Məhkəmə qərarları › İş №1(018)-40/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-40/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-40/2025 02.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ailəli ,bir uşaq atası, orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan,03 sentyabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək barəsində üç ay müddətində ev dustaqlığı qətimkan tədbiri , 03 dekabr 2024-cü il tarixdən isə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Astara şəhər sakini Şahid6 satış məqsədi ilə qanunsuz olaraq 8,546 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş 1,803 qramını tanışı Şahid5 20 manat pul qarşılığında xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində qanunsuz olaraq satdıqdan sonra qalan 6,743 qramını qanunsuz olaraq üzərində saxlamışdır. Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 03 sentyabr 2024-cü il tarixdə saat 22:02 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara rayonu Rüdəkəran kəndində “avtoyuma” məntəqəsində saxlanılıb üzəri yoxlanılarkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,743 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Astara şəhərində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. Himayəsində 01 (bir) azyaşlı uşağı vardır. Fərdi əmək fəaliyyəti ilə məşğuldur.Özü idmançıdır və təsir altına düşərək az müddətdə təxminən dörd -beş dəfə marixuanadan istifadə etmişdir. Marixuananı tanışı Şahid6 əldə etmişdir.Günlərin biri dostu Mircalal onada marxiuana tapmağını xahiş etmişdir. Mircalal ilə “Bulvar”da işlədiyi zaman tanış olmuşdur. O, həm öz, həm də Mircalalın istifadəsi üçün Şahid6 zəng edərək marixuana istəmişdir.Məmmədşahla bir kibrit qutusu qurudulmuş marixuananı ona 40 manata verəcəyinə razılaşmışlar. Marixuana kibrit qutusunda olmuşdur, bir miqdarını öz istifadəsi üçün götürmüş, qalan hissəni isə Mircalala vermişdir. Mircalal pulu bir gün sonra ödəyəcəyini bildirmişdir. Şahid6 kart nömrəsini Mircalala göndərmişdir. Mircalal marixuananı Şahid6 aldığını bilməmişdir. Mircalal bir gün sonra Şahid6 kartına 40 manat məbləğində pul göndərmişdir. Lənkəran şəhər gəmiçilik kursunda olduğu zaman dostları onu ad günü şənliyinə dəvət etmişlər. Şənliyin “İstisu” adlanan yerdə olacağını bildirmişlər. Dostları ora “Vita” adlanan avtomobil ilə gedəcəyini bildirmişlər. Sonra isə o, pulunun olmadığını, ora gələ bilməyəcəyini söyləmişdir.Dostları ona narahat olmamasını söyləmişlər. Bir müddət sonra dostlarının doğum gününə getmək məqsədilə Astara rayonu, Rüdəkənar kəndi ərazisindəki avtoyuma məntəqsinin yanında görüşmüşlər. Şahid6da orada olmuşdur. Az müddət keçmədən polis əməkdaşları onları avtoyuma məntəqsinin yanında saxlamışlar. Narkotik vasitə onun üzərində olmuşdur. Daha sonra narkotik vasitəni əldə edib üzərində daşıdığına görə əməlindən peşman olduğunu, səmimi etirafını, ailəli olmasını, narkotik alüdəçisi olmadığını , həç bir zaman narkotik vasitə satmadığını ,himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Ailəsini dolandırmaq üçün Astara şəhəri dənizkənarı bulvarda nəzarətçi işləmişdir.Hal-hazırda həbsdədir. Təqsirləndirilən şəxs ilə bulvarda işlədiyi müddətdə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. Təxminən iki ilə yaxın müddətdir ki, qurudulmuş marixuana istifadəçisidir. Cavidində marixuana istifadə etdiyini güman etdiyindən xahiş etmişdir ki düşsə onun üçün marixuana götürsün.Cavid ona narkotik vasitə satmamışdır.Cavid bildirmişdir ki,soraqlaşıb xəbər edər. Bir müddət sonra Cavid marixuananı götürəcəyi adamın kart nömrəsin vermiş və oda həmin karta dəqiq xatırlamır 30 ya 40 manat köçürmüşdür.Pulu köçürdükdən bir iki saat sonra Cavid qurudulmuş marixuananı ona işlədiyi Astara bulvarında vermişdir. Cavidin ona çatası marixuananın üzərindən bir qədər götürməsi barədə məlumatı olmamışdır. Cavidin marixuananı kimdən götürməsi barədədə heç bir məlumatıda olmamışdır. Kartın başqasına məxsus olmasını anlamış,lakin həmin vaxt kartın kimə məxsus olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı rütbəsindədir. 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin X2 Cavid Xanlar oğlunun narkotik vasitələrin daşıması,üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat tapşırığında qeyd olunan məlumatların yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və Astara RPŞ-nin MSY-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışlar və narkotik vasitə daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə onlar tərəfindən elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmiş və orada müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı qablaşdırılmış kütlə açılaraq bir daha Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu həmin kütlənin Məmmədşah adlı şəxsdən almasını və həmin aşkar olunmuş qismini özünə götürdükdən sonra qalan hissəsini Mircəlal adlı şəxsə verməsini bildirmişdir. Daha sonra 1 ədəd kibrit qutusunda olan kütlə yenidən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokol və zərf imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kiçik leytenantı rütbəsindədir. 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin X2 Cavid Xanlar oğlunun üzərində narkotik vasitə daşıması barədə məlumat daxil olmuşdur. Əməliyyat tapşırığında qeyd olunan məlumatların yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə onlar tərəfindən elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmiş və orada müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı qablaşdırılmış kütlə açılaraq bir daha Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu həmin kütlənin qurudulmuş marixuana olduğunu ,Lənkərandan aldığını ,bir qismini öz istifadəsi üçün götürdüyünü qalanını isə Mircəlal adlı şəxsə verdiyini etiraf etmişdir.Cavid aldığı şəxsin adını çəksədə hazırda həmin adı xatırlamır. Daha sonra 1 ədəd kibrit qutusunda olan kütlə yenidən qablaşdırılmışdır. Bundan sonra baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-in, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı rütbəsindədir. 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin X2 Cavid Xanlar oğlunun üzərində narkotik vasitələrin saxlanması barədə məlumat daxil olmuşdur. Əməliyyat tapşırığında qeyd olunan məlumatların yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, Astara Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin kütlə onlar tərəfindən elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmiş və orada müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış kütləyə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı qablaşdırılmış kütlə açılaraq bir daha Təqsirləndirilən şəxs təqdim olunmuş və sonuncu həmin kütlənin Məmmədşah adlı şəxsdən aldığını bir hissəsini özünün istifadəsi üçün götürdüyünü qalanını isə Mircəlal adlı şəxsə verdiyini bildirmişdir. Daha sonra bir ədəd kibrit qutusunda olan kütlə yenidən qablaşdırılmışdır. Bundan sonra baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 Dövlət ittihamçısının sualını cavablandıraraq bildirmişdir ki, narkotiklərin satışı ilə bağlı Cavid barəsində heç bir məlumat olmamışdır. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayan Şahid4 və Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuşdur. İş materialİarında olan digər sübutlar : İş materiallarında olan (iş vərəqi 106-107. İ cild) 03 sentyabr 2024-cü il tarixdə saat 22:02-dən saat 22:11-dək olan müddət ərzində videçəkilişlə qeydə alınmış “əməliyyat-axtarış tədbrinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara rayon, Rüdəkənar kəndində yerləşən “avtoyuma” məntəqəsinin yanında bir nəfər şəxslə dayandığı zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılmışdır. Qablaşdırılmış predmetin olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq DİN-in 84 saylı möhürü ilə bağlanılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş predmet ilə birliktə polis şöbəsinə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil veilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən “POCO” markalı mobil telefon vasitəsilə aparılan videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 127-129 .İ cild) xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibində 01 ədəd kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkar edilmişdir. DVD diskə baxış zamanı 09 dəqiqə 27 saniyədən ibarət olan görüntünün 01:47 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir kibrit qutusunda olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmə zamanı verilən şifahi sualı cavablandıraraq üzərindən aşkar olunan maddənin qurudulmuş marixuana olduğunu və həmin maddəni tanışı Məmmədşahdan aldığını etiraf etmişdir. Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi istintaq hərəkətinin nəticələri Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən videokamera vasitəsilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materillarında olan (iş vərəqi 180-183. İ cild) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/642 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,743 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid6,Şahid5 və Təqsirləndirilən şəxs üzərlərindən götürülmüş qurudulmuş marixuanaların orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eynidirlər.(Tədqiqatdan sonra qalıq 6,693 qram). İş materiallarında olan (iş vərəqi 206. İİ cild) Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 725 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabioidlərin istifadəsi halları olub, lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan (İş vərəqi 234-235.İİ cild) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə- Psixiatrik Ekspertizasının xx.xx.2024-cü tarixli 3304 saylı rəyindən görünür ki, hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında (iş vərəqi 217-218) olan 08 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqinda qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 6,743 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekpertiza tədqiqatından sonra qalıq qalmış 6,693 qram hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara РПШ-нин мадди сцбутлары сахлама отаьына тящвил verilmişdir. İş materillarında olan (İş vərəqi 244-254. İİ cild) 01 fevral 2025-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və əşyanın götürülməsini əks etdirən 2(iki) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 110.İ cild) “şübhəli şəxsin tutulması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 238-239.İ cild) “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona ittiham elan edilmişdir. İş materiallarında olan (iş vərəqi 15-20.İİ cild) Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-60/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı təqdimat təmin edilməyərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığında saxlamanın əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 (üç) ay həddində müəyyən edilmiş və məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. İş materiallarında olan (iş vərəqi 226.İİ cild) “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığının müddəti bitdikdən sonra “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 175. İİ cild) DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (iş vərəqi 187. İİ cild) Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İ.Rəsulov tərəfindən verilən xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 4 ünvanda yaşayan və heç bir yerdə işləməyən Təqsirləndirilən şəxs haqqında heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 186. İİ cild) Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İ.Rəsulov xx.xx.2024-cü il tarixli 1654 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Astara şəhər icra nümayəndəliyində qeydiyyatdadır. Ailə tərkibi - anası X3, arvadı X4, övladı- azyaşlı X5. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 17 mart 2024-cü il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib saxlamasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Məlum olur ki, ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib gəzdirməsinə dair hər hansı bir sübut əldə edilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı iş üzrə mövcud olmamışdır. İş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələrindən aydın olur ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair heç bir ifadə verilməmiş, bunu təsdiqləyən digər sübutlar da müəyyən edilməmişdir.Məhkəmə iclasında dindirilən şahidlər (polis əməkdaşları) Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı heç bir əməliyyat məlumatının olmadığını bildirmişlər və ifadələrində onun üzərində narkotik vasitə olması barədə məlumatın olduğunu qeyd etmişlər. İş materiallarına əlavə edilmiş Şahid6 barəsində olan hökmdən və həmin məhkəmə baxışının video görüntüsündən ,protokoldan məlum olur ki, məhkum Şahid6 özünə məxsus kartına 40 manat pulun köçürülməsini təsdiq edir. Bu xüsusat həm bu iş üzrə Təqsirləndirilən şəxs həmçinin Şahid5 ifadələri ilə öz təsdiqini tapır. Məhz bu səbəbdən Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli qərarının səkkizinci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İş materiallarında Təqsirləndirilən şəxs qurudulmuş «marixuana»nı əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə əldə etməsinə dair hər hansı bir sübut mövcud deyil. Təqsirləndirilən şəxs hazır kı iş üzrə məqsədi özünün də narkotiki istehlak etmək olması iş materialları ilə tamamilə sübuta yetirilmişdir .Odur ki,Təqsirləndirilən şəxs əməli şəxsi maraq kimi qiymətləndirilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində verilmiş narkoloji rəydən məlum olur ki, onun qurudulmuş marixuanadan istifadə etmə epizodları olubdur,lakin narkomaniya xəstəliyi aşkar olunmur.Bu xüsusatda ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün götürdüyünü bir daha təsdiq edir. Digər tərəfdən iş materialları ilə sübuta yetirilir ki, təqsirləndirilən şəxs Heybətov X1 heç bir məbləğdə pul almır ,40 manat məbləğində pulu Mircəlal birbaşa Məmmədşahın kartına göndərir. Göründüyü kimi iş üzrə narkotik vasitəni əldə etmək istəyəndə ,narkotik vasitəni satıb qazanc əldə etmək istəyəndə bəllidir.Məhz bu epizoda görə Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsif məsələsini həll edərkən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tutaraq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 ” iyun 2024-cü il tarixli qərarının səkkizinci bəndində olan izahını nəzərə alır. Məhkəmə hesab edir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixiuananı satış məqsədi ilə əldə etməsi və gəzdirməsi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsə narkotik vasitənin satışı ilə bağlı elan edilmiş ittiham yalnız formal mülahizə və ehtimallara əsaslandığından onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını və himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməklə islah etmək mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, ev dustaqlığında olduğu 03 (üç) ay müddət (03 sentyabr 2024-cü il tarixdən 03 dekabr 2024-cü il tarixədək) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Astara RPŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqindən sonra qalıq qalmış 6,693 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 03 (üç) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara rayonu və Lənkəran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,693 qram narkotik maddə - marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar