Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-31/2025 05.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Astara rayonu, Vəznəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Astara rayonu, Vəznəş kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 07 noyabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 28,255 qram çəkidə naroktik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 07 noyabr 2024-cü il tarixdə saat 01:46 radələrində Astara rayonu, Vəznəş kəndində yol kənarında olan zaman saxlanılaraq üzəri yoxlanılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli şəffaf torbanın içərisində 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 3,727 qram, 3,418 qram, 3,672 qram, 3,583 qram, 3,818 qram, 3,541 qram, 3,249 qram və 3,247 qram olmaqla ümumilikdə 28,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, ailəsini dolandırmaq üçün Astara rayonu və ətraf rayonların ərazisində fəhləlik edib pul qazanmışdır. Tutulmamışdan 1 il əvvəl olarmış ki, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bakı şəhəri ərazisində fəhləlik edərkən onunla birlikdə işləyən adını xatırlamadığı şəxsdən narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər şəxsin mobil telefon nömrəsini əldə etmişdir. İlk dəfə həmin nömrəyə zəng etmiş və nömrəni birlikdə işlədiyi tanışından aldığını bildirmişdir. Həmin vaxt adını bilmədiyi şəxsin göndərdiyi məkan xəritəyə daxil olaraq getdiyi ərazidən narkotiki götürmüş və ödənişi kart hesabına göndərmişdir. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana almış və şəxsi tələbatına uyğun istifadə etmişdir. Həmin vaxtdan sonra həmin şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almağa başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhərində olarkən yenidən adını bilmədiyi şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən əlaqə saxlayaraq 8 kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana istədiyini bildirmişdir. Həmin şəxslə narkotik vasitənin bir kibrit qutusunu 100 manata almaq barədə razılaşmış və həmin şəxsin ona göndərdiyi rəqəmlərini xatırlamadığı bank kartı hesabına 8 qutu narkotik vasitə olan qurudulmuş marixuananın əvəzində 800 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs onun mobil nömrəsinə narkotik vasitəni qoyulduğu məkan-xəritəni göndərmiş, həmin xəritə ilə gedərək Koroğlu metrostansiyasının yanında narkotik vasitəni tapıb götürmüşdür. Bundan sonra yoldan keçən avtomobillərdən birinə əyləşərək yaşadığı Astara rayonu Vəznəş kəndinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı kənd istiqamətinə yolun kənarında hərəkətdə olarkən özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq saxlamış və üzərində qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməyini bildirmişlər. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki sellofan bağlamanın içində olan 08 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Yoxlama zamanı üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra onu Astara RPŞ-nə gətirmişlər və Astara RPŞ-də üzərindən aşkar olunmuş kibrit qutusunda olan qurudulmuş marixuanalara baxış keçirmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş mariuxananı adını bilmədiyi şəxsdən əldə etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələri həm özünün istifadəsi, həm də kimsə istəsə satacağını bildirmişdir. Əməlindən peşimandır, himayəsində 1 az yaşlı övladı vardır. Qeyd edilənləri nəzərə alıb ona cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat marağı kəsb edən məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 07 noyabr 2024-cü il tarixdə, saat 01:46-da mən, Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Vəznəş kəndi ərazisində yolun kənarənda saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofanın içərisində olan 8 ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuananı olduğunu bildirmişdir. Həmin sellofan kənara qoyulmaqla, Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutularına baxış keçirilmiş və həmin qutularda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmiş və orada xidməti otaqlardan birində onun da iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütləyə baxış zamanı bir daha həmin kütlənin özünə məxsus olduğunu, bir gün əvvəl tanımadığı şəxsdən əldə etdiyini, 1 kibrit qutusunu istifadə etmək, qalanlarını isə satmaq məqsədilə əldə etdiyini, narkotik vasitənin əvəzində ümumilikdə 800 manat pul ödədiyini bildirmişdir. Daha sonra aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən çəkilərək yenidən qablaşdırılmış, bundan sonra baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş 07 noyabr 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-19/722 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: -3,727 qr; -3,418 qr; -3,672 qr; -3,583 qr; -3,818 qr; -3,541 qr; -3,249 qr; -3,247 qr: ümumi təmiz çəkisi: -28,255 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. (Siyahı İ) İş üzrə 08 noyabr 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 785 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbrinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan göründüyü kimi 07 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs saxlanılaraq üzəri yoxlanılan zaman 8 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İşdə olan Astara Rayon İcra Hakimiyyəti başçısının Şüvi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunmur. İş materiallarında olan Astara RİHB-nın Şüvi kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində az yaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsn oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnoğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnoğlundan, 65 (altmış beş) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi subut hesab olunan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 27,855 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan cinayət işinin materiallarına əlavə olunmuş iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, həmçinin iş üzrə maddi subut hesab olunan və Astara rayon PŞnin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra 27,855 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-31/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-31/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver