə təhvil verilməsi barədə mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq edilmiş sübutları qiymətləndirməklə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair barəsində aparılan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X10 üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində X10 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısı cinayət təqibindən imtina etməsini əsaslandıraraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə münasibətdə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Xeyli miqdar dedikdə isə 5000 manatdan yuxarı olan məbləğ nəzərdə tutulur. Hazırda verilən ittihamla şəxs 1254 manat maddi ziyan vurduğu üçün CM-in 259.1-ci maddəsi ilə təqsirləndiriləndirilir. Baxmayaraq ki, hadisə baş verərkən sözügedən əməl cinayət hesab edilirdi, hazırda isə CM-də edilən dəyişikliyə görə həmin əməl nəticəsində yalnız xeyli miqdarda ziyan vurulduqda cinayət tərkibi yaranır. Cinayət Qanunvericiliyinə görə isə CM-də edilən və şəxsin vəziyyətini yüngülləşdiriən dəyişikliklərin retroaktiv qüvvəyə malik olduğunu nəzərə alaraq hazırda şəxsin təqsirləndirildiyi 259.1-ci maddəyə münasibətdə şəxs tərəfindən törədilən hadisədə cinayət tərkibi olmadığından cinayət təqibindən imtina edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə münasibətdə isə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyəti yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da, təsdiq olundu ki, təqsirləndirilən şəxsin istifadəsində olan torpaq sahələri Təngərüd Bələdiyyəsinin balansında olmuş, qanuni alqı-satqı və qərar əsasında torpaq sahələri təqsirləndirilən şəxs tərəfindən satın alınmış, istifadəsində olan torpaq sahələri üçün tərəfindən rüsumlar ödənilmişdir. Həmin, torpaq sahələrinin meşə fondu torpaq sahəsi hətta bələdiyyəyə belə sonradan məlum olmuşdur. Həmçinin, təqsirləndirilən şəxsin istifadəsində olan 1.05 ha torpaq sahəsini özbaşına tutması, orada çəpərləmə, hasarlama və sair işlər aparılması nə ibtidai istintaq, nə də, məhkəmə istintaqı zamanı sübut edilə bilməmişdir. Belə ki, təqsirləndirilən şəxs çəpər daxilində, hazır vəziyyətdə müvafiq qərar əsasında istifadəsində olan torpaq sahələrini almış, 2007-ci ildən torpaq sahələri onun istifadəsində olmuş, torpaq sahəsini zəbt etməsi, torpaq sahəsindən çıxarılması üçün ona hər hansı bildiriş təqdim edilməmişdir. Beləliklə, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaratdığından hazırda şəxsin təqsirləndirildiyi CM-in 188.1-ci maddəsinə münasibətdə isə əməldə cinayət tərkibi olmadığından cinayət təqibindən imtina edilməlidir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamdan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 32.2 və 32.2.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin İİ və İİİ bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar) Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən, sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. X18 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Bu zaman, həmçinin məhkəmələrin statusunu və ədalət mühakiməsinin həyata keçirilməsinin prinsiplərini müəyyən edən konstitusiya normalarının (Konstitusiyanın 125 və 127-ci maddələri), cinayət mühakimə icraatının bir sıra prinsiplərinin (CPM-in 8—12, 21, 28, 32, 36-cı maddələri), habelə CPM-in dövlət ittihamçısı qismində prokurorun qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə) mənalarına görə, dövlət ittihamçısının ittihamdan imtina etməsi və ya əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə hesab edir ki, qəbul olunacaq məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs qarşı cinayət təqibini istisna edən CPM-in 39.1.2-ci maddəsində nəzərdə tutulan hallar, məhz bəraətverici olan hesab edilməklə, cinayət təqibinə Cinayət-Prosesual Məcəlləsinin 39-cu maddəsində göstərilən bəraətverici əsasla xitam verilməli olduğu kimi qəbul edilməli, bununla da, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 188.1 və 259.1-ci maddələrində nəzərdə tutulan cinayətlərə münasibətdə əməlində cinayət tərkibi olmadığından və dövlət ittihamçısının ona qarşı həmin maddələrlə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınaraq, cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsində göstərilən qaydada bəraətverici əsaslarla xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə nəzərə çatdırır ki, məhkəmə baxışı başlanandan sonra cinayət təqibini istisna edən bəraətverici əsaslar aşkar edilmiş və məhkəmə baxışı tədqiq olunmuş sübutlar əsasında başa çatdırılmış, lakin dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyi üçün bəraət hökmü çıxarmamışdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməli olduğundan, onun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 74-cü bəndinin 2-ci hissəsində göstərilmişdir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı 1 saylı X21 Mərkəzinin nümayəndəsi – Zərərçəkmiş şəxs mülki iddiası ilə əlaqədar məhkəmə hesab edir ki, cinayət təqibinə Cinayət-Prosesual Məcəlləsinin 39-cu maddəsində göstərilən bəraətverici əsaslarla xitam verilməli olduğu üçün mülki iddia baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.1,39.1.2, 41.3, 43.1.1, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 259.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından və dövlət ittihamçısının ona qarşı həmin maddələrlə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən tamamilə imtina etməsi nəzərə alınaraq, cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən qaydada bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə verilmiş mülki iddia baxılmadan saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar