Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-31/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM ASTARA RAYON MƏHKƏMƏSİ 03 aprel 2023-cü il iş № 1(018)-/2024 Astara şəhəri Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakı ilə xx xxxxx 1993-cü ildə Naxçıvan MR., Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 347 manat təqaüd pulunu bankomatdan çıxartmaq üçün sonuncunun istifadəsində olan "xxxx" ASC-yə aid 6768-6753-9461-5296 seriyalı təqaüd kartını xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında Zərərçəkmiş şəxs alıb pulu çıxararkən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcısı hesab olunan həmin bank kartının 3 rəqəmli CVV kodunu və 4 rəqəmli təhlukəsizlik kodunu özünün istifadəsində olan mobil telefona quraşdırılmış "xxxx" ASC-nin “Birbank” proqramına əlavə edərək həmin bank kartına köçürülən təqaüd pullarını vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla əvvəlcə xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 150 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 87 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 102 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulu istifadəsində olan +**********29 saylı mobil nömrəyə, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 246,95 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 127,14 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 20 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 1,11 manat məbləğində pulu onlayn ödəniş yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 347 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 215 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 109,06 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə Astara şəhəri Nizami küçəsində yerləşən “Halal market”in qarşısında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 20 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına köçürərək həmin bankomatlardan çıxartdırıb ələ keçirməklə zərərçəkiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulunu gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı Şahid nənəsidir. 2022ci ilin avqust ayının ortalarında Natiqə Əlizəda qızı, yəni qaynanası Şəhla Məmmədova ilə birlikdə onlara qonaq gəlmişdir. Onlarda bir neçə gün qaldıqdan sonra birlikdə qaynanası Şəhla Məmmədovanın yaşadığı Türkiyə Respublikasına getmişlər. Zərərçəkmiş şəxs onlarda qonaq olarkən 20 avqust 2022-ci il tarixdə təxminən saat 15-16 radələrində birlikdə Bakı şəhəri Q.Qarayev metrosunun yaxınlığına alış-veriş etməyə getmişlər. Həmin vaxt həyat yoldaşı Şahid da onlarla olmuşdur. Onlar qeyd etdiyi yerdə olarkən Zərərçəkmiş şəxs ona özünün təqaüd kartını verərək, bankomatdan onun üçün pul çıxarmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs kartı alıb avtomobil yolunun əks tərəfində yerləşən "xxxx"a məxsus bankomata getmişdir. O, bankomata gedib kartda olan 347 manat pulu çıxartmışdır. Həmin kartın təqaüd kartı olduğunu və hər ay ora 347 manat pul köçürüldüyünü bildiyi üçün özünün də pula ehtiyacı olduğu üçün həmin kartı işlətdiyi «Redmi Note 10» markalı mobil telefona quraşdırdığı «Birbank» proqramına əlavə edərək pullardan istifadə etməyi qərara almışdır. Çünki Zərərçəkmiş şəxs qızı Şəhla ilə birlikdə Türkiyəyə gedib orada 5-6 ay qalacağını, həmin müddətdə öz təqaüd kartından da istifadə edə bilməyəcəyini bilmişdir. O, əvvəlcə kartın hər iki üzünün şəklini telefonu ilə çəkmişdir. Bundan sonra həmin kartın hazırda xatırlamadığı 16 rəqəmli şifrəsini, kartın arxa tərəfində olan CVV kodunu və Zərərçəkmiş şəxs ona verdiyi 4 rəqəmli təhlükəsizlik kodunu mobil telefona quraşdırdığı «Birbank» proqramına əlavə etdikdən sonra həmin kart «Birbank» proqramında aktiv olunmuşdur. Bankomatdan çıxardığı 347 manat pulu və həmin kartı Zərərçəkmiş şəxs özünə qaytarmışdır. Növbəti aylarda yəni, 2022-ci ilin sentyabr ayında 347 manat, 2022- ci lin oktyabr ayında 397 manat, 2022-ci ilin noyabr ayında 347 manat və 2022-ci ilin dekabr ayında 347 manat pul köçürülmüşdür. Həmin kart onda olmadığına görə kart hesabında olan pulları çıxarıb nəğdləşdirmək üçün yaşadığı Sabunçu rayonu Ramana qəbəsində yerləşən "xxxx" və «Beynəlxalq Bank»ın bankomatlarına və Astara şəhərində olarkən orada yerləşən «Halal market»in yanında quraşdırılmış "xxxx"ın bankomatına yaxınlaşaraq bankomatlardan pul çıxaran tanımadığı şəxslərə yaxınlaşıb xahiş edirmiş ki, hesabındakı pulları onların kartlarına göndərsin, onlar da göndərdiyi pulları çıxarıb ona versinlər. Həmin vaxt o, həmin şəxslərə yalandan bank kartını itirdiyini demiş, onlar da onun sözünə inanmışlar. Bu barədə ailə üzvlərindən və ya tanışlarından kiməsə bildirməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs Türkiyədən qayıtdıqdan sonra onun kartından pullarının çıxarıldığını bildiyinə görə həmin kartı bağlatdırmış, bu səbəbdən də daha həmin hesabdakı pullar çıxartdıra bilməmişdir. Zərərçəkmiş şəxs hesabındakı pullarının onun tərəfindən çıxarıldığını bildikdən sonra onun barəsində polisə şikayət etmişdir. O, həmin kartdan ümumilikdə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pul çıxarmışdır. Məqsədi həmin karta hər ay gələn 347 manat pulu çıxarıb öz ehtiyaclarına ödəmək olmuşdur. O, həmin «Birbank» proqramından istifadəsində olmuş, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə qeydiyyatdan keçmişdir. Sonra etdiyi əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs üzr istəmiş, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə şahid kimi tanınaraq dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nikahdan bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxs onun nənəsidir. 2022-ci ilin avqust ayının ortalarında nənəsi Natiqə Əlizəda anası Şəhla Məmmədova ilə birlikdə onlara qonaq gəlmişdir. Onlarda bir neçə gün qaldıqdan sonra birlikdə anasının yaşadığı Türkiyə Respublikasına getmişlər. Nənəsi Zərərçəkmiş şəxs onlarda qonaq olarkən 20 avqust 2022-ci il tarixdə təxminən saat 15-16 radələrində birlikdə Bakı şəhəri Q.Qarayev metrosunun yaxınlığına alış-veriş etməyə getmişlər. Həmin vaxt əri Təqsirləndirilən şəxs də onlarla olmuşdur. Nənəsi Zərərçəkmiş şəxs özünün təqaüd kartını Sərvərə verib demişdir ki, bankomatdan onun üçün pul çıxarıb gətirsin. "xxxx"a məxsus bankomat isə avtomobil yolunun əks tərəfində yerləşdiyi üçün o, nənəsi ilə orada gözləmiş, əri Sərvər isə kartı nənəsindən alıb bankomata getmişdir. Sərvər təxminən 20 dəqiqə sonra geri qayıtmışdır. Sərvər nənəsindən aldığı təqaüd kartını və 347 manat pulu ona vermişdir. Bundan sonra oradan evə qayıtmışlar. Nənəsi bir müddət onlarla qaldıqdan sonra anası ilə birlikdə Türkiyəyə getmişdir. 2023-cü ilin yanvar ayında nənəsi Azərbaycana qayıtdıqdan sonra məlum olmuşdur ki, onun təqaüd kartından 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulu çıxarılmışdır. Sonradan bilmişdir ki, həmin pulları əri Sərvər oğurlamışdır. Lakin bunu hansı formada etdiyini bilməmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, 11 avqust 2022-ci il tarixdə qızı Şəhla ilə birlikdə ünvan 4 ünvanında yaşayan nəvəsi Şahid evinə getmişlər. 20 avqust 2022-ci il tarixdə təqaüd kartından təqaüdünü çıxarmaq üçün nəvəsi İlkanə və onun əri Sərvərə demişdir ki, kartdan pul çıxarmaq üçün onu bankomata aparsınlar. Sərvər də onu bankomata aparmışdır. O, İlkanə və Sərvər evdən çıxıb şəhər mərkəzinə getmişlər. Həmin vaxt Sərvər təqaüd kartını ondan alıb demişdir ki, onu dayanacaqda gözləsin özü gedib kartdan pul çıxarıb gələcəkdir. O da nəvəsi İlkanə ilə dayanacaqda olan oturacaqda oturmuşdur. Sərvər təxminən 20 dəqiqə sonra qayıdaraq ona 347 manat pul və təqaüd kartını vermişdir. Bir müddət Ramana qəsəbəsində qaldıqdan sonra 24 avqust 2022-ci il tarixdə qızı Şəhla ilə birlikdə Türkiyə Respublikasına getmişlər. O, orada qızının evində 4 ay qaldıqdan sonra 11 yanvar 2023-cü il tarixdə yaşadığı Astara şəhərinə qayıtmışdır. 14 yanvar 2023-cü il tarixdə təqaüd kartından təqaüdünü çıxarmaq istədikdə kart hesabında 4 manat pul qaldığını görmüşdür. Həmin vaxt kart hesabımda isə 1432 manat pul olmalı idi. Belə ki, o, hər ay 347 manat 33 qəpik təqaüd alırmış. Oktyabr ayında isə ona 397 manat 33 qəpik təqaüd pulu vurulmuşdur. Kartından isə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulu çıxarılmışdır. "xxxx"ın Astara şəhər filialına müraciət etdikdə ona məlum olmuşdur ki, kart hesabından birbank proqramı vasitəsi ilə 2022-ci ilin sentyabr-dekabr aylarında 4 ay müddətində pulu çıxarılaraq oğurlanmışdır. Sonra məlum olmuşdur ki, onun kartından 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulu Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan "xxxx" ASC-dən Astara rayon polis şöbəsinə 20 iyul 2023-cü tarixli, 2023/111/6172 saylı məktubla göndərilmiş hesabdan çıxarışa baxış keçirilərkən, Zərərçəkmiş şəxs məxsus 676867******5296 nömrəli təqaüd kartının Birbank tətbiqində +**********93 və +**********29 mobil nömrələrilə qeydiyyatdan keçməsi və həmin kart hesabından xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 150 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 87 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 102 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulun +**********29 saylı mobil nömrəyə, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 246,95 manat məbləğində pulun naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 127,14 manat məbləğində pulun naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 20 manat məbləğində pulun naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 1,11 manat məbləğində pulun onlayn ödəniş yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 347 manat məbləğində pulun naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 215 manat məbləğində pulun naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 109,06 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına, xx.xx.2022-ci il tarixdə 20 manat məbləğində pulun birbank tətbiqi ilə digər kart hesabına köçürülməsi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin hesabda ümumilikdə 1439,86 manatı məbləğində pulun dövr etməsi, həmin pulun 1428,29 manatı özününküləşdirilməsi, 7,50 manatının isə köçürmələr ilə bağlı xidmət haqqı kimi hesabdan çıxılması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Bakl şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu rayonu Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Bakl şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu rayonu Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Quliyev X2 MR, Naxçıvan şəhəri, Sabir küçəsi, döngə 4 ev 17 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayır, himayəsində 1 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 11 dekabr 2023-cü il tarixli tələbnamə-arayışdan, görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 16 dekabr 2023-cü il tarixli “axtaraışda olan şəxsin tutulması haqqında” olan protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs onun barəsində olan 15 sentyabr 2023-cü il tarixli “İttiham elan olunması üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərar əsasında tutulmuşdur. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 347 manat təqaüd pulunu bankomatdan çıxartmaq üçün sonuncunun istifadəsində olan "xxxx" ASCyə aid 6768-6753-9461-5296 seriyalı təqaüd kartını xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında Zərərçəkmiş şəxs alıb pulu çıxararkən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcısı hesab olunan həmin bank kartının 3 rəqəmli CVV kodunu və 4 rəqəmli təhlukəsizlik kodunu özünün istifadəsində olan mobil telefona quraşdırılmış "xxxx" ASC-nin “Birbank” proqramına əlavə edərək həmin bank kartına köçürülən təqaüd pullarını vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla əvvəlcə xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 150 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 87 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 102 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulu istifadəsində olan +**********29 saylı mobil nömrəyə, xx.xx.2022-ci il tarixdə 1 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 246,95 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 127,14 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 20 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə 1,11 manat məbləğində pulu onlayn ödəniş yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 347 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda 215 manat məbləğində pulu köçürmə yolu ilə naməlum hesaba, xx.xx.2022-ci il tarixdə müxtəlif vaxtlarda Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Zaur İsmayılov küçəsində yerləşən “Araz market”in çıxışında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 109,06 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına, xx.xx.2022-ci il tarixdə Astara şəhəri Nizami küçəsində yerləşən “Halal market”in qarşısında quraşdırılmış "xxxx"a məxsus bankomatın qarşısında 20 manat məbləğində pulu “Birbank” proqramı tətbiqi ilə cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin kart hesabına köçürərək həmin bankomatlardan çıxartdırıb ələ keçirməklə zərərçəkiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulunu gizli yolla talayıb oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini törətməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini,cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – ilk dəfə az ağır cinayət əməlini törətməsini, onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhərində sürücü işləməklə, işi ilə əlaqədar Bakı şəhərini və Abşeron rayonunun ərazilərinə getməli olur. Həmçinin ünvan 2 ünvanında yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyana görə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik pulun Zərərçəkmiş şəxs tamamilə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq Məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Cinayət işi üzrə vurulan ziyana görə 1428 (bir min dörd yüz iyirmi səkkiz) manat, 29 (iyirmi doqquz) qəpik manat pulun Zərərçəkmiş şəxs tamamilə qaytarılması nəzərə alınsın Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. .Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-31/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-31/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver