Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-37/2025 05.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Natik oğlunun iştirakları ilə, xx xxxxx 1972-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz olması, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, 02 noyabr 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları 27 may 2024-cü il tarixdə, saat 21 radələrində gözətçisi işlədiyi Astara şəhər 3 saylı Tam Orta Məktəbində olarkən otaqların qapılarının açıq olub-olmadığını yoxlayan zaman məktəbin direktoru Zərərçəkmiş şəxs iş otağının qapısının açıq olduğunu görüb özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə otağa daxil olub otaqda olan çəkməcənin içərisində Zərərçəkmiş şəxs məxsus, "xxxx" ASC tərəfindən verilmiş “4169 7388 7110 6773” nömrəli “X4” kredit kartını tamah niyyəti ilə götürmüş, həmin tarixdə, saat 22:11:16-da kartı "xxxx" ASC-nin Astara şəhəri, S. Vurğun küçəsində yerləşən ATM-yə daxil edib balansda olan pul vəsaitindən 2.000 (iki min) manat, daha sonra həmin tarixdə, saat 22:28:58-də kartı "xxxx" ASC-nin Astara şəhəri, H. Əliyev prospektində yerləşən ATM-yə daxil edib qalan 1.200 (bir min iki yüz) manat pulu çıxarmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3.200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq Astara şəhər, 3 saylı orta məktəbdə gecə gözətçisi işləyir, evlidir, bir övladı var. Zərərçəkmiş şəxs tanıyır, aralarında qərəzli münasibət yoxdur. Zərərçəkmiş şəxs onun işlədiyi Astara şəhər 3 saylı tam orta məktəbin direktor işləyir. Onda məktəbin əsas qapısının açarı, direktor otağının açarı, müəllimlərinin otaqlarının açarları və sinif otaqlarının açarları vardır. Mütəmadi olaraq məktəbdə iş saatlarından sonra direktor Zərərçəkmiş şəxs, eləcə də digər işçilərin otaqlarında və sinif otaqlarında elektrik kabellərinin cərəyanda taxılı olubolmamasını, su krantlarının açıq olub-olmamasını, işıqların yanılı olub-olmamasını yoxlamaq məqsədilə hər gün otaqlara daxil olur və hər şeyin yerində olduğundan əmin olduqdan sonra məktəbi tərk edir. Bunları hər gün etməyini, direktorun öz otağı daxil olmaqla bütün otaqları yoxlamasını şəxsən ona Zərərçəkmiş şəxs özü tapşırmışdır. 27 may 2024-cü il tarixdə həmişəki kimi işdə olan vaxt saat 21 radələrində məktəbin otaqlarının qapılarını bağlı olmasını yoxlamış, həmin vaxt məktəbin direktoru Zərərçəkmiş şəxs otağının qapısının açıq olduğunu görmüşdür. Əvvəlcə direktora zəng etmək istəmiş, lakin sonra fikrindin daşınmış və otağa daxil olmuşdur. Otağa daxil olub göz gəzdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs işçi masasının çəkməcəsinin açıq olduğunu görüb ora baxanda Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin “4169 7388 7110 6773” nömrəli “X4” kredit kartını görərək götürmüşdür. Daha sonra otaqdan çıxmış və məktəbdən vaxtından tez çıxaraq evə getmiş, bir neçə dəqiqə sonra oğlu Mikayıl Mikayılovu marketdə alışveriş etmək məqsədilə özü ilə birlikdə apararaq Astara şəhərində yerləşən Rahat marketin qarşısında olan "xxxx" ASC-nin bankomatına yaxınlaşmış, kartı bankomata daxil etdikdən sonra kart heç vaxt istifadə olunmadığından ondan 4 rəqəmli PİN şifrə təyin etməyini tələb etmiş, 4 rəqəmli PİN şifrə təyin etdikdən sonra kartın balansında 3200 manat pul olduğunu görmüşdür. Həmin pulun kredit olduğunu bilməmişdir. Daha sonra kartda olan 3200 manat pulu çıxarmaq üçün məbləğlər daxil etmiş, lakin kartda limit olduğundan bankomatdan 2000 manat çıxarmaq üçün düymələri sıxmış, artıq pullar hazırlanarkən onun telefonuna zəng gəlmiş və bir qədər kənara çəkilərək telefona cavab vermiş, bu vaxt bankomatdan çıxan 2000 manat pulu oğlundan götürməsini xahiş etmişdür. Oğlu həmin pulu götürərək təqdim etmiş və daha sonra onlar marketə getmiş, marketdən qayıtdıqdan sonra kartda olan qalıq pulu limit olduğundan çıxara bilmədiyi üçün yenidən limitin aradan qalxıb-qalxmadığını yoxlamaq və qalıq pulu götürmək üçün Astara şəhəri, H. Əliyev prospektində yerləşən "xxxx" ASC-nin bankomatına daxil edib PİN şifrəni yazdıqdan sonra balansda olan 1200 manat pulu məxaric etmişdir Həmin vaxt oğlu Mikayıl ondan pulu haradan əldə etdiyini soruşanda ona məxsus olduğunu, kredit vəsaiti olduğunu demiş, daha sonra onlar evə qayıtmış, üzərindən bir neçə gün keçdikdən sonra Astara şəhəri, mərkəzi bazarda telefon mağazalarının birindən həmin ələ keçirdiyi pul vəsaiti ilə 2800 manata “İphone 15 pro” markalı mobil telefon almış, daha sonra üzərindən 1 ay keçdikdən sonra həmin telefonu bazarda 1000 manata qiyabi tandığı şəxsə satmışdır. Həmin gün Astara şəhərində yerləşən “Kontakt Home” mağazasından 1000 manata “Samsung” markalı və “Redmi” markalı mobil telefon almış, daha sonra isə pula ehtiyacı olduğundan həmin telefonları satıb digər kreditləri ödəmişdir. Həmin plastik kartı isə pulu bankomatdan çıxaranda sındırıb zibil qutusuna atmışdır. Zərərçəkmiş şəxs kartından pulu çıxararaq ehtiyacları üçün xərcləmiş, 01 noyabr 2024-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara rayon polis şöbəsinə dəvət edilmiş, Zərərçəkmiş şəxs kartını oğurladığı əməli etiraf etmiş, 27 may 2024-cü il tarixdə, saat 21 radələrində məktəbin otaqlarının qapılarını bağlı olmasını yoxlamış, həmin vaxt məktəbin direktoru Astara şəhər sakini Zərərçəkmiş şəxs otağının açıq olduğunu görmüş, gəlir əldə etmək məqsədilə həmin otaqda Rənaya məxsus bank kartını oğurlamış, onu heç kim görməmiş, həmin vaxt məktəbdə tək olmuş, oğlu Mikayıla, nə də digər ailə üzvlərinə bu barədə heçnə deməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş, ailədə yeganə qazanc gətirən şəxsdir və bütün bunları nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1964-cü ildə Astara şəhərində anadan olmuş, evlidir, rəsmi olaraq Astara şəhəri, 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Astara Rayon Polis Şöbəsinə naməlum şəxs tərəfindən adına açılmış Kapital Banka aid “4169 7388 7110 6773” nömrəli “X4” kartında 3200 manat kredit xəttinin açılması və həmin tarixdə kartdan 2000 və 1200 manat pul Astara şəhəri ərazisində ATM-lərdən çıxarılaraq nəğdləşdirməklə ümumilikdə ona 3200 manat maddi ziyanın vurulması barədə müraciəti özü etmiş, xx.xx.2024-cü il tarixdə ona "xxxx" ASC-dən adına kredit gecikməsi olması ilə bağlı zəng gəlmiş, daha sonra "xxxx" ASC-nin Astara şəhərindəki filialına yaxınlaşaraq bu barədə məlumat vermiş, bankdan adına “X4” kredit kartı olması və həmin kart hesabından ümumilikdə 3200 manat pul vəsaiti nəqdləşdirilməsi deyilmiş, daha sonra bankdan çıxarış əldə etmiş və həmin çıxarışdan aydın olmuşdur ki, ona məxsus "xxxx" ASC-yə aid “4169 7388 7110 6773” nömrəli “X4” kartında olan 3200 manat kredit vəsaiti naməlum şəxs tərəfindən 2000 manat və 1200 manat məbləğlərdə olmaqla müxtəlif tarixlərdə Astara şəhəri ərazisində ATM-lərdən çıxarılaraq nəqdləşdirilmiş, bu səbəbdən Astara RPŞ-yə ərizə ilə müraciət etmiş, "xxxx" ASC-dən 3200 manat məbləğində kredit vəsaitini bank kartından nəqdləşdirməmiş, ilkin verdiyi izahata düzəliş olaraq hal-hazırda "xxxx" ASC-nin “4169 7388 7110 6773” nömrəli “X4” kartının özü tərəfindən bank filialından adına aldığını xatırlamış, lakin həmin bank kartını uzun müddət istifadə etmədiyindən iş yerində otağında qoymuş, ona görə də xatırlamadığı üçün ilkin izahatında həmin bank kartının nə vaxt adına rəsmiləşdirilməsi barədə məlumatı olmadığını bildirmiş, həmin bank kartını heç vaxt istifadə etmədiyi üçün ona 4 rəqəmli PİN şifrə təyin etməmiş, adına 3200 manat kredit vəsaiti ələ keçirilərək ona ümumilikdə 3200 manat maddi ziyan vurulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məktəbin əsas qapısının açarı, direktor otağının açarı, müəllimlərinin otaqlarının açarları və sinif otaqlarının açarları olmuşdur. Təqsirləndirilən şəxs mütəmadi olaraq məktəbdə iş saatlarından sonra onun, eləcə də digər işçilərin otaqlarında və sinif otaqlarında elektrik kabellərinin cərəyanda taxılı olubolmamasını, su krantlarının açıq olub-olmamasını, işıqların yanılı olub-olmamasını yoxlamaq məqsədilə hər gün otaqlara daxil olur və hər şeyin yerində olduğundan əmin olduqdan sonra məktəbi tərk edir, bunları hər gün etməsini, onun öz otağı daxil olmaqla bütün otaqları yoxlamasını şəxsən Təqsirləndirilən şəxs özü tapşırmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/27768 saylı məktubuna əlavə edilmiş qoşmada olan 01 ədəd CD diskə baxış keçirilən zaman 02 ədəd fərqli qovluqlarda olan fotoşəkillərdən “416973******6773” nömrəli kart hesabından naməlum şəxsin xx.xx.2024-cü il tarixdə saat 22:28:58-də A0138049 nömrəli ATM-dən 1200 manat, digər naməlum şəxsin xx.xx.2024-cü il tarixdə saat 22:11:16-da A0138034 nömrəli ATM-dən 2000 manat pul vəsaitini nəğdləşdirməsi müəyyən edilmişdir.” İşə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli verilmiş əməliyyat tapşırığı cavabından görünür ki, tapşırığa əlavə edilmiş qoşmada olan fotoşəkillərdəki şəxslərin şəxsiyyətinin müəyyən edilməsi ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, həmin fotoşəkildə olan şəxslərdən biri ünvan 1 ünvanda yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, digər şəxs isə Təqsirləndirilən şəxs oğlu onunla birgə yaşayan xx.xx.2008-ci il təvəllüdlü X1r. İşə əlavə edilmiş 02 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Astara RPŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödəndiyini, Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın nümayəndəliyi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 1734 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-da arvadı və xx.xx.2008-ci il təvəllüdlü oğlu Şahid ilə yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddədsndə nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdən 02 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-37/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-37/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver