Məhkəmə qərarları › İş №1(018)-39/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-39/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-39/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(018)-146/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli Qərarı ilə 01 (bir) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad olunmuş, 24 may 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 1,137 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 noyabr 2022-ci il tarixdə, saat 13:10-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,203 qram, 0,219 qram, 0,291 və 0,424 qram olmaqla, ümumi təmiz çəkisi - 1,137 qram olan narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən və üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailəlidir. Narkotik vasitə olan heroindən istifadə edir, 09 oktyabr 2020-ci il tarixdə Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ilin aprel ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra bir-neçə ay narkotik vasitədən istifadə etməmiş, lakin bir müddət keçdikdən sonra yenə də narkotik vasitə olan heroindən istifadə etməyə başlamişdir. Narkotik vasitə olan heroinin aludəçisidir və demək olar ki, hər gün narkotik vasitə olan heroindən istifadə edir. Adətən narkotik vasitəni Astara və ya Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. 22 noyabr 2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı evi tərk edib, narkotik vasitə almaqdan ötrü Astara şəhərinə gəlmişdir. Astara şəhərində olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən istifadəsi üçün 04 (dörd) ədəd bükümdə narkotik vasitə olan heroin almış və həmin şəxsə 50 (əlli) manat pul vermişdir. Daha sonra isə yaşadığı evə gəlib, aldığı narkotik vasitədən bir qədər istifadə etmişdir. Növbəti gün, yəni 23 noyabr 2022-ci il tarixdə, təxminən saat 12 radələrində yuxudan oyandıqdan sonra yaşadığı evi tərk etmiş, saat 13 radələrində yaşadığı kənddə olarkən yanında avtomobil dayanmış və avtomobildən düşən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona təqdim etdikdən sonra həmin şəxslərin Astara rayon polis şöbəsinin əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, buna görə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra onu avtomobillə Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Astara rayon polis höbəsinin inzibati binasına daxil olduqda, ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Sonra isə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlandıqda təhqiqatçı ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümlərdə narkotik vasitə olan heroin kütlələrini, bir qutu siqareti, şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərində qoymuşdur. Daha sonra təqdim etdiyi 04 ədəd heroin bükümləri elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,5 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər 01 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf möhürlənmış, özü, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin zərfin üzərində imzalarını çəkmişlər. Həmçinin, təqdim etdiyi elektron tərəzi də eyni qaydada bir ədəd zərfdə qablaşdırılmış, həmin zərf möhürlənmiş, özü, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və protokolu imzalamışlar. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroin kütlələrini 22 noyabr 2022-ci il tarixdə, saat 14 radələrində Astara şəhər mərkəzi bazarının yaxınlığında tanımadığı şəxsdən 50 manata almışdır. Polis əməkdaşları tərəfindən ona təqdim olunan telefon danışıqları və mesajları ilə tanış olmuşdur. Həmin mesajlarda adı keçən Adıgözəl Əliyevi tanıyır, həmkəndlisidir, Adıgözəli uzaqdan tanıyır, yəni ki, yaxın münasibəti yoxdur. Adıgözəlin “… İsi mənəm, adgözel mene cavab ver söz deyirem sene …” məzmunlu mesajla nə demək istədiyini bilmir. Astara şəhər sakini X4 hansı səbəbdən ona 15 manat düzəltməsi və vəziyyətinin pis olması barədə “… İsi 15 manat düzəltmişəm, vəziyətim pisdi, yaşlı adamın qulluğun tuturam, mən o, yetimədə qulluğ edə bilmirəm …” məzmunlu mesaj yazdığını bilmir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 noyabr 2022-ci il tarixdə Astara rayonun Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlayıb daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan əlavə polis əməkdaşları X8 və X12 da iştirak etmişlər. 23 noyabr 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, həmin gün saat 13:10-da Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində piyada küçədə hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Lakin, həmin yerdə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmamış, ona görə də Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış başlayan kimi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, həmçinin qanunla qadağan edilmiş hər hansı əşyanın olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 4 ədəd kütlələri və 1 ədəd siqaret qutusunu, şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini, şalvarın sol arxa cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu çıxarıb təqdim edərək, bükümlərin içində kakos, yəni heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı həmin 4 ədəd bükümlərin içində narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyini cibindən 104 manat pul və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,5 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün götürülmüş elektron tərəzi ilə birlikdə ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılaraq DİN-in 84 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın sonunda 104 manat pul, 01 ədəd alışqan və bir qutu siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, həmin narkotik vasitədən pulunu çıxarmaq üçün başqa şəxslərə də verdiyini, elektron tərəzidən isə narkotik vasitəni alarkən və başqa şəxslərə verərkən istifadə etdiyini bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Astara rayon polis şöbəsinə məlumat daxil olmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsə də, əldə etdiyi narkotik vasitədən, narkotik vasitəyə xərclədiyi pulu çıxarmaq üçün başqa şəxslərə verdiyini boynuna almışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, şəxsi axtarış zamanı da üzərindən 4 büküm narkotik vasitə heroin və narkotik vasitəni ölçüb satmaq üçün istifadə olunan elektron tərəzi aşkar edilərərk götürülmüşdür. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün yalan olaraq heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 4 büküm narkotik vasitə olan heroini satış məqsədilə üzərində gəzdirmiş və elektron tərəzini narkotik vasitəni çəkisini ölçüb satmaq üçün üstündə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 şahid X6 göstərdiyi xüsusatları ifadəsi ilə bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 23 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə, saat 14:05-dən saat 14:30-dək Astara rayon polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşyanı saxladığı təqdirdə, təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 4 bükümdə heroinə bənzər kütlə və 1 ədəd siqaret qutusunu, şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi, şalvarın sol arxa cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 104 manat pul və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Daha sonra sonuncunun üzərindən aşkar edilmiş 4 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,5 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün elektron tərəzi ilə birlikdə ayrı-ayrılıqda 2 ədəd zərfdə qablaşdırılaraq DİN-in 84 saylı möhürü ilə möhürlənmişdir. 104 manat pul, 01 ədəd alışqan və bir qutu siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, həmin narkotik vasitədən pulunu çıxarmaq üçün başqa şəxslərə də verdiyini, elektron tərəzidən isə narkotik vasitəni alarkən və başqa şəxslərə verərkən istifadə etdiyini bildirmişdir.

2. Narkotik vasitələrin fiziki-kimyəvi ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 19/1203 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlələr …» sözlər və imzalar olan bir ədəd zərfdəki 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,203 qram, 0,219 qram, 0,291 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkisi - 1,137 qram olan maddələr - tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər. Xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “… Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd elektron tərəzi ...” sözlər və imzalar olan, bir ədəd zərfdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisinin və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,137 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 0,937 qram qalmışdır.

3. Məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 1219 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur.

4. Diskə baxış keçirilməsi haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Astara rayon polis şöbəsinə "xxxx" MMC-i tərəfindən daxil olmuş 17 yanvar 2023-cü il tarixli, 1210 saylı məktubla göndərilmiş 01 ədəd CD diskə Astara rayon polis şöbəsində xidməti otaqda HP markalı kompüter vasitəsilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla iş üçün əhəmiyyət kəsb edə biləcək bir neçə şəxs arasında SMS göndərilməsi aşkar olunmuşdur. Belə ki, 24 oktyabr 2022-ci il tarixdə, saat 15:21-də X1 məxsus ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə “… İsi menim adgözel mene cavab ver söz deyirem sene” məzmunlu mesaj göndərilmişdir. 06 oktyabr 2022-ci il tarixdə, saat 23:20-də X3 məxsus ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “… Ermenisen poxa sorcnu cavab verde …”, 07 oktyabr 2022-ci il tarixdə, saat 19:03-də “Gelirem size”, 22 oktyabr 2022-ci il, saat 00:08də “Sabah gelecem size polu verersende yaxwi bawqa soybet eleme bax ozunde ujey özluyunde his eledin oynuyorsan” məzmunlu mesajlar göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrədən Sərxan Cəfərova məxsus ***-***-**-** saylı mobil nömrəyə 22 oktyabr 2022-ci il tarixdə, saat 19:33-də “… Yaxşı elədin mene bo lazımdı …. daha mene zəg eleme, menim karta pul var lazim olan qeder mənə hemse dediler ki ola gezme o çox cid …”, saat 19:42-də “Samir sene zəg eldi yadva gelir qebə …. məni gözlə gelrem çix yola …”, 13 noyabr 2022-ci il tarixdə, saat 01:08-də “… be o bidenenei saxlyarsan seher cixarix vezyeten meman polo qoyar arzda gotreren ordan bve seher gelrem size bve …” məzmunlu mesajlar göndərilmişdir. Astara şəhər sakini X5 məxsus olmuş ***-***-**-** saylı mobil nömrədən 29 oktyabr 2022-ci il tarixdə, saat 19:33də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə “… İsi 15 manat düzəltmişəm vəziyətim pisdi, yaşlı adamın qulluğun tuturam, mən o, yetimədə qulluğ edə bilmirəm …” məzmunlu mesaj, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 22:32-də Əhliman Əliyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Bu ….. cavab ver qoy öz payıma söyüş soymum senin ayaqlarıvi sindirim camahatdan pol alip vermisem, ozumde heçnə elememisem ehliman tele cavab ver varyuxun ….. itlerin patpolni divijinyesine göre sencun yaxşı olmaz nedi maraq eliyip gotuzdurup …. salmaq isdiyirsen meni sen meni qoy pis vezyetde buğun mende sene kececey eləsə …” məzmunlu mesaj göndərilmişdir. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Qeyd edilən Plenum Qərarında məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini xırda hissələrə bölünərək bu şəkildə üstündə saxlaması, üzərindən elektron tərəzinin aşkar edilərək götürülməsi, istifadəsində olan mobil telefonla ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı mesajlaşması, üzərindən aşkar edilərək götürülmüş elektron tərəzidə narkotik vasitələrin izinin olması Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə satmaması, üzərində aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün alması, həmin narkotik vasitələri satmaması, elektron tərəzini özünə məxsus narkotik vasitəni çəkmək üçün istifadə etməsi və sair barəsindəki ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(018)-146/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli Qərarı ilə 01 (bir) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad olunmuş və 24 may 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzalarını çəkib qurtardıqları gündən iki keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qanunvericilik aktının qeyd olunan normasına əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM, mad. 18.1). Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini də nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətin residivi zamanı təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakterli məlumatlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddəsində göstərilən cəzaını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra 0,937 qram qalıq qalmış heroin və 01 (bir) ədəd elektron tərəzi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə və elektron tərəzi məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, Astara Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(018)-104/2022 saylı təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2022-ci il tarixdə isə barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanmanın əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu müddətlər cəza müddətinə hesablanmaqla 23 noyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs haqqında seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,937 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar