Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-38/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası, Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, evli, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 02 dekabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədilə qanunsuz əldə etdiyi 1 sellofan bükümdə 1,61 qram qurudulmuş marixuana narkotik vasitəni sağ ayağına geyindiyi qara rəngli corabın içərisində gizlədib 02 dekabr 2024-cü il tarixdə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 206.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, beynəlxalq yükdaşımalarında sürücü kimi “DAF” markalı 77LX478/99YE478 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmiş, həmin nəqliyyat vasitəsi Rövşən adlı şəxsə məxsus olmuşdur. Daha əvvəllər marixuana narkotik vasitəsi istifadə etmişdir. Lakin hazırda heç bir narkotik vasitə etmir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından Litva Respublikasına yük aparmaq üçün idarə etdiyi nəqliyyat vasitəsilə daxil olmuş, İranda Astara şəhərində olarkən bir kafeyə kofe içmək üçün getmiş, burada bir nəfər şəxsin ona yaxınlaşmış, söhbət əsnasında həmin şəxsin daha əvvəllər yanacağı bitdiyi üçün 10 litr təmənnasız dizel yanacağı verərək yardım etdiyi və adını xatrlamadığı şəxs olduğunu bilmiş, həmin şəxsə Ağa deyə müraciət etmiş, onunla xeyli söhbətləşmiş, idarə etdiyi nəqliyyat vasitəsi İran gömrüyündə olan terminalda olduğu üçün getmək istəmiş, Ağanın da ağ rəngli “Saypa” markalı maşınının olduğunu və onu həmin ünvana apara biləcəyini söyləmiş, əvvəl razı olmasa da Ağa israr edəndə razılaşmış və birlikdə qeyd edilən ünvana getdmişlər. Həmin ünvana çatdıqda onun Ağaya 40.000 tümən zəhmət haqqı vermiş, sağollaşıb nəqliyyat vasitəsində olan daha əvvəl İran Astarasından aldığı yuyucu vasitələrini yerləşdirdiyi qara sellofan paketi də özülə götürmüşdür Nəqliyyat vasitəsindən düşərkən Ağanın nəqliyyat vasitəsinin oturacağının altından nəisə bir kiçik bükümü götürüb onun sellofan torbasının içinə atdığını, bu zaman, onun Ağadan nə olduğunu soruşmuş, Ağa isə terminalda olanda vaxtını yaxşı keçirmək üçün istifadə etməsi məqsədilə həmin bükümü hədiyyə etdiyini demişdir. Bükümün içinə baxanda bunun qurudulmuş marixuana narkotik vasitəsi olduğunu görmüş, əvvəl qorxmuş, etiraz etmiş, bükümü götürə bilməyəcəyini demiş, lakin Ağa çox təkid etdikdə razılaşmış, həmin bükümü cibinə qoymuş, Ağa ilə sağollaşıb nəqliyyat vasitəsinin yanına gəlmişdir. İranda olduğu müddətdə həmin marixuana narkotik vasitəsinin bir hissəsini “Winston” markalı siqaret tütünü ilə qarışdıraraq istifadə etmiş, Litva Respublikasına aparmalı olduğu “xurma“ yükü nəqliyyat vasitəsinə yüklənmiş, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “DAF” markalı 77LX478/99YE478 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhəddinə yaxınlaşmış,həmin narkotik vasitəni ata bilmək imkanı olmamış, bu səbəbdən bir sellofan paketdə sağ ayağındakı qara rəngli corabının içində yerləşdirib gizlətmişdir. Gömrük zonasına daxil olduqda bir qədər növbə olmuş, növbə ona çatdıqda nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüş, yoxlama xəttində gömrük əməkdaşı ona yaxınlaşaraq onunla şifahi sorğu-sual aparmış, üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunası və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması barədə soruşmuş, qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı malının olmadığını demiş, daha sonra gömrük əməkdaşı ona idarə etdiyi “DAF” markalı 77LX478/99YE478 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçiriləcəyini demiş, etiraz etməmiş, nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında heç bir hüquqpozma faktı aşkar edilməmişdir. Bundan sonra isə onun üzərində şəxsi yoxlama aparacaqları bildirilmiş, hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparılmış, yoxlama zamanı sağ ayağında geyindiyi qara rəngli corabın içərisində gizlətdiyi 1 ədəd büküm aşkar edilmiş, həmin büküm Astara Gömrük İdarəsinin inzibati binasına onun və hal şahidlərinin iştirakı ilə gətirilmiş və tərəzidə çəkilmiş, bu zaman qablaşma ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 2,1 qram olduğu müəyyən edilmişdir. Bundan sonra idarə etdiyi “DAF” markalı 77LX478/99YE478 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, lakin hər hansı hüquqpozma faktı aşkar edilməmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı övladının, ermənilər tərəfindən atılmış mərmi nəticəsində xəsarət almış xəstə atasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Astara şəhərində yaşayır, Astara Gömrük İdarəsinin rejim zonasında yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir, xx.xx.2024-cü il tarixdə, saat təqribən 03 radələrində Astara Gömrük İdarəsinin inspektoru İsmayıl onu və onunla birlikdə fəhləlik edən Vüqarı yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı “77LX478/99YE478” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini və onlara da hal şahidi qismində iştirak etməyi təklif etmiş, onlar da razılaşmış, daha sonra “DAF” markalı “77LX478/99YE478” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində heç bir hüquqpozma predmeti aşkar edilməmiş, bundan sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs sağ ayağına geyindiyi qara rəngli corabın içəri hissəsindən 1 (bir) ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümə baxış zamanı bükümün içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Şahid1 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək istintaq zamanı verdiyi ifadəsini təqsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi yoxlama aparılması haqqında” 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ ayağına geyindiyi qara rəngli corabın içəri hissəsində 1(bir) ədəd sellofan bükümdə gizlədilmiş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 7- 16-16-2-7/1954 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf polietilen paketdəki 1 (bir) sellefon torbacığda təmiz çəkisi -1,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1.61 qram müəyyən edilmiş, tədqiqata 0.05 qram istifadə olunmuş, qalıq 1.56 qram qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 dekabr 2024-cü il tarixli X1 Sistemində “Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2008-ci ildən etibarən 02 dekabr 2024-cü il tarixədək dəfələrlə “Qırmızı Körpü”, ”Astara” və “Yalama”, “Samur” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisinə və əks istiqamətlərdə hərəkət etmişdir. O, sonuncu dəfə 02 dekabr 2024-cü il tarixdə, saat 03:10-da ““DAF” markalı, 77LX478/99YE478 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və X1 Sisteminə “Saxla / NV-nin sürücüsünün üzərindən, corabının içərisində gizlədilmiş şəkildə 1 ədəd bağlamada 2 qram marixuana narkotik vasitəsi aşkar edilərək saxlanıldı, Astara Gİ-nə təhvil verildi.” məzmununda qeyd əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi, ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması və qərarın surətinin təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyən olunması haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təmiz çəkisi – 1,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması, ekspertiza tədqiqatı zamanı 0,05 qram sərf edilməklə, qalıq 1,56 qram olan qurudulmuş marixuana narkotik vasitənin cinayət işi üzrə araşdırılma başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına verilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AZ-İİİ 416203 nömrəli doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AZ-İV 427019 nömrəli doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Tovuz rayonu İHB-nin Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli Xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun və ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi və ləkələyici məumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Tovuz rayonu İHB-nin Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1986-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla atası xx.xx.1965-ci il təvəllüdlü X14, anası xx.xx.1966cı il təvəllüdlü X6, həyat yoldaşı 29 may 1989-cu il təvəllüdlü X8, oğlu xx.xx.2014-cü il təvəlllüdlü X11 və qızı xx.xx.2020-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon Poliklinikası tərəfindən verilmiş xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, 1965-ci il təvəllüdlü X10 1992-ci ildə sol əlinin İ-İİ-İİİ, sağ əlinin İ barmağının dırnaq orta falanqalarının travmatik amputasiyası keçirilmiş, kəllə beyin travmasından sonra güclü asteno-nevrotik vəziyyət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Tovuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Epikrizdən görünür ki, X14 03 mart 1992-ci ildə ermənilər tərəfindən atılmış mərmi nəticəsində xəsarət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X20” tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli, 7781 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02.12 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş basqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin səmimi etirafı, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların 1 saylı siyahısında marixuana dövriyyəsi qadağan edilmiş narkotik vasitə olaraq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində iki (5 və 11 yaşlı) azyaşlı övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi müəyyən edilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində ermənilər tərəfindən atılmış mərmi nəticəsində xəsarət alan xəstə atasının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində yetkinlik yaşına çatmayan iki azyaşlı uşağının olmasını, xəstə atasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, törədilən cinayətin predmeti təmiz çəkisi 1.61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayətin obyekti isə iqtisadi fəaliyyət sahəsində təşəkkül tapmış münasibətlərdir. Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar nəzərdə tutulan cinayətlərin obyekti isə ictimai qayda və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlər, predmeti isə narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələrdir. Həmin normalar 206-cı maddəyə münasibətdə xüsusi norma kimi çıxış etdikdə cinayətin predmetinin miqdarına münasibətdə 206-cı maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlmir, belə ki, şəxs xüsusi normada nəzərdə tutulan cinayəti törətmiş olsaydı, qeyd edilən miqdara görə cinayət məsuliyyəti belə yaranmayacaqdıki, iş materiallarından da göründüyü kimi, şəxs barəsində CM-in 234-cü maddəsi ilə cinayət işi başlanılmamışdır. Cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlüləliyi nəzərə alınmalı olan əsas xüsusatlardan olduğundan cinayətin predmetinin miqdarının hazırki vəziyyətdə əməlin ictimai təhlükəliliyini azaltmaqla, cinayətin obyektinə mühüm zərər vurmadığı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hazırki iş üzrə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan iki (11 və 5 yaşlarında) azyaşlı uşağının, xəstə atasının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, barəsində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi təqdirdə nəinki təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmayan cəza təyin ediləcəyi, həmçinin onun ailəsi üçün ağır nəticələr verəcəyi, ailənin yeganə qazanc yerinin itiriləcəyi, ailənin daha da ağır maddi vəziyyətə düşəcəyi, cəzanın təqsirləndirilən şəxsdən əvəz çıxmaq yox, islah olunmaq üçün tətbiq edildiyini, şəxsin törətdiyi əməldən yetəri qədər peşman olmasını və utanc hisləri duymasını, bunların isə onun islah olunmasına işarət etdiyini nəzərə almaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona cərimə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 1,56 qram qurudulmuş marixuana narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 1,56 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4.000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,56 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin hesaba keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-38/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-38/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver