Məhkəmə qərarları › İş №1(018)-32/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-32/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-32/2023 01.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi: X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Türkiyə Respublikasının Bitlis şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Türkiyə Respublikasının İstanbul şəhəri Bağçılar qəsəbəsində qeydiyyatda olan və yaşamış, hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən “Empire Hotel” mehmanxanasında 14 nömrəli otaqda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasına qanunsuz getmək məqsədi ilə 20 noyabr 2022ci il tarixdə saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “N” nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasina keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlan tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Türkiyədən Azərbaycanın Bakı şəhərinə gəlmişdir. Gəlişinin məqsədi Türkiyədə tekstildə tikdirəcəkləri paltarlari reklam etmək va satmaq olmuşdur. O, Bakiya milliyətcə özbək olan Nazli İsmayılova ilə birlikdə gəlmişdir. Onlar ilk əvvəllər Bakı şəhəri Nərimanov rayonunda adini xatirlamadiği otellərdən birində qalmağa başlamişdirlar. Bir müddət sonra Türkiyə vətəndaşi olan və Baki səhərində yaşayan tanişi Yunus Emre ilə telefonla danışdığı zaman həmin şəxs ona təklif etmişdir ki, tanışı ilə birlikdə kirayələdiyi mənzildə qalsın. O, raziliq verdikdən sonra Nazli ilə birlikdə Yunusun evinə getmiş və orada qalmışdır. O, və Nazlı hər gün Bakını gəzir, paltarların qiymətləri ilə maraqlanmiş, eyni zamanda özünə şərik axtarmişdir. O, Yunusun hansi işlə məşğul olduğunu bilməmişdir. Çünki bir evdə yaşasalar da, onun otaği ayrı olmuş və onlar Yunusun otağına girməmişdirlər. Lakin sonradan ona məlum olmuşdur ki, Yunus canlı mərc oyunlari ilə məşğul olmuşdur. O, ev dəyişdirmək qərarına gəlsə də, qisa müddat ərzində kirayə ev tapa bilməmişdir. Təxminən 15 gün əvvəl onlar evdə olarkən Yunus tez bir şəkildə bütün əşyalarını götürərək və onlara heç bir məlumat verməyərək evdan çıxmişdir. Onlar Yunusun evdən belə tez çixmasıni görərək evi tərk etmişlər. Daha sonra ona məlum olmuşdur ki, qaldiqlari evdə polis axtariş aparmişdir. Onlar qorxaraq Türkiyə səfirliyinə və polis bölməsinə müraciət etmişlər. Polis bölməsində onlara sənədlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi tərəfindən götürüldünü bildirmiş və onlan həmin idarəyə aparmişlar. Onların orada izahatlarını almış və şəxsiyyət vəsiqələrini özlərində saxlayaraq onlari buraxmişlar. Dörd gündən sonra Nazlının şəxsiyyət vəsiqəsini qaytarmiş və o, təyyarə ilə Türkiyəyə qayitmişdir. Onun isə ölkədən cixişina qadağa qoymuşlar. Bir neçə gün əvvəl Türkiyədən ona bildirmişlər ki, anasının ürəyində problem olduğuna görə onu xəstəxanaya aparmışlar. O, da anasinin yanında olmaq istəmiş, lakin çixİşina qadağa qoyulduğundan Türkiyəyə gedə bilməmişdir. Qərara gəlmişdir ki, Türkiyəyə dövlət sərhədini qanunsuz olaraq keçərək getsin. Türkiyədə olan tanışi ilə danişarkən sonuncu ona bildirmişdir ki, İranda olsa tanışları onu Türkiyəyə keçirə bilər. Buna görə də qərara gəlmişdir ki, İrana dövlət sərhədini qanunsuz olaraq keçərək getsin. İnternetə baxaraq Astara şəhərinin İranla sərhəd olduğunu müəyyən etmiş və taksi ilə Astara rayonunun hazirda xatirlamadiğı kəndinə getmişdir. Kəndə olarkən keçəcəyi yeri internetə baxaraq müəyyən etmişdir. 20 noyabr 2022-ci il tarixdə saat 20 radələrində qarşisina çıxan məftilləri kəsmiş və Azərbaycandan İran istiqamətində hərəkət etməyə başlamişdir. Bir necə dəqiqə sonra hərbiçilər ona dayan komandası verərək saxlamışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Türkiyətə fevral ayında baş vermiş zəl-zələ zamanı 13 nəfər qohumunu itirdiyini və xəstə anasının olmasını bildirib məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o və “N” nömrəli hərbi hissənin hərbi qlluqçuları 15-ci sərhəd zastavasının 2-ci sahəsindəsaat 17:00dan 22:00-dək “pusqu” sərhəd naryad xidmətini təşkil etmək üçün Dövlət sərhədinin mühafizəsinə dair əmr aldıqdan sonra növbətçinin nəzarəti altinda silahlara baxiş kecirdikdən sonra təyin olunduqları sahəyə doğru hərəkət etmişlər. Xidmətdə olduğu zaman saat 20 radələrində 01 nəfər şübhəli şəxsin dövlət sərhəd xətti, yəni Azərbaycan Respublikasindan İran İslam Respublikasi istiqamətində hərəkət etdiyini müşahidə etmişdir. O, dərhal həmin şəxsi müşahidə altinda saxlayaraq bu barədə sərhəd zastavasina məlumat vermiş və əlverişli yer seçərək şübhəli şəxsin yaxinlasmasini gözləmişdir. Şübhəli şəxs yaxinlaşdiqdan sonra dayan komandasi verərək onu dövlət sərhəd xəttindən 50 metr aralida saxlamışdır. İş materialında olan 20 noyabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Türkiyə Respublikasi vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini Azərbaycan Respublikasindan İran İslam Respublikası istiqamətində qanunsuz olaraq keçməyə cəhd göstərdiyi ərazi “N” nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 2-ci sahəsidir. Hadisə yeri olan 2-ci sahədə nəzarət iz zolağında 01 nəfərə məxsus 08 ədəd insan ayaq izləri və mühəndis texniki çəpərindən aşağıda 11, 12 və 13-cü məftillərin kəsilməsi müəyyən edilmişdir. İş materialında olan DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Heydər X2 dövlət sərhədini rəsmi qaydada Türkiyə Respublikasından Azərbaycan Respublikasina gəlmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Heydər X2 Türkiyə Respublikasına getməyə cəhd göstərərkən DİN-in "saxla" statusuna görə saxlanılaraq sonuncu quruma təhvil verilmişdir. Eyni zamanda onun DMX tərəfindən də çıxışına qadağa qoyulmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 24 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən peşman olmasını, xəstə anasının olmasını və Türkiyə Respublikasında 06 fevral 2023-cü il tarixdə baş vermiş zəl-zələ zamanı 13 nəfər yaxın qohumun ölməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinə əsasən cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə təqsirli bilinib 2.000 (iki min) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, üzərində qəti olaraq 1.500 (min beş yüz) manat cərimə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar