Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-42/2025 18.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşamış, 09 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 dekabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, o, 07 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Astara rayonu, Artupa kəndində X3 məxsus olan kafenin yaxınlığında həmkəndlisi Şahid5 60 (altmış) manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 6,852 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 07 dekabr 2024-cü il tarixdə, saat 20:15 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında dayanarkən saxlanılmış, üstü yoxlanılan zaman əynindəki gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi xeyli miqdarda -6,852 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırır. Evlidir, azyaşlı uşaqları vardır. Təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretin kağızına doldurub çəkmək yolu ilə istifadə edir. Şahid5 həmkəndlisidir, aralarında heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, əvvəllər aralarında hər hansı mübahisə və ya münaşiqə olmamışdır. 07 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində həmkəndlisi X5 ilə birlikdə olan zaman narkotik vasitə istifadə etmək qərarına gəlmişlər. Buna görə də X12 Əliyevə zəng edərək onlara qurudulmuş marixuana satmasını istəmiş, Elvin də onları Astara rayonu, Artupa kəndi ərazisində yerləşən Ramiq adlı şəxsin əvvəllər işlətdiyi kafenin yaxınlığına çağırmış, təxminən 10 dəqiqə sonra Asiflə birlikdə həmin yerə getmişlər. O həmkəndlisi Şahid5 01 ədəd kibrit qutusunda nəşə deyilən qurudulmuş marixuananı 60 manata satın almış və üzərində saxlamışdır. Həmçinin onunla birlikdə olan Asif Cabbarov da Şahid5 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 60 manata satın almışdır. 1 ədəd kibrit qutusunda olan kütləni öz istifadəsi üçün əldə etmişdir. Həmin kütlələrdən istifadə etməmiş, heç kimə verməmiş, satmamış, üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. 07 dekabr 2024-cü il tarixdə saat 20:15 radələrində Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında dayandığı vaxt polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar və videoçəkiliş aparmaqla ona üzərində qanunsuz əşya, predmet olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusu polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyənləşdirilmişdir. Yoxlama zamanı üzərindən başqa narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onu Astara polis şöbəsinə gətirmişlər və Astara rayonu, Artupa kəndi ərazisində saxlanılan zaman üzəri yoxlanılması barədə tərtib edilmiş protokolu bütün iştirakçılar kimi o da oxuduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. RPŞ-də təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olub hüquqlarının dövlət vəsaiti hesabına müdafiə olunması üçün Müdafiəçi dəvət edilməsini ərizə yazaraq xahiş etmişdir. Həmin ərizəsi əsasında hüquqlarının müdafiə olunması üçün vəkil Müdafiəçi təyin edilmişdir. Vəkilinin iştirakı ilə şübhəli şəxs kimi qanunla müəyyən edilmiş bütün hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən onun iştirakı ilə üzərindən aşkar edilmiş içərisində bir ədəd kibrit qutusu açılıb baxılmış, həmin kibrit qutusunun içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Marixuana elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı 07 dekabr 2024-cü il tarixdə Astara rayonu, Artupa kəndində həmkəndlisi Elvin Əli oğlundan əldə etdiyini bildirmişdir. Həmin maddi sübuta baxış keçirilməsi barədə tərtib edilmiş protokolu videoçəkilişdə iştirak edən polis əməkdaşları, o və vəkili Müdafiəçi imzaları ilə təsdiq etmişlər. Atasının öldüyünü, himayəsində 2 övladının olduğunu, əməlindən peşiman olduğunu bildirib ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Anar və Asifi tanıyır, bir kəndə yaşayırlar. Ara-sıra Anar və Asiflə birlikdə marixuanadan istifadə etmişlər. Lakin o, Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. Onlar üçü bir yerdə narkotik vasitə olan istifadə etmək barədə razılığa gəlmişlər. O da Bakıdan tanımadığı şəxsdən marxiuana alıb gətirmiş və üçü bir yerdə istifadə etmək istəsələrdə polis əməkdaşları onları tutduğundan istifadə edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə Astara rayonu, Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə məlumat icraatına daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edildi, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, habelə PPXB-nin polis nəfəri Şahid4 daxil edilmişdir. 07 dekabr 2024-cü il tarixdə, saat 20:15 dəqiqədə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında piyada dayanmasını görmüşlər, dərhal yanında avtomobili saxlamışlar və avtomobildən düşərək yaxınlaşmışlar. Onlar özünü Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrinin saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman üzərindən bir ədəd «Oppo A-60 » markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edildi, həmin kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı həmin gün Astara rayonu, Artupa kəndi ərazisində Elvin adlı tanışından 60 manata almasını və istifadə etmək məqsədilə üzərində daşımasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Astara RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Aşkar etdikləri faktla bağlı RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin raportu əsasında RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mahir Tahirli tərəfindən araşdırma aparılmağa başlanıldmışdır. Təqsirləndirilən şəxs baş təhqiqatçısı Mahir Tahirli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra o, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi Müdafiəçi iştirakı ilə CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusuna baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusu təhqiqatçı tərəfindən açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyənləşdirilmişdir. Bundan sonra həmin kibrit qutusu içərisində narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, şöbənin 84 nömrəli möhürü ilə möhürlənib maddi sübut kimi götürülmüş, bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadə verərək Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xüsusatı üzrə Şahid1 ifadəsində qeyd olunan xüsusatları tam təsdiq etmişdir. İşdə olan «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında » xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və PPXB-nin polis nəfəri Şahid4 ibarət tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 07 dekabr 2024-cü il tarixdə, saat 20:15 dəqiqədə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu, Artupa kəndi ərazisində yolun kənarında piyada dayanarkən saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif edilmişdir.Təqsirləndirilən şəxs də əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edildi, həmin kibrit qutusu içərisində olan narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyən edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. İşdə olan «Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında» xx.xx.2024-cü il tarixli video diskə məhkəmə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusuna RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Mahir Tahirli tərəfindən CAB-nin əməliyyat müvəkkili Şahid1 və CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusu təhqiqatçı tərəfindən açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə 8,97 qram olması müəyyənləşdirilmişdir. Bundan sonra həmin kibrit qutusu içərisində narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, şöbənin 84 nömrəli möhürü ilə möhürlənib maddi sübut kimi götürülmüşdür.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı həmin gün Astara rayonu, Artupa kəndi ərazisində Elvin adlı tanışından 60 manata almasını və istifadə etmək məqsədilə üzərində daşımasını bildirmişdir. İşdə olan məhkəmə X2 Regional Bölməsindən daxil olmuş 07 dekabr 2024-cü il tarixli, 19/770 saylı məhkəmə-bioloji ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi -6,852 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu -0,1 qram, qalıq - 6,752 qram. İşdə olan məhkəmə X2 Regional Bölməsindən daxil olmuş 07 dekabr 2024-cü il tarixli, 19/771 saylı məhkəmə-bioloji ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid5 üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 6,158 qram; 6,494 qram, ümumi təmiz çəkisi -12,652 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində üzərində “Şahid5 üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr.....” , “ X1 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda marixuana Rəy № 19\769” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda marixuana Rəy № 19\770” sözləri olan 3 ədəd zərfdəki ümumilikdə 4 ədəd kibrit qutusunda olmaqla marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 833 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanmasına başlarkən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, ifadəsində göstərdiklərini əyani olaraq göstərib təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq, Astara rayonu, Artupa kəndi ərazisində yerləşən hazırda istifadə olunmayan kafenin yaxınlığını təqdim edərək həmin kafenin əvvəllər X6 tərəfindən işlədilməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ifadəsinə uyğun olaraq 07 dekabr 2024-cü il tarixdə saat 16-17 radələrində həmkəndlisi X5 ilə birlikdə kafenin yaxınlığına gəlməsini və orada Şahid5 60 (altmış) manat pul müqabilində bir ədəd kibrit qutusunun içərisində “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək məqsədilə almasını, həmçinin Asif Cabbarovun da 60 manat pul müqabilində Şahid5 bir ədəd kibrit qutusunun içərisində “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək məqsədilə almasını bildirmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman yaxınlıqda hər hansı nəzarət müşahidə və mühafizə kameralarının olmaması müəyyənləşdirilmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkilişdən istifadə edilməklə əldə edilmiş fotolar protokola əlavə olunmuşdur. İşdə olan "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixdə 65-1\1115\25 nömrəli məktubla daxil olmuş CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında xx.xx.2024-cü il tarixdə saat 17:47 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:47 dəqiqədə 40 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:46 dəqiqədə 21 saniyə, 15:46 dəqiqədə 12 saniyə, 15:29 dəqiqədə 26 saniyə, 13:41 dəqiqədə 28 saniyə, xx.xx.2024-cü il tarixdə saat 16:27 dəqiqədə 34 saniyə, 16:13 dəqiqədə 25 saniyə, 16:01 dəqiqədə 50 saniyə, xx.xx.2024-cü il tarixdə saat 18:13 dəqiqədə 23 saniyə, 12:44 dəqiqədə 1 dəqiqə 35 saniyə,xx.xx.2024-cü il tarixdə saat 19:11 dəqiqədə 47 saniyə, 16:35 dəqiqədə 32 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:45 dəqiqədə 25 saniyə, 18:10 dəqiqədə 33 saniyə, xx.xx.2024-cü il tarixdə saat 17:40 dəqiqədə 1 dəqiqə 56 saniyə, xx.xx.2024-cü il tarixdə saat 22:55 dəqiqədə 15 saniyə, xx.xx.2024-cü il tarixdə saat 19:34 dəqiqədə 44 saniyə, 19:08 dəqiqədə 21 saniyə, 18:20 dəqiqədə 3 dəqiqə 20 saniyə, 18:19 dəqiqədə 17 saniyə, 17:46 dəqiqədə 13 saniyə, 17:36 dəqiqədə 12 saniyə, 17:23 dəqiqədə 20 saniyə, 17:06 dəqiqədə 55 saniyə, 12:30 dəqiqədə 39 saniyə danışıqların olması müəyyənləşdirilmişdir. Buna görə də qeyd olunan zənglərin siyahısı çıxarılaraq protokola əlavə olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması,onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir: əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01,05 ay, 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya aktına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qalan hissəsindən azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Astara RİHB-nın Artupa kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1530/1 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Astara rayonu Artupa kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xaraketizə olunur. İşdə olan sənədlərdən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Əhliman, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2019-cu il təvəllüdlü İman adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını CM-nin 59.1.4cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınnalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 6,752 qram olan narkotik vasitə qudurulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 6,752 qram olan çıətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-42/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-42/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver