Məhkəmə qərarları › İş №1(018)-38/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-38/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-38/2023 22.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 21, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan vaxtda və yerdən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab edilən 1 ədəd ov bıçağını qanunsuz olaraq əldə edib idarə etdiyi «Opel Astra» markalı, «**-RJ-***» qeydiyyat nişanlı avtomaşında saxlamaqla gəzdirmiş, 21 aprel 2022-ci il tarixdə saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin “N” nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının xidməti ərazisində, Xəzər dənizinin sahilində saxlanıldığı vaxt həmin soyuq silah qeyd olunan avtomobildən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o,21 aprel 2022-ci il tarixdə tanışları Ramal Albabayevi və Hüseyn Bəxtiyarovu gecə saat 22 radələrində taksi kimi Astara rayonuna aparmış, Astara rayonuna yaxınlaşarkən Ramal telefonda kiminləsə danışmış, 10-15 dəqiqə sonra ona telefonunda koordinat göstərib həmin istiqamətdə avtomobili sürməyi və həmin şəxsin orada onu gözləyəcəyini demişdir. Ramalın gərgin olduğunu hiss etmiş, lakin həmin vaxt ondan heç nə soruşmamış, təxminən 40-50 dəqiqə sonra həmin məkana çatmış, ətrafda heç kimin olmadığını, Xəzər dənizinin sahilində olduqlarını görmüş, Ramal ona avtomobildə gözləməyi, Hüseynə isə borclu olan şəxs gələnə kimi onunla birlikdə ayaqyoluna getməyi təklif etmiş, Ramal və Hüseyn avtomobildən düşdükdən təxminən 3-5 dəqiqə sonra güclü qışqırıq səsləri eşitmiş, bir neçə nəfərin qaraltıda qaçmasını görmüş, bundan sonra qorxaraq avtomobili idarə edib bilmədiyi istiqamətdə hərəkət etmiş, daha sonra adının Kələdəhnə kəndi olduğunu bildiyi ərazidə saxlanılmışdır. İdarə etdiyi **-RJ-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə baxış keçirilmiş, avtomobildən 06 bicaq və 02 qayçı aşkar edilərək götürülmüş, aşkar edilərək götürülmüş bıçaq və qayçıların özünə məxsus olduğunu bildirmişdir. Maşının baqajından götürülən bıçaqlardan birinin soyuq silah olduğu məlum olmuşdur. Həmin bıçaqla heç vaxt heç bir qanunsuz iş görməmişdir. Bıçağı xatırlamadığı yerdən tapmışdır.İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirib məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 21 aprel 2022-ci il tarixdə təşkil edilmiş əməliyyat tədbiri ilə əlaqədar 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində Astara rayonunun ərazisində pusqu xidmətini təşkil edilmiş, saat 22 radələrində “pusqu xidmətini” təşkil edilən ərazidə, yəni Astara rayonunda,Xəzər dənizinin sahilinin kənarında yerləşən sahibsiz yarımtikilinin yaxınlığında “Opel Astra" markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmİş, avtomobildə 3 nəfərin olduğunu müşahidə edilmiş, avtomobildən 2 nəfər düşərək yarımtikilinin arxa hissəsinə keçmiş, orada olan 02 ədəd qutunu götürüb uzaqlaşarkən onlara “Dayan” çağırışı verilmiş, onlar çağırışa tabe olmayaraq oradan qaçaraq uzaqlaşmaq istəmiş, lakin onlardan biri yıxılaraq digəri isə təxminən 25-30 metr sonra saxlanılmışdır. Daha sonra mayor Bəhruz Gözəlov və leytenant Elçin İsmayıllı avtomobilin sürücüsünü saxlamaq üçün avtomobilə doğru hərkət etmiş, lakin avtomobil sürücüsü onları görüb avtomobil ilə ərazidən uzaqlaşmış, bir qədər sonra sürücü Astara rayonunun Kələdəhnə kəndi ərazisində saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X12, X7, X1 Eşqin Səməd oğlunun ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid X13 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “OPEL” markalı avtomobilə baxış keçirilmiş,baxış zamani avtomobildən sürücüyə məxsus sənədlər, 06 ədəd bıçaq və 02 ədəd qayçı aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bicaqların və qayçıların ona məxsus olduğunu qeyd etmişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 23 aprel 2022-ci il tarixli 3/599 No-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə işarələnmiş bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilir. Digər bıçaqlar və qayçılar soyuq silah hesab edilmirlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2022-ci il tarixli 4179 nömrəli rəyindən görünür ki, təqsirləndirilən sexs Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə hallari olub. Lakin, hal-hazirda lbrahimov Sultan Qabil oğlunda müayina zamani narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamani Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasi məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüququi Şəxsinin xx.xx.2022-ci il tarixli 2024 nömrəli rəyindən görünür ki, yoxlanilan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə dəona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasi CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 26 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan ünvan 3 Xüsusi Təyinatlı MKTB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır İşdə olan ünvan 3 Xüsusi Təyinatlı MKTB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə olunmuş Səbail Rayon Məhkəməsinin 23.04 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay 27 gün müddətinə, yəni 17 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay müddətinə, yəni 17 fevral 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 10 (on) ay 01 gün (21 aprel 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu müddətdə artıq islah olunması qənaətinə gəlir və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Ona görə də Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu müddəti, yəni 21 aprel 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək olan 10 (on) ay 01(bir) gün müddəti azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 74 (yetmiş dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və DSX-nin İTİ-nin saxlanc yerində saxlanılan 01 ədəd kustar usulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatı soyuq silah hesab olunan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbrahimov X3 tutulduğu və həbsdə olduğu 10 (on) ay 01 gün (21 aprel 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 10 (on) ay azadlıqdan məhrum etmə cəzası çəkilmiş (icra edilmiş) hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs, 74 (yetmiş dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və DSX-nin İTİ-nin saxlanc yerində saxlanılan 01 ədəd kustar usulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatı soyuq silah hesab olunan ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar