Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-37/2023 21.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxsın iştirakı ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, sürücü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaqkənd rayonu, Qubden kəndi, Qabardiyev küçəsi, 17 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi 01 (bir) bükülüdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 6,296 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdiriən üsüllardan istifadə etməklə əyninə geyindiyi alt köynəyində yerləşdirib saxlamış, özü ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 20 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və üzərində aparılmış şəxsi yoxlama zamanı həmin narkotik vasitə aşkar aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaqkənd rayonu, Qubden kəndi, Qabardiyev küçəsi, 17 saylı evdə qeydiyyatda omaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ailəldir, üç övladı vardır. Uşaqlarından ikisi yetkinlik yaşına çatmış, biri isə azyaşlıdır. On ildən artıqdır ki, fərdi qaydada sürücü kimi beynəlxalq yük daşımaları ilə məşğuldur və ailəsinin dolanışığını bu yolla təmin edir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, həmçinin qaraciyərində böyümə olduğundan mütəmadi olaraq həkim resepti əsasında insulin və digər vitamin iynələri qəbul edir. Bundan başqa qaraciyər və şəkər xəstəliyinin yaratdığı əsəb problemlərinə görə ağrıları olduğundan Dağıstan Respublikasında həkim məsləhəti əsasında narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. İdarə etdiyi “Bİ-TRANS” LTD şirkətinə məxsus “DAF” markalı, “K060YT05/EB291977” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 12 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasına yük aparmaq üçün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına yola düşmüşdür. 12 noyabr 2022-ci il tarixdə “Samur” Gömrük postundan keçməklə Azərbaycana daxil olmuş və 13 noyabr 2022-ci il tarixdə təyinatı üzrə “Astara” Gömrük postuna çatmışdır. 13 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasına çatmış və növbəti gün gətirdiyi “kəpək” yükünü boşaltmışdır. Bundan sonra ona işlədiyi şirkətdən yeni sifarişin olduğunu bildirmişlər. Buna görə də gətirəcəyi yükü bir neçə gün gözləməli olmuşdur. Həmin vaxt İran İslam Respublikasının Astara şəhərində əvvəllər tanımadığı 25-30 yaşlarında, orta boylu, qarabəniz kişi cinsli fars milliyətli bir nəfər şəxs ona yaxınlaşaraq bir bükümdə marixuana narkotik vasitəsi təklif etmişdir. Həmin şəxs onun səhhəti ilə bağlı insulin iynəsini qəbul etdiyini gördüyünü və bu səbəbdən ona yaxınlaşdığını bildirmiş, həmçinin birinci dəfə olduğu üçün ondan hər hansı ödəniş almayacağını, lakin növbəti dəfə həmin marixuananı ona pul müqabilində verəcəyini bildirmişdir. Eyni zamanda, marixuananı ona vermiş şəxs gömrük postunda tutulacağı təqdirdə gömrük əməkdaşlarına həmin narkotik vasitəni İrandan deyil, Rusiyadan əldə etdiyini deməsini bildirmişdir. Belə ki, həmin şəxs bunu gömrük əməkdaşlarına marixuananı İrandan əldə etdiyini bildirəcəyi təqdirdə onu İrana geri qaytaracaqlarını və İran qanunlarına əsasən sərt cəzalanacağı ilə izah etmişdir. İdarə etdiyi yük nəqliyyat vasitəsinə “Bibər” yükü yükləndikdən sonra 20 noyabr 2022-ci il tarixdə əldə etdiyi narkotik vasitəni əyninə geyindiyi alt köynəyində gizlədərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçib, Azərbaycan Respublikasının “Astara” Gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və saat 13 radələrində nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları tərəfindən ondan idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə soruşmuşlar və əgər varsa həmin predmetləri təqdim etməyini təklif etmişlər. Gömrük əməkdaşına idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə ilk növbədə idarə etdiyi “DAF” markalı, “K060YT05/EB291977” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışlar. Yoxlama zamanı avtomobildən və avtomobilin kabinasında olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər-hansı bir predmet aşkar olunmamışdır. Bundan sonra üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmış və əyninə geyindiyi alt paltar olan maykasında gizlətdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülü narkotik vasitə marixuana gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra araşdırma ilə əlaqədar şəxsi yoxlama zamanı aşkar edilən yeddi qrama yaxın marixuana onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün imzalamışdır. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir. Ailədə yeganə qaznc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» Gömrük postunun baş inspektoru vəzifəsində xidmət edir. 20 noyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən “Astara” Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmişdir. Cənub Ərazi Baş Gömrük İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsindən Əməliyyat və təhqiqat idarəsinə təhkim olunmuş X4 da onunla eyni xətdə xidmətdə olmuşdur. Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 13 radələrində yükü müşaiyət edən “121346” saylı CMR-ə və “575” nömrəli invoysa əsasən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Bibər” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, K060YT05/EB291977 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” Gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğu üçün ona idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub-olmadığı barədə sual vermiş, Maqomedov Magomedgusen isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra Tərlan Qədirov tərəfindən xidməti it yük avtomobilinə tətbiq edilmiş və xidməti it reaksiya verdiyindən yük nəqliyyat vasitəsinin əsaslı yoxlanılması qərara alınmışdır. Bundan sonra, iki nəfər hal şahidi dəvət etmiş, onların iştirakı ilə həmin yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı yük nəqliyyat vasitəsindən və kabinada olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir hüquqpozma predmeti aşkar olunmamışdır. Bundan sonra zərurət yarandığından hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub-olmadığı barədə sual vermiş, Maqomedov Magomedgusen isə üzərində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi alt paltarı olan maykasında gizlətdiyi 01 (bir) ədəd şəffaf sellofan bükülü aşkar etmişdir. Bundan sonra həmin bir ədəd bükülüyə baxılmış və bükülüdə ümumi təqribi çəkisi 7,5 ( yeddi tam, onda beş) qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa qanun pozuntusu halları aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ümumi təqribi çəkisi 7,5 qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddəni hal şahidlərinin iştirakı ilə qablaşdırmış, bununla bağlı müvafiq protokol tərtib etmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, 20 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində “Astara” Gömrük postunun qarşısında olan zaman gömrük əməkdaşı Laçın Dadaşov ona və onunla birlikdə orada olan Famil Əsədova yaxınlaşıb özünü təqdim edərək, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn bir nəfər Rusiya Federasiyasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə gömrük əməkdaşı ilə birlikdə “Astara” Gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə getmişlər. Orada gömrük əməkdaşı adını sonradan öyrəndikləri Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, K060YT05/EB291977 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Bundan sonra gömrük əməkdaşı onun və digər hal şahidinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər-hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər-hansı bir predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, K060YT05/EB291977 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsindən və kabinada olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər-hansı predmetin olub olmadığı barədə sual vermiş, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi alt paltarı olan maykasında gizlətdiyi bir ədəd şəffaf sellofan bükülü aşkar edilmişdir. Həmin bir ədəd bükülüyə baxış təqribi çəkisi 7 qram təşkil edən narkotik vasitə marixuanaya oxşar maddənin olduğu məlum olmuşdur. Həmin narkotik vasitə olan marixuanaya oxşar maddə onların və Təqsirləndirilən şəxs iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi onlar da həmin protokolla tanış olduqdan sonra imzalamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. «Astara» Gömrük Postunda tərtib edilmiş 20 noyabr 2022-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs üzərinə “Astara” Gömrük postunun idxal yoxlama xəttində aparılmış şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi alt köynəyində gömrük nəzarətindən gizlətdiyi bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 6,296 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək protokol əsasında götürülmüş və 203242 nömrəli politelin paketdə qablaşdırılmışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli, 19/1187 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd polietilen paketdəki, 01 (bir) bükümdə, təmiz çəkisi 6,296 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr” Siyahısına daxildir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi – 6,296 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 6,276 qram qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli, 7819 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «marixuana» olan narkotik vasitənin 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan ailə tərkibi və yaşayış yeri haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaqkənd rayonu, Qubden kəndi, Qabardiyev küçəsi, 17 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, 03 (üç) övladı var. Uşaqlarından ikisi yetkinlik yaşına çatmış, bir uşağı isə azyaşlıdır. İş materiallarında olan xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 4(004)-997/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 20 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 20 noyabr 2022-ci il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 6,276 qram qurudulmuş marixuana narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ona məxsus 600 ABŞ dolları və 200 Azərbaycan manatı pullar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 20 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 6,276 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 600 ABŞ dolları və 200 Azərbaycan manatı pullar Təqsirləndirilən şəxs təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov