Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-35/2024 29.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X22 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, Müdafiəçi2 və təqsirləndirilən şəxs X10 iştirakları ilə, 11 avqust 1977-ci ildə İran İslam Respublikası Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikası Təbriz şəhəri İnqilab prospekti İbrahimpur küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X17 21 dekabr 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, tərkibindəki fenobarbital psixotrop maddəsinin ümumi miqdarı 8,5 qram təşkil edən 9 konvalyutda “Phenytoin/Phenobarbital 100/50” göstəricili 170 həb əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 3 konvalyutda 60 həb hissəsini “Winston” markalı siqaret qutusunun içərisində əynindəki gödəkcənin içəri sağ cibində, 3 konvalyutda 60 həb hissəsini əynindəki köynəyin sol qolunda, 3 konvalyutda 50 həb hissəsini isə həmin köynəyin sağ qolunda gizlətməklə “Volvo” markalı, “JJ226RR/PP759B” qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib Azərbaycan Respublikasına daşımış, 21 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün Astara gömrük idarəsində üzərində aparılmış şəxsi yoxlama zamanı qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası Təbriz şəhəri İnqilab prospekti İbrahimpur küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, iki övladı var. Milliyyətcə türkdür və azərbaycan dili onun doğma dilidir. İyirmi ildən artıqdır ki, sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. İdarə etdiyi “Volvo” markalı, “JJ226RR/PP759B” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Təbriz şəhər sakini Əmin Əmini adlı şəxsə məxsusdur. Əsəb xəstəliyindən əziyyət çəkir, ona görə də gəncliyindən “Phenytoin-Phenobarbital” adlı dərman preparatından istifadə edir. Həmin həbləri həkim resepti əsasında əldə edir. Tutulmazdan dörd ay öncə həkimin məsləhəti ilə Təbriz şəhərində yerləşən aptektlərdən birindən 2 (iki) qutu, yəni 10 (on) konvalyut “Phenytoin- Phenobarbital” adlı dərman preparatı almışdır. Aldığı dərmanlardan bir qədərini istifadə etmiş, qalanını isə istifadəsi üçün özündə saxlamışdır. 2023-cü ilin dekabr ayının on beşində Gürcüstan Respublikasına yük aparmaq lazım olduğu üçün Təbriz şəhəri yaxınlığında “qara metal çubuq” yükünü idarə etdiyi yük nəqliyyat vasitəsinə yükləyərək, yola çıxmışdır. 21 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Volvo” markalı, “JJ226RR/PP759B” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçib, Azərbaycan Respublikasının «Astara» gömrüyünə daxil olmuşdur. Bir qədər gözlədikdən sonra növbəsi çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində apardığı yükdən başqa gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuşdur. Gömrük əməkdaşına onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərinin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı onun idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Həmin məqsədlə iki nəfər dəvət edərək, onların iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı idarə etdiyi yük maşınında heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparılacağı bildirilmiş və hal şahidlərinin iştirakı ilə üzəri yoxlanmışdır. Yoxlama zamanı əyninə geyindiyi gödəkçənin içəri-sağ cibində olan “Winston” markalı siqaret qutusunun içərisində olan, ümumilikdə 9 (doqquz) konvalyutda 170 (yüz yetmiş) həb müəyyən edilərək götürülmüşdür. Həmin həblər bir yerdə, siqaret qutusunun içərisində olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra üzərindən aşkar olunmuş, ümumilikdə 170 (yüz yetmiş) həb onun və şahidlərin iştirakı ilə gömrük əməkdaşı tərəfindən görürülmüş, Astara gömrüyünün inzibati binasında yerləşən bir otağa gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə sənəd tərtib edilmiş və sənədlərə imza etmişdir. Şəxsi yoxlama zamanı üzərindən aşkar edilmiş, cəmi 170 həb ona məxsusdur. Həmin həbləri xəstəliyinə görə müalicəsi üçün özündə saxlamış, başqa heç bir məqsədi olmamışdır. Həmin həblərdən gündə 2 (iki) ədəd istifadə etmiş, yolu uzaq olduğu üçün bu qədər həbi üzərində gəzdirmişdir. Həmin həblərin Azərbaycan Respublikası ərazisinə gətirilməsinin qadağan olunduğunu bilməmiş, həmin həbləri resept əsasında əldə etmiş, lakin sərhəddən keçən zaman resept üzərində olmamışdır. Sonradan istintaq vaxtı həmin resepti təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. X10 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi «Astara» Gömrük İdarəsinin inspektoru vəzifəsində xidmət edir. 21 dekabr 2023-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq «Astara» Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 15 radələrində İran İslam Respublikasından tranzit qaydada Azərbaycan Respublikasından keçərək Gürcüstan Respublikasının Tbilisi şəhərinə “qara metaldan çubuqlar” yükü gətirən İran İslam Respublikası vətəndaşı X18 idarə etdiyi “Volvo” markalı, “JJ226RR/PP759B” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. X11 şifahi sorğusual apararaq, üzərində, əl yüklərində və idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub-olmamasını soruşmuşdur. X17 üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və eləcə də gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. X20 özünü şübhəli apadığı üçün onun idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında yoxlama aparmaq qərarına gəlmişdir. Bu məqsədlə postun ərazisində olan iki nəfəri dəvət edib, onlara hal şahidi qismində, Foroughı Hosseına isə gömrük məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etməklə, yük maşınının kabinasında gömrük yoxlaması aparmışdır. Yoxlamadan əvvəl də sürücüdən nəqliyyat vasitəsinin kabinasında gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan edilməmiş predmetlərin olub-olmamasını soruşmuş, Hosseın yenə nəqliyyat vasitəsinin kabinasında şəxsi əşyalarından başqa gömrük nəzarətinə təqdim ediləsi predmetin olmadığını demişdir. Sonra Hosseının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmiş, yoxlama zamanı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra zərurət yarandığından Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən İran İslam Respublikası vətəndaşı X10 üzərində şəxsi yoxlama aparmışdır. Yoxlamaya başlamazdan əvvəl sürücüdən üzərində gömrük orqanından gizlədilmiş, yaxud bəyan edilməli olan predmet olub-olmadığını soruşmuş, sürücü Hosseın isə üzərində gömrüyə bəyan olunası yaxud gizlədilmiş bir şey olmadığını demişdir. Bundan sonra Hosseının üzərini hal şahidlərinin iştirakı ilə yoxlamış və onun üzərindən, əyninə geyindiyi köynəyin sağ və sol qolunun içəri hissəsində, gömrük nəzarətindən gizlədilmiş formada, hər birində 3 (üç) konvalyut olmaqla, üzərində “Phenytoin-Phenobarbital” yazısı olan, ümumilikdə 6 (altı) konvalyut və əyninə geyindiyi qara rəngli gödəkçənin içəri-sağ cibində olan “Winston” markalı siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilmiş formada üzərində “Phenytoin-Phenobarbital” yazısı olan 3 (üç) konvalyut aşkar edilmişdir. Hosseın Foroughının üzərindən aşkar edilmiş, ümumilikdə 9 (doqquz) konvalyutda dərman sayıldıqda 170 (yüz yetmiş) ədəd ağ rəngli həb olduğu məlum olmuş, yoxlama tam başa çatdıqdan sonra həmin dərmanlar hal şahidlərinin iştirakı ilə götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin xidməti otağına gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmiş və bu aparılmış yoxlamalara dair tərəfindən protokollar tərtib edilmiş, iştirakçılar da tanış olub imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, 21 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində «Astara» gömrük idarəsinin qarşısında olan zaman gömrük əməkdaşı Nicat adlı şəxs ona və onunla birlikdə orada olan Familə idxal yük xəttində İrandan gələn bir yük maşınına yoxlama tətbiq edəcəyini deyib, həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onun xahişinə əsasən Famillə birlikdə hal şahidi kimi həmin baxışda iştirak etmişlər. Gömrük əməkdaşı onları əvvəllər tanımadıqları İran İslam Respublikası vətəndaşı Hosseın adlı şəxsin idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsinin yanına gətirmişdir. Orada həmin Hosseın adlı şəxsi təqdim edib, həmin şəxsin idarə etdiyi yük maşınının kabinəsinə yoxlama keçirəcəyinim demiş, onlar da yoxlamada iştirak etmişlər. Hosseın adlı İran vətəndaşı azərbaycan dilində sərbəst danışıb başa düşmüşdür. Yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı hüquq və vəzifələrini izah etmiş, daha sonra isə sürücü Hosseından idarə etdiyi yük maşınının kabinasında gömrük orqanına bəyan etmədiyi, yaxud gizlətdiyi nəyinsə olub-olmadığını soruşmuşdur. Sürücü isə maşının yük yerində apardığı yükdən savayı gömrüyə bəyan ediləsi digər bir malının olmadığını, kabinada da ancaq şəxsi əşyalarının olduğunu demişdir. Bundan sonra gömrük əməkdaşı yük maşınını kabinəsini yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında hər hansı hüquqpozma predmeti aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı Hosseına üzərində şəxsi yoxlama da aparacağını bildirmiş, sürücü Hosseın da etiraz etməmişdir. Gömrük əməkdaşı yoxlamaya başlamazdan əvvəl sürücüdən üzərində gömrük orqanına bəyan edilməli olan predmet olub-olmadığını soruşmuş, sürücü Hosseın isə üzərində gömrüyə bəyan olunası bir şey olmadığını demişdir. Bundan sonra Hosseının üzərində onların da iştirakı ilə şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı Hosseının əyninə geyindiyi köynəyin sağ və sol qolunun içəri hissəsində gizlədilmiş formada, hər birində 3 (üç) konvalyut olmaqla 6 (altı) konvalyut və əyninə geyindiyi gödəkçənin içəri-sağ cibində olan siqaret qutusunun içərisində gizlədilmiş formada 3 (üç) konvalyut olmaqla, ümumilikdə 9 (doqquz) konvalyutda 170 (yüz yetmiş) ədəd ağ rəngli həb aşkar edilib götürülmüşdür. Sonda bu barədə müvafiq sənədləşmə aparılmış, həmin sənədlərlə tanış olub imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X16 şahid X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. «Astara» Gömrük İdarəsində tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli «şəxsi yoxlama aparılması haqqında» protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı X10 üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi köynəyin hər iki qolunun içərisində və gödəkcənin cibindəki siqaret qutusunun daxilində, ümumilikdə 9 (doqquz) konvalyutda 170 (yüz yetmiş) həb “Phenytoin-Phenobarbital” göstəricili dərman preparatı aşkar edilərək götürülmüşdür.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6525 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… X4 9 konvalyutda 170 həb …» və s. yazılar olan 203601 nömrəli DGK-ya məxsus 1 ədəd sellofan paketin içərisində 3 ədəd kağızlara bükülmüş, üzərində «Phenytoin/Phenobarbital 100/50» göstəricisi olan, ümumilikdə 9 (doqquz) konvalyutda, 170 (yüz yetmiş) ədəd ağ rəngli, dairəvi formalı həblərin tərkibində - fenobarbital təsir maddəsinin ümumi miqdarı - 8,5 qram (bir həbdə 0,05 qram) təşkil edir. Fenobarbital preparatı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr »in siyahısına (Siyahı İİİ) daxildir. Qeyd: Fenobarbital həblərinin ümumi sayı – 170 həb, tədqiqata sərf edildi – 9 həb, qalıq - 161 həb qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X24 tərəfindən verilmiş 8 yanvar 2024-cü il tarixli, 51 saylı ekspert rəyindən görünür ki, X12 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X17 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «fenobarbital» olan psixotrop maddənin 2,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 15 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə X10 Azərbaycan Respublikasına gətirdiyi fenobarbital həblərini resept əsasında aldığını, müalicəsi ilə bağlı gətirdiyini bildirməsi və bunun cinayət əməli olmaması və özünü təqsirli bilməməsi ilə bağlı fikirlərinə qiymət verərək hesab edir ki, psixotrop maddə olan fenobarbitalı Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən X6 bəyan etməmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 3 konvalyutda 60 həb hissəsini “Winston” markalı siqaret qutusunun içərisində əynindəki gödəkcənin içəri sağ cibində, 3 konvalyutda 60 həb hissəsini əynindəki köynəyin sol qolunda, 3 konvalyutda 50 həb hissəsini isə həmin köynəyin sağ qolunda gizlətməklə keçirmişdir. Psixotrop maddə olan fenobarbitalı Azərbaycan Respublikasına keçirən zaman X10 üzərində hər hansı bir resept olmamış, hətta tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin psixtrop maddələrin Azərbaycan Respublikasına keçirilməsinin özü qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, eyni zamanda tam əsaslar olduğu üçün həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. X10 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X10 təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, X8 məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan İran İslam Respublikasının müvafiq xəstəxanaları tərəfindən verilmiş tibbi arayış və reseptlərdən görünür ki, X17 konvulsiya xəstəliyi ilə bağlı müalicə alır və müalicəsi ilə bağlı ona fenobarbital həbləri qəbul edilməsi müalicə kimi yazılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X10 ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X17 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. X17 bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(004)-1001/2023 saylı qərarından görünür ki, X17 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 21 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından X10 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 21 dekabr 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X14 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs X10 törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış – “Phenytoin/Phenobarbital 100/50” göstəricili 161 ədəd fenobarbital həbləri təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən psixotrop maddə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul X9 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə X10 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, X9 götürülmüş və ona məxsus 600 ABŞ dolları pullar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri X15 təhvil verilməlidir. Həmin qərardan görünür ki, X9 götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “Xiaomi” markalı mobil telefon X7ytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X15 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X17 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. X17 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan “Phenytoin/Phenobarbital 100/50” göstəricili 161 ədəd fenobarbital həbləri məhv edilsin. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul X9 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X17 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X10 üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 600 ABŞ dolları və cinayət işinə əlavə olunmuş bir ədəd “Xiaomi” markalı mobil telefon X7ytarılsın. Hökmdən elan olunduğu (məhkum X15 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov