Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-40/2024 01.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Şahid2 Miağamat qızının və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 2009-cu ildə Ukrayna Respublikası Xarkov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İX sinif şagirdi, əvvəllər məhkum olunmamış, Astara rayonu, Təngərüd kəndində. qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə, saat 19 radələrində birgə yaşadığı nənəsi Zərərçəkmiş şəxs Astara rayon Təngərüd kəndində yerləşən fərdi yaşayış evində olarkən nənəsi Zərərçəkmiş şəxs cibində pul olan gödəkçəni foyedə olan dolabın içərisinə qoyduğunu görüb özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə, saat 20 radələrində evin foyesində dolabın içərisində olan gödəkçənin cibindən 1250 (min iki yüz əlli) manat məbləğində pulu götürüb Zərərçəkmiş şəxs ümumilikdə 1250 (min iki yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 9-cu sinif şagirdidir, Zərərçəkmiş şəxs onun nənəsidir, təxminən 10 ildir ki, Astara rayon Təngərüd kəndində bir evdə yaşayır, anası Şahid2 himayəsindədir, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evdə olan zaman divanda uzanmış və telefonla məşğul imiş, həmin vaxt nənəsi Zərərçəkmiş şəxs onun uzandığı divanla üzbəüz yerləşən dolaba yaxınlaşaraq əynində olan yaşıl rəngli gödəkçəni çıxarmış və dolabın üst hissəsində saxladığı pulu pul kisəsi ilə birlikdə qara rəngli sellofana qoyduqdan sonra gödəkçəsinin cibinə qoymuş, daha sonra isə gödəkçəni də dolabın üst hissəsinə qoymuş, bundan sonra isə nənəsi anası Sevinclə birlikdə onlarla eyni kənddə yaşayan bacısı Zərinbəyimin evinə getdiklərini və ona da evdə qalmağını bildirmiş, nənəsi və anası evdən çıxaraq getmiş, mobil telefonunun ekranı sındığından nənəsi və anasından dəfələrlə həmin telefonu düzəltmələrini və ya ona yeni telefon almalarını istəmiş, lakin onlar heç birini etmədiklərindən həmin pulu oğurlayaraq özünə yeni telefon almaq qərarına gəlmiş, həmin pulu oğurlasa ondan şübhələnməyəcəklərini güman etmiş, həmin gün saat 20 radələrində evdə heç kimin olmamasından istifadə edərək pulun saxlanıldığını dolaba yaxınlaşaraq dolabın içərisində, üst hissəsində saxlanılan bir ədəd qara rəngli sellofanın içərisindəki 1 ədəd pul kisəsi və bir neçə 100 manatlıq pul əskinaslarını ələ keçirmiş, həmin pulu oğurlayan zaman saymadığından dəqiq miqdarını bilmir, daha sonra evin altına, anbara düşərək həmin pulu orada gizlətmiş ki, heç kim görməsin və sonra ara sakitləşdikdən sonra götürüb istifadə etsin, bundan sonra isə evin pəncərəsini və evdə olan digər dolabın da qapılarını açmış ki, nənəsi evə gələndə başqa şəxsin evə daxil olaraq həmin pulları oğurlamasını fikirləşsin, sonra isə evdən çıxaraq uzaqlaşmış, bir qədər sonra kiçik qardaşı Rəşad Zaidov evə gəlib və anası Şahid2 zəng edərək evdən oğurluq olduğunu bildirmiş, daha sonra isə anası Şahid2 ona zəng edərək evə gəlməsini istəmiş, o da dərhal evə getmiş və ondan əvvəlcə niyə evdə qalmamağmı, sonra isə evə kimin daxil olaraq oğurluq etdiyini soruşmuş, onlara bu barədə heç bir məlumatı olmadığını bildirdikdən sonra nənəsi Zərərçəkmiş şəxs bu barədə polisə məlumat vermiş, daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və getmiş, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmiş, onunla aparılan şifahi sorğu zamanı nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evdən oğurluq etdiyini etiraf etmiş və oğurluq zamanı əldə etdiyi pulları təqdim edə biləcəyini bildirmiş, oğurluq etmək öz qərarı olmuş və təkbaşına nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evdən oğurluq etmiş, evdən oğurluq edən zaman onunla birlikdə başqa şəxs olmamış, oğurluq hadisəsini tək törətmiş, onunla digər şəxs olmamışdır.Hazırda əməlindən peşmandır. Vurduğu zərəri ödədiyini nəzərə alıb ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayon Təngərüd kəndində yaşayır, xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə və Astara rayon polis şöbəsinə Astara rayon Təngərüd kəndində yaşadığı evdən oğurluq hadisəsinin baş verməsi barədə müraciəti özü etmiş, hazırda Şəmkir rayonunda hərbiçi işləyən oğlu X1 onun üçün arabir pul göndərirmiş ki, pul yığaraq ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi üçün müalicəyə getsin, təxminən 10 gün əvvəl oğlu onun üçün 1500 manat pul göndərmiş, həmin pulları Astara rayon Təngərüd kəndində yaşadığı 1 mərtəbəli evin foyesində yaşadığı dolabın üst hissəsində gödəkçənin cibinə qoyaraq orada saxlayırmış, arabir həmin puldan təxminən 250 manat götürərərk istifadə etmiş, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində qızı Şahid2 ilə birlikdə evdən çıxaraq Astara rayon Təngərüd kəndində yaşayan bacısının evinə ona baş çəkməyə getmiş, həmin vaxt onunla birlikdə yaşayan qızı Sevincin övladı, nəvəsi 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs evdə imiş, digər nəvəsi 2010-cu il təvəllüdlü X5 evdən çoxdan çıxmış, evdən çıxanda pulu qoyduğu yerə təkrar baxmış ki, pulun orada olub-olmadığından əmin olsun, həmin vaxt nəvəsi Təqsirləndirilən şəxs pulu qoyduğu dolabla üzbəüz olan divanda uzanmış və telefonla məşğul oldurmuş,evdən çıxanda Elşada evdə qalmasını bildirmiş və evdən çıxmış, evdən çıxıb bacısıgilə getdikdən sonra saat 21 radələrində kiçik nəvəsi Rəşad Zaidov anası Sevincə zəng edərək evdən oğurluq olduğunu və evin pəncərələrinin açıq olduğunu bildirmiş, dərhal evə gəldik və evin yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, daha sonra pulu qoyduğu dolaba baxmış və pulun orada olmadığını görmüş, nəvəsi Elşaddan “sənə demişdim evdə qal, niyə qalmamısan? Kim girib evə?” -deyə soruşmuş, Elşad ona “siz evdən çıxan kimi mən də evdən çıxaraq dostumun evinə getdim, xəbərim yoxdur evə kim girib” -demiş, bundan sonra pulunu tapa bilmədiyindən DİN-in 102 xidmətinə yaşadığı evdə 1500 manat pulun oğurlanması barədə məlumat vermiş, lakin məlumat verərəkən həyəcanlı olduğundan və şəkər xəstəliyi olduğundan oğurlanmış məbləği 1500 manat kimi bildirmiş, lakin baş verən oğurluq hadisəsi zamnaı oğurlanmış pulun məbləği 1250 manatdır. Hazırda ona vurulmuş zərər ödənilib və nəvəsi Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona cəza verilməməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 04 mart 2024-cü il tarixdə icraatına daxil olmuş əməliyyat tapşırığına əsasən tərəfindən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon Təngərüd kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən 1250 manat pul vəsaitini sonuncunun bacısı oğlu, 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs oğurlaması barədə məlumat əldə etmiş, bu səbəbdən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək ifadəsinin alınmasından ötrü anası Şahid2 ilə birlikdə onu polis şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı və dindirlən zaman nənəsi Zərərçəkmiş şəxsnm evindən oğurluq etməsini etiraf etmiş və oğurluq zamanı əldə etdiyi pulu təqdim edə biləcəyini bildirdiyi üçün müstəntiq, polis kapitanı Samir Rəsullunun, Şahid2 və öz iştirakı ilə Təqsirləndirilən şəxs nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Astara rayon Təngərüd kəndində yerləşən yaşadığı ünvana getmiş, həmin vaxt Təqsirləndirilən şəxs ailəsilə birlikdə yaşadığı nənəsi Zərərçəkmiş şəxs evinin altında, anbarda gizlətdiyi 1250 manat pulu təqdim etmiş, hadisə yerinin fotoları çəkilmiş, müstəntiq Samir Rəsullu tərəfindən həmin pul götürülmüş, protokol tərtib edilmiş və iştirakçıların imzaları ilə təsdiq edilmiş, Şahid2nm oğlu Təqsirləndirilən şəxs pul oğurlamasından məlumatı olmamış, Təqsirləndirilən şəxs pulu ailə üzvlərinin xəbəri olmadan oğurlayaraq evin altında anbarda gizlətmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olubolmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının uyğunluğunu təmin etməlidir. İş materialında olan Astara rayon İHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən Zaidov X4 rayonu Təngərüd kəndində yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun xx xxxxxx 2009-cu ildə anadan olmaqla yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə dəymiş zərəri tam ödəməsini,əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələrinin sanksiyası həddində islah işləri cəzası təyin eilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi məsələsini nəzərdən keçirərək hesab edir ki, islah olunması üçün müəyyən müddətə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, digər cinayət törətmiş şəxslərlə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan da islah olunması daha məqsədəuyğundur. Eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların 1.2-ci maddəsinə uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən, məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara və şərh edilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq, Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilməsini nəzərə alır və ona təyin olunmuş cəzanı çəkmədən də islah və tərbiyə oluna bilməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün ümumi rejimli çəzaçəkmə müəssisəndə cəzasını çəkərək islah olunmağındansa, onun ailə, yaxın əlaqələr və uyğunlaşdığı mühitdən ayrılmadan islah olunması daha məqsədəuyğundur. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza- sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs islah işləri cəzasını çəkmədən islah olunmasını mümkün hesab edərək, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını,törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmanlıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunacaq islah işləri cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu dəqiqliklə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. İstinad edilən maddələrin tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasına şərti məhkum etmənin sınaq müddəti müəyyən edilməli, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində 01 (bir) il sınaq müddəti tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs hazırki hökm ilə təyin olunmuş 01 (bir) il sınaq müddətinin əvvəli hökmün qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Zərərçəkmiş şəxs vurulmuş zərərin ödənilməsi nəzərə alınsın. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-40/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-40/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver