Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-4/2025 12.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 2 sayl Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində Astara Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edib aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etıbarınan sui-istifadə edərək sonuncunun qardaşı Nəsiman Qasımzadə barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan cinayət işı üzrə Nəsiman Qasımzadəyə kömək etmək üçün zərərçəkənlərə vurulmuş maddi ziyanı ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-cı ıl tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, 30 10 2022-ci il tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-cı ıl tarixdə 1200 manat və xx.xx.2022-ci il tarixdə 380 manat olmaqla ümumilikdə xeyli miqdarda 6230 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintağı zamanı dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, İstintaq Təcridxanasında olan zaman Astara rayon sakini X2 ilə tanış olmuşdur. O, azadlığa çıxan zaman Nəsiman ona demişdir ki, qardaşı Asimanla əlaqə saxlayıb zərərçəkənlərə pulları ödəməkdə qardaşı Asimana köməklik etsin. Daha sonra o, Asimana zəng vuraraq özünü təqdim edib qardaşı Nəsimanın dostu olduğunu, onunla birlikdə həbsdə yatdığını deyərək ona köməklik göstərmək istədiyini bildirmişdir. Həmin vaxt o, Asimana zərərçəkənlərə vurulan ziyanı ödəmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, müxtəlif vaxtlarda Asimandan ümumilikdə 6230 manat pul almışdır. Aldığı pulları zərərçəkmiş şəxslərə verməmişdir, öz ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu bütün ziyanı ödəmişdir və onunla barışmışdır. Əməlindən çox peşman olmasını və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı ilə istintaq təcridxanasında tanış olmuşdur. Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək qardaşı Qasımzadə Nəsimamn dostu olduğu, onunla birlikdə həbsdə yatdığını deyib qardaşına köməklik göstərəcəyini demişdir. Belə ki, qardaşı X3 dələduzluq cinayəti törətdiyinə görə Bakı şəhəri Suraxanı rayon polis idarəsi tərəfindən tutulub barəsində cinayət işi üzrə istintaq aparılanıq məhkəməyə göndərilmişdir. Həmin Mövlanverdi də ona demişdir ki, qardaşına köməklik etmək üçün bütün zərərçəkənlərə ödəməli olduğu pulları ona göndərsin, o zərərçəkmiş şəxslərə pulları ödəyəcəkdir. O, bu barədə qardaşı ilə danışdıqdan sonra qardaşının Mövlanverdiyə inandığını və dost olduqlarını demişdir. Özü işlədiyinə görə Bakı şəhərinə gedib zərərçəkmiş şəxslərə pulları ödəyə bilmədiyindən Təqsirləndirilən şəxs ilə razılaşmış və müxtəlif zamanlarda ümumilikdə 6230 manat pulu ona göndərmişdir.Lakin Mövlanverdi onları aldatmış və zərərçəkənlərə ödəniş etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu 6230 manat ziyanı tam şəkildə ödəmişdir, bu səbəbdən onunla barışmışdır.Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakı təmin edilməsi mümkün olmayan şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (səhifə 17-23) qəbzlərin fotoşəkillərindən görünür ki, əməliyyat nömrəsi **********, terminal nömrəsi 51108 olan qəbz, ********** nömrəli qəbz, terminal nömrəsi 1571 olan ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbz ilə ümumilikdə 6230 manat göndərmişdir. İş materiallarında olan (səhifə 16) 11 yanvar 2023-cü il tarixli könüllü təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs yeddi ədəd ödəniş qəbzinin foto şəklini təqdim edərək bildirmişdir ki, tanışı Mövlanverdiy Həbibova “Million” aparatı vasitəsi ilə və istifadə etdiyi mobil telefonda quraşdırılmış “Birbank” proqramı vasitəsi ilə göndərdiyi pulların qəbzlərinin şəkilləridir. Həmin qəbzlərə baxış keçirərkən Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 5213 6751 9431 4200 saylı bank kartına xx.xx.2022-ci il tarixdə saat 18:28-də 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 16:09-da 500 manat, xx.xx.2022-ci il tarixdə saat 20:19-da 2600 manat, xx.xx.2022-ci il tarixdə saat 13:47-də 250 manat, xx.xx.2022-ci il tarixdə saat 16:28- də 300 manat, xx.xx.2022-ci il tarixdə saat 07:52-də 1200 manat və xx.xx.2022-ci il tarixdə saat 8:48-də 380 manat pul göndərildiyi müəyyən olunmuşdur. İş materiallarında olan (səhifə 105-109) 21 iyun 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin foto şəkilləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X5 həqiqiliyini təsdiqlədiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Digər prosessual sənədlər; İş materiallarında olan (səhifə 43-46) DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-345/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və qəti olaraq 02 (iki) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2026-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, o, xx.xx.2025-ci il tarixli qərarın 2.6-cı bəndinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İş materiallarında olan (səhifə 113-114) 01 iyul 2023-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və tutulduqda Astara RPŞ-nin MSY-yə təhvil verilməsi barərə qərar qəbul olunmuşdur.(qərar icra olunmadan Təqsirləndirilən şəxs könüllü məhkəməyə gəlmişdir.) İş materiallarında olan (səhifə 121) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi, 25 saylı evdə daimi pasport qeydiyyatındadır. İş materiallarında olan (səhifə 122) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - Həyat yoldaşı – X7 1990, oğlu X4 2010, qızı X6 2011-ci il təvəllüdlüdür. İş materiallarında olan (səhifə 123) Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan (səhifə 123a) AZE11545950 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibli Ayla xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. atası Təqsirləndirilən şəxs, anası Həbibova Şəbnəmdir. İş materiallarında olan (səhifə 124) AZE11367952 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibli İslam xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. atası Təqsirləndirilən şəxs, anası Həbibova Şəbnəmdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, qəbzlərin foto şəkilləri, maddi sübut tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özü və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş etmiş və bu barədə olan ərizəni məhkəməyə təqdim etmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ərizəsini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il tarixdə anadan olmuş Həbibli Ayla və xx.xx.2010-cu il tarixdə anadan olmuş Həbibli İslam adlı 2 yetkinlik yaşına çatmayan iki uşağı vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı hissəsində göstərilmişdir ki, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər Amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.16-cı və 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 1.16-cı və 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4 maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş(və icra edilməmiş) həbs qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan əməliyyat nömrəsi **********, terminal nömrəsi 51108 olan qəbz, ********** nömrəli qəbz, terminal nömrəsi 1571 olan ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbzlərin foto şəkilləri maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 1.16 və 5.1-ci hissəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut olan əməliyyat nömrəsi **********, terminal nömrəsi 51108 olan qəbz, ********** nömrəli qəbz, terminal nömrəsi 1571 olan ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbz, ********** nömrəli qəbz və ********** nömrəli qəbzlərin foto şəkilləri iş materiallarında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-4/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-4/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver