Məhkəmə qərarları › İş №1(018)-32/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-32/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-32/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində doğulmuş, evli, orta təhsilli, məhkumluğu olmuş və ödənilmiş , sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sanqaçal qəsəbəsi, Yol evi massivində yerləşən fərdi yaşayış sahəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xeyli miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin ümumi təsiredici miqdarı 0,32 qram təşkil edən 8 həb “Methadone 40” göstəricili dərman preparatını və bir bükümdə xeyli miqdarda, 0,729 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “Daf” markalı, 10KS304/99ZK781 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında sürətlər panelinin üzərində və sükanın sağ yan tərəfində, maqnitofonun alt hissəsində yerləşən açıq saxlanc yerində yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən idarə etdiyi nəqliyyat vasitəsində özü ilə daşımış və 23 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Astara şəhərinin inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin yük avtomobillərinin idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin gün saat 12 radələrində idarə etdiyi nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qeyd olunan narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən on ildir ki, dövlətlərarası yükdaşıma fəaliyyəti ilə məşğuldur.İdarə etdiyi “DAF” markalı, 10KS304/99ZK781 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Bakı şəhər sakini Valeh adlı şəxsə məxsusdur. Onun tərəfindən verilmiş etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edir. 12 oktyabr 2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi nəqliyyat vasitəsilə Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə İran İslam Respublikası ərazisinə daxil olmuşdur. Orada olan zaman xəstəliyi, eləcə də sağ qolunda olan ağrıları artmağa başladığı üçün aptekdən ağrıkəsici dərman preparatı almışdır. Həmin vaxtı ağrıları şiddətli olduğu üçün dərman preparatının üzərindəki göstəricilərə fikir verməmişdir. Aldığı dərman preparatının iki həbini istifadə etmiş qalanının isə idarə etdiyi yük maşınına qoymuşdur. İİR-da yerləşən yük terminalında idarə etdiyi nəqliyyat vasitəsinə kişmiş yükünü yüklədikdən sonra İran-Azərbaycan sərhədinə doğru hərəkət etmiş, sərhəddə bir neçə gün gözlədikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Astara gömrük idarəsinin idxal yoxlama xəttinə daxil olmuşdur. Yoxlama xəttində olan zaman gömrük əməkdaşları onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunmalı, eləcə də gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olub-olmaması barədə soruşduqda,narkotik vasitə olmadığını , xəstəliyi ilə balı ağrı kəsici dərmanların olduğunu bildirmişdir. Əməkdaş sürətlər panelinin üzərindən dərmanları götürmüşdür .Gömrük əməkdaşı tərəfindən həmin dərmanlara baxış keçirilən zaman onlardan birinin qadağan olunmuş “Methadone 40” adlı dərman preparatı olduğu ona bildirmişdir. Nəqliyyat vasitəsində olan digər əməkdaşı ona bir büküm göstərərək həmin bükümü maqnitofonun alt hissəsində yerləşən açıq saxlanc yerindən aşkar etdiyini bildirmişdir. Lakin,O həmin bükümün ona məxsus olmadığı bildirmişdir. Daha sonra bükümə gömrük əməkdaşı tərəfindən baxış keçirilmiş və baxış zamanı içərisində tiryəkə bənzər narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Onun bir bükümdə tünd qəhvəyi rəngli maddədən xəbəri olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi yoxlama aparılmış, lakin hər-hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra gömrük əməkdaşına təqdim etdiyi üzərində “Methadone 40” yazısı olan bir konvalyutda səkkiz həb, eləcə də idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında maqnitofonun alt hissəsində yerləşən açıq saxlanc yerindən aşkar edilmiş bir bükümdə tünd qəhvəyi rəngli maddə onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq protokol əsasında götürülmüşdür.Həmin vaxt ifadəsində əməkdaşlara bildirmişdir ki, dərmanı ağrı kəsici kimi irandan almış və narkotik vasitə olduğunu bilməmişdir,lakin bükümdə olan maddədən xəbəri olmamışdır.əlavə edərək bildirmişdir ki, maşın qapısı açıq şəkildə on gün müddətində qarajın sahibində qalmışdır..Daha sonra o ağır xəstəlikdən əziyyət çəkdiyini,narkotik istifadəçisi olmadığını,bu əməli bilə bilə törətmədiyini, bu səbəbdən əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki,ibtidai istintaq dövründə Astara Gömrük İdarəsinin baş inspektoru, gömrük xidməti mayoru vəzifəsində işləmiş,hal-hazırda isə Bakı şəhəri Baş Gömrük İdarəsi Xüsusi Mallar üzrə Rəsmilləşdirmə Mərkəzi İ şöbənin baş inspektoru vəzifəsində işləyir.Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 10KS304/99ZK781 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçmişdir. İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşayiət edən sənədlərə əsasən “kişmiş” yükü apararkən xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs ilə şifahi şəkildə sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur.O, isə cavab olaraq narkotik vasitələrin olmadığını bildirmiş, yalnız xəstəliyinə görə istifadə etdiyi ağrı kəsici olduğunu bildirmişdir. Nəqliyyat vasitəsinin kabininə baxdığı zaman sürətlər panelinin üzərində olan dərman preparatlarını götürmüş və dərmanlara keçirilmiş baxış zamanı onların içərisindən bir konvalyutda üzərində “Methadone 40” yazısı olan dərman preparatını aşkar etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə aparılmış təkrar sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində başqa qadağan olunmuş predmetin olub-olmaması barədə soruşduqda, o idarə etdiyi nəqliyyat vasitəsində belə bir predmetin olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı kabinada - sükanın sağ yan tərəfində olan saxlanc yerindən bir bükümdə tünd qəhvəyi rəngli naməlum maddə aşkar edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra dərmanların içərisindən aşkar edilmiş üzərində “Methadone 40” yazısı olan bir konvalyutda həblər, eləcə də idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında - sükanın sağ yan tərəfində olan saxlanc yerindən aşkar edilmiş bir bükümdə tünd qəhvəyi rəngli naməlum maddə hal şahidlərinin də iştirakı ilə qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Protokol tərtib edilərkən Təqsirləndirilən şəxs dərmanı İrandan aldığını,narkotik vasitə metadon olduğunu bilmədiyini ,lakin bükümdə olan maddənin ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ildən X7 X6 bölməsinin zabit nəzarətçisi vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 10KS304/99ZK781 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zonasından olan zaman gömrük əməkdaşı Şahid1 onunla şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. O, qadağan olunmuş əşyasının olmadığını bildirmişdir. Gömrük əməkdaşı Şahid1 yük maşınının kabinində sürətlər panelinin üzərində olan dərmanlara baxdıqda konvalyutda üzərində “Methadone 40” yazısı olan dərman preparatını aşkar etmişdir.Sürücü Təqsirləndirilən şəxs həmin dərmanın ağrı kəsici olduğunu və İİR-da olarkən aldığını bildirmişdir. Sərhəd xidmətinin əməkdaşı olaraq o gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitələrinə gömrük əməkdaşları ilə birlikdə gömrük baxışını həyata keçirdiyini və bu səbəbdən də sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə gömrük əməkdaşı Şahid1 ilə birlikdə gömrük baxışını həyata keçirən zaman kabinada - maqnitafonun alt hissəsində yerləşən açıq saxlanc yerində müxtəlif əşyaların olduğunu görmüşdür.Həmin yerə baxış keçirilməli olduğunu gömrük əməkdaşı Şahid1 bildirmişdir. Bundan sonra gömrük əməkdaşı Şahid1 tərəfindən maqnitafonun alt hissəsində yerləşən açıq saxlanc yerinə keçirilmiş baxış zamanı bir büküm aşkar edilmişdir. Həmin bükümə keçirilmiş baxış zamanı içərisində tiryək narkotik vasitəsinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Büküm barədə sürücü Təqsirləndirilən şəxs soruşduqda, o, həmin bükümün ona məxsus olmadığını bildirmişdir.Daha sonra hal şahidlərinin iştirakı ilə götürülmüş əşyaya dair protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, daimi iş yeri olmadığı üçün Astara Gömrük İdarəsində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Astara Gömrük İdarəsinin inspektoru Şahid1 onu və onunla birlikdə fəhləlik edən Famili yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 10KS304/99ZK781 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini və yoxlama zamanı hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Sonra onlar da öz razılıqlarını bildirmişlər. Baxış zamanı Şahid1 yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs qadağan olmuş əşyaların olmadığını və İran İslam Respublikasında olarkən ağrıkəsici kimi dərman preparatı aldığını bildirmişdir.Sürətlər panelində olan dərmanlara baxış zamanı onların arasında bir konvalyutda, üzərində “Methadone 40” yazısı olan dərman preparatı aşkar edilmişdir.Sürücü həmin dərmanın ağrı kəsici olduğunu və ağrıları olduğu üçün İrandan aldığını bildirmişdir. Həmin vasitənin narkotik vasitə olduğunu bilmədiyini demişdir. Daha sonra “DAF” markalı, 10KS304/99ZK781 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük əməkdaşı Şahid1 tərəfindən gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında - sükanın sağ yan tərəfində olan saxlanc yerindən bir bükümdə tünd qəhvəyi rəngli naməlum maddə aşkar edilmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs gömrük əməkdaşı Şahid1 təqdim etdiyi dərmanların içərisindən aşkar edilmiş bir konvalyutda, üzərində “Methadone 40” yazısı olan dərman preparatı, eləcə də idarə etdiyi nəqliyyat vasitəsinin kabinasında - sükanın sağ yan tərəfində olan saxlanc yerindən aşkar edilmiş bir bükümdə tünd qəhvəyi rəngli naməlum maddə qablaşdırılaraq protokol əsasında götürülmüşdür.Onlarda öz növbəsində protokolu imzalamışlar. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmədə teleqram nəzrərə almış və şahidin istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir.Onun ifadəsi məhkəmə iclasında dindirilən Şahid3 ifadəsinə oxşar olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla sübutları yoxlayb təhlil etmişdir. İş materiallarında olan : İş materiallarına əlavə edilmiş (səh 92) 25 oktyabr 2024-cü il tarixli sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:10-da idarə etdiyi “DAF” markalı, 10KS304 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Astara DSMB-dən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuşdur. «Astara» Gömrük İdarəsində tərtib edilmiş (səh 11-13) 23 oktyabr 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı 10KS304/99ZK781 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük əməkdaşı Şahid1 tərəfindən keçirilmiş gömrük yoxlaması zamanı kabinada sükanın sağ yan tərəfində olan saxlanc yerindən bir bükümdə tünd qəhvəyi rəngli naməlum maddə aşkar edilmişdir. Aşkar edilmiş hüquqpozma predmetləri araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. İş materiallarına əlavə edilmiş (səh 8-10) Astara Gömrük İdarəsində tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli “baxış və götürmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində “Methadone 40” yazısı olan bir konvalyutda səkkiz həb dərman preparatını nəqliyyat vasitəsinin kabinasında sürətlər panelinin üzərindən götürülmüşdür. İş materiallarına əlavə edilmiş (səh 149-155) xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, baxış predmeti ağ rəngli,dartıcı hissəsi “DAF” markalı “FTXF” modelli, qoşqu hissəsi qırmızı ağ rəngli “Krone” markalı yük nəqliyyat vasitəsidir.Astara Gömrük İdarəsinin baş inspektoru Şahid1 xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı bir bükümdə tiryək narkotik vasitəsini nəqliyyat vasitəsinin kabinasında sükanın sağ yan tərəfində olan maqnitofonun alt hissəsində yerləşən saxlanc yerindən aşkar etdiyini bildirmişdir. Dərman preparatlarının isə alətlər panelinin üzərində olduğunu göstərmişdir. Baxış İphone 13 markalı mobil telefon vasitəsi ilə çəkilmiş,fotoşəkillər cədvəl formasında protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-19/701 nömrəli ekspert rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bir bükümdə təmiz çəkisi 0,729 qram maddənin xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək olduğu və zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik konvalyut kəsiyinin içərisində 8 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərin metadon dərman vasitəsi olduğu və həmin həblərin təsiredici maddəsinin ümumi miqdarının 0,32 qram (hər həb-0,04 qram) təşkil etdiyi göstərilmişdir. Tiryək narkotik vasitəsinin təmiz çəkisi 0,729 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş və qalıq 0,679 qram qalmışdır. Metadon narkotik vasitəsinin ümumi sayı 8 həb olmuş, tədqiqata 1 həb sərf edilmiş və qalıq 7 həb qalmışdır. İş materiallarına əlavə edilmiş (səh 68-69) olan 25 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca qəbul edilmə haqqında qərardan məlum olur ki, ekspoertiza tədqiqatından sonra qalıq qalmış 0,679 qram tiryək narkotik vasitəsi və 7 həb “Methadone 40” göstəricili dərman preparatı məhkəmənin maddi sübut kimi tanınmış və saxlanılması üçün yekun qərarına kimi saxlanılması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş (səh 126-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2024-cü il tarixli, 7215 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs sintetik opioidlərdən istifadə etmə halları olmuşdur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş (səh 189) 14 yanvar 2025-ci il tarixdə İ şöbənin müstəntiqi Gömrük Xidməti baş leytenantı Cavid Camalzadə tərəfindən “təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə ona ittiham elan edilmiş və “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş (səh 156-163) “Üzləşdirmə” protokolundan görünür ki, İfadələr arasında yaranmış əhəmiyyətli ziddiyyətləri aradan qaldırmaq məqsədi ilə Təqsirləndirilən şəxs ilə Şahid1 arasında müstəntiq Cavid Camalzadə üzləşdirmə istintaq hərəkəti aparmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, “Daf” markalı, 10KS304/99ZK781 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı sürücü Təqsirləndirilən şəxs belində ağrıları olduğu üçün İİR-da yerləşən aptekdən ağrıkəsici dərman preparatının aldığını bildirmiş və həmin dərmanların sürətlər panelinin üzərində olmuşdur.. Bundan sonra kabinada alətlər panelinin üzərində olan konvalyutlara baxış keçirilən zaman onlardan birinin “Methadone 40” həbi olduğu müəyyən etmişdir. Həmin konvalyuta keçirilmiş baxış zamanı iki həbin istifadə edildiyi və səkkiz həbin qaldığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs həmin həbləri hansı səbəbə istifadə etməsi barədə soruşduqda, o, belində ağrıları olduğu üçün həmin həbləri istifadə etdiyini qeyd etmişdir. Tağıyev X1 Zahid Qədir oğluna bildirmişdir ki, “Methadone 40” həblərinin ölkə ərazisində istifadəsi qanunvericiliklə qadağandır və həmin dərmanların ölkə ərazisinə gətirilməsinə icazə verilmir.Bundan sonra nəqliyyat vasitəsinin yoxlanılması DSX-nin əməkdaşı Vüsal adlı şəxs tərəfindən aparılmış və maqnitofonun alt hissəsində yerləşən açıq saxlanc yerində müxtəlif əşyalarla birlikdə bir büküm aşkar edilmişdir.Aşkar edilmiş büküm barədə sürücü Təqsirləndirilən şəxs soruşduqda həmin bükümün ona məxsus olmadığını bildirmişdir.Bükümə baxış zamanı içərisindvə tiryək narkotik vasitəsinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin kabinasının orta hissəsində əyləşdiyini və bu zaman tam sərbəst şəkildə yoxlama prosesini izləmək imkanına malik olduğunu, bu səbəbdən də onun bükümü aşkar edilməsi prosesini görməməsi imkanının olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş (səh 109-110) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsində daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş (səh 130-140) Qazax rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmündən və tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 152.2, 170.1, 29 və 318.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir . xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət materiallında olan demoqrafik məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunmuş və həmin tarixdə CPM-nin 39.1.12-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan müddəalara əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətdiyi vaxt məhkumluğunun olmadığı müəyyən edilir. İş materiallarında olan (səh 76-78) Qaradağ rayonu RİHB-də başçının müavini vəzifəsini yerinə yetirən Nadir Muradov tərəfindən verilən xx.xx.2024-cü il tarixli yaşayış yerindən olan arayışdan görünür ki, Hacıyev X5 qəsəbəsi,massiv 1,ev 3-də ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan (səh 79) Qaradağ rayonu İHB-nın Sanqaçal qəsəbəsi üzrə nümayəndəsi T.Abbasov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında əlavə edilmiş 20 fevral 2024-cü il tarixli xəstəlik tarixçəsindən məlum olur ki, Təqsirləndirilən şəxs sağ bazu sümüyünün yerdəyişmiş sınığı diaqnozundan müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş (səh 175) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-28-29/2-187/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən qeyd edilən xəstəxanada müalicə almadığı qeyd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, qismən etirafı, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında qoyulmuş sualları cavablandıra bilməmişdir.Belə ki,o ifadəsində dərman vasitəsinin olduğunu bəyan etdiyini bildirmişdir.Halbu ki,ifadəsinin əvvəlindən axırına kimi dərmanın ağrı kəsici olduğunu və narkotik vasitə olmağından xəbərinin olmadığını qeyd etmişdir.Xəbəri olmadığı üçün bəyan etməməsidə məntiqlidir.Lakin uzun illər dövlətlər arası beynəlxaq yükdaşımada çalışan sürücünün bu cür sadə prosedurdan xəbərinin olmaması və bir dövlətdən digər dövlətin sərhəddinə keçərkən aldığı dərman vasitəsinin nə olmasına diqqət yetirməməsini məhkəmə ağlabatan hesab etmir.Təqsirləndirilən şəxs bu cür ifadəsinin inandırıcı olmadığını anladıqdan sonra əməlindən peşman olduğunu etiraf edir və bu əməli bilərəkdən törətmədiyini qeyd etmişdir.Aşkar edilmiş bir büküm tiryəkində ona məxsus olmaması şahid ifadələri və keçirilmiş üzləşdirmələrlə təkzib edilmişdir.Məhkəmə təqsirləndirilən şəxsin səmimi olmadığı qənaətinə gəlir və hesab edir ki,bu cür ifadələr məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir . Qanunvericiliyə istinadlar: Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının ümumi dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır; Həmin qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Sübutların təhlilindən və qiymətləndirilməsindən sonra məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən qismən peşmanlıq hissi keçirməsini, xəstə olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır, həbsin əvvəli isə 18 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış –narkotik vasitəsinin ümumi təsiredici miqdarı 0,32 qram təşkil edən 8 həb “Methadone 40” göstəricili dərman preparatı və bir bükümdə 0,729 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 0,679 qram tiryək narkotik vasitəsi və 7 həb “Methadone 40” göstəricili dərman preparatı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əşya mövcud deyil. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Astara Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həvalə edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,679 qram tiryək narkotik vasitəsi və 7 həb “Methadone 40” narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar