Məhkəmə qərarları › İş №1(018)-34/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-34/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-34/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X22 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu ildə Astara rayonu Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Astara rayonu Maşxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda -1,219 qram çəkidə narkotik vasitə olan heroini və 02 ədəd listdə 15 ədəd 0,75 qram çəkidə güclü təsir edən maddə olan tramadolu satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evinə daşımaqla saxlamış, 13 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, yaşadığı Astara rayonu Maşxan kəndindəküçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağyan cibindən 01 ədəd, üzərində “LD” yazılmış siqaret qutusunun içərisində saxladığı 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi: 0,271 qram; 0,170 qram; 0,251 qram, 0,263 qram və 0,264 qram olmaqla ümumi təmiz çəkisi -1,219 qram narkotik vasitə heroin, daha sonra onun yaşadığı evinə keçirilən baxış zamanı evin ona məxsus yataq otağındakı paltar dolabının içərisində asılmış vəziyyətdə olan boz rəngli pencəyin sol üst cibində 01 ədəd konvalyutda (listdə) 05 ədəd, sağ iç cibində isə 01 ədəd konvalyutda (listdə) 10 ədəd olmaqla ümumilikdə 02 ədəd konvalyutda (listdə) 15 ədəd ağ-göy rəngli kapsulda 0,75 qram çəkidə güclü təsir edən maddə olan tramadol aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən heroin istifadə edir. Narkotik vasitələri həmişə Bakı şəhərində tanımadığım şəxslərdən almışdır. Sonuncu dəfə isə Bakı şəhərində Cahid adlışəxsdən almışdır. O həmin şəxslə Bakı şəhərində təsadüfən tanış olmuş və həmin şəxs ona mobil telefon nömrəsi vermişdir. Hazırda onun telefon nömrəsini xatırlamır. Cahidlə ancaq vatçap proqramı vasitəsi ilə danışmışdır. 09 noyabr 2022-ci il tarixdə vatçap proqramı vasitəsi ilə həmin Cahidlə danışaraq ona bir az heroin və tramadol verməsini istəmiş, o da buna etiraz etməmişdir. Bundan sonra Cahid ona vatçap proqramı vasitəsi ilə hazırda xatırlamadığı bank hesab nömrəsi göndərmiş və ona 200 manat pul vurmasınıistəmişdir. Danışıqlarına görə Cahid ondan istədiyi narkotik vasitələri Bakı şəhərində bir yerə qoyduracaq o da gedib oradan götürəcəkmiş. O.həmin gün Bakı şəhərinə getdikdən sonra Bakı Beynəlxalq Avtovağzalında olan mağazaların birində quraşdırılmış «Million» apparatı vasitəsi ilə Cahidin atdığı hesab nömrəsinə 200 manat atmışdır. Bundan sonra Cahidlə telefonda danışıb ondan istədiyi narkotik vasitələri hara qoyduğunu soruşmuşdur. Həmin şəxs də ona yeri dedikdən sonra gedib onu oradan götürmüşdür. Həmin narkotik vasitələri Bakı şəhəri Memar Əcəmi metrosunun yaxınlığında yerləşən avtobus dayanacaqlarının birinə qoydurmuş, o da gedib oradan götürmüşdür. Oradan da çıxıb Astara rayonuna gəlmişdir. Yaşadığı evdə aldığı narkotik vasitələrdən bir qədərini istifadə etmişdir. Qalanın isə özündə saxlamışdır. Tramadolları evdə pencəyinin ciblərinəqoymuş, heroini isə üzərimdə gəzdirmişdir. Onu da qeyd edim ki, heroinlər 5 ədəd xırda bükümdə olmuşdur. Həmin narkotik vasitələri öz istifadəsi üçün almışdır və üzərimdə vəevimdə saxlayırdım ki, ürəyim istəyəndə istifadə edər. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Astara rayon Maşxan kəndi ərazisində yaşadığı evin yaxınlığında hərəkətdəolan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu saxlayaraq polis şöbəsinəgətirmişlər. Həmin vaxt o, öz istifadəsi üçün üzərində 5 büküm narkotik vasitə heroin saxlamışdır. Polis əməkdaşları onu polis şöbəsinə gətirdikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı o həmin 5 bükümdə nartkotik vasitə heroini təqdim etmişdir və daha sonra yaşadığı evdə də tramadol həbləri saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. O da polis əməkdaşlarına etirazını bildirməmiş və razılıq barədə ərizəsi yazdıqdan sonra polis əməkdaşları iləbirlikdə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı o, yataq otağında olan dolabda pencəyinin cibilərində saxladığı içərisində tramadol həbləri olan listlərin olduğu yeri təqdim etmişdir. Həmin dolabdan içərisində ümumilikdə 15 ədəd həb olan 2 ədəd list aşkar edilərək götürülmüşdür.İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, hazırda Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdikdən sonra həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradıldı. Daha sonra o, şöbənin digər əməkdaşlarıilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra onun xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Astara rayonu Maşxan kəndində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görüb saxlamışlar. Həmin vaxt küçədə gediş-gəliş çox olduğuna görə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmadığından əməliyyat qrupunun üzvləri tərəfindən ona üzərinə rayon polis şöbəsində şəxsi axtarış keçirilməsi təklif olunmuş və Təqsirləndirilən şəxs razılığı ilə Astara RPŞ-yə gətirilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitəvə ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirirək əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “LD” markalısiqaret qutusu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində 05 ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir. Həmin bükümlərə baxdıqda isə içərisindətoz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütləolması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş və həmin qablaşdırmanın üzərinə imzalar edilmişdir. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o, digər iştirakçılarla həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evində tramadol həbləri saxladığını və onları evdən götürmək üçün yaşadığı evinə baxışkeçirməyə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Astara rayonu Maşxan kəndində yerləşən evinə, həyətə və həyətyanı sahədə olan tikililərə baxışkeçirilmişdir. Baxış zamanı evin Təqsirləndirilən şəxs məxsus yataq otağındakı dolabın içərisində asılmış özünə məxsus boz rəngli pencəyin ciblərində saxladığı 2 ədəd listdə 15 ədəd tramadol həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin həbləri öz istifadəsi üçün yaşadığı evində saxladığını bildirmişdir. Bundan sonra həmin tramadol həblər ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş və həmin qablaşdırmanın üzərinə imzalar edilmişdir. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o digər iştirakçılarla həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 və X13 şahid X9 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 noyabr 2022-ci il tarixli 19/1166 saylı rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində: “Astara rayonu Maşxan kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümdə təmiz çəkisi - 0,271 qr; 0,170 qr; -0,251 qr; -0263 qr; -0,264 qram:ümumi təmiz çəkisi -1,219 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Astara rayon Maşxan k/s Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 2 ədəd listdə 15 ədəd psixotrop maddə“Tramadol” həblərinə bənzər halda həblər....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd konvalyutda (listdə) ümumilikdə 15 ədəd ağ-göy rəngli kapsullar Tramadol dərmanlardır və təsir edici maddəsinin ümumi miqdarı: -0,75 qramdır. (bir kapsulda 0,05 qram). İş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 15 noybar 2022-ci il tarixli, 1180 saylı rəyindən görünür ki, - Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 46 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır. Ailə üzvləri həyat yoldaşı və xx.xx.2005-cı il təvəllüdlü X14, xx.xx.2021-ci il təvəllüdlü X6r. İşdə olan Döğum haqqında şəhadətnamələrin surətlərinindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-cı il təvəllüdlü X14, xx.xx.2021-ci il təvəllüdlü X12 adlı iki övladı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində bir nəfər azyaşlı üşağının olmasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1(bir) il 19 (on doqquz) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı X17 Müəssisəsinin xx.xx.2022-ci il tarixli əməliyyat arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, əvvələr məhkum olunmamiş, Astara rayonu, Masxan kəndində anadan olmuş, Astara rayonu, Masxan kəndinda qeydiyyatda olmaqla, yaşamişdır. Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəsi ilə 3 (üç) il 6 ay müddətinə azadliqdan məhrum edilmis məhkum X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün 14 saylı cəzaçəkmə müəssisəsindən xx.xx.2022-ci il tarixdə 4 saylı X17 müəssisəsinə köçürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində müəssisənin əməliyyat şöbəsinə təkrar cinayət törətməsi barədə və əməliyyat marağı kəsb edən məlumat daxil olmamişdir. X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə müəssisə rəhbərliyinə ailəsi ilə görüşmək üçün müraciət etmiş və ona ailə üzvlərinin yasadiği Astara rayonu, Maşxan kəndinə 3 (üç) gün müddətinə getməyə icazə verilmişdir.xx.xx.2022-ci il tarixdə yoxlama zamanı müəyyən edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Astara Rayon Polis Söbəsinin əməkdaşlari tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayat əməli törətməkdə şübhəli bilinərək saxlanılmiş və xx.xx.2022-ci il tarixdə Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri secilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01(bir) il 19 (on doqquz) gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 15.11 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 5 ədəd bükümdə çəkisi - 0,271 qram; 0,170 qram; -0,251 qram; -0263 qram; - 0,264 qram:ümumi çəkisi -1,219 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd konvalyutda (listdə) ümumilikdə 15 ədəd ağ-göy rəngli ümumi miqdarı: -0,75 qram olan kapsullarda “Tramadol” dərmanları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Astara Rayon Məhkəməsinin 1(018)-76/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01(bir) il 19 (on doqquz) gün hissəsi qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 5 ədəd bükümdə çəkisi - 0,271 qram; 0,170 qram; 0,251 qram; 0,263 qram; 0,264 qram,ümumi çəkisi -1,219 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd konvalyutda (listdə) ümumilikdə 15 ədəd ağ-göy rəngli ümumi miqdarı: -0,75 qram olan kapsullarda “Tramadol” dərmanları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar