Məhkəmə qərarları › İş №1(018)-41/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-41/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-41/2025 03.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Astara rayonu, Artupa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətlərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən xeyli miqdarda -25,847 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 07 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayonu, Artupa kəndində X7 məxsus, kafenin yaxınlığında həmin narkotik vasitənin -6,852 qram hissəsini 1 ədəd kibrit qutusunda həmkəndlisi X4 60 (altmış) manat pul müqabilində və -6,343 qram hissəsini isə 1 ədəd kibrit qutusunda Anar Şahverdiyevlə bir yerdə olan həmkəndlisi X8 60 (altmış) manat pul müqabilində vahid niyyətlə əhatə olunan qəsdlə satmış, narkotik vasitənin qalan -12,652 qram hissəsini satış məqsədi ilə üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 20:40 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında dayanarkən saxlanılmış, üstü yoxlanılan zaman 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri -6,158 qram və -6,494 qram olmaqla ümumi təmiz çəkisi -12,652 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan idman gödəkcəsinin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Bir kənddən olduqları dostları Asif və Anar ilə birlikdə istifadə etmək məqsədilə tərəfindən 40 manat verməklə 5 bükümdə birdəfəlik istifadə məqsədilə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, 3 bükümünü 10 manat müqabilində Asifə, 2 bükümünü isə 10 manat müqabilində Anara vermiş, bir yerdə istifadə etmək üçün razılaşmışlar. Sonradan tutulduqlarına görə istifadə edə bilməmişlər. Niyyəti narkotik vasitə satmaq olmamış, aldığı narkotik vasitənin pulunu Anar və Asifdən götürmüşdür. Tutulduğu zaman üzərində narkotik vasitə olmamış, fiziki və psixi təsirə məruz qaldığından narkotik vasitənin satışı ilə məşğul olduğu, Anar və Asifin hər birinə 60 manat müqabilində satdığı kimi ifadələr vermişdir. Narkotik vasitə istifadəçisi olduğunu etiraf edir, buna görə də özünü təqsirli hesab edir. Əməllərindən səmimi peşmandır. Törətdiyi əmələ satış kimi yox istifadəçi kimi qiymət verilərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırır. Evlidir, azyaşlı uşaqları vardır. Təxminən 4 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 07 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi X5 ilə birlikdə olan zaman Təqsirləndirilən şəxs zəng edərək istifadə etmək üçün onlara “nəşə”, yəni qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də onlara qurudulmuş marixuana sata biləcəyini demiş və Astara rayonu, Artupa kəndi ərazisində Ramiq adlı şəxsin əvvəllər işlətdiyi kafenin yaxınlığına getməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin yerdə Təqsirləndirilən şəxslə görüşən zaman bir ədəd kibrit qutusunda nəşə deyilən qurudulmuş marixuana 60 manata satın almış və üzərində saxlamışdır. Həmçinin onunla birlikdə olan Anar Şahverdiyev də Təqsirləndirilən şəxs 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 60 manata almışdır. 1 ədəd kibrit qutusunda olan kütləni öz istifadəsi üçün əldə etmişdir. Həmin kütlələrdən istifadə etməmiş, heç kimə verməmiş, satmamış, üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. 07 dekabr 2024-cü il tarixdə saat 18:30 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yolun kənarında dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi motosikleti saxlayıb üzərində əyləşən zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar və videoçəkiliş aparmaqla ona üzərində qanunsuz əşya, predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, təqdim etdiyi kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırır. Evlidir, azyaşlı uşaqları vardır. Təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs həmkəndlisidir. 07 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində həmkəndlisi X11 ilə birlikdə olan zaman narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Buna görə də X26 Əliyevə zəng edərək onlara qurudulmuş marixuana satmasını istəmiş, Elvin də onları Astara rayonu, Artupa kəndi ərazisində yerləşən Ramiq adlı şəxsin əvvəllər işlətdiyi kafenin yaxınlığına çağırmış, təxminən 10 dəqiqə sonra Asiflə birlikdə həmin yerə getmişlər. O həmkəndlisi Təqsirləndirilən şəxs 01 ədəd kibrit qutusunda nəşə deyilən qurudulmuş marixuana 60 manata satın almış və üzərində saxlamışdır. Həmçinin onunla birlikdə olan Asif Cabbarov da Təqsirləndirilən şəxs 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 60 manata satın almışdır. 1 ədəd kibrit qutusunda olan kütləni öz istifadəsi üçün əldə etmişdir. Həmin kütlələrdən istifadə etməmiş, heç kimə verməmiş, satmamış, üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, əməliyyat-axtarış qrupunun üzvləri ilə birlikdə avtomobillə Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında piyada dayanmasını görmüşlər, dərhal Elvinin yanında avtomobili saxlamış və ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də əynindəki idman gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutuların içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən bir ədəd «Samsung A24» markalı mobil telefon və 120 (bir yüz iyirmi) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Anar Şahverdiyev və Asif Cabbarova hər birinə 60 (altmış) manat dəyərində bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmasını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin özünə məxsus olmasını, üzərindən aşkar edilmiş 120 manat pulu da narkotik vasitəni satması nəticəsində əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin PPXB-nin sabiq polis nəfəri, polis serjantı X16 Şahid göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (İ c.i.v.1-2). «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Əliyev X21 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 07 dekabr 2024-cü il tarixdə, saat 20:40 dəqiqədə Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında piyada dayanarkən saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynindəki idman gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutuların içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən bir ədəd «Samsung A24 » markalı mobil telefon və 120 (bir yüz iyirmi) manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, həmin kibrit qutuları içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 18,70 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. (İ c.i.v. 94-96). «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 07 dekabr 2024-cü il tarixdə saat 20:40-dən saat 20:50-dək olan müddət ərzində PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən götürülmüş 02 ədəd kibrit qutusunda, yaşıl rəngli, ümumi çəkisi 18.70 qram olan narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrə baxış keçirilmiş, həmin kütlələr elektron tərəzidə ölçülərək ayrı-ayrılıqda çəkilərinin 9.5 qram və 9.2 qram olmaqla ümumi çəkilərinin 18,7 qram olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu, 10 gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən bir kibrit qutusunu 60 manata aldığını, həmin kütlələrdən 02 ədəd kibrit qutusunda olan hissəsini həmkəndliləri Anar ve Asif adlı şəxslərə ümumilikdə 120 manata satdığını, həmin kütlələrdən 1-2 dəfə istifadə etdiyini, bundan başqa narkotik vasitəsi olmadığını, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, polis əməkdaşları tərəfindan ona fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ c.i.v. 118-121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 08 dekabr 2024-cü il tarixli, 19/771 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi: -6,158 qr; -6,494 qram olmaqla ümumi təmiz çəkisi: -12,652 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 12,652 qram, tədqiqata sərf olundu 0,2 qram (hər.ob-0,1), qalıq qaldı 12,452 qram. Tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr.....”; “X6 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda marixuana Rəy №-19/769.....” və “X3 üzərindən aşkar edilmiş 1 ədəd kibrit kutusunda marixuana Rəy №- 19/770.....” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 4 ədəd kibrit qutusunda olmaqla marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (İ c.i.v.128-129). Maddi sübut kimi tanınma haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X6 üzərindən aşkar edilərək götürülmüş 6,343 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,243 qram qalığı, X3 üzərindən aşkar edilərək götürülmüş 6,852 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6,752 qram qalığı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12,652 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 12,452 qram qalığının cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara RPŞ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (İ c.i.v.249-250). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 məcburi X12 834 saylı, 11 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ c.i.v.240). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 403 saylı 11 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə 65-1\1115\25 nömrəli məktubla daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2024-cü il tarixdə saat 17:46 dəqiqədə 22 saniyə, 17:19 dəqiqədə 28 saniyə, 17:12 dəqiqədə 22 saniyə, 16:31 dəqiqədə 48 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:58 dəqiqədə 22 saniyə, 17:12 dəqiqədə 22 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:28 dəqiqədə 16 saniyə, 19:23 dəqiqədə 14 saniyə,, xx.xx.2024-cü il tarixdə saat 18:51 dəqiqədə 10 saniyə, 18:40 dəqiqədə 23 saniyə, xx.xx.2024-cü il tarixdə saat 17:02 dəqiqədə 1 dəqiqə 25 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:59 dəqiqədə 2 dəqiqə 21 saniyə, 12:47 dəqiqədə 2 dəqiqə 6 saniyə, 19:31 dəqiqədə 45 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:42 dəqiqədə 27 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:12 dəqiqədə 12 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:35 dəqiqədə 05 saniyə, saat 19:23 dəqiqədə 43 saniyə danışıqların olması müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskə baxış zamanı X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2024-cü il tarixdə saat 17:47 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:47 dəqiqədə 40 saniyə, xx.xx.2024cü il tarixdə saat 16:46 dəqiqədə 21 saniyə, 15:46 dəqiqədə 12 saniyə, 15:29 dəqiqədə 26 saniyə, 13:41 dəqiqədə 28 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:27 dəqiqədə 34 saniyə, 16:13 dəqiqədə 25 saniyə, 16:01 dəqiqədə 50 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:13 dəqiqədə 23 saniyə, 12:44 dəqiqədə 1 dəqiqə 35 saniyə,xx.xx.2024-cü il tarixdə saat 19:11 dəqiqədə 47 saniyə, 16:35 dəqiqədə 32 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:45 dəqiqədə 25 saniyə, 18:10 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 17:40 dəqiqədə 1 dəqiqə 56 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:55 dəqiqədə 15 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:34 dəqiqədə 44 saniyə, 19:08 dəqiqədə 21 saniyə, 18:20 dəqiqədə 3 dəqiqə 20 saniyə, 18:19 dəqiqədə 17 saniyə, 17:46 dəqiqədə 13 saniyə, 17:36 dəqiqədə 12 saniyə, 17:23 dəqiqədə 20 saniyə, 17:06 dəqiqədə 55 saniyə, 12:30 dəqiqədə 39 saniyə danışıqların olması müəyyənləşdirilmişdir. Buna görə də qeyd olunan zənglərin siyahısı çıxarılaraq protokola əlavə olunmuşdur. “Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülmüş mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon «Samsung A24 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı “Anar Dust” kimi yazılmış X3 istifadəsində olan ***-***-**-** saylı, habelə adı “Asiff Artupa” kimi yazılmış X6 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin qeyd olunması müəyyənləşdirilmişdir. Həmin mobil telefonun zənglər hissəsinə baxış keçirilərkən X6 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat 17:46 dəqiqədə 22 saniyə, 17:19 dəqiqədə 28 saniyə, 17:12 dəqiqədə 22 saniyə, 16:31 dəqiqədə 48 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:58 dəqiqədə 22 saniyə, 17:12 dəqiqədə 22 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:28 dəqiqədə 16 saniyə, 19:23 dəqiqədə 14 saniyə,, xx.xx.2024cü il tarixdə saat 18:51 dəqiqədə 10 saniyə, 18:40 dəqiqədə 23 saniyə, xx.xx.2024-cü il tarixdə saat 17:02 dəqiqədə 1 dəqiqə 25 saniyə, xx.xx.2024-cü il tarixdə saat 12:59 dəqiqədə 2 dəqiqə 21 saniyə, 12:47 dəqiqədə 2 dəqiqə 6 saniyə, 19:31 dəqiqədə 45 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:42 dəqiqədə 27 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:12 dəqiqədə 12 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:35 dəqiqədə 05 saniyə, saat 19:23 dəqiqədə 43 saniyə danışıqların olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər hissəsinə baxış keçirilərkən X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 17:47 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:47 dəqiqədə 40 saniyə, xx.xx.2024cü il tarixdə saat 16:46 dəqiqədə 21 saniyə, 15:46 dəqiqədə 12 saniyə, 15:29 dəqiqədə 26 saniyə, 13:41 dəqiqədə 28 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:27 dəqiqədə 34 saniyə, 16:13 dəqiqədə 25 saniyə, 16:01 dəqiqədə 50 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:13 dəqiqədə 23 saniyə, 12:44 dəqiqədə 1 dəqiqə 35 saniyə,xx.xx.2024-cü il tarixdə saat 19:11 dəqiqədə 47 saniyə, 16:35 dəqiqədə 32 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:45 dəqiqədə 25 saniyə, 18:10 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 17:40 dəqiqədə 1 dəqiqə 56 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:55 dəqiqədə 15 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:34 dəqiqədə 44 saniyə, 19:08 dəqiqədə 21 saniyə, 18:20 dəqiqədə 3 dəqiqə 20 saniyə, 18:19 dəqiqədə 17 saniyə, 17:46 dəqiqədə 13 saniyə, 17:36 dəqiqədə 12 saniyə, 17:23 dəqiqədə 20 saniyə, 17:06 dəqiqədə 55 saniyə, 12:30 dəqiqədə 39 saniyə danışıqların olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı “Anar Dust” kimi yazılmış X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə saat 15:52 dəqiqədən saat 18:31 dəqiqəyədək aşağıdakı səs yazılarını və sms-ləri, habelə fotoşəkilləri bir-birinə göndərmələri müəyyən edilmişdir: - Anar Şahverdiyev--- salam brat, necəsə, neynədin, mən çıxram işdən, biri var dedi ki axşam lazım olan ay brat mesajarını, eşidirsən sənin kartına atsınlar pulu səs yazısını göndərmişdir. - Təqsirləndirilən şəxs ---hə brat, hə brat,mənim kartına atsınlar səs yazısını göndərmişdir. - Anar Şahverdiyev--- həm, yaxşı, yaxşı, sən paşti bir saata gələrsən də yəqin ki səs yazısını göndərmişdir. - Təqsirləndirilən şəxs --- hə brat, hə brat inşallah səs yazısını göndərmişdir. - Anar Şahverdiyev---- “ 416973****4547” nömrəli bank kartına xx.xx.2024-cü il tarixdə saat 16:32 dəqiqədə 10 manat pulun köçürülməsi barədə qəbzin fotoşəkilini, ay brat, hardasan, neynədin mesajını göndərmişdir. - Təqsirləndirilən şəxs --- “416973****0528” nömrəli bank kartına 2(iki) manat pulun köçürülməsi barədə qəbzin fotoşəkilini, brat iki manat atdım səs yazısını göndərmişdir. - Anar Şahverdiyev--- xəstə toyuq mənə niyə atdın, borcum var idi o da çıxdı, gala, ha, ha nömrənin axırını gördüm, bildim, bildim, mən də elə bilirəm mənə atmısan, bildim də, bildim səs yazısını göndərmişdir. - Təqsirləndirilən şəxs- hardasan, gedirsən səs yazısını göndərmişdir. - Anar Şahverdiyev- hə yetim, hardasa 2-3 dəqiqə bundan qabaq səs atıb, mesajın səsin almışam deyə, ona görə eşitməmişəm, gedərəm, indi 2-3 dəqiqəyə çıxaram burdan, yolda görüşərik, gələrəm, sənə zəng eliyərəm vaççapnan, yetim bi dənə şkalad alarsan da sən səs yazısını göndərmişdir. - Təqsirləndirilən şəxs---hə yaxşı oldu, brat, talış dilində plle, plle, asiv, asiv, bstana klenvazqina səs yazısını göndərmişdir. - Anar Şahverdiyev- sən zəng eliyərsən ona mən getdim, denən ki asimdi gələn, çıx sən də on dəqiqəyə çıx, çölə, gəldim, gəlirsən gəl, burdayam elə həminki yerdə səs yazısını göndərmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 18:33 dəqiqədə Anar Şahverdiyev “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs zəng etmiş, həmin şəxslər arasında 40 saniyə telefon danışı olmuşdur. Həmin mobil telefonun “WhatsApp” proqramına baxış zamanı adı “Asiff Artupa” kimi yazılmış, X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 13:32 dəqiqədə “gələndə 1 dən 20 miliy gətirərsən isdiyən var mesajının göndərilməsi müəyyənləşdirilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12,652 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 12,452 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Astara RPŞ-nin saxlancına təhvil verilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında, Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokollara əlavə edilmiş 03 ədəd CD disk və Azercell MMC-dən daxil olmuş 01 ədəd CD disklərin iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (İİİ c.i.v.47-82). “şübhəli şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə, saat 20:40-də şübhəli şəxs qismində tutulmuşdur (İ c.i.v.110). Astara Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(018)-89/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablanmışdır (İ c.i.v.247-248). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (İİ c.i.v.214). Astara rayon İHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinin 13 dekabr 2024-cü il tarixli, 1543/1 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il təvəllüdlü X22 və 2015-ci il təvəllüdlü X17 adlı uşaqları vardır. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli R-müayinəsindən görünür ki, X1 iki proyeksiyada R-müayinəsi zamanı kəllə sümüklərində generalizə olunmuş formada barmaq basıqlıqları (İmpressio Digitalis) müşahidə olunur (kəllənin təziqi inkar olunmur) kimi göstərilmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Astara rayon Artupa kənd sakini, X9 xx.xx.2021-ci il tarixdən Astara RMX PHŞ-in Polikilinika şöbəsində endokrinoloji kabinetində şəkərli diabed tip İİ orta-ağır diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitələrdən 07 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayonu, Artupa kəndində X7 məxsus kafenin yaxınlığında həmin narkotik vasitənin -6,852 qram hissəsini 1 ədəd kibrit qutusunda həmkəndlisi X4 60 (altmış) manat pul müqabilində və -6,343 qram hissəsini isə 1 ədəd kibrit qutusunda Anar Şahverdiyevlə bir yerdə olan həmkəndlisi X8 60 (altmış) manat pul müqabilində vahid niyyətlə əhatə olunan qəsdlə satmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı özünü təqsirli bilərək etirafedici ifadə versə də, məhkəmə istintaqı zamanı özünü narkotik vasitələrin satışında təqsirli bilməmiş, yalnız narkotik vasitə istifadə etməkdə özünü təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəni müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi sübutları şübhə altında qoymaq, vəziyyətini yüngülləşdirmək məqsədi güdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs fiziki və psixi təsirə məruz qaldığından məhkəməyək istintaqda narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ifadə verməyə məcbur edildiyini bildirsə də, nə barəsində həbs qətimkan tədbiri seçilərkən, nə də sonradan bu hallarla bağlı müraciət etməmiş, üzərində xəsarət olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, narkotik vasitəni birgə istifadə üçün alaraq hər birinə 10 manat müqabilində özünün xərclədiyi pulu təmin etmək məqsədilə verdiyini bildirərkən səmimi olmamış, sırf etdiyi hərəkəti pərdələmək, niyyətini gizlətmək məqsədi güdmüşdür. Belə ki, ona məxsus mobil telefona pul göndərilməsi ilə bağlı yazıların kim tərəfindən və nə məqsədlə göndərildiyi, ifadəsində qeyd etdiyi kimi 5 büküm olan narkotik vasitədən niyə özünə saxlamadığı ilə bağlı verilmiş suallara cavab verə bilməmiş, məsuliyyətdən yayınmaq üçün verdiyi ifadədə belə bilmədən təqsirini etiraf etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 9 Qanunun 1.0.11ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, qanunvericiliyin müddəalarını rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı Qərarındakı tövsiyələri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməməsinə dair ifadəsi, həmçinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının, xəstə anasının, xəstə övladının olmasını, həmçinin ailədə yeganə qazanc əldə edən şəxs olmasını CM-in 58.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət yüksək ictimai təhlükəliliyi ilə xarakterizə olunmaqla, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, o cümlədən, digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduğu üçün ictimai təhlükəsizliyi dövlət idarə və müəssisəsinin normal fəaliyyətini, konkret müəyyən insanın-fərdin sağlamlığını təhlükə altına alır. Təsadüfi deyil ki, qanunverici Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə hər hansı digər alternativ cəza növləri müəyyən etmədən həmin cinayətə görə yalnız azadlıqdan məhrum etmə cəzasının təyin ediməsini nəzərdə tutmuşdur. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-X12 rəyi ilə Təqsirləndirilən şəxs müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 12,452 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında, Təqsirləndirilən şəxs dindirilməsi haqqında protokollara əlavə edilmiş 03 ədəd CD disk və Azercell MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung A24” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin saxlancına verilən 12,452 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin saxlancına verilmiş 01 ədəd “Samsung A24” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut – 04 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar