Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-4/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs onun nümayəndəsi Müdafiəçi3 iştirakları ilə xx xxxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi özünə məxsus «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara-Lənkəran avtomobil yolunun Astara rayonu Çayoba kəndindən keçən hissəsində Lənkəran rayonu istiqamətdə 60 km/saat sürətdən yüksək sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməyərək, öz hərəkətinə davam edib hadisənin qarşısını alacağını güman etməklə cinayətkarcasına özünə güvənərək həmin vaxt qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında toqquşaraq ehtiyatsızlıqdan "Mercedes E270" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyyəsində qançır, başın təpə nahiyyəsində sıyrıq ilə müşayət edilməklə sonuncunun sağlamlığına az ağır zərər vurulmasına və “Mercedes- Benz E270” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs 6360 (altı min üç yüz altmış) manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində yaşayıb işləyir. **-EL-*** dövlət nömrə nişanlı Lexus GX470 Minik markalı avtomabil ona məxsus olmuşdur. Həmin avtomobili «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 29 avqust 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi həmin avtomobillə Astara rayonu Pensər kəndi ərazisindən üzü Lənkəran rayonu istiqamətində hərəkətdə olmuşdur. İdarə etdiyi **-EL-*** dövlət nömrə nişanlı «Lexus GX470» markalı avtomabillə Astara rayonu Çayoba kəndi əraizisndə “Osman bulağı” adlanan yerə 60-70 metr qalmış yolun sağ tərəfində «Mercedes E220» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxdığını görüb sürəti bir qədər azaltmışdır. Həmin avtomobil yolun kənarında dayandığı üçün o, yoluna davam etmişdir. O, ötüb keçəndən sonra “Mercedes” markal avtomobilin yola çıxaraq hərəkətinə davam edəcəyini fikirləşmişdir. O, hərəkətdə olarkən həmin “Mercedes” markalı avtomobillə aralarında təxminən 20 metr məsafə olan zaman sonuncu qəfildən yoluna çıxmışdır. O da hadisənin qarşısını almaq üçün əks istiqamət olan yol çıxmış, həmin **-CT-*** dövlət nömrə nişanlı «Mercedes E220» markalı avtomobil sürücüsüdə öz yoluna çıxıdığından onun idarə etdiyi avtomobillin sağ yan hissəsi «Mercedes» markalı avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Hadisədən əvvəl spirtli içki və ya narkotik və psixotrop maddə qəbul etməmişdir. Hadisədən əvvəl avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Mercedes markalı avtomobil yola çıxdığı üçün həmin avtomobilin sürəti təxminən 10 km/saat olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Həmin yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb «Mercedes E220» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin onun yoluna çıxması olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməməsinin səbəbi məsuyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi məhkəmə istintaqında cinayət işi üzrə şahid ifadələri, ekspertiza rəyləri, istintaq protokolları, bütövlükdə cinayət işinin digər materialları, işin araşdırılan obyektiv halları ilə sübuta yetir və onun həmin maddə ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılması üçün kifayətdir. Cinayət işinin məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Lənkəran rayon Daştalıqjar kəndində yaşayır. «Mercedes E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Avtomobil bacısı oğlu X5 adına olsa da, ona məxsusdur. 29 avqust 2021-ci il tarixdə saat 10:20 radələrində Lənkəran rayonundan üzü Astara rayonu Pensər kəndi istiqamətində hərəkətdə olarkən avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. O, idarə etdiyi «Mercedes E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomabillə Astara rayonu Çayoba kəndi əraizisində «Osman bulağı» adlanan yerə çatanda qarşıdan yüksək sürətlə «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxaraq üzbəüz ziq-zaq hərəkətləri ilə gəldiyini görüb yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi idarə etdiyi avtomobili öz yolunda sola çəkmişdir. Lakin onun yolunda olan «Lexus GX470» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfi onun avtomobilinin sağına dəymiş və zərbənin təsirindən onun idarə etdiyi avtomobili kənar atılmışdır. Həmin avtomobil isə onun hərəkət yolunda olan yol çiynində xəndəyə düşmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan «Mercedes E270» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilinə 6360 (altı min üç yüz altmış) manat ziyan dəymişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik və psixotrop maddə qəbul etməmişdir. «Lexus» markalı avtomobilin sürəti təxminən 100-120 km/saat olmuşdur. Həmin hadisə zamanı o, sağ qol nahiyyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onun müalicəsi ilə maraqlanmamış, dəfələrlə tələb etməsinə baxmayaraq ona vurduğu ziyanı ödəməmiş, cinayət işinin məhkəmə istintaqını əsassız vəsatətləri ilə uzatmışdır. Nəticədə o, avtomobilinin əzilməsi ilə məruz qaldığı maddi ziyandan əlavə həm də mənəvi sarsıntı keçirtmişdir. Ona görə də maddi və mənəvi ziyana görə təqdim etdiyi mülki iddianın tam təmin edilməsini, Təqsirləndirilən şəxs ağır cəza ilə cəzalanmasını tələb edir. Cinayət işinin məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Astara RPŞ-nin X15 Bölməsində təhqiqatçısı vəzifəsində işləyir. 29 avqust 2021-ci il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olmuşdur. Həmin gün saat 12 radələrində Astara RPŞ-nin X7 rayonu Çayoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verilmişdir. Bundan sonra o, Növbətçi Hissənin avtomobili ilə həmin hadisə yerinə getmişdir. Ora çatdıqda görmüşdür ki, «Lexus» markalı avtomobillə «Mercedes» markalı avtomobil toqquşmuş və hadisədən sonra hər iki avtomobil üzü Lənkəran rayonu istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışlar. Bundan sonra o, hadisə yerini müayinə etməyə başlamışdır. Hadisə yerini müayinə edərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Lexus» markalı **-EL-*** dövlət nömrə nişanlı avtomobil üzü Lənkəran rayonu istiqamətdə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes» markalı **-CT-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. O, hadisə yerinə çatarkən «Mercedes» markalı avtomobilin sürücüsünün özü və avtomobildə sərnişin olan az yaşlı nəvəsi xəsarət aldığına görə üçün xəstəxanaya getmiş, bu səbəbdən də hadisə yerində olmamış, «Lexus» markalı avtomobilin sürücüsü isə hadisə yerində olmuşdur. Hadisə nəticəsində isə «Mercedes» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. «Lexus» markalı avtomobilin sürücüsü isə xəsarət almamışdır. Hadisə yerini müayinə etdikdən sonra həmin avtomobillərin duracağa aparılmasını təmin etmişdir. Cinayət işinin məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayon Siyavar kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına görə tanımışdır. 29 avqust 2021-ci il tarixdə saat 11:30 radələrində iş yerində olarkən Zərərçəkmiş şəxs qəzaya düşməsini eşidib, hadisə yerinə getmişdir. Həmin vaxtı polis işçiləri də ora gəlib, müvafiq ölcmə işlərinə başlamışlar. Həmin vaxtı polis işçiləri ona və orada olan Həsən Səfərova hal şahidi qismində iştirak etməyi təklif etmişlər. Onlar razılaşmışlar. Onlar hal şahidi qismində hadisə yerinin müayinəsində iştirak etmişlər. Sonra isə tərtib edilmiş “Yol nəqliyyat hadisəsinə dair protokolu” və “Baxış aparılan yerin sxemini” öz imzaları ilə təsdiq etmişdir. Cinayət işinin məhkəmə baxış iclasında əlavə şahid qismində dindirilən X10 da əsasən X6 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işinin məhkəmə baxış iclasında əlavə şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Lənkəran rayon Pensər kəndində yaşayır. 29 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin qarşısında, magistral yolun kənarında dayanarkən Astara şəhərindən Lənkəran şəhəri istiqamətində «Lexus GX470» markalı avtomobilin hərəkət etməsini görmüşdür. Həmin vaxtı qarşıda Lənkəran şəhəri istiqamətində bulağın yanında dayanmış «Mercedes» markalı avtomobil hərəkətə başlamış və onlar «Lexus GX470» markalı avtomobilin hərəkət zolağında toqquşmuşlar. Toqquşma yeri ilə onun olduğu yerin arasındakı məsafə 100-150 metr olmuşdur. Sonra o hadisə yerinə getmişdir ki, xəsarət alan olarsa köməklik etsin. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 29 avqust 2021-ci il tarixli “hadisə yerini müayinə edilməsi haqqında” protokoldan məlum olur ki, hadisə Astara rayonu Çayoba kəndi ərazisindən keçən avtomobil yolunda baş vermişdir. Yol ikitərəfli olmaqla biri Lənkəran rayonu, digəri isə Astara rayonu Pensər kəndi istiqamətindədir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və hamardır. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti görünmür. Asfalt yolun hər iki tərəfi hərəkət hissəsi olmaqla hərəkət hissəsinin eni 6,60 metrdir. Həmin avtomobil yolunun sol tərəfdən 1,80 metr və sağ tərəfdən 2,30 metr enində torpaq örtüyü vardır. Hadisədən əvvəl «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayon istiqamətdə, "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Astara rayonu Pensər kəndi istiqamətdə hərəkətdə olmuşdur. Toqquşmadan sonra «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu istiqamətdə üzü Lənkəran rayonu tərəfə yolun sol hissəsindən asfalt yoldan kənarda, toqquşma yerindən 12,60 metr məsafədə, "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə üzü Lənkəran rayonu istiqamətdə toqquşma yerindən 7,60 metr məsafədə, «Lexus GX470» markalı avtomobilin hərəkət yoldunda dayanmışdır. Toqquşmadan sonra «Lexus GX470» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ farasaı, qabaq sağ təkəri sınmış, ön alın şüşəsi çartlamış, «Mercedes E270» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinin sağ hissəsi deformasiyaya uğramış, qabaq faraların hər ikisi, qabaq buferi sınmışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AC 021370 seriyalı sürücülük vəsiqəsinin təsdiq olunmuş sürətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı sürücü olmaqla, AC 021370 seriyalı sürücülük vəsiqəsi xx.xx.2013-cü il tarixdə DİN-in BDYPİŞ QİŞ, 1 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixədək etibarlıdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2021-ci il tarixli, 410 nömrəli aktdan məlum olur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi vaxtı sərxoş olmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlararası MTE və PA şöbəsinin 04 sentyabr 2021-ci il tarixli, 364 №-li saylı canlı şəxsin ekspert rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində – sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyyəsində qançır, başın təpə nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı aavtomaşının salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizasıüzrə verilmiş 13 dekabr 2021-ci il tarixli, 8/2615 №-li rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Adı çəkilən Mərkəzin 13 dekabr 2021-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 200 (iki yüz) manat təşkil edir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxəttşünaslıq ekspertizası üzrə verilmiş 08 sentyabr 2022-ci il tarixli, 8/1203 №-li rəyindən məlum olur ki,
1. ekspertizaya təqdim edilmiş cinayət işinin 4-7-ci vərəqlərində olan 29 avqust 2021-ci il tarixli “hadisə yerini müayinə edilməsi haqqında” protokolun 1-ci vərəqəsində “1.V.Nəsirov qrafasındakı imza, həmin imzadan sağa istiqamətdə 2-ci imza, 2-ci vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 2-ci imza, 3-cü vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 2-ci imza, 4-cü vərəqin aşağısındakı “Vaqif Nəsirov” qrqfasındakı imza X8 tərəfindən icra edilmişdir.
2. ekspertizaya təqdim edilmiş cinayət işinin 4-7-ci vərəqlərində olan 29 avqust 2021-ci il tarixli “hadisə yerini müayinə edilməsi haqqında” protokolun 1-ci vərəqəsində “2.H.Səfərov qrafasındakı imza, həmin imzadan aşağıda soldan sağa istiqamətdə 3-cü imza, 2-ci vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 3-cü imza, 3-cü vərəqin aşağısındakı soldan sağa istiqamətdəki 3-ci imza, 4-cü vərəqin aşağısındakı “2. H.Səfərov” qrqfasındakı imza X10 oğlu tərəfindən icra edilmişdir. Adı çəkilən Mərkəzin 08 sentyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 110 (bir yüz on) manat təşkil edir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizası üzrə verilmiş 06 oktyabr 2022-ci il tarixli, 8/2172 №-li rəyindən məlum olur ki,1.2.3 Tədqiqat obyekti olan "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil və Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillər təmir olunduqlarından toqquşma bucağını müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobillər arasındakı toqquşmanın Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real mexanizmə uyğun deyildir, avtomobillər arasındakı toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi real hadisə mexanizminə uyğundur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə "Mercedes E270" markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan sonra istiqamətini dəyişərək üzü Lənkəran istiqamətində, yəni əks istiqamətdə dayanması toqquşmanın "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi baş verməsi ilə zidiyyət təşkil etmir. 4.6a. Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6b Rəyin tədqiqi hissəsində göstərilən tələblərə görə "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiq aparmaq mümkün deyildir. Adı çəkilən Mərkəzin 06 oktyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in 22 fevral 2023-ci il tarixli, T 71/2033 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, 1-3 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində – sağ dirsək sümüyünün proksimal ucunun travmatik sınığı, sağ said nahiyyəsində qançır, təpənin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AD № 663364 saylı “Nəqliyyat vasitəsinin qeydiyyad şəhadətnaməsindən” məlum olur ki, Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 14 yanvar 2022-ci il tarixli, mütəxxəsis rəyindən məlum olur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi "Mercedes E270" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif detallarının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 6360 (altı min üç yüz altmış) manat maddi ziyan dəymişdir. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 09 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən arayışdan və sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayır, himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi “X1” 21 dekabr 2022-ci il tarixli 144 saylı mütəxəssis rəyi iş üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, “X1” qeyd edilən rəyi verməsinə dair səlahiyyətinin olmasına dair müvafiq sənəd (sertfikat) məhkəməyə təqdim edilməmişdir. Həmçinin cinayət işi üzrə “X1” rəyində müəyyən edilən hallara dair müvafiq ekspertizalar keçirilərək rəyləri cinayət işinə əlavə edilmişdir. Eləcə də məhkəmə hesab edir ki, əlavə şahid qismində dindirilən Şahid ifadəsi obyektiv kercəkliyin aşkar edilməsinə xidmət etmir. Belə ki, Şahid 2 ilə yaxın müddət keçdikdən sonra ərizə ilə müraciət edib iş üzrə şahid qismində ifadə vermək istəməsi, həmin yol-nəqliyyat hadisəsini 100-150 metr məsafədən görməsini bildirib iş üzrə bəzi xırda detalları göstərməklə bərabər yol-nəqliyyat hadisəsinin baş vermə yerini təqsirləndirilən və zərərçəkmiş şəxslərdən fərqli yanlış olaraq yolun Lexus GX470 markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş verməsini bildirməsi onun ifadəsinin iş üzrə hər hansı halın müəyyən olunması üçün sübuti əhəmiyyətinin olmadığını bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Şahid hadisəni 100-150 metr məsafədən dəqiq görməsi, 2 ilə yaxın müddət keçdikdən sonra dəqiq olaraq xatırlaması da həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunun sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törədəcəyi ehtimalının olmadığunu nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 4-cü hissəsinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da, cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Eyni zamanda, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8-ci (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, iş fəliyyəti ilə əlaqədar Abşeron rayonun ərazisində tez-tez olur.
Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı mənzili günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini Bakı şəhərindində yaşadığı mənzili axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət prosessual qanunvericiliyin göstərilən normalarına əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə mülki iddia maddi ziyan hissəsində tam, mənəvi ziyan hissəsində qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 6360 (altı min üç yüz altmış) manat, mənəvi ziyana görə isə 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınıb, Zərərçəkmiş şəxs verilməsi daha da ədalətlidir. Bundan başqa Təqsirləndirilən şəxs 460 (dörd yüz altmış) manat ekspertiza xərci alınıb Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 01 (bir) il, 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsi 9B saylı binanın, 82 saylı mənzilini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs cinayətlə vurulmuş maddi ziyana görə 6360 (altı min üç yüz altmış) manat, mənəvi ziyana görə isə 500 (beş yüz) manat məbləğində pul alınıb, Zərərçəkmiş şəxs verilsin. Mülki iddia mənəvi ziyana görə 1500 (bir min beş yüz) manat hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 460 (dörd yüz altmış) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE ********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov